Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qırov
Qırov – ayaz gecələrdə yerin və cisimlərin səthi soyuyaraq mənfi temperatura düşdükdə onların səthinə çökən buz kristalcıqları.
ICON
Icon– çox yüksək səviyyəli proqramlaşdırma dili (VERY HIGH-LEVEL PROGRAMMING LANGUAGE). 1974-cü ildə Ralf Qrisvold (Ralph E. Griswold) tərəfindən işlənib hazırlanıb. Öz ideyasını həmin müəllifin daha erkən hazırlamış olduğu SNOBOL dilindən alıb. Adı isə “iconoclastic” (“ikonoklastik”) sözündəndır və “proqramlaşdırma dillərinin işlənib hazırlanmasında konformizm ilə mübarizə” mənasında işlədilir. Icon dilinin məntiqi proqramlaşdırma dilləri ilə çoxlu ortaq cəhətləri vardır. Icon dilində prosedurlar birinci sinif kəmiyyətlərə (first class values) aiddir, yəni dəyişənlərə prosedurların yerinə yetirilməsinin nəticəsini deyil, onların özlərinin qiymətini mənimsətmək olar. Icon dili öz sintaksisini Algol proqramlaşdırma dilləri ailəsindən alıb və C, yaxud Pascal dilinin sintaksisini xatırladır. Pascal dilinə daha çox bənzəyir, mənimsətmə üçün := işarəsindən, procedure açar sözündən və s. istifadə edir. Digər tərəfdən, Icon dilində deyimləri qruplaşdırmaq üçün C-üslubunda fiqurlu mötərizələrdən istifadə olunur, proqramın işi isə “main” adlı prosedurla başlayır.
Aleksey Rıkov
Aleksey İvanoviç Rıkov (rus. Алексей Иванович Рыков; 25 fevral 1881, Saratov – 15 mart 1938, Moskva) — Xalq Komissarları Sovetininın sədri, Rusiya bolşevik inqilabçısı və Sovet siyasətçisidir.
Kamal Xodov
Kamal Xodov (26 yanvar 1941, Batako[d], Şimali Osetiya MSSR – 24 iyun 2021) — Sovet şairi, tərcüməçi və ədəbiyyatşünas. Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasının xalq şairi. == Bioqrafiyası == 1970-ci ildə Kamal Xodov M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirir. Regional qəzetlərin redaksiyaları ilə əməkdaşlıq edir, Şimali Osetiya televiziya studiyasının baş redaktoru, on ildən çox Max duq jurnalının tənqid və jurnalistika şöbəsinə rəhbəri, sonra redaktor vəzifələrində çalışır. "İr" kitab nəşriyyatının müdiri işləyir. 1985-ci ildən Kamal Xodovv Şimali Osetiya Dövlət Dram Teatrının direktoru, eyni zamanda ədəbi Osetiya almanaxının baş redaktoru olur. 1989-1990-cı illərdə Kamal Xodov Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası Dövlət Nəşriyyat, Çap və Kitab Ticarəti Komitəsinin sədri işləyir. 1990-cı ildə Şimali Osetiya MSSR Yazıçılar Birliyinin sədri olur. 1966-cı ildən Sovet İttifaqı Kommunist Partiyası, 1972-ci ildən isə SSRİ Yazıçılar Birliyinin üzvü olur 1962-ci ildə Kamal Xodovun şeirlərindən ibarət "Səhər ulduzu" adlı gənc müəlliflər toplusu nəşr olunur və 1966-cı ildə "Çörək və duz" adlı ilk poetik kitabı işıq üzü görür. 1970-ci ildə Xodovun "Osetin mahnısı eşidilir" adlı ikinci şeirlər toplusu dərc olunur.
Leonid Bıkov
Leonid Fyodoroviç Bıkov (ukr. Леонід Федорович Биков; 12 dekabr 1928 – 11 aprel 1979) — Ukrayna sovet aktyoru, kinorejissoru və ssenaristi, RSFSR əməkdar incəsənət xadimi (1965), Ukrayna SSR xalq artisti (1974). == Həyatı == Leonid Bıkov 1928-ci il dekabrın 12-də Ukrayna SSR-in Slavyanski rayonunun Znamenka kəndində (indiki Donetsk vilayəti, Ukrayna) Fyodor İvanoviç və Zinaida Pankratovna Bıkovalar ailəsində anadan olub. 1938-ci ildə valideynləri Kramatorsk şəhərinə köçdülər. Bıkov 6 saylı orta məktəbi bitirmiş, burada Lenin adına mədəniyyət evində ilk dəfə səhnəyə çıxmışdır. Böyük Vətən müharibəsi zamanı Leonid və ailəsi Barnaula evakuasiya olunmuşdu. Uşaqlıqdan bəri təyyarəçi olmaq xəyalları və onu iki dəfə təyyarəçi məktəbində oxumağa sövq etdi: ilk dəfə 1942-ci ildə 2-ci Leninqrad müharibə məktəbi evakuasiya edilmiş Oirot-Tour (1943), lakin yaşı çatmadığına görə orada qalmadı; İkinci dəfə Leninqradda (1945), döyüşdən sonra dağıldığı pilotlar üçün 2-ci xüsusi məktəbdə oxudu. O, Kiyev teatr institutuna qəbul ola bilməsə də, Xarkov Teatr İnstitutunun akademik fakültəsindən (1951) daxil olub oranı uğurla bitirmişdir. 1951-1960-cı illərdə T.Şevçenko adına Xrakov Dövlət Akademik Ukraynalı Teatrının aktyoru idi. Teatrda aktyorluq karyerasına başlayan Bıkov "Küçə Üç Solovyov, 17" adlı komediyada çıxış etdi.
Lısov adası
Lısov adası — Şərqi Sibir dənizində, Medvejıy adaları qrupuna daxil olan ada. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir. Adalar qrupunun mərkəzində Leontev adasında 3,3 km cənubda, materikdən 68 km aralıda yerləşir. Ada cənubdan şimala 2,8 km uzunluğa, 1,2 metr uzunluğa malikdir. 35 metr hündürlüyə malikdir. Şimalında iki kiçik göl vardır. Ada 1769-cu ildə Medvejıy adalarını xəritəyə salan geodeziya işləri aparan üç işçidən biri olan Lısovun şərəfinə adlandırılmışdır.
Oleq Xanov
Oleq Zakiroviç Xanov (başq. Олег Закир улы Ханов; 11 avqust 1951, Kızqı, Başqırd MSSR) — Rusiya teatr və kino aktyoru, səhnə rejissoru. Stanislavski Mükafatı laureatı, Başqırdıstan MSSR xalq artisti, RSFSR-nin əməkdar artisti. Professor, Petrovsk Elmlər və Sənətlər Akademiyasının müxbir üzvü (2005). Rusiya Federasiyası Dövlət Mükafatı laureatı. 2012-ci ildən Məjit Qafuri adına Başqırdıstan Akademik Bəddi Dram Teatrının rəhbəri. == Həyatı == Xanov Oleq Zakir oğlu Başqırd Muxtar Sovet Sosialist Respublikasının Arxangelsk rayonunun Kızqı kəndində anadan olub. 1973-cü ildə Zaqir İsmaqilov adına Ufa Dövlət İncəsənət İnstitutunu bitirib. Oleq Xanov 15 il Başqırd Akademik Teatrında çalışıb. Ufada M.Qafuri adına Respublika Gənc Tamaşaçılar Teatrında dörd il rəhbər olub.
Rolan Bıkov
Rolan Antonoviç Bıkov (rus. Ролан Антонович Быков; 12 oktyabr 1929[…], Kiyev, Ukrayna SSR, SSRİ – 6 oktyabr 1998[…], Moskva) — sovet kino və teatr aktyoru, kinorejissor, ssenarist. SSRİ Xalq Artisti (1990). SSRİ Dövlət Mükafatı laureatı (1986). RSFSR Xalq Artisti (1987).
Vasil Bıkov
Vasil Bıkov (Bıkaў) (tam adı: Vasil Vladimiroviç Bıkov; 19 iyun 1924[…] – 22 iyun 2003) — Belarus yazıçısı. Belarusiya SSR xalq yazıçısı (1980). Sosialist Əməyi Qəhrəmanı (1984), Lenin (1986) və SSRİ Dövlət (1974) mükafatları laureatı . == Həyatı == Vasil Vladimiroviç Bıkov 1924-cü il iyun ayının 19-da Belarusiyanın Vitebsk vilayətinin, Uşaçi rayonunun, Bıçki kəndində anadan olmuşdur. 1939-40-cı illərdə Vitebsk rəssamlıq məktəbində oxumuşdur. 1942-ci ildə orduya çağırılmış, Saratov piyada qoşun məktəbini bitirmişdir. 1943-cü ildən cəbhədə vuruşmuşdur. 1955-ci ildə ordudan tərxis edilmişdir. Qrodnoda yaşamış, yerli mətbuatda işləmişdir. 1970-ci illərin sonlarından isə Minskdə yaşamışdır.
Zıkov adası
Zıkov adası — Antarktida sahillərində, Fulmar adası ilə Buromski adası arasında yerləşın ada. Ada Hasuell adaları ərazisinə daxildir. Həqiqət sahilində, Mirnı stansiyasından 2 km aralıda yerləşir. Qışda ada ilə materik arasında olan boğaz donduğundan ora buz üzəri ilə sərbəst getmək olur. Yay ayları adaya ancaq su səqliyyatı ilə catmaq mümkündür. == Adaların xüsusiyyəti == Ada bütünlüklə qalıqdan ibarətdir. Bu səbəbdən demək olar ki, torpaq qatına sahib deyildir. представляет из себя скалу и практически не имеет грунта. Arxipelaqa daxil olan adalarda, o cümlədən Zıkov adasında 12-15 növ canlı yaşayır. Üstəlik qış dönəmində bura böyük bir İmperator pinqvini koloniyası qışlayır.
Şıxov adası
Şıxov adası - Xəzər dənizində Bakı arxipelaqı daxil olan Azərbaycana məxsus ada. Şıx burnu sahilindən 160 m cənubda kiçik qaya çıxıntısını xatırladan ada. Uzunluğu 65 metr, eni isə ən enli hissədə 30 metrdir.
Şıxov çimərliyi
Şıxov çimərliyi - Bakı şəhərinın cənub-qərbində Şıxov burnu yaxınlığında yerləşir. İnzibati cəhətdən Bakı şəhəri ərazisinə daxildir. Xüsusi ilə Bakı sakinləri arasında məşhurdur. Əsasən dəniz qumu və balıqqulağından təşkil olunmuşdur. Su kanalizasiya və sənaye tullantıları ilə çirklənmiş olmasına baxmayaraq, insanları özünə cəlb edir. Sahilə yaxın ərazilərdə neft qurğularını görmək mümkündür. Mavi bayraq standartlarından olduqca uzaqdır.
Kirov (Kirov)
Kirov — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Qırov əmələ gəlməsi
== Atmosferdə su buxarı == Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur.Su buxarı ancaq soyuma nəticəsində doyma dərəcəsinə çata bilər. == Qırov əmələ gəlməsi == Sakit havada Günəş batdıqdan sonra yer səthi soyumağa başlayır və getdikcə onu bürüyən hava da soyuyur. Soyuyan havadakı su buxarı doyma dərəcəsinə yaxınlaşır və nəhayət kondensasiya prosesi baş verir və bu da kiçik damcıların (şeh) yer səthinə çökməsi ilə nəticələnir. Şeh sakit, buludsuz havada, bəzən də yüksək buludların olduğu və zəif külək əsdiyi zaman əmələ gələ bilər. Əgər şehin əmələ gəldiyi zaman temperatur 0°C - dən aşağı olarsa, bu zaman şeh deyil, qırov əmələ gəlir.
2019-nCoV
SARS-CoV-2 virusu (ing. Severe acute respiratory syndrome coronavirus 2; Ağır kəskin respirator sindrom koronavirusu 2) — Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ilkin olaraq 2019-nCoV adlandırılan, eyni zamanda Uhan koronavirusu, Uhan dəniz məhsulları bazarının sətəlcəm virusu və Uhan pnevmoniyası kimi də tanınan və müsbət istiqamətləndirilmiş və tək telli RNT virusu olan yeni koronavirus ilk dəfə 2019-cu ildə aşkar edilmişdir. Virus, 2019–2020 Uhan pnevmoniya xəstəliyi zamanı sətəlcəm olan bir xəstədə, müsbət bir nümunə üzərində keçirilən nuklein turşusu testindən sonra genomik olaraq ardıcıllıqla sıralandı. CoV adi "soyuqlama" halından Orta Şərq Tənəffüs sindromu (Meadle East Respiratory Syndrome, MERS-CoV) və Ağır Kəskin Tənəffüs sindromu (Severe Acute Respiratory Syndrome, SARS-CoV) kimi daha ciddi xəstəliklərə səbəb olan virus ailəsidir. Aparılan geniş araşdırmalar əsasında SARS-CoV misk pişiklərindən, MERS-CoV isə təkhürgüclü dəvələrdən insana keçdiyi müəyyənləşdirilib. Günümüzdə hələ insanlara yoluxmamış, ancaq heyvanlarda izlənən çoxlu CoV növü mövcuddur. CoV-ların insanlar arasında dolaşan alt-tipləri (HCoV-229E, HCoV-OC43, HCoV-NL63 ve HKU1-CoV) əhali arasında "soyuqdəymə" kimi bilinən hallara səbəb olur.2020-ci ilin yanvarında, epidemiyanı araşdıran Tibb Komissiyasının rəhbəri Zhong Nanshan'nın məlumatına görə, Çin'in Guangdong əyalətində, virusun insandan insana yoluxması təsdiqləndi. Yeni virus üçün hazırda xüsusi bir müalicə yoxdur, ancaq mövcud anti-əyilmələrin istifadə olunma ehtimalı var. == Simptomlar == "COVID-19" ilə yoluxmuş şəxslər simptomsuz ola və ya öskürək, yüksək hərarət və təngnəfəslik əlamətlərini sərgiləyə bilər. İshal və yuxarı tənəffüs yolları simptomları (asqırmaq, "burun axması", boğaz ağrısı) daha az rast gəlinən əlamətlər arasındadır.
XRCO Award
XRCO Award — X-Rated Critics Organization tərəfindən hər il porno sənayesindəki sənətçilərə verilən mükafat. Mükafat mərasimi əsasən yaz aylarında keçirilir.
Digov
Digov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 18 nəfərdir. == Toponimiyası == Lerik rayonunun Mistan inzibati ərazi vahidində yerləşən bu kənd Peştəsər silsiləsinin ətəklərindədir. Oykonim Digah coğrafi adının yerli tələffüz forması olub, "kənd yeri" mənasındadır.
Girov
Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Kirov
Kirov (Kirov) — Rusiya Federasiyasında yerləşən şəhər, Kirov vilayətinə daxildir.
Siyov
Siyov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1018 nəfərdir. == Toponimikası == Kəndin adı ərazidəki Qarasuçayın və Qarasutəpə dağının adı ilə bağlı yaranmışdır. Oykonim Qarasu adının talış dilindəki qarşılığıdır. == Bitki örtüyü == Taxus baccata – iynə yarpaqlılar nümayəndələrindən olmaqla – Qafqaz meşələrində geniş yayılmışdır. Bu növ iynə yarpaqlı ağac və kollar Hirkan qarışıq meşəliyində yayılmaqla bərabər özü təklikdə Siyov kəndi yaxınlığında qaraçöhrə meşəliyi yaradır. Burada Taxus baccata-dan başqa Carpinus schuschacnsis və Lonicera iberica-nın, ot bitkilərinin 32 növ olduğunu A.A.Qrossheym 1926-cü ildə, müəlliflərdən biri isə (akademik V.Hacıyev) 1979-cu ildə 45 növ olduğunu göstərmişdir. Çox düzgün olaraq A.A.Qrossheym bu meşəliyin sonradan bərpası ilə izah edir. Görünür Siyov ətrafında vaxtı ilə meşələr qırıntıya məruz qalmışdır. Qaraçöhrənin isə bir hissəsi yandırılmışdır.
Xidiv
Xidiv (osm. خدیو ḫidīv) — Osmanlı imperiyası dövründə Misir xidivliyinin idarəçisinə verilən titul.
Xilon
Spartalı Xilon (təq. e.ə. 600, Sparta, Peloponnes, Qərbi Yunanıstan və İon adaları – təq. e.ə. 520) — Yunanıstanın yeddi müdriyindən biri. Spartalı Damaetin oğlu. Spartada efor seçilərkən (beş ali vəzifə sahibindən biri) qardaşının paxıllıqdan - niyə səni seçirlər, məni yox? - sualına Xilon belə cavab vermişdir: - Ona görə ki, mən ədalətsizliyə dözə bilirəm, sən isə yox. == Həyatı == Həyatı haqqında məlumat çox azdır.Eforlar həmdə hakim kimi məhkəmə işlərinə baxdıqlarına görə qoca yaşlarında Xilondan soruşulanda ki, -ədalətsiz hökm çıxarıbmı? Xilon cavab vermişdir ki, -yalnız bircə hökmünə görə şübhə içindədir, bilmir ki haqlıdı ya haqsız.
Xiron
Xiron (yun. Χείρων, lat. Chron) Yunan mifologiyasına görə Kron və Filirin oğlu, Zevsin ata tərəfdən qardaşı, yarı insan yarı at qamətli Kentavrlara aid əfsanəvi bir personajdır. İxiondan törənmiş yarı insan yarı heyvan məxluqları ilə eyni tutulsa da Xiron başqa mənşəyə malik olmuşdur. Belə ki, Kron onu öz arvadı Reyadan gizlin Filir adlı atdan dünyaya gətirmişdir. İlliada əsərində Xiron digər kentavrlardan üstün sayılır. Belə ki, Xiron digər əyyaş və ziyankar kentavrlardan fərqli olaraq, Apollon və Artemidanın şagirdi, ağıllı, ədalətli, tanrıların dostu, qəhrəmanların tərbiyəçisi, əczaçı və təbadət bilicisi, təbib, sağlamlıq və təbabət tanrısı Asklepin müəllimi kimi təsvir edilmişdir. Heraklın yaxın dostu olmuşdur. Herakl ona ehtiram edərək onun mağarasında yaşamışdır. Alicənab Xiron səhvən Heraklın atdığı zəhərli oxla ayağından ölümcül yaralanır.
Xiton
Xiton (qədim yunan dilində: χιτών) - qədim Yunanıstanda kişilərin və qadınların istifadə etdikləri geyim. Adətən kətandan və ya yundan, daha sonralar pambıqdan və bəzən ipəkdən hazırlanırdı. Xiton müxtəlif ölçülü parçalardan ibarət idi. Xiton bədənin ətrafına sarılır, heç bir qayçı və ya iynədən istifadə olunmurdu. Qədim Yunanıstanda xiton bir-birindən fərqlənən iki formada:dorik və ionik üslubunda hazırlanırdı. Dorik üslubunda xiton yun parçadan hazırlanırdı, sadə və qolsuz olurdu. Bədənin sol tərəfindən qatlanır və sağ çiyin üzərində bağlanırdı. Xiton elə bir şəkildə geyilirdi ki, bir tərəfində bir qat var idi, digər tərəfi açıq qalırdı. Qədim Yunanıstanda qadınlar da xiton geyirdilər. Ancaq qadınlar həmişə onları ayaq biləyinə qədər geyirdilər.
Xiyav
Meşkinşəhr (tarixi adı Xiyov və ya Xiyav) — Güney Azərbaycanın Ərdəbil ostanına daxildir. İranın şimal-qərbində yerləşir. Tehrandan 839 km aralıda, Savalan dağının yaxınlığında yerləşən şəhər. Meşkinşəhr şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 63 655 nəfər və 14 949 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. Bu şəhər Savalan dağına ən yaxın şəhərdir. İqlimi mülayimdir. Keçmişdə adları "Xio", "Orami", "Vəravi" olmuşdur. == Şəhərin görməli yerləri == Ən mühüm turizm obyektləri bunlardır: Seyid Süleyman Fəxrəbad İmamzadə Seyid Süleyman məqbərəsi Mavand, Qotursu, Şabil, İlandoğan və Qaynarca isti su bulaqları Qarasu çayının sahili Qədim Meşkinşəhr qalası, Ağaeh qalası, Döv qalası, Qəhqəhə qalası Sasani dövrünün 2000 illik epiqrafik abidələri Unar kəndində qədim qəbiristanlıq Şeyx Heydər türbəsi Arşaq qalası Qışlaqzaxir qalası Qənbər təpəsi Anar qədim məzarlığı Cənnət Sara məscidi Həsəndaş müqəddəs yeri Meşəlik parkı Şirvan dərəsi Qarasu Huşəng meydanı Savalan dağının ətəkləriŞəhərdə kilim, xalça, yun parçalardan müxtəlif toxuculuq məhsulları toxunur.
Çilov
Çilov (əvvəlki adı: Jiloy) — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Jiloy qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Jiloy şəhər tipli qəsəbə Çilov şəhər tipli qəsəbə, Jiloy qəsəbə inzibati-ərazi vahidi Çilov qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Çilov qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çilov qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Çilov qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir. == Tarixi == Xəzər dənizinin Abşeron körfəzində eyniadlı arxipelaqa aid olan adadır. Çilov adası səsləşməsinə görə "Jiloy" adlandırılıb. Adanın qədim adı Çilov – Şahilandır, daha əvvəl isə o, Ronis adlanıb. Qəsəbə daha çox neft hasilatı ilə tanınmışdır. 1949-cu ildə qəsəbə statusu almışdır. == Əhalisi == Əhalisi 1,7 min nəfərdir. Əhalisi əsasən sənaye müəssisələrində və qismən də kənd təsərrüfatı sahələrində çalışır.
Icon in Me
Icon in Me (iMi) — Moskvada yaradılan, Rusiya metal-qrupu. 2004–2007-ci illərdə "Hostile Breed" adı altında fəaliyyət göstərmişdir.
Bico
Bico — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bico — 1824-cü il vergi sənədlərinə görə 35 ailə yaşayan Bico kəndi Şirvan əyalətinin Qoşun mahalına, sonralar isə Şamaxı qəzasının Qoşun dairəsinə daxil olmuşdur. Bico, Qəşəd, Keçdiməz və Ləngəbiz kəndlərinin Şıxəli bəyin övladlarının mülkiyyətində olduğu arxiv sənədlərindən məlumdurBico Azərbaycanın ən qədim kəndlərindən biridir. Kəndin tarixi tam olaraq araşdırılmasa da, bəzi mənbələrdə aşkar olaraq görünən məlumatlar Biconun qədim və zəngin tarix və mədəniyyətindən xəbər verir. ==== "Bico" sözünün etimologiyası ==== Bəzi mənbələrdə "Bicoy", "Bica" kimi göstərilir. Çar Rusiyası və Sovet imperiyasının bəzi dönəmlərində kəndin adı "Bicov" kimi işlənmişdir. Kəndin adının etimologiyası ilə bağlı indiyə qədər irəli sürülən versiyalardan hər hansı birinin üzərində qəti dayanmaq düzgün olmasa da, aşağıdakılardan bir-biri ilə əlaqəli olan birinci iki versiya daha etibarlı mənbələrə və izah üsullarına əsaslanır: Kəndin adı ilə bağlı bir versiya onun peçoyların adından götürülməsidir. Bəzi tədqiqatçılar peçoyları türklərin oğuz qrupundan olan peçeneqlərə (əksər tarixi ədəbiyyatlarda "beçene" və ya "beçeneq" kimi işlədirilir) aid edir. Bir qism tədqiqatçılar isə peçoyları hun tayfalarının bir qolu hesab edir. Türkiyəli tarixçilər isə peçoyları nə hunlara, nə də peçeneqlərə aid etmədən Peç şəhərinin əhalisi ("peçoy" və "peçevi" sözlərinin ərəb əlifbası ilə eyni cür yazılmasını əsas gətirərək) kimi Anadoludan köçmüş osmanlı türklərindən sayır ki, bu daha əsaslandırılmış versiyadır.
Dico
Dico — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 162 nəfərdir. == Toponimiyası == Dico kəndi Peştəsər silsiləsinin ətəyindədir. Oykonim Talış dilindəki di (kənd) və colqo (yer) sözlərindən düzəlib, "kənd yeri" mənasındadır.
Xios
Xios(yun.Χίος) — Yunanıstan ərazisinin bir hissəsi kimi Kiçik Asiya yarımadasına yaxın Egey dənizində yerləşən ada. Əhali 50 388 (2001 il siyahıyaalma). Xios adası,eləcə də Psara yaxınlığında yerləşən adalar(14,2 km şimal-qərb) və Inusses (6.3 km şərq) Yunanıstan Respublikasında inzibati vahid yaradır. Ən böyük məskunlaşma :Aya-İrmioni,Volisos,Vrondados,, Kambos,Karfas,Kataraktis, Lillikas, Megas-Limionas,Flatsia və Xios adalarında qeyd alınıb. == Coğrafiya == Egey dənizinin suları ilə yuyulur. Xios adası Türkiyə Respublikası ilə su sərhədi mövcuddur. Adanın sahəsi — 842,289 кm² təşkil edir. Ada aypara formasına malikdir. Egey dənizində yerləşən digər adalar kimi, Xios tikanlı bitki örtüyü ilə, qayalıq ərazisi və hündür olmayan təpələri ilə xarakterizə olunur. Ən yüksək nöqtəsi — Pelineon zirvələri (1297 m / 4260 ft) və Oros zirvəsidir.(1188 m və ya 3900 ft).
Dirov (İran)
Dirov (fars. ‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 567 nəfər yaşayır (202 ailə).
Dmitri Sıçyov
Dmitri Sıçyov (rus. Дмитрий Сычев; 26 oktyabr 1983, Omsk) — Rusiyanın Lokomotiv Moskva klubunun kapitanı, Rusiya milli komandasının hücumçusu. == Gəncliyi == Dmitri Rusiyanın Perm şəhərində 1982-ci ildə anadan olub. Uşaqlıqda futbolla məşğul olmağa başlayıb. Bundan sonra 2000-ci ildə Fransanın "Marsel" klubuna yollanıb. Burada 2 il keçirən futbolçu əsasən əvəzedici heyətdə yer alıb. Daha sonra Rusiyaya qayıdıb və Spartak Moskva klubu ilə müqavilə imzalayıb. 2005-ci ildə klubu tərk edib və Lokomotiv Moskva klubunun heyətində çıxış etməyə başlayıb. == Lokomotiv == Lokomotivə keçdikdən sonra tez bir zamanda əsas heyətin futbolçusu olub. Lokomitivdə oynadığı illər ərzində o 1 dəfə Rusiya çempionu, 1 dəfə kubok qalibi və bir dəfə Birlik Kubokunun qalibi olub.
Girov (dəqiqləşdirmə)
Girov
Kirov (Vedibasar)
Kirov, Taperakan — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Kirov adaları
Kirov adaları və ya Sergey Kirov adaları (rus. Oстрова Кирова, rus. Aрхипелаг Сергея Кирова) — Qara dənizdə yerləşən kiçik adalardan ibarət olan arxipelaqdır. Bu adalar Kerova adaları kimi də tanınır. Kiçik adalardan ibarət olan bu arxipelaq tundra bitkiləri ilə zəngindir. Kirov adaları Qara dənizdə, Sibir sahillərindən təxminən 140 km məsafədə yerləşmişdir. Bu arxipelaq İosif Stalinin Siyasi Bürosunun üzvü olan Sergey Kirovun şərəfinə adlandırılmışdır. Ən böyük adası olan İsaçenko adasının sahəsi 168 km²-dir. Bu ada öz adını rus mikrobioloqu və botaniki olan Boris İsaçenkodan almışdır. İsaçenko adasında bir sınaq stansiyası da yerləşmişdir.
Kirov rayonu
Kirov rayonu — Bakı şəhərinin indiki Binəqədi rayonu. Kirov rayonu (Şimali Osetiya) — Şimali Osetiyada rayon. Kirov rayonu (Ufa) — Ufada rayon. Kirov rayonu (Stavropol diyarı) — Stavropol diyarında rayon.
Kirov vilayəti
Kirov vilayəti (rus. Кировская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
2019-nCoV koronavirusunun yayılması
Yeni tipli pnevmoniya COVID-19, 2019-nCoV koronavirusu pandemiyası — 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi. Sonradan, Çin alimləri yeni koronavirus — 2019-nCoV ayırd edərək onun genomunun genetik ardıcıllığını təyin etdilər. Virus, şiddətli kəskin tənəffüs sindromuna səbəb olan SARS-CoV virusuna (atipik pnevmoniya kimi də tanınır) ən azı 70% genetik ardıcıllıqla bənzəyir. Yeni koronavirusun inkubasiya dövrü 2 gündən 10 günə qədər davam edir və son məlumatlara görə, xəstəlik simptomların başlamazdan əvvəl yoluxucu olur. 22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tətbiq edilməyə başlandı. 24 yanvar tarixindən etibarən Uhana bitişik olan Huanqan, Eçjou, Çibi və Çjitsyan şəhər rayonlarına da karantin tətbiq edildi. Ümumilikdə 14 şəhərdən gediş məhduddur. Virus Çindəki bütün əyalət səviyyəsində inzibati vahidlərdə qeydə alınıb. Yanvarın 30-da ÜST-ün Fövqəladə Komitəsinin iclasında, yeni koronavirusun yayılması beynəlxalq narahatlıq yaradan ictimai səhiyyə təcili vəziyyəti kimi qəbul edildi.
Yeni koronavirus (2019-nCoV)
SARS-CoV-2 virusu (ing. Severe acute respiratory syndrome coronavirus 2; Ağır kəskin respirator sindrom koronavirusu 2) — Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ilkin olaraq 2019-nCoV adlandırılan, eyni zamanda Uhan koronavirusu, Uhan dəniz məhsulları bazarının sətəlcəm virusu və Uhan pnevmoniyası kimi də tanınan və müsbət istiqamətləndirilmiş və tək telli RNT virusu olan yeni koronavirus ilk dəfə 2019-cu ildə aşkar edilmişdir. Virus, 2019–2020 Uhan pnevmoniya xəstəliyi zamanı sətəlcəm olan bir xəstədə, müsbət bir nümunə üzərində keçirilən nuklein turşusu testindən sonra genomik olaraq ardıcıllıqla sıralandı. CoV adi "soyuqlama" halından Orta Şərq Tənəffüs sindromu (Meadle East Respiratory Syndrome, MERS-CoV) və Ağır Kəskin Tənəffüs sindromu (Severe Acute Respiratory Syndrome, SARS-CoV) kimi daha ciddi xəstəliklərə səbəb olan virus ailəsidir. Aparılan geniş araşdırmalar əsasında SARS-CoV misk pişiklərindən, MERS-CoV isə təkhürgüclü dəvələrdən insana keçdiyi müəyyənləşdirilib. Günümüzdə hələ insanlara yoluxmamış, ancaq heyvanlarda izlənən çoxlu CoV növü mövcuddur. CoV-ların insanlar arasında dolaşan alt-tipləri (HCoV-229E, HCoV-OC43, HCoV-NL63 ve HKU1-CoV) əhali arasında "soyuqdəymə" kimi bilinən hallara səbəb olur.2020-ci ilin yanvarında, epidemiyanı araşdıran Tibb Komissiyasının rəhbəri Zhong Nanshan'nın məlumatına görə, Çin'in Guangdong əyalətində, virusun insandan insana yoluxması təsdiqləndi. Yeni virus üçün hazırda xüsusi bir müalicə yoxdur, ancaq mövcud anti-əyilmələrin istifadə olunma ehtimalı var. == Simptomlar == "COVID-19" ilə yoluxmuş şəxslər simptomsuz ola və ya öskürək, yüksək hərarət və təngnəfəslik əlamətlərini sərgiləyə bilər. İshal və yuxarı tənəffüs yolları simptomları (asqırmaq, "burun axması", boğaz ağrısı) daha az rast gəlinən əlamətlər arasındadır.
XIV Benedikt
XIV Benedikt (lat. Benedictus XIV; d. 31 mart 1675 - ö. 3 may 1758) — Roma papası. == Xarici keçidlər == Healy, Patrick (1907).
XIV Klement
XIV Klement (lat. Giovanni Vincenzo Antonio Ganganelli;31 oktyabr 1705[…] – 22 sentyabr 1774[…], Roma) — Roma papası.
XIV Lüdovik
XIV Lüdovik (fr. Louis XIII de France; 5 sentyabr 1638[…], Sen-Jermensk sarayı[d] – 1 sentyabr 1715[…], Versal sarayı) — Fransa kralı. 1643-1715-ci illərdə hakimiyyətdə olmuşdur. == Daxili siyasəti == 1643-cü ildə XIII Lüdovik öləndən sonra taxta 4 yaş 8 aylıq olan XIV Lüdovik və ya əsl adı ilə Louis çıxmışdı. O 1638-ci ildə XIII Lüdovik və Anna Avstriyalının oğlu kimi dünyaya gəlmişdi. Onun yaşı çatmadığından isə dövləti İtalyalı olan Kardinal Culio Mazarini idarə edirdi. Bu zaman Fronda kimi məşhur olan üsyan başvermişdi. Bu üsyan 1648-1653-ci illərdə baş vermişdi. Üsyanın səbəbi isə Kardinal Rişelyenin zadəganların nüfuzunu qıraraq məclisin gücünü məhdudlaşdırma siyasətinin Kardinal Mazarini tərəfindən davam etdirilməsi idi. Üsyana təkan verən səbəblərdən digərləri isə bu zaman yaşanan qiymət artımı, qıtlıq və sair kimi səbəblər oldu.
XIV əsr
== Şəxslər ==
SARS-CoV-2
SARS-CoV-2 virusu (ing. Severe acute respiratory syndrome coronavirus 2; Ağır kəskin respirator sindrom koronavirusu 2) — Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ilkin olaraq 2019-nCoV adlandırılan, eyni zamanda Uhan koronavirusu, Uhan dəniz məhsulları bazarının sətəlcəm virusu və Uhan pnevmoniyası kimi də tanınan və müsbət istiqamətləndirilmiş və tək telli RNT virusu olan yeni koronavirus ilk dəfə 2019-cu ildə aşkar edilmişdir. Virus, 2019–2020 Uhan pnevmoniya xəstəliyi zamanı sətəlcəm olan bir xəstədə, müsbət bir nümunə üzərində keçirilən nuklein turşusu testindən sonra genomik olaraq ardıcıllıqla sıralandı. CoV adi "soyuqlama" halından Orta Şərq Tənəffüs sindromu (Meadle East Respiratory Syndrome, MERS-CoV) və Ağır Kəskin Tənəffüs sindromu (Severe Acute Respiratory Syndrome, SARS-CoV) kimi daha ciddi xəstəliklərə səbəb olan virus ailəsidir. Aparılan geniş araşdırmalar əsasında SARS-CoV misk pişiklərindən, MERS-CoV isə təkhürgüclü dəvələrdən insana keçdiyi müəyyənləşdirilib. Günümüzdə hələ insanlara yoluxmamış, ancaq heyvanlarda izlənən çoxlu CoV növü mövcuddur. CoV-ların insanlar arasında dolaşan alt-tipləri (HCoV-229E, HCoV-OC43, HCoV-NL63 ve HKU1-CoV) əhali arasında "soyuqdəymə" kimi bilinən hallara səbəb olur.2020-ci ilin yanvarında, epidemiyanı araşdıran Tibb Komissiyasının rəhbəri Zhong Nanshan'nın məlumatına görə, Çin'in Guangdong əyalətində, virusun insandan insana yoluxması təsdiqləndi. Yeni virus üçün hazırda xüsusi bir müalicə yoxdur, ancaq mövcud anti-əyilmələrin istifadə olunma ehtimalı var. == Simptomlar == "COVID-19" ilə yoluxmuş şəxslər simptomsuz ola və ya öskürək, yüksək hərarət və təngnəfəslik əlamətlərini sərgiləyə bilər. İshal və yuxarı tənəffüs yolları simptomları (asqırmaq, "burun axması", boğaz ağrısı) daha az rast gəlinən əlamətlər arasındadır.
XIV Dalay Lama
XIV Dalay Lama (Nqaqvanq Lovzanq Tençzin Qyamçxo, tib. བསྟན་འཛིན་རྒྱ་མཚོ་; 6 iyul 1935[…]) — Tibet, Monqolustan, Buryatiya, Tuva, Kalmıkiya və digər regionlarda yaşayan buddistlərin dini lideri. Sülh üzrə Nobel mükafatı laureatı (1989). 2006-cı ildə ABŞ-nin ali mükafatı sayılan - Konqressin Qızıl medalı ilə təltif olunmuşdur. 2011-ci il 27 aprelə qədər o sürgündə olan Tibet hökumətinə başçılıq etmişdir (onu Lobsanq Sanqay əvəz etmişdi). == Bioqrafiya == XIV Dalay Lama, Tençzin Qyamçxo tibet xalqının dini lideri hesab olunur. Tibet buddistləri Dalay Lamanın Avalokiteşvara (Çenrezi), Bodxisatva iztirabın Yerdəki təcəssümü hesab edirlər. Onlara görə, Dalay Lama insanlara xidmət etmək üçün dünyaya gəlmişdir. == Erkən illəri == XIV Dalay Lama 6 iyul 1935-ci il tarixində Tibetin şimal-şərqində yerləşən Amdo vilayətinin geniş vadisində təpədə yerləşən balaca və kasıb Takçer adlı kənddə kasıb bir ailədə anadan olmuşdur. İndi bu ərazilər Çinin əyaləti olan Çinxayın tərkibinə daxildir.
XIV Karl İohann
XIV Karl (norv. Karl Johan; 26 yanvar 1763[…], Po[d], Fransa krallığı – 8 mart 1844[…], Stokholm kral sarayı[d], İsveç) — fransız əsilli İsveç-Norveç kralı. Bernadotlar sülaləsinin əsasını qoymuşdur. == Ailəsi və uşaqlığı == Əsl adı Jan Bernadot olan Karl 26 yanvar 1763-cü ildə Fransanın Pau şəhərində anadan oldu. Atası Jan Henri Bernadot (1711-1780) dövlət ittihamçısı idi. Jüls adını daha sonra özünə Yuli Sezarın şərəfinə almışdı. == Ordu karyerası == 1780-ci ildə Fransız ordusuna qoşuldu. İlk illərində Korsikada xidmətdə idi. 1794-cü ildə briqadir, Fleryus döyüşündən sonra isə general rütbəsi aldı. Bundan sonra Teiningen döyüşündə fərqlənən Bernadot 1798-ci ildə Vyanaya səfir təyin olundu.