Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xənazir
Qulaqdibi xəstəliyi və ya parotit – viruslar vasitəsi ilə yayılan kəskin infeksiyalı xəstəlik. Əsasən uşaqlarda və yeniyetmələrdə rast gəlinir. Adından da göründüyü kimi qulaqdibi xəstəliyi qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərinin şişməsi nəticəsində yaranan bir virus xəstəliyidir. Bu xəstəliyin virusu orqanizmə daxil olduqdan 10–18 gün sonra xəstəlik ortaya çıxır. Xəstəliyə kişilərdə qadınlara nisbətən daha tez-tez rast gəlinir. == Qulaqdibinin ilkin əlamətləri == Halsızlıq və hərarət; Udqunan zaman qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərində ağrı; Qulaqətrafı nahiyədə şişlik. == İlk yardım == Yaranan şişin üzərinə isti kompres qoyulmalı Xəstəni digər ailə üzvlərindən ayrı saxlamalı Xəstəliyin əlamətləri yox olana qədər yataq şəraitində olmalı Bir faktı da qeyd etmək vacibdir ki, xəstəliyin kişilərdə sonsuzluğa səbəb olan fəsadlar törətmə qabilliyəti olduğundan mütləq həkimə müraciət etmək vacibdir.
Dəvasir
Dəvasir (ərəb. الدواسر‎) — Ərəbistan yarımadasının ən böyük ərəb qəbilələrindən biri. Onun özəyi Nəcdin cənubunda yerləşir. Qəbilə Mərib bəndinin sonuncu padşahı Zayıd Məltumun nəslindəndir. Onlar Əzd kimi tanınan daha böyük qəbiləyə aiddirlər. Dəvasir qəbiləsi Ərəbistanın ən güclü və nüfuzlu qəbilələrindən biridir, çünki onlar Səud ailəsinin çox hissəsinin dayılarıdır. Qəbilə sivilizasiya və köçəriliyi özündə birləşdirir. Bir tərəfdən dəvə və mal-qara sahibi olan bədəvilərdən ibarətdir, digər tərəfdən isə xurma ağacları, şəhərlər və təsərrüfatlarla məşğuldurlar və onların torpaqları Ərəbistan yarımadasının ən məhsuldar torpaqlarından biridir. == Etimologiyası == Dəvasir termininin tərifi və mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur. Bunlardan ən populyarı odur ki, o, ya qəbilənin sələfi "Dosser"in adından, ya da "əsgərlər" kimi tərcümə olunan eyniadlı ərəb sözündən götürülmüşdür.
Cəvahir İsgəndərova
Cəvahir Allahverdi qızı İsgəndərova (3 mart 1914, Tiflis – 4 oktyabr 2003, Bakı) — Azərbaycanın teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1954). == Həyatı == Cəvahir İsgəndərova 3 mart 1914-cü ildə Tiflisdə anadan olub. O, Gənc Tamaşaçılar Teatrının yaradıcılarından olmuşdur. Bakıda qız məktəbində təhsil alan Cəvahir İsgəndərova kiçik yaşlarından dram dərnəyinin üzvü olmuşdur. 1927-ci ildə oynanılan Lətif Kərimlinin "Fırtına" əsərinin tamaşasında Anna rolunu ifa etmişdir. Elə həmin gündən onun karyerası Gənc Tamaşaçılar Teatrı ilə bağlı olmuşdur.Azərbaycan SSR xalq artisti, aktyor Əliağa Ağayevin həyat yoldaşı olmuşdur. Cəvahir İsgəndərova 4 oktyabr 2003-cü ildə Bakıda vəfat edib.
Gəvahir (Azərşəhr)
Gəvahir (fars. گواهر‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (31 ailə).
Zəvacir (Xudabəndə)
Zəvacir (fars. زواجر‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 808 nəfər yaşayır (198 ailə).
Xəvaci Məhəmməd-Mirzəyev
Xəvaci Məhəmməd-Mirzəyev — Böyük Vətən müharibəsi iştirakçısı, süvari, pulemyotçu, baş çavuş, Sovet İttifaqı Qəhrəmanı. Milliyətcə çeçendir. == Bioqrafiya == Xəvaci Məhəmməd-Mirzəyev kasıb bir ailədə anadan olmuşdur. Qroznı Pedaqoji Məktəbini bitirib, doğma kəndində müəllim və məktəb direktoru işləyir. 1930-cu illərdə Uzaq Şərqdə sərhədçi olaraq xidmət edir. Sərhəd pozucusu saxlanılarkən yaralanır və tərxis edilir. 1940-cı ildə Daşkənddəki Yanğından Mühafizə Baş İdarəsinin orta komandanlıq məktəbini bitirib, sonra Leninabadda (Tacikistan) yanğın müfəttişi işləyir. 1941-ci ilin sentyabrında cəbhəyə gedir. Süvari alayında Mərkəzi Cəbhənin 61-ci Ordusunun 7-ci Süvari Korpusunun 16-cı Qvardiya Çernigov Süvari Diviziyasının 3-cü eskadronunun taqım komandirinin köməkçisi olaraq xidmət edir. Stalinqrad döyüşündə iştirak edir.
Bulbophyllum levatii
Bulbophyllum levatii (lat. Bulbophyllum levatii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.