Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xiliazm
Xiliazm (yun. χῑλιάς - min) və ya millenniarízm — Yer üzərində dünyanın sonundan əvvəl gələn minillik "allah səltənəti" haqqında dini təlim. Xiliazm iudaizimə və xilaskar Məsihanın gəlməsi barədə ideyalarla əlaqələndirildiyi ilkin xristianlığa xas olmuşdur. Xiliazm ideyaları qulları və kasıbları özünə cəlb edirdi. Roma imperiyasının rəsmi dini olduqdan sonra xristianlıq yer üzərindəki qaydaları dəyişdirmək cəhdlərdən əl çəkdi, əsas diqqəti axirət əcrinə verdi, yanlış təlim kimi Xiliazmi rədd etdi. Orta əsrlərdə kəndlilərin və şəhərlilərin feodal istismarına qarşı sosial etirazının dini qabığını təşkil edən bir sıra bidətçi təlimlər və canlanma keçirirdi. Hazırda Xiliazm bəzi dini təriqətlərin ideologiyasının tərkib hissəsidir.
Con Viliam
Con Viliam — (25 iyun 1811 - 17 avqust 1893) Amerikalı rəssam. == Həyatı == O, Nyu-Yorkda anadan olub. Viliam və Durand yaxın dost olub. Onlar 1830-cu illərdə Nyu-Yorkda qravüraçı kimi bərabər işləyiblər. Dostu Durandın sayəsində onun rəssamlığa marağı artıb və rəssamlıqla yaxından maraqlanıb. == Ailə həyatı == 1867-ci ildə o, Nyu-Hempşirin Tamvorst şəhərində Helen M. Havord ilə evlənib. Onların (1867-1939) bir oğlu olub. Viliam 1893-cü ildə Nyu-Yorkun Saratoqa-Sprinqs şəhərində vəfat edib.
Uiliam Layon Makkenzi
Vilyam Layon Makkenzi (ing. William Lyon Mackenzie; 12 mart 1795, Sprinqfeld, Dandi) — Kanada jurnalisti, siyasətçisi, inqilabçısı. Vilyam Layon Makkenzi 12 mart 1795-ci ild Sprinqfelddə anadan olub. Müəllim təhsilini məhəllə məktəbində tamamladıqdan sonra 1817-ci ildə Uiltşirdə bir kanal şirkətinin idarə edilməsi üzrə iş dünyasına girdi. 1820 və 1830-cu illlərdə Vilyam Layon Makkenzi Yuxarı Kanada sisteminin ən böyük, kritik tənqidçisi idi. Onun temperamenti və inancı onu müstəmləkə hökumətinə qarşı silahlı üsyan etməyə və hətta, bu üsyana başçılıq etmə nöqtəsinə qədər aparmışdı. 1820-ci ildə Makkenzi İngilis Şimali Amerikaya köç etdi. 1824-cü ildə Müstəmləkə Müdafiəsini nəşr etməyə başladı və 1 il əvvəl nəşr yerini Quinstondan Yorka (Toronto) daşıdı. Qəzeti vasitəsilə koloniya içindəki imtiyaz və iqtidar adamlarını çox şiddətlə tənqid etdi və 8 İyun 1826-cı ildə bir sıra gənc jurnalist onun mətbəəəsini alt-üst etdi. Bu, Makkenizyə, onun məqaləsinə və reformist fikirlərinə qarşı Family Compact kimi tanınan iqtidar partiyasının səhvi idi.