Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bərəzi
Bərəzi (fars. برازي‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 232 nəfər. yaşayır (41 ailə).
Tərəzi
Tərəzi (fars. برج میزان‎) - varlıqların kütləsini ölçmək üçün cihaz. Müxtəlif növləri var: qollu, elektron və s.
Amper-tərəzi
Amper-tərəzi — elektrik ölçü cihazlarını yoxlamaq məqsədilə elektrik cərəyan şiddətinin vahidi olan amperi təyin etmək üçün istifadə olunan elektromexaniki cihazdır. Bu cihaz həmçinin cərəyan tərəzisi də adlanır. == Ümumi məlumat == Məlumdur ki: "Amper elə sabit cərəyan şiddətinin vahididir ki, vakuumda sonsuz uzunluğa malik iki paralel naqil bir-birindən 1 metr məsafədə yerləşən zaman bu naqillərin hər 1 metri arasındakı qarşılıqlı təsir qüvvəsi 2·10-7 Nyuton-a bərabər olsun . Tərifdə sonsuz uzun naqillər anlayışı mövcuddur ki, bu da təcrübədə tətbiq oluna bilməz. Buna görə də, real problemləri həll etmək üçün sonlu ölçülərə malik naqilləri olan xüsusi elektromexaniki cihaz - amper-tərəzi hazırlanmışdır. Onun köməyi ilə elektrodinamika qanunları əsasında tələb olunan cərəyan şiddətini hesablamağa imkan verən məlumatlar əldə edilir. İlk amper-tərəzi 1882-ci ildə İngilis fiziki Uilyam Tomson (Lord Kelvin) tərəfindən hazırlanmışdır. Konstruksiyasının fərqləndirici xüsusiyyəti kompakt və dəqiq olmasıdır. Çünki, cərəyanın gücü iki koaksial bir qatlı solenoidlərin qarşılıqlı təsir qüvvəsi ilə təyin olunur. == Konstruksiyası və işi == Dizaynına görə, amper-tərəzi analoq tərəzilərə bənzəyir.
Tərəzi (astrologiya)
(lat. Libra) Tərəzi — Astrologiya ya görə yeddinci Zodiak nişanı. Yaz gün bərabərliyi nöqtəsi indən başlayaraq Ekliptika nın 180°-dan 210°-dək uyğun gələn sektoru. Tərəzi bürcünün hamisi Venera planeti hesab edilir. Qərb astrologiya sına görə hesab edilir ki, Günəş Tərəzi bürcündə 24 sentyabr dan 22 oktyabr dək yerləşir. Vedi astrologiya sına görə isə o orada 16 oktyabr dan 15 noyabr dək yerləşir. Tərəzi bürcü astronomiyadakı Tərəzi bürcü deyil. Orada Günəş 31 oktyabr dan 22 noyabr dək olur. Bağlı olduğu keyfiyyətlər: hava. Metalı: bürünc.Rəngi – bənövşəyi Digər əlamətləri : Aparıcı motivi – ədalətli mühakimə yürütmək və kamilləşmək.
Tərəzi (astronomiya)
Tərəzi bürcü — səmada 534 kvadrat dərəcəlik sahəni tutur. Onun tərkibinə adi gözlə görünən 50 ulduz daxildir. "Tərəzi"də parlaq ulduz yoxdur, amma onu himayə edən Venera ("Dan ulduzu") Ay və Günəşdən sonra Yerdən görünən ən parlaq planetdir. Qədim romalılar tərəfindən məhəbbət, gözəllik və izdivac ilahəsi Veneranın şərəfinə adlandırılan bu planet təkcə "Tərəzi"ni deyil, həmçinin Buğa bürcünü də idarə edir. Onun radiusu 6050 km, elementi hava, tərkibi istilik, xarakteri isə hakimiyyətlilikdir. == Tərəzi ulduzları == Göydə dördbucaqlı şəklində düzülmüş ən parlaq ulduzlardandır: α Tərəzi, Zuben Əl-Cənubi, Parıltılıq dərəcəsi: 5,15m, 2,75m β Tərəzi, Zuben Əl-Şimali; γ Tərəzi, Zuben Əl-Əqrəb; δ Tərəzi — dəyişkən ulduz. Parıltılıq dərəcəsi 4,8m — 6,0m; σ Tərəzi — dəyişkən ulduz..α və β tərəzinin birləşdirici xəttini, а γ и σ — tərəzi qapanlarını təşkil edir.
Tərəzi (bürc)
Tərəzi (astrologiya) — Astrologiya ya görə yeddinci Zodiak nişanı. Tərəzi (astronomiya) — səmada 534 kvadrat dərəcəlik sahəni tutur.
Xərəzm türkçəsi
Xarəzm türkcəsi — türk dilinin tarixində danışılmış və yazılmış olub Qaraxanlı türkcəsindən sonra gələn tarixi dönəmlərdən biridir. == Tarix == Ceyhun çayının Aral gölünə töküldüyü bölgədə yerləşən Xarəzm XI əsrin əvvəllərində Qəznəvilərə bağlı bir vilayət idi. Buraya təyin edilən valilərə Xarəzmşah deyilirdi. Xarəzmşahlar sülaləsi Oğuzların Bəydili boyundan Anuş Təkin ilə başlamışdır. Anuş Təkinin oğlu Qütbəddin Məhəmməd (1097–1127), onun oğlu Atsız (1127–1156), onun oğlu El Arslan (1156–1172) Xarəzmi idarə etmişdir. El Arslan 1157-ci ildən etibarən müstəqil Xarəzm dövlətinin idarəçisi idi. 1172–1200-cü illər arasında El Arslanın oğlu Sultan Təkiş, daha sonra onun oğlu Əlaləddin Məhəmməd (1200–1220) ölkəni idarə etmişdir. Xarəzmşahlar dövlətinin varlığına Çingizilər son qoydu . İslam dininin gəldiyi ilk vaxtlarda Xarəzmdə danışılan dil farsca olmaqla bərabər digər fars ləhçələrindən fərqli olan Xarəzm ləhçəsi idi. XI əsrdə başlayan Xarəzmin türkləşməsi hadisəsi XIII əsrə qədər davam etmiş və Xarəzm ilə ona bağlı olan bölgələrdə yeni yazı dilinin yaranması türkləşmədən sonra baş vermişdir.
Qızıl Tərəzi Evi
Qızıl Tərəzi evi (alm. Haus zur Goldenen Waage‎) — Almaniyanın Frankfurt şəhərinin köhnə hissəsində mövcud olmuş və 22 mart 1944-cü ildə Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələri tərəfindən şəhərin bombalaması zamanı dağıdılmış Orta əsrlərə aid faxverk üslublu ev idi. Öz yüksək memarlıq dəyərinə və tarixi əhəmiyyətinə görə, bina şəhərin ən məşhur görməli yerlərindən biri hesab olunurdu. Müqəddəs Varfolomey İmperator kafedral kilsəsinin (və ya qısaca olaraq Frankfurt kafedralının) əsas portal girişinin qarşısında küncvari şəkildə tikilmiş Qızıl Tərəzi evi, bir tərəfdən olduqca dar Höllqasse (alm. Höllgasse‎), digər tərəfdən isə Domplatz meydanı ilə şəhərin tarixi mərkəzi hesab edilən Römerberq meydanını birləşdirən Markt küçələrinin kəsişməsində yerləşirdi. Bir zamanlar öz detallı və zərif fasadı ilə göz oxşamış alman İntibah memarlığının şah əsəri hesab edilən bu ev, təxminən 1619-cu ildə inşa edilmişdir. Müharibədən sonrakı dövrdə yenidənqurmaya yardımçı ola biləcək evin möcüzəvi şəkildə salamat qalmış qalıqları, şəhər rəhbərliyinin qərarı ilə 1950-ci ildə sökülmüşdür. Sökülməzdən öncə dağıntı ərazisindən çıxarılmış arkadalar, tarixi eksponat qismində Frankfurtla qonşu olan Offenbax am Main şəhərinin cənubunda yerləşən Götzenhain rayonundakı özəl kitabxanaya daşınılmış, evin bünövrəsi və bəzi qalıqları isə 20 ildən artıq müddət ərzində torpaq altında qalmışdır. 1972–1973-cü illərdə Dom/Römer metro stansiyasının tikintisi zamanı, Qızıl Tərəzi evinin bir zamanlar yerləşdiyi Frankfurtun kafedral təpəsində aparılmış arxeoloji qazıntılar nəticəsində Erkən Roma dövrünün yaşayış məskəninin və o cümlədən qədim hamam kompleksinin, eləcə də XII əsrdə hökmranlıq etmiş Karolinqlər sülaləsinə məxsus kral sarayının qalıqları aşkar edilmiş və burada dərhal Arxeoloji bağın yaradılması qərara alınmışdır.2017-ci ilin dekabr ayında Frankfurtun köhnə hissəsinin dirçəldilməsi layihəsi çərçivəsində, dağılmış Qızıl Tərəzi evinin faxverk fasadı, həmçinin daxilində bir zamanlar mövcud olmuş renessans tərzli tavan və kiçik belveder (alm. Belvederchen‎) yüksək keyfiyyətlə yenidən qurulmuşdur.
Tərəzi bürcü (astrologiya)
(lat. Libra) Tərəzi — Astrologiya ya görə yeddinci Zodiak nişanı. Yaz gün bərabərliyi nöqtəsi indən başlayaraq Ekliptika nın 180°-dan 210°-dək uyğun gələn sektoru. Tərəzi bürcünün hamisi Venera planeti hesab edilir. Qərb astrologiya sına görə hesab edilir ki, Günəş Tərəzi bürcündə 24 sentyabr dan 22 oktyabr dək yerləşir. Vedi astrologiya sına görə isə o orada 16 oktyabr dan 15 noyabr dək yerləşir. Tərəzi bürcü astronomiyadakı Tərəzi bürcü deyil. Orada Günəş 31 oktyabr dan 22 noyabr dək olur. Bağlı olduğu keyfiyyətlər: hava. Metalı: bürünc.Rəngi – bənövşəyi Digər əlamətləri : Aparıcı motivi – ədalətli mühakimə yürütmək və kamilləşmək.
Tərəzi bürcü (astronomiya)
Tərəzi bürcü — səmada 534 kvadrat dərəcəlik sahəni tutur. Onun tərkibinə adi gözlə görünən 50 ulduz daxildir. "Tərəzi"də parlaq ulduz yoxdur, amma onu himayə edən Venera ("Dan ulduzu") Ay və Günəşdən sonra Yerdən görünən ən parlaq planetdir. Qədim romalılar tərəfindən məhəbbət, gözəllik və izdivac ilahəsi Veneranın şərəfinə adlandırılan bu planet təkcə "Tərəzi"ni deyil, həmçinin Buğa bürcünü də idarə edir. Onun radiusu 6050 km, elementi hava, tərkibi istilik, xarakteri isə hakimiyyətlilikdir. == Tərəzi ulduzları == Göydə dördbucaqlı şəklində düzülmüş ən parlaq ulduzlardandır: α Tərəzi, Zuben Əl-Cənubi, Parıltılıq dərəcəsi: 5,15m, 2,75m β Tərəzi, Zuben Əl-Şimali; γ Tərəzi, Zuben Əl-Əqrəb; δ Tərəzi — dəyişkən ulduz. Parıltılıq dərəcəsi 4,8m — 6,0m; σ Tərəzi — dəyişkən ulduz..α və β tərəzinin birləşdirici xəttini, а γ и σ — tərəzi qapanlarını təşkil edir.
Tərəzi bürcü haqqında

Matsumoto Tərəzi Muzeyi
Matsumoto Tərəzi Muzeyi (松本市はかり資料館, Matsumoto-şi Hakari Şiryokan) – Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində yerləşən muzey. Yaponiya tarixində istifadə olunmuş tərəzilərə və çəki nümunələrinə həsr olunmuşdur. == Tarixi == Muzeyin yerləşdiyi bina 1902–1986-cı illərdə Takeuçi Çəki və Tərəzi Dükkanı kimi fəaliyyət göstərmişdir. Dükkanı açmış Keyiçiro Takeuçi tərəzilərin təmiri və satışı ilə məşğul olmuş, ixtiralar vermişdir. Dükkan bağlandıqdan sonra bina Matsumoto şəhərinin yerli hakimiyyəti tərəfindən təmir olunmuş və 1989-cu ilin avqustunda burada muzey açılmışdır. == Xüsusiyyətlər == Muzey Matsumoto şəhərinin Nakamaçi küçəsində yerləşir. Muzey binası 3 ayrı binadan ibarətdir: ikisi kura üslubunda tikilmiş anbar, biri isə sonradan iqamətgaha çevrilmiş anbar olmuşdur. Muzeydə Meyci dövründən Şova dövrünə qədərki vaxta aid müxtəlif tərəzi növləri sərgilənir: antik tərəzilər, taxta ölçü fincanları, müasir tərəzilər və s.Muzeydə ipəkqurdu qozalarının çəkisini ölçmək üçün hazırlanmış xüsusi tərəzilərin sərgisi yerləşir. Bu tərəzilər ipəkqurdunun dişi yoxsa erkək olduğunu müəyyənləndirəcək həssaslıqdadır. Naqano prefekturası ipək istehsalına görə tanındığı üçün bu tərəzilər burada populyar olmuşdur.
Qızıl Tərəzi evi (Frankfurt-Mayn)
Qızıl Tərəzi evi (alm. Haus zur Goldenen Waage‎) — Almaniyanın Frankfurt şəhərinin köhnə hissəsində mövcud olmuş və 22 mart 1944-cü ildə Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələri tərəfindən şəhərin bombalaması zamanı dağıdılmış Orta əsrlərə aid faxverk üslublu ev idi. Öz yüksək memarlıq dəyərinə və tarixi əhəmiyyətinə görə, bina şəhərin ən məşhur görməli yerlərindən biri hesab olunurdu. Müqəddəs Varfolomey İmperator kafedral kilsəsinin (və ya qısaca olaraq Frankfurt kafedralının) əsas portal girişinin qarşısında küncvari şəkildə tikilmiş Qızıl Tərəzi evi, bir tərəfdən olduqca dar Höllqasse (alm. Höllgasse‎), digər tərəfdən isə Domplatz meydanı ilə şəhərin tarixi mərkəzi hesab edilən Römerberq meydanını birləşdirən Markt küçələrinin kəsişməsində yerləşirdi. Bir zamanlar öz detallı və zərif fasadı ilə göz oxşamış alman İntibah memarlığının şah əsəri hesab edilən bu ev, təxminən 1619-cu ildə inşa edilmişdir. Müharibədən sonrakı dövrdə yenidənqurmaya yardımçı ola biləcək evin möcüzəvi şəkildə salamat qalmış qalıqları, şəhər rəhbərliyinin qərarı ilə 1950-ci ildə sökülmüşdür. Sökülməzdən öncə dağıntı ərazisindən çıxarılmış arkadalar, tarixi eksponat qismində Frankfurtla qonşu olan Offenbax am Main şəhərinin cənubunda yerləşən Götzenhain rayonundakı özəl kitabxanaya daşınılmış, evin bünövrəsi və bəzi qalıqları isə 20 ildən artıq müddət ərzində torpaq altında qalmışdır. 1972–1973-cü illərdə Dom/Römer metro stansiyasının tikintisi zamanı, Qızıl Tərəzi evinin bir zamanlar yerləşdiyi Frankfurtun kafedral təpəsində aparılmış arxeoloji qazıntılar nəticəsində Erkən Roma dövrünün yaşayış məskəninin və o cümlədən qədim hamam kompleksinin, eləcə də XII əsrdə hökmranlıq etmiş Karolinqlər sülaləsinə məxsus kral sarayının qalıqları aşkar edilmiş və burada dərhal Arxeoloji bağın yaradılması qərara alınmışdır.2017-ci ilin dekabr ayında Frankfurtun köhnə hissəsinin dirçəldilməsi layihəsi çərçivəsində, dağılmış Qızıl Tərəzi evinin faxverk fasadı, həmçinin daxilində bir zamanlar mövcud olmuş renessans tərzli tavan və kiçik belveder (alm. Belvederchen‎) yüksək keyfiyyətlə yenidən qurulmuşdur.
Dərəli
Dərəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zəngilan rayonunun Canbar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dərəli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Mərəzə
Qobustan (əvvəlki adı: Mərəzə) — Azərbaycan Respublikasının Qobustan rayonunun Qobustan şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 592-IIIQ saylı Qərarı ilə Qobustan rayonunun Mərəzə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Mərəzə qəsəbəsi Qobustan qəsəbəsi adlandırılmış, Mərəzə qəsəbə inzibati ərazi dairəsi Qobustan qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Nərimankənd kənd inzibati ərazi dairəsi tərkibindəki Nərimankənd kəndi Qobustan qəsəbəsi ilə birləşdirilmiş, Nərimankənd kəndi və Nərimankənd kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Qobustan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qobustan qəsəbəsinə şəhər statusu verilmiş, Qobustan qəsəbə inzibati ərazi dairəsi Qobustan şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. == Tarixi == === "Mərəzə" adının mənşəyi haqqında === Şəhərin əvvəlki adı Mərəzə olmuşdur. Mərəzə şəhəri Qobustan rayonunun əsas magistral yolunun yaxınlığında, Şamaxı şəhərinin 27 km cənub-şərqində yerləşir. XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi Mərəzə haqqında yazırdı: "Pir Mərizat Sultan mənzilində bu həqir pirin asitanəsinə mehman olduq. Pir “Mərizat” adını daşısa da, əhali arasında “Pir Mərzə”, “Pir Mirza” da adlanır. Amma səhihi “Pir Mərizat”dır, yəni “Diri Baba” adı ilə afaqi-İran və Turanda məşhurdur. Lakin “Mərizat” sözü fars danışıq dilində “bükülmüş” mənasını verir.
Xarəzm
Xarəzm (Ərəbcə: خوارزم / Khwārizm, Özbəkcə: Xarəzm, Farsca: خوارزم / Khwārazm) — Orta Asiyada (Özbəkistan, Qazaxıstan, Türkmənistan) tarixi-coğrafi ərazi və eyni adlı Xarəzmşahlar dövlətinin yerləşdiyi ərazi. == Anlamı == Xarəzm sözünün mənası "Günəş ölkəsi" deməkdir. Çinlilər Xarəzmə Huşumi (呼似密) deyirdilər. Bu torpaqların Hu (呼) qəbiləsinə aid olduğunu göstərir. Hu (呼) qəbiləsi hun qəbiləsi olub hun adətinə görə şanyülərin xanımları burdan çıxırdı. == Tarixi == İrandilli xalqlar er. əv. II minilliyin ortalarında Cənubi Şərqi Avropadan Şərqdə hərəkət etmiş və Orta Asiyada qədim türklərin ərazisinin bir hissəsini zəbt etmişlər. Böyük mütəfəkkir Biruni yazır ki, er. əv.
Xarəzmi
Əl-Xarəzmi (fars. محمد بن موسی خوارزمی‎, təq. 780[…] – təq. 850, Bağdad) — riyaziyyat, astronomiya və coğrafiya sahələrində fəaliyyət göstərmiş məşhur Xarəzmli alim. Riyaziyyat sahəsindəki çalışmaları müasir cəbr elminin inkişafına böyük təkan vermişdir.
Çərəli
Çərəli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. Çərəli (Təbriz) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Çərəzə
Çərəzə (az.-əbcəd چرزه‎, fars. چرزه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 10 nəfər yaşayır (5 ailə).
Ərəzin
Ərəzin — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. == Tarixi == Tarixçi Solmaz Qaşqaylının tədqiqatlarında e.ə. IX əsrdə, Ərəzin əhalisinin buraya hücüm edən Urartu dövlətinə müqavimət göstərməsindən bəhs olunur. XX əsrin sonlarına yaxın adı çəkilən ərazidə müəyyən tarixi qalıqlar tapılmış və Naxçıvan tarix muzeyinə göndərilmişdir. Kənd Azərbaycanın siyasi həyatında böyük rol oynamağı ilə fərqlənmiş, belə ki, sovet hakimiyyəti qurulan dövrdə sovetləşməyə ciddi müqavimət göstərmişdir. O dövr üçün belə bir cəhdin edilməsi mühüm əhəmiyyətə malik idi. == Etimologiyası == Kəndin adının tarixi baxımdan izah edilməsində konkretləşmiş mövqe olmasa da, xalq etimologiyasına əsasən deyə bilərik ki, ad etimoloji təhlili ilə bağlı olan ilk versiya "ər" – igid, cəsur insan, "zin" – cəmlik bildirən əlamət kimi çıxış etməsi və ərlər diyarı, ərlər məskəni bildirməsi ilə bağlıdır. Bir başqa versiya isə adın "ərz" — dəyər, qiymət və "in" – cəmlik əlamətindən ibarət olmasıdır. Belə ki, dəyərlər diyarı mənasını ifadə etməsidir. Bu kimi və bundan fərqli olan daha bir neçə versiya mövcuddur.
Abbas dərəsi
Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd. Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd.
Dərzi
Dərzi və ya dərzilik tekstil məhsullarını emal edərək geyim, paltar və ya ev tekstili məhsullarına çevirən insanlara verilən addır. Xüsusi tikiş məharəti tələb edən bu sahə fərdə identik olaraq xüsusi günlərdə nəzərdə tutulmuş sifarişli geyimlər tikən, həmçinin müəyyən standartlara uyğun olmayan, ölçülərə uyğun gəlməyən şəxslərə paltar tikən insana dərzi deyilir. Bu peşə Osmanlıda da çox edilmişdir. Dərzi və ya dərzilik, toxuculuq məhsullarını geyim və ya ev toxuculuq məhsullarına çevirənlərə deyilir. Şəxslərin istəklərinə görə geyim, şalvar, yubka, bluza, köynək, gödəkçə, gəlinlik paltarı, axşam paltarı və palto istehsal edən və/və ya təmir edən şəxsdir.
Xərək
Xərək (nəqliyyat) — ən qədim yükdaşıma qaydalarından biri. Xərək (çörək bişirmə) – çörək bişirmə vasitələrindən biri.
Çərəz
Çərəz — müxtəlif bitkilərin meyvələri və ya toxumlarının qurudulması və ya işlənməsi ilə istehsal olunan qəlyanaltı növüdür. == İstehsalı == Çərəzlər meyvə və toxumların birbaşa günəş işığı altında qurudulması ilə və ya qovurma kimi istilik tələb edən metodlardan istifadə etmək yolu ilə və bəzən dadlı olması üçün duz və ya şəkər əlavə etməklə hazırlanır.
Ərazi
Ərazí — Hər hansı bir sərhəd cərçivəsi ilə əhatə edilmiş səth.
Qərəz
Qərəz və ya Önyarğı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə. == Anlayışın izahı == Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur. Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz.
Berezit
Berezitlər — aşağı temperaturlu metasomatik proseslərin təsirilə turş və orta tərkibli intruziv süxurların intensiv dəyişilməsi nəticəsində əmələ gələn, həmişə pirit və rutil qarışıqları olan və əsasən kvars, serisit, karbonat (ankerit) kimi minerallardan ibarət tipik çatətrafı metasomatitlər. Tərkibində albit, xlorit, kalsit və b. minerallar da ola bilər. Berezitlər morfologiyası adətən damarvaridir. Berezitlər qızıl və habelə mis, gümüş, molibden, volfram, polimetal, mərgümüş yataqlarında filizətrafı dəyişilmələr hesab edilir və axtarış əlamətləri kimi istifadə edilirlər. == Berezitləşmə == Berezitləşmə tipik çatətrafı (damarətrafı) aşağı temperaturlu metasomatik dəyişilmə prosesi. İntensiv berezitləşmə zonası tektonik pozulmaların, çat və daykaların təmasında baş verir, mərkəz hissədə kvars və ya karbonat (ankerit, yaxud kalsit) damarları əmələ gəlir. Berezitləşmə bəzən özündən əvvəl əmələ gəlmiş propilitlərin hesabına baş verir və bu zaman epidotla kvarsın assosiasiya karbonatla kvarsın assosiasiya ilə əvəz olunur. Berezitləşmə aydın müşahidə edilən metasomatik zonallıq yaradır, metasomatik dəyişilmə kimi müəyyən məqamlarda filizçökməni müşayiət edir. Belə hesab edir ki, həm berezitləşmə, həm də listvenitləşmə eyni tərkibli hidrotermal məhlulların müxtəlif tərkibli ilkin süxurlara metasomatik təsirindən əmələ gəlir və hər iki metasomatit birlikdə berezit formasiyasını təşkil edir.
Hereti
Hereti, Ereti və ya Şəki — Qafqaz Albaniyasının vilayətlərindən biri. Cənubi Qafqazda, indiki Azərbaycan Respublikası ərazisinin qərbində, indiki Gürcüstan Respublikası ərazisinin şərqində və indiki Dağıstan Respublikası (Rusiya) ərazisinin cənubunda yerləşən əraziləri əhatə etmişdir. Ərəblərin Azərbaycana yürüşləri ərəfəsində, 787-ci ildə ərazidə Şəki knyazlığı adlı feodal qurumu formalaşmışdır. == Adı == D. Musxeleşvili Şərqi Gürcüstanın tarixi coğrafiyasına dair kitabında ərazini "Hereti" adı ilə təqdim etsə də, qeyd edir ki, "Gürcü mənbələrində X əsrə qədər Hereti barədə heç bir məlumat yoxdur. D. Musxeleşviyə görə gürcülər bu dövləti ən yaxın qonşularının, qədim alban tayfalarından biri olan her tayfasının adı ilə, ərəblər onu paytaxtı Şəki şəhərinin adı ilə, ermənilər və bizanslılar isə onu bu yerdə daha əvvəl mövcud olmuş Albaniya çarlığının adı ilə tanıyırdılar. Hereti xoronimi Herov adlı alban qəbiləsinin adından götürülmüşdür və yalnız gürcü mənbələrində öz əksini tapmışdır. Lakin bu gün Qubada yaşayan Qrız kənd sakinləri danışdıqları Qrız dilində kəndlərini Hered özlərinə isə Her deyirlər böyük ehtimal ki bu dilin və Qrız kəndinin bu günə qədər qalmağı onların nə vaxtsa Azərbaycanın şimal qərbindən Qubaya köç etmə ehtimalı verir Ərəbdilli mənbələrdə Hereti, vilayət mərkəzi olan Şəki şəhərinin adıyla təqdim edilir. D. Musxeleşvili hesab edir ki ərəb mənbələrində adı çəkilən "Şəki" əslində Hereti knyazlığıdır. Lakin həm də qeyd edir ki, nədənsə "Kartlis tsxovreba"da da bəzən "Hereti" adı əvəzinə "Şəki" adı işlədilir. == Ərazisi == Hereti əyaləti şərqdə Qafqaz dağlarına, qərbdə Kür çayına, şimalda Telebdən yuxarıdakı Tke-Tba yaxud Qulqula gölünə, cənubda isə Alazan və İori çaylarının hövzəsinə kimi uzanan bir ərazini əhatə edirdi.
Jeremi
Jeremi (fr. Jérémie) — Haitinin cənub-qərbində yerləşən şəhər, Qrand-Ans departamentinin inzibati mərkəzi. == Tarixi == 1964-cü ildə Jeremi şəhərində tonton-makuta və ordu ilə qarşıdurmada 27 nəfər həlak olmuşdur. == Coğrafiyası == Ölkənin cənub-qərbində, ölkənin paytaxtı Port-o-Prens şəhərindən 297 km qərbdə yerləşir.. == Əhalisi == 2013-cü ilə görə əhali 31,416 nəfərdir. Şəhər əhalisinin dinamikası: == Tanınmış şəxslər == Aleksandr Düma, general Toma-Aleksandr Düma.
Perezia
Perezia (lat. Perezia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Areal == Cinsin nümayəndələrinin hamısının vətəni Folklend adaları və Cənubi Amerikadır.
Abdul dərəsi
Abdul dərəsi — İrəvan quberniyasının Eçmiədzin qəzasında göl adı. == Həmçinin bax == Qərbi Azərbaycan İrəvan xanlığı Ermənistan azərbaycanlıları == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuəsi. Bakı, 1990.