Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarşılıqlı surətdə başa düşülə bilinmək
Dilçilikdə qarşılıqlı aydınlıq, fərqli, lakin əlaqəli dil növlərini danışanların fikirləşmədən və ya xüsusi səy göstərmədən asanlıqla bir-birini başa düşə biləcəyi dillər və ya ləhcələr arasındakı əlaqədir. Bu, tez-tez dillərin ləhcələrdən fərqlənməsi üçün ən vacib meyar kimi istifadə olunur, lakin sosiolinqvistik amillər də nəzərə alınır. Dillər arasındakı aydınlıq asimmetrik ola bilər; Bu şəkildə X dilində danışan şəxs Y dilini, Y dilində danışan şəxsin X dilini başa düşməsindən faiz etibarilə daha çox başa düşür. İki dil arasındakı aydınlıq nisbətən simmetrikdirsə, buna “qarşılıqlı” aydınlıq deyilir.
Silmək
Silmək – verilənlərin, adətən, disk və ya lent kimi yaddasaxlama qurğusundan geri qaytarılması mümkün olmayan uzaqlaşdırılması. Müəyyən sahənin silinməsi, bir qayda olaraq, orada olan informasiyanın sıfırlarla və ya başqa boş simvollarla əvəzlənməsi yolu ilə həyata keçirilir. Hesablama texnikasında silmənin (erase) heç də uzaqlaşdırma (DELETE) ilə ekvivalent olması vacib deyil. Adətən, uzaqlaşdırma, sadəcə, əməliyyat sisteminə göstərilən verilənlərin və ya faylin əhəmiyyət daşımadığını xəbər verir, ancaq uzaqlaşdırılmış faylın diskdə tutduğu yer (sahə) əməliyyat sisteminə başqa məqsədlər üçün gərəkli olanadək həmin verilənlərə müraciət etmək mümkündür. Buna görə də uzaqlaşdırılmış verilənlərin yerinə (tutduğu sahəyə) yeni informasiya yazılmamışsa, həmin faylı “geri qaytarmaq” (UNDELETE) mümkün olur.
Xatirənin lənətlənməsi
Xatirənin lənətlənməsi və ya Xatirədən silinmə (latınca abolitio memoriae, memoria damnata, Damnatio memoriae) Roma imperiyasında ölüm cəzasının bir forması olub xüsusən dövlət cinayətkarlarına, uzurpatlara (qanunsuz hakimiyyəti ələ keçirənlər), sui-qəsd iştirakçılarına, öz imperator adına ləkə gətirənlərə (ölümündən sonra) tətbiq edilirdi. Cinayətkarı xatırladan və mövcudluğunu sübut edən hər bir material: büst, heykəl, qəbirüstü yazı, qanun və əlyazmalar məhv edilirdi. Bəzən bu sözü gedən şəxsin ailə üzvülərinə və ya bütünlüklə ailəsinə də şamil edilirdi. Bəzən bu damğa siyasi iradədən və maraqlardan asılı olaraq heç də mütləq xarakter daşımırdı, belə ki, Neronun xatirəsi ölümündən sonra lənətlənsə də, hakimiyyəti ələ keçirən Vitelliy onu ləğv etdirir və adını dövlətin şanına layiq görür. Domisian yeganə imperatordır kı, xatirənin lənətlənməsi damğası rəsmi olaraq ləğv edilməmişdir. Xatirənin lənətlənməsina layiqlərdən bir olan Kommodun adı Roma şəhərinin monumentləri üzərindən (Mark Avrelinin barelyefindən Kommodun təsviri silinmişdir ) silinsə də şəxsi evlərdə və əyalətlərdə saxlanılmaqda idi və hətta Septimiy Sever onu ilahiləşdirərək Allahlara aid etmişdir. Bu kodeks müasir dövrümüzdə də (SSRİ və Latın Amerika ölkələrində) tətbiq edilmişdir.
Xatirəvəng monastırı
Xatirəvəng monastırı — Kəlbəcər rayonunun Qozlu kəndində, Xudavəng monastırından cənub-şərq tərəfə, Tərtər çayının sahilində yerləşən tarix-memarlıq abidələri kompleksi. İnşaat kitabəsində verilən məlumata görə, Xatirəvəng monastırının başkilsəsi 1204-cü ildə İohann Xaçenli tərəfindən inşa edilmişdir. Xatirəvəng monastırının baş kilsəsi Cənubi Qafqazın xristian memarlığında analogiyası olmayan unikal abidədir. Assimetrik plana malik olan kilsənin həcminə düzbucaqlı altara və tağtavana malik iki birnefli sovməə də əlavə edilmişdir. == Tarixi == İnşaat kitabəsində verilən məlumata görə, Xatirəvəng monastırının başkilsəsi 1204-cü ildə İohann Xaçenli tərəfindən inşa edilmişdir. Xaçenli həm də, monastır ərzisində yeni bağ saldırmış, yaxınlıqdakı köhnə bağı monastıra bağışlamış, monastırda qədim xaçdaşlar və əlyazmalar kolleksiyası yaratmışdır. == Memarlıq xüsusiyyətləri == === Kafedral kilsəsi === Monastırın başkilsəsi plan xüsusiyyətləri və memarlıq quruluşu baxımından Xaçın knyazlığı ərazisindəki orta əsr kilsələrinin nartekslərini xatırladır. G. Məmmədova qeyd edir ki, bu kilsə, Cənubi Qafqazın xristian memarlığında analogiyası olmayan unikal abidədir.Xatirəvəng başkilsəsi assimetrik plana malikdir. Kilsə həcminə düzbucaqlı altara və tağtavana malik iki birnefli sovməə də əlavə edilmişdir. Kilsənin neflərinin nisbətləri adi bazilikalar üçün olduqca qeyri-adidir.
Yarımçıq xatirələr
Yarımçıq xatirələr — 2015-ci ildə çəkilmiş Azərbaycan filmi. Rejissoru Elxan Cəfərovdur. == Məzmun == Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına müdafiə etmiş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış Azər (Bəhruz Vaqifoğlu) adlı bir əsgərin taleyindən bəhs edir. Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir. Qarabağda ermənilər tərəfdə döyüşən rus kapitanı Vanya veteran Azəri öldürür, sonra isə yaşlı azərbaycanlı snayperin xatirələr gündəliyini tapır. Babasının Böyük Vətən müharibəsində veteran Azər ilə birgə döyüşdüyünü öyrənən rus zabiti onun meyitini Azərbaycan tərəfinə vermək üçün öz həyatını təhlükəyə atır, eyni zamanda gündəliyi vərəqlədikcə ekranda 1941–45-ci ilin hadisələri canlanır. == Film haqqında == Filmin təqdimat mərasimi 9 may 2015-ci ildə Nizami Kino Mərkəzində keçirilmişdir. Film faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuşdur. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Xatirələr (Fərəh Pəhləvi)
Xatirələr: Yıxılan rejimin və bitməyən eşqin hekayəti (ing. An Enduring Love: My Life with the Shah) — İran, Pəhləvilər xanədanlığının ilk və son şahbanusu Fərəh Pəhləvinin yazdığı əsər. == Məzmun == Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvinin (Diba) xatirələri bu ölkənin az qala 60 illik tarixinə işıq salır. Bu əsər memuar və tarixi janrda olsa da dramatik bir sevgi dastanını xatırladır, bu baxımından geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Əsərin tərcümə və redaktə tərzi tərcüməçinin təqdim etdiyi qaydada saxlanmışdır. == Nəşr və tərcümə == Memuar Nəriman Əbdülrəhmanlı tərəfindən Azərbaycan dilinə tərcümə, Əsgər Rəsulov tərəfindən də redaktə edilmiş və Bakıda Adiloğlu nəşriyyatı tərəfindən 2007-ci ildə 420 səhifədə, 1000 tirajla, 2016-cı ildə isə Xanda, 420 səhifədə, 500 nüsxə; Qanunda 300 nüsxə, Bakı Kitab Klubu tərəfindən 432 səhifədə və 100 tirajla çap edilib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Bakı Kitab Klubu. "Fərəh Pəhləvi Xatirələr (Memuar)" ( (az.)). kitabklubu.org. 2017-08-02 tarixində arxivləşdirilib.
Xatirələr Sahili (1972)
Xatirələr sahili — Rejissor Yalçın Əfəndiyevin filmi. == Məzmun == Film-düşüncə İkinci dünya müharibəsinin ağır illərində həyata qədəm qoymuş, müharibədən sonra yetkinləşmiş adamlardan, onların doğma torpağı yeniləşdirməyə, daha da zənginləşdirməyə, gözəlləşdirməyə çalışdıqlarından bəhs olunur. Film-düşüncə gənclərin cəmiyyət qarşısında məsuliyyəti, mənəvi əlaqələri haqqındadır. Müharibə illərinin qara günlərinin birləşdirdiyi uşaqlar indi necə yaşayırlar, onların taleyi necə həll olunub, həyatlarında nə kimi dəyişikliklər baş verib? Film bu barədə söhbət açır. == Film haqqında == Film quruluşçu rəssam Firəngiz Qurbanovanın kinoda ilk işidir. Film aktyor Əliabbas Qədirovun kinoda ilk işidir. Film aktyor Gümrah Rəhimovun kinoda ilk işidir. Film aktyor Telman Adıgözəlovun kinoda ilk işidir. Film 2-ci kateqoriyaya layiq görülmüşdür.
İsanın bakirədən doğulması
İsanın bakirədən doğulması Xristianlıq və İslamda qəbul edilən doktrinalardan biridir ki, onun da əsasında Məryəm ananın bakirə olduğu halda, möcüzəvi şəkildə İsanı dünyaya gətirməsi hadisəsi dayanır. Bu doktrina Xristianlıqda II əsrdən yayılmağa başlamış və Roma Katolik, Şərq, Şərq Ortodoks, Protestant və Anqlikan kilsələri tərəfindən qəbul edilmişdir. Bu doktrina özündə iki əsas xristian inancını – “İsa Məryəm ana və Müqəddəs Ruhun törəməsidir” (Nikena inancı) və “İsa Bakirə Məryəm ana tərəfindən dünyaya gətirilmişdir” (Apostollar inancı) inanclarını birləşdirir. XVIII əsrdə Teoloji aydınlanma hərəkatına qədər, kiçik sektalar xaric olmaqla heç kim bu doktrinaya qarşı çıxmamışdır.Kanonik İncillər Matfey və Luka qeyd edirlər ki, Məryəm bakirə olub və İsa Müqəddəs Ruh tərəfindən onun bətninə yerləşdirilib. Bu incillər, sonrakı tarixi ənənə və müasir Xristianlıq doktrinasına görə İsa möcüzəvi şəkildə, heç bir insani ata olmadan, heç bir cinsi əlaqə, heç bir kişi toxumu olmadan Müqəddəs Ruhun vasitəsiylə dünyaya gətirilmişdir. Roma Katolik kilsəsi və Şərq Pravoslav kilsəsində “bakirənin doğuşu” termini təkcə İsa peyğəmbərin Bakirə Məryəm tərəfindən dünyaya gətirilməsi fikrini deyil, eyni zamanda Məryəm ananın ömrünün sonuna kimi bakirə qalması fikrini də əhatə edir və bu inanc II əsrdən sonra birmənalı şəkildə təsdiq edilməkdədir. Əsas Xristian inanclarından olan “İsanın bakirə tərəfindən dünyaya gətirilməsi” inancını heç də, Məryəmin günahsızlığını əsaslandırmağa çalışan əsas katolik doktrinası Ləkəsizlik Anlayışı ilə qarışdırmaq olmaz. Katolik inancına görə İsa möcüzəvi şəkildə yox, normal yolla dünyaya gəlmişdir. Roman Katolik Ləkəsizlik Anlayışına görə Məryəm yaradılarkən, bətni bu şəkildə formalaşdırılmış və bu onun “ləkə”si (latınca macula) yox, anadangəlmə günahıdır.Məryəmin bakirə olduğu halda İsa peyğəmbəri dünyaya gətirməsi inancı Xristianlıqla yanaşı, İslamda da qəbul edilmişdir. İslam dini ədəbiyyatında İsa matronimik şəkildə İsa peyğəmbər İslamda İsa bin Məryəm adlandırılır ki, bu da Quran ənənəsindən irəli gəlməkdədir.
Xatirələr sahili (film, 1972)
Xatirələr sahili — Rejissor Yalçın Əfəndiyevin filmi. == Məzmun == Film-düşüncə İkinci dünya müharibəsinin ağır illərində həyata qədəm qoymuş, müharibədən sonra yetkinləşmiş adamlardan, onların doğma torpağı yeniləşdirməyə, daha da zənginləşdirməyə, gözəlləşdirməyə çalışdıqlarından bəhs olunur. Film-düşüncə gənclərin cəmiyyət qarşısında məsuliyyəti, mənəvi əlaqələri haqqındadır. Müharibə illərinin qara günlərinin birləşdirdiyi uşaqlar indi necə yaşayırlar, onların taleyi necə həll olunub, həyatlarında nə kimi dəyişikliklər baş verib? Film bu barədə söhbət açır. == Film haqqında == Film quruluşçu rəssam Firəngiz Qurbanovanın kinoda ilk işidir. Film aktyor Əliabbas Qədirovun kinoda ilk işidir. Film aktyor Gümrah Rəhimovun kinoda ilk işidir. Film aktyor Telman Adıgözəlovun kinoda ilk işidir. Film 2-ci kateqoriyaya layiq görülmüşdür.
Yarımçıq xatirələr (film, 2015)
Yarımçıq xatirələr — 2015-ci ildə çəkilmiş Azərbaycan filmi. Rejissoru Elxan Cəfərovdur. == Məzmun == Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına müdafiə etmiş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış Azər (Bəhruz Vaqifoğlu) adlı bir əsgərin taleyindən bəhs edir. Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir. Qarabağda ermənilər tərəfdə döyüşən rus kapitanı Vanya veteran Azəri öldürür, sonra isə yaşlı azərbaycanlı snayperin xatirələr gündəliyini tapır. Babasının Böyük Vətən müharibəsində veteran Azər ilə birgə döyüşdüyünü öyrənən rus zabiti onun meyitini Azərbaycan tərəfinə vermək üçün öz həyatını təhlükəyə atır, eyni zamanda gündəliyi vərəqlədikcə ekranda 1941–45-ci ilin hadisələri canlanır. == Film haqqında == Filmin təqdimat mərasimi 9 may 2015-ci ildə Nizami Kino Mərkəzində keçirilmişdir. Film faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuşdur. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Biz bu xatirəyə sadiqik (film, 1975)
Biz bu xatirəyə sadiqik qısametrajlı sənədli filmi rejissor Zeynəb Kazımova tərəfindən 1075-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film II Dünya müharibəsinin qəhrəmanlarına ithaf olunmuşdur. == Məzmun == Film II Dünya müharibəsinin qəhrəmanlarına ithaf olunmuşdur.