XƏRAC

is. [ ər. ] tar. Vergi, bac.
[Koroğlu dedi:] Verin yeddillik xəracı; Paşalar gətirsin bacı. Koroğlu”.
[Şah Abbas:] Həmədan vilayətinin üçillik xəracını Mirzə Cəlaləddinə bağışladım. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XƏRAC xərac bax vergi 1
  • XƏRAC vergi — bac
XƏRABATİ
XƏRC
OBASTAN VİKİ
Xərac
Xərac (ərəb.) — orta əsrlərdə islam ölkələrində müsəlman əhalidən alınan əsas torpaq vergisi. "Mal", "mal-cəhət", "bəhrə" terminlərinin sinonimi olan x. pul və ya natura formasında toplanırdı. X.-ın əsasən 2 forması olmuşdur: 1) müqasəma; 2) misah. Müqasəma istehsal olunan məhsulun müəyyən hissəsinin natura şəklində alınması idi. Misah isə ölçülmüş və xüsusi dəftərdə qeyd edilmiş əkin sahələrindən alınan vergiyə deyilirdi. XV yüzillikdən başlayaraq "x." termini aradan çıxmış və getdikcə malcəhət adlanmağa başlamışdır. X. bəzən bütün torpaq vergilərinin məcmusundan ibarət olmuşdur, O, Azərbaycanda orta əsrlərdə müsəlman əhalidən toplanan vergilərin təqribən 25 faizini təşkil etmişdir.
Xəracu
Xodacu və ya Xaracu — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanının Səracu / Saracu bəxşində yerləşən şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,458 nəfər və 361 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.

Digər lüğətlərdə

венге́рцы дра́твенный ле́вый подма́нивать похуда́ние пря́ности символи́чно арбале́т бе́гать неравнопра́вность отксерокопи́ровать умили́ть athletics dining-hall globulicide moralist overawe owl pygal shooting stick stick-to-it-ive информант поселковый решётчатый скетч