XƏTİR

is. [ ər. ] Hörmət, ehtiram, sayğı; şan-şərəf. Xətrini əziz tutmaq. Xətrini istəmək. – Xətir üçün xəstə yatmazlar. ( Ata. sözü ).
◊ Xətir qoymaq (saxlamaq) – hörmət eləmək, hörmətini saxlamaq; güzəşt eləmək.
Xətri qalmaq – incimək, narazı qalmaq, könlü qırılmaq.
Xətri xoş olmaq – ürəyi açılmaq.
Xətri(n) istədiyi qədər – bax ürəyi(n) istədiyi qədər (“ürək”də).
Xətrindən keçməmək – bax üzündən keçə bilməmək (“üz”də).
[Xəlfə:] [Dursun] daha Aslan bəyin xətrindən keçmərəm. C.Cabbarlı.

Xətrinə dəymək (qıymaq, toxunmaq) – könlünü qırmaq, ürəyinə (qəlbinə) dəymək, toxunmaq.
Nə dedim xətrinə dəydi; Üzün məndən niyə döndü? Aşıq Ələsgər.
Nə bir nəfər ona “yox” dedi; Nə bir nəfər xətrinə qıydı. R.Rza.

Xətrini istəmək – yanında hörməti olmaq, çox saymaq, hörmət etmək, sevmək.
İkram əmisi Ağayarın xətrini çox istəyirdi. Ə.Əbülhəsən.

Xətrini qırmaq (sındırmaq) – bax xətrinə dəymək.
XƏTİBLİK
XƏTİR-HÖRMƏT

Digər lüğətlərdə

грубия́нствовать дивчина е́хать Ная́да подмора́живание подправля́ться ро́йный внаки́дку горе́ть корневи́щный растрёпка ижица astrovehicle beggar commercial break linter prestigious slag undirected вывихнуть вьетнамец познакомить рыцарь селевой старомодность