Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xerox Alto
Xerox Alto — Qrafikli İstifadəçi İnterfeysi (GUI - Graphic User Interface) istifadə edən ilk kompüter. 1973–cü ildə Xerox Palo Alto Araşdırma mərkəzində inkişaf etdirilib. Bu kompüterin çox tanınmamasının əsas səbəbi onun ticari məqsədlə istehsal edilməməsi idi. Ondan sadəcə 2000 ədəd istehsal edilmiş, Xerox və başqa universitetlərdə istifadəyə verilmişdi. Buna baxmayaraq, Xerox 1981–ci ildə Star adı altında xüsusi bir iş stansiyası ilə şərik bu kompüteri 16000$–a bazara təqdim etdi. Xerox Star və Apple Lisa kimi ilkin nümunələr çox baha olmağı səbəbi ilə çox satmadı.
Xerox PARC
Xerox PARC – Xerox şirkətinin Palo Altodakı (Kaliforniya, ABŞ) Tədqiqat Mərkəzinin əvvəlki adı. == Xarici keçidlər == [1] == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Xero
Xero - Linkin Parkın ilk yazılma kasseti. Linkin Parkın ilk yazdığı mahnılar bu kassetdədir. == Kassetdəki mahnılar == Bütün mahnılar Linkin Park tərəfindən yazılmış və bəstələnmişdir.
Aloe ferox
Tikanlı əzvay (lat. Aloe ferox) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Aquifolium ferox
Şişyarpaq şümşə == Sinonim == Aquifolium croceum Raf. Aquifolium ferox Mill. ex Rafin. Aquifolium heterophyllum Raf. Aquifolium ilex Scop. Aquifolium lanceolatum Raf. Aquifolium planifolium Raf. Aquifolium spinosum Lam. Aquifolium undulatum Raf. Aquifolium vulgare St.-Lag.
Circaetus ferox
İlanyeyən (lat. Circaetus gallicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl ilanyeyən cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Başı iri, quyruğu uzundur. Beli boz-qonur, qarın tərəfi ağımtıldır. Çalma lələklərinin ucu qaradır. Quyruğunda 3-4 tünd zolaq var. Havada süzərkən döşündə qara ləkə, qarın nahiyəsində köndələn zolaqlar görünür. Gözləri böyük və sarıdır. Rəngi bozumtul-qonurdur.
Cynara ferox
İspaniya artişoku (lat. Cynara cardunculus) — mürəkkəbçiçəklilər fəsiləsinin ənginar cinsinə aid bitki növü. Çoxillik, göy-yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Respublikamızda İspaniya artişoku (Cynara cardunculus) da becərilir. İspaniya artişoku boyca əkin artişokundan kiçikdir. == Sinonim == Carduus cardunculus (L.) Baill. Carduus cynara E.H.L.Krause Carduus scolymus Baill. Cnicus communis Lam.
Datura ferox
Datura ferox (lat. Datura ferox) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü.
Euryale ferox
Qorxunc evrial (lat. Euryale ferox) — bitkilər aləminin suzanbağıçiçəklilər dəstəsinin suzanbağıkimilər fəsiləsinin evrial cinsinə aid bitki növü.
Phytoseius ferox
Phytoseius ferox (lat. Phytoseius ferox) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius ferox Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Xero Kasedi
Xero - Linkin Parkın ilk yazılma kasseti. Linkin Parkın ilk yazdığı mahnılar bu kassetdədir. == Kassetdəki mahnılar == Bütün mahnılar Linkin Park tərəfindən yazılmış və bəstələnmişdir.
Heron
Heron (təq. 10, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 75, İsgəndəriyyə, Roma Misiri[d]) – Bizim eranın əvvəlində (I əsr) İsgəndəriyyədə yaşamış, öz dövrünün ən məşhur mühəndisilərindən biri, yunan riyaziyyatçısı və mexaniki. == Həyatı == Heronun tərcümeyi halı üzün müddət müəmmalı olaraq qalmışdır. Əsərlərində özünü "Heron Ktesibiu" adlandırması tarixçilər arasında çaşqınlığa səbəb olmuşdur. Tərcümədə "Heron Ktesibios oğlu" alınması onun məşhur alim, bizim eranın III əsrində yaşamış Ktesibiosun oğlu olmasına şübhə yaratmışdır. Heron öz başqa əsərlərində ayın üzünün tutulmasından yazır ki, bu da onun bizim eranın əvvəlində yaşamasına dəlalət edir. Çünki ayın üzünün tutulması hesablamalara görə bizim eranın əvvəlində, 62-ci il martın 12-də baş vermişdir. Onun Ktesibiosun oğlu olması qaranlıq qalmaqdadır. Tarixçilər güman edirlər ki, onun atasının adı sadəcə olaraq "Ktesibios" olmuşdur.
Keros
Keros— Keros (yun. Κέρος; qədimdə Keria və ya Kerea (qədim yunanca: Κέρεια) Naxosdan təqribən 10 km (6 mil) cənub-şərqdə, Kiklad adalarında, yaşayış olmayan Yunan adasıdır. İnzibati cəhətdən Koufonisia icmasının bir hissəsidir. 15 km² (6 kv mi) sahəyə malikdir və ən yüksək nöqtəsi 432 m (1417 fut) təşkil edir. Keros xüsusilə sonradan Pablo Pikasso və Henri Muru ilhamlandıran düz üzlü Kiklad mərmər heykəlləri ilə məşhurdur. == Keros xəzinəsi == "Keros xəzinəsi" Keros adasında tapılan çox böyük siklad heykəlcikləri yatağıdır. 2006–2008-ci illər arasında Colin Renfrew-in rəhbərlik etdiyi Kembric Keros Layihəsi adanın qərb sahilindəki Kavosda başqaları ilə birlikdə qazıntı işləri aparırdı.[2] Bu ərazinin "Keros dəfinə" adlanan fraqmentli siklad heykəlciklərinin mənbəyi olduğu güman edilir. 2006–2008-ci illərdə qazılmış materiala dəfn edilməzdən əvvəl qırılmış və çox güman ki, başqa yerdə qırılmış və basdırılmaq üçün Kavosa aparılmış siklad heykəlcikləri, qablar və digər mərmər əşyalar daxildir. Birləşdirici fraqmentlərin olmaması göstərir ki, burada yalnız sınıq materialın bir hissəsi çökmüşdür, saxsı və digər materiallar üzərində aparılan tədqiqatlar isə materialın çökdürülmək üçün buraya bir neçə mənbədən gətirildiyini göstərir. === Daskalio === 2007–2008-ci illərdə eyni layihə qonşu Daskalio adasında Kiklad dövrünə aid əhəmiyyətli yaşayış məntəqəsini aşkar edib qazıb.
Meroe
Meroe (meroitcə Medewi və ya Bedewi, ərəb. مرواه‎ Meruvah və مروى‎ Meruvi, q.yun. Μερόη) — Nilin şərq sahilində, Sudanın Şendi şəhəri yaxınlığındakı Kabuşiya stansiyasından təxminən 6 km şimal-şərqdə, paytaxt Xartumdan təxminən 200 km şimal-şərqdə yerləşən qədim şəhər idi. Saytın yaxınlığında Baqraviya adlı bir qrup kənd var. Bu şəhər eramızın dördüncü əsrində dağılana qədər bir neçə əsr boyu Kuş krallığının paytaxtı olmuşdur. Paytaxt Meroe olduğu dövrdə krallığa daxil olan müasir Butana bölgəsinə "Meoe adası" adı verilmişdi. Meroe şəhəri Butananın yaxınlığında idi. Butanada başqa iki Meroit şəhəri daha var idi: Musavvarat əs-Sufra və Naqa. Bu ərazilərdən birincisinə, Fars şahzadəsi Kambiz tərəfindən bacısının şərəfinə Meroe adı verilmişdi. Şəhər əvvəlcə ölkənin əsl qurucusunun şərəfinə Saba adını daşıyırdı.
Neron
Neron (lat. NERO CLAVDIVS CAESAR AVGVSTVS GERMANICVS; 15 dekabr, 37–9 iyun, 68) — Yulilər-Klavdilər sülaləsindən son Roma imperatoru (54–68). Klavdi tərəfindən övladlığa götürülmüş və vəliəhd təyin olunmuşdur. Neron Klaudius, Sezar Drusus kimi, 13 oktyabr 54-cü ildə imperator Klaudiusun ölümündən sonra Roma taxtında oturmuşdur. 54-cü ildən 68-ci ilə qədər imperiyanı idarə edən Neron diqqəti diplomatiyaya, ticarətə və imperiyanın mədəni səviyyəsinin artırılmasına yönəltmişdir. Teatrlar tikilməsini əmr etmiş və atletika yarışları təşkil etmişdir. Onun hakimiyyəti dövründə Parfiya İmperiyası ilə uğurlu müharibə aparıldı, ardınca sülh danışıqları aparmış (58–63), 60–61-ci illərdəki İngilis üsyanı yatırılmış və Yunanıstanla diplomatik əlaqələri möhkəmləndirmişdir. 68-ci ildə hərbi çevrilişlə devrilən Neron, Roma Senatı tərəfindən edam təhlükəsi altında vəzir Epafroditosun köməyi ilə özünü öldürmək məcburiyyətində qalmışdır. Məşhur tarix Neronu şorgöz və zalım kimi xatırlayır. İmperatorların və xristianların ilk təqibçilərindən biri kimi tanınır.
Serex
Serex — Qədim Misir fironlarının Hor adına əlavə edilmiş, saray fasadını stilizə edən bir təsvir. Adətən serex üzərində Hor və ya Set, bəzən də hər ikisi birilikdə təsvir edilirlər.
Serou
Seraou, və ya serau (lat. Capricornis) — Boşbuynuzlular fəsiləsinə aid olan Yaponiya, Çin, Hindistan və Cənub-Şərqi Asiya ərazilərində yaşayan növ. Dişilərdə buynuz 4–6 sm, erkəklərdə isə 8–10 sm təşkil edir. Həyat tərzinə görə Qorallarlardan fərqlənmir. 4–6 başdan ibarət ailələr şəklində yaşayırlar. Qış ayları yemin asan şəkildə əldə edildiyi bölgələrə enirlər.
Serov
Serov — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Xaron
Xaron, (134340) Pluto I kimi də tanınan peyk, Plutonun 5 təbii peyki arasından ən böyüyüdür. Peykin orta radiusu 606 kilometrdir. Xaron, Pluton, Erida, Haumea, Makemake və Gonggongdan sonra altıncı ən böyük transneptun obyektidir. 1978-ci ildə, ABŞ-nin Vaşinqtonda yerləşən ABŞ Hərbi Dəniz Rəsədxanasında fotoqrafiya lövhələrindən istifadə edilərək kəşf edilmişdir. Diametri Plutonun yarısı qədər, kütləsi isə Plutonun səkkizdə biri qədər olan Xaron, aid olduğu planetlə müqayisədə olduqca böyük bir peykdir. Onun elə cazibə qüvvəsi var ki, Pluton sisteminin bari mərkəzi Plutonun xaricində yerləşir. Xaronun şimal qütbünün qırmızı-qəhvəyi rəngli örtüyü, həyat üçün vacib ola biləcək maddə olan tolin üzvi makromolekullarından ibarətdir. Bu tolinlər Plutonun atmosferindən buraxılmış və Xarona qədər 19,000 km məsafə qət etmiş metan, azot və digər bənzər qazlardan yaranmışdır. Yeni üfüqlər kosmik gəmisi Plutonun sistemini ziyarət etmiş yeganə kosmik gəmidir. Həmin kosmik gəmi 2015-ci ildə Xaronun 27,000 kilometrliyinə qədər yaxınlaşmışdır.
Xenix
Xenix (azərb. kseniks‎) — Intel firmasının mikroprosessorları əsasında yaradılmış kompüterlər üçün UNIX sisteminin Microsoft firması tərəfindən uyğunlaşdırılmış bir istifadəçi versiyası. Xenix, 1970-ci illərin sonlarında AT&T-dən Microsoft tərəfindən lisenziyalaşdırılmış Unix-ə bənzər əməliyyat sistemidir. İlk versiyalar DEC PDP-7 minikompüterlərində işləyirdi, daha sonra Intel 80386 platformasında işləmək imkanı təqdim edildi. Santa Cruz Operationruen (SCO) Xenix-ə eksklüziv hüquqlar əldə etdi və müəyyən vaxtdan etibarən sistemi SCO UNIX kimi yaymağa başladı. Xenix heç vaxt Unix icması [mənbə 3881 gün göstərilməyib] tərəfindən hazırlanmış Sistem V standartlarına əməl edən "real" Unix sistemi olmayıb, lakin Microsoft heç vaxt onu Unix kimi [mənbə 3881 gün göstərilməyib], yalnız Unix-ə bənzər ƏS kimi yerləşdirməyib. . Sonradan, Xenix-in gələcək inkişafı üçün heç bir səy sərf etməmək qərarına gələrək, Microsoft Xenix-in bütün hüquqlarını və mənbə kodunu ŞƏT-ə satdı. ŞƏT bir müddət Xenix-i dəstəklədi, sonra onun inkişafını və dəstəyini dayandırdı. Xenix kodunun bəziləri SCO Unix-ə (daha sonra SCO OpenServer və OpenDesktop) köçdü. == Tarixi == Microsoft 1979-cu ildə AT&T-dən Unix Version 7-ni lisenziyalaşdırdı.
Xeris
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən - Iris pseudacorus L., Florensiya süsəni - I. florentina L., Almaniya süsəni - I. germanica L., solğun süsən - I. pallida Lam. və s. növlərindən istifadə olunur.Süsən çiçəyi təbiətin yaratdığı gözəl canlı abidədir.
Xerson
Xerson (ukr. Херсон) və ya Sarı Kirman (krımtat. Sarı Kermen, köhnə rusca Сары-Кермен) — Ukraynanın cənubunda, Herson vilayətinin idarə mərkəzi şəhər. Aşağı Dnepr çayının sağ sahilində, çay mənsəbindən 25 km içəridə yerləşir. 1778-ci ildə, Rusiyanın Krım xanlığından yeni ələ keçirdiyi Qara dəniz cəphəsini qoruyacak bir qala olaraq komandir və dövlət adamı Qriqori Potyomkin tərəfindən quruldu. Qara dənizdəki ilk Rus dəniz bazası və limanı oldu. Günümüzdə böyük bir gəmiqayırma mərkəzi olmaqdadır.
Xiron
Xiron (yun. Χείρων, lat. Chron) Yunan mifologiyasına görə Kron və Filirin oğlu, Zevsin ata tərəfdən qardaşı, yarı insan yarı at qamətli Kentavrlara aid əfsanəvi bir personajdır. İxiondan törənmiş yarı insan yarı heyvan məxluqları ilə eyni tutulsa da Xiron başqa mənşəyə malik olmuşdur. Belə ki, Kron onu öz arvadı Reyadan gizlin Filir adlı atdan dünyaya gətirmişdir. İlliada əsərində Xiron digər kentavrlardan üstün sayılır. Belə ki, Xiron digər əyyaş və ziyankar kentavrlardan fərqli olaraq, Apollon və Artemidanın şagirdi, ağıllı, ədalətli, tanrıların dostu, qəhrəmanların tərbiyəçisi, əczaçı və təbadət bilicisi, təbib, sağlamlıq və təbabət tanrısı Asklepin müəllimi kimi təsvir edilmişdir. Heraklın yaxın dostu olmuşdur. Herakl ona ehtiram edərək onun mağarasında yaşamışdır. Alicənab Xiron səhvən Heraklın atdığı zəhərli oxla ayağından ölümcül yaralanır.
Xoroq
Xoroq (tac. Хоруғ) — Tacikistanda şəhər, Dağ-Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi. == Coğrafiyası == Şəhər bölgənin cənub -qərb hissəsində yerləşir və Düşənbədən 525 km aralıda, qərbdən (Günt çayının Pənclərlə birləşdiyi yerdə) Əfqanıstanla həmsərhəddir . Xoroq, bütün marşrutların keçdiyi Pamirlərin turizm mərkəzidir. Xoroq dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşir, postsovet məkanında ən yüksək şəhərlərdən və Tacikistanın ən yüksək şəhərlərindən biridir.Xoroq yarı quraq iqlim zonasının bir hissəsidir. İl ərzində az yağış yağır. Köppen iqlim təsnifatına görə, şəhərin iqlimi soyuq qışları olan mülayim enliklərin quru yarı quraq iqlimidir (BSk indeksi). İlin orta hava istiliyi 9.3 ° C, illik 276 mm yağıntı düşür. == İqtisadiyyatı == Xoroq ticarət, nəqliyyat və təhsil üçün vacib bir regional mərkəzdir. Şəhər Moyonşo Nazarşoyev Xoroq Dövlət Universiteti (XoSU), Orta Asiya Beynəlxalq Universitetinin (OABU) bir filialı və Aga Khan Foundation Liseyi kimi təhsil müəssisələrinə ev sahibliyi edir.
Cerom K. Cerom
Cerom Klapka Cerom (ing. Jerome Klapka Jerome; 2 may 1859[…] və ya 25 avqust 1859, Uolsoll, Uest-Midlends[d] – 14 iyun 1927[…] və ya 16 iyun 1927, Northempton) — ingilis dramaturqu, yazıçı-yumorist, məşur "Qayıqda üç kişi (İti nəzərə almasaq)" yumoristik romanın, bundan başqa çoxlu sayda yumoristik və satirik əsərlərin müəllifi, "Panç", "Avara (Bekar)" (ing. Idler), "Bu gün" (ing. To-day) kimi məşur satirik jurnalların daimi əməkdaşı. == Həyatı == === Gəncliyi === Cerom K Cerom Cerom Klappın dördüncü uşağıdır. Atası metal məmulatları satan xırdavatçı, həm də rahib idi. Cerom K Ceromun iki bacısı (Paulina, Blandina) və sonralar tələf olmuş bir qardaşa (Milton) malik olmuşdur. Cerom eksil macar generalı Georgi Kapkanın şərəfinə Kapka adını özünə əlavə etmişdir. Ailəsi Londonun şərqinə köçdükdən sonra Crom K Cerom Marilebon gimnaziyasına (ing. Marylebone Grammar School) gedir.
Meröy
Meröy (fr. Méreuil, oks. Mereulh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ser kantonuna daxildir. INSEE kodu — 05076. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 85 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 42 nəfər (15-64 yaş) arasında 28 nəfər iqtisadi fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 58.7%). 28 aktiv adamdan 26 nəfər (15 kişi və 11 qadın) çalışdı, 2 kişi işsizdi.
Vərov
Vərov — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Vərov kəndi Horavar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kəndi mərkəz olmaqla Vərov kənd inzibati ərazi dairəsi yaradılmışdır.