ƏSATİR

is. [ ər. əsli yun. ] Allahlar, əfsanəvi qəhrəmanlar və Yer üzündə insanların əmələ gəlməsi haqqında qədim xalq nağıl və əfsanələri; mifologiya. Zərdüşt haqqında əsatir. Yunan əsatiri. İran əsatiri.
– Xalqın həqiqi tarixi, əfsanələr və əsatirlərin dumanları içərisində itib getmiş, hər şey şübhələrin paltarına bürünmüşdür. M.S.Ordubadi.
Mən uymadım əsatirlər xülyasına; Səcdə qıldım insanlığın mənasına. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏSATİR ƏSATİR, MİFOLOGİYA
  • ƏSATİR mifologiya — əfsanə

Etimologiya

  • ƏSATİR Ərəbcə əsturə sözünün cəmidir, “mif” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ƏSASSIZLIQ
ƏSATİRİ
OBASTAN VİKİ
İran əsatiri
Ameşa spenta - əksər irandilli xalqların ümumi mifoloji irsinə aid mifoloji personajlar. Qədim irandilli xalqların hər an qarşılaşdığı və izah edə bilmədiyi təbiət hadisələri barədə təsəvvürləri ilə bağlıdır. Bu hadisələrin izahı empirik düşüncə tərzinə uyğun idi. Qeyd etmək lazımdır ki, heç də bütün mifoloji surətlər qorunub, bəziləri xalq düşüncəsində transformasiyaya uğrayıb. Təsəvvürlərin dəyişməsində həlledici məqam dinin dəyişməsi oldu. İslam xalqın düşüncəsinə kainat haqqında yeni təsəvvürlər gətirdi. Div - iran mifoloji personajıdır. Qədim İran inanclarına xeyirlə şərin dualizmi səciyəvidir. Hər iki qüvvənin öz tanrılar iyerarxiyası var. Belə ki Xeyir Hürmüzün tərəfdarları olan ameşa-spentalar və yazatanlar tərəfindən qorunur.

Digər lüğətlərdə

довраче́бный ма́йка перека́чиваться перерасчёт рие́лтерский утонче́ния чае... штырёк ...копе́ечный в сопоставле́нии с генита́лии отграни́чиванье скорохо́д фа́кельщицкий фрр abettal Asur awe-struck scalder trigger finger Turkmenistan концлагерь обрамить подзолистый предсмертный