Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xoxan (film)
Xoxan — rejissor Samir Kərimoğlunun filmi. Nizami Kino Mərkəzində filmin təqdimatı olub. "Xoxan" filmi varlı bir qadının qızının bədəninə cin girməsindən bəhs edir. Milli mifologiyada "xoxan" sözü "xortdan" sözünün qısaldılmış forması kimi başa düşülür. Bu bəladan qurtarmaq üçün qadın yaşadıqları villanı satmaq qərarına gəlir. Amma cin bu işin alınmasına mane olur. Villanın satışıyla məşğul olan evsatan (rieltor), cinin qızın bədənindən qovulmasını yüz min manat pul mükafatı qarşılığında iki məşhur baxıcı — avantürist Rəftar və Qəhrəmana təklif edir. Və sonra nələrin baş verəcəyini heç kim bilmir...
Xoxan (film, 2014)
Xoxan — rejissor Samir Kərimoğlunun filmi. Nizami Kino Mərkəzində filmin təqdimatı olub. "Xoxan" filmi varlı bir qadının qızının bədəninə cin girməsindən bəhs edir. Milli mifologiyada "xoxan" sözü "xortdan" sözünün qısaldılmış forması kimi başa düşülür. Bu bəladan qurtarmaq üçün qadın yaşadıqları villanı satmaq qərarına gəlir. Amma cin bu işin alınmasına mane olur. Villanın satışıyla məşğul olan evsatan (rieltor), cinin qızın bədənindən qovulmasını yüz min manat pul mükafatı qarşılığında iki məşhur baxıcı — avantürist Rəftar və Qəhrəmana təklif edir. Və sonra nələrin baş verəcəyini heç kim bilmir...
Xoxanaberd
Xanabert qalası və ya Xoxanabert — Kəlbəcər rayonunun Vəngli kəndində, Gəncəsər monastırının cənub tərəfində yerləşən tarix-memarlıq abidəsi. Qala, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınmışdır. XIII əsrdə Həsən Cəlal Gəncəsər monastırının inşa edildiyi təpənin qarşısında yerləşən təpənin zirvəsini qala divarları ilə əhatə edərək güclü müdafiə sistemi yaratmışdır. Keçaris monastırının bərpa edilməsi münasibətilə XIII əsrdə yazılmış kitabədə Həsən Cəlal özünü "Xoxanabert qalasının hakimi" adlandırır. Xanabert qalasının hakimləri eyni zamanda ətraf ərazilərdəki Qaxaç, Çiləbörd və digər qalalara da sahib olurdular. Xoxanabert qalası hökmdar iqamətgahı hesab edildiyindən Xaçın knyazları da özlərini "Xoxanabert hakimi" adlandırırdılar. Gəncəsər monastırı ətrafında inşa edilmiş bu qalalar, monastır və ətraf ərazilər üçün təhlükə yarandığı halda güclü müdafiə qalxanı yaradırdılar. Kirakos Qandzaketsi məlumat verir ki, "… monqolların birinci yürüşü zamanı Həsən Cəlal bütün Xaçın əhalisini fars dilində Xoxanaberd adlandırılmış qalada gizlətmişdi. Monqollar onu mühasirəyə almaq üçün gəldikdə gördülər ki, bu qalaları almaq mümkün deyil, buna görə də dostluq müqaviləsi bağlamağı təklif etdilər." Yerli əhali qalanı Tarxan qalası adlandırır. Rəvayətə görə, qala Həsən Cəlalın qızı Ruzan xatunun yay iqamətgahı olmuşdur.
Boxan
Bo Xan - monqol və buryat mifologiyasında Uryanxay boyunun atası olan adam. Böyük bir döyüşçüdür. Bir nur içində müqəddəs bir dağın təpəsinə enən ilk yoldaşı və torpaqdan çıxıb gələn ikinci yoldaşı nəsillərinin ortaya çıxmasını təmin edər. Bunlar Oğuz Kağanın iki yoldaşını tapmasını xatırlatmaqdadır. == Etimologiya == (Bog / Boğ) kökündən törəmişdir. Bolmaq (olmaq) və boğmaq mənası daşıyır. Monqol və kalmık dilində Bö (Böğö) şaman, Bogd / Bogdan isə övliya mənalarını verər, bu sözlərlə əlaqəli ola bilər. Yenə monqolcada Boh güləşçi deməkdir. Tunqus dilində "Buguca" totem deməkdir.
Soxan
So Xan - türk, monqol və altay mifologiyasında qaranlıq ilahı. Yerin altında yaşayır, Yo Xanın oğludur. (So/Sog) kökündən törəmişdir. Soyuqluq, görməzlik bildirən bir köktür. Soğmak feli, məğlub etmək və üzmək mənaları ehtiva edir. Soyuq sözüylə də əlaqədardır.
Xotan
Xotan (uyğ. خوتەن, uyğ. Xoten, uyğ. Хотән, çin. sadə. 和田市, pinyin: Hétián shì) — Çinin Sinszyan-Uyğur muxtar rayonunun cənub-şərqindəki Xotan mahalında vadi və şəhər qəzası. Təklə-Məkan səhrasından cənubda, Yarkənddən cənub-şərqdə yerləşir. Əhalisi 114 000 nəfərdir (2006) və əsasən uyğurlardan (uyğ. хотәнликләр, xotanlılar) ibarətdir. Xotan şəhər dairəsi 4 küçə komitəsinə, 2 qəsəbəyə və 6 mahala bölünür.
Yoxan
Yo Xan — türk, monqol və altay mifologiyasında yeraltı ilahı. Yox Xan da deyilir. Yeraltını qoruyar. Yox olmanı işarələr. Doqquz qat olan yeraltını (cəhənnəmi) idarə edər. Qaranlıqlar içindədir. Kimsəyə görünməz. Yaşadığı yer Uluqayının köklərinin altındadır. Oğlunun adı isə So Han'dır. (Yo/Yox/Yoğ) kökündən törəmişdir.
Xotan dövləti
Xotan dövləti (çin. 于闐 ) - müasir Sintzyan-Uyğur Muxtar Rayonu ərazisində, Xotan şəhəri ətrafında 56-1006cı illər arasında mövcud olmuş qədim monarxiya. Dövlətin qurulması haqqında 4 əfsanə var. Hər 4 əfsanəyə görə şəhər Aşoka dövründə şimala köçmüş hindistanlılar tərəfindən qurulub. Əhalisi Saka dilinin yerli dialekti olan xotanca danışırdılar. Lakin sakaların Xotana nə vaxt gəldiyi məlum deyil. Əhalinin əsas dini buddizm idi. Han Tarixi Kitabına əsasən e.ə.125-23-cü illərdə Xotanda 3300-ə yaxın ev, 19300 nəfər əhali vardı. Bunlardan 2400ü əsgər idi. Xotan əsasən ticarət dövləti olub tarixi boyu Xunnu, Han sülaləsi, Tan sülaləsi, Göytürklər, Tibet imperiyası asılılığında mövcud olmuşdur.
Xovan qəbiristanlığı
Xovan qəbiristanlığı (rus. Хованское кладбище) — Rusiyanın Moskva şəhərində yerləşən qəbiristanlıq.
Doxan karvansarası
Doxan karvansarası - karvansara Qacarlar dövründə Zəncan şəhərində tikilib. 2001-ci il oktyabrın 7-də 6169 qeydiyyat nömrəsi ilə İranın milli abidələri siyahısına salınıb.
Ayxan
Ayxan — Kişi adı.
Boran
Boyxan
Boyxan - Külüg Bilgə xanın ölümündən sonra hakimiyyətə onun baş naziri Boyxan gəldi. Hakimiyyətinin ilk üç ilini Çin vassalı olaraq yaşayan xaqan sonra ondan müstəqil olaraq hərəkət etməyə başladı. Çinli şahzadə tələb etsə də, Çin imperatoru buna razı olmadı. Xaqan buna görə dəfələrlə Çinə yürüşlər etdi. 821-ci ildə Çinlə sülh imzalamağa ömrü çatmadan öldü. Yerinə Çindexan seçildi.
Doxsan
Doxsan — say sistemində ədədlərdən biridir. Səksən doqquzdan sonra, doxsan birdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Elxan
Elxan — Elxanilər dövlətinin hökmdarının titulu. Elxanilər eyni anda "Xan" titulu da daşıyırdılar. Bu titula 1260-cı ildən öncə mənbələrdə rast gəlinmir. Mənası "əsl xan" deməkdir.Digər yozuma görə isə mənası "Bir elin (torpağın, xalqın) xanı" deməkdir. == Qaşqaylarda == Bu titul 1818–1819-cu illərdə Qaşqayların tayfa başçısı Can Məhəmməd xan tərəfindən yenidən qəbul edilmişdir və titul nəsildən-nəsilə ötürülmüşdür. Bu nəsildən son elxan Nasir xan 1954-cü ildə Məhəmməd Musəddiqə dəstəyindən ötrü sürgün olundu və 1984-cü ildə Qaşqayların son elxanı olaraq vəfat etdi.
Gogan
Gogan — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanının Gogan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 10,949 nəfər və 3,109 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Goran
Goran (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində qəsəbə. Goran (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Goranlı — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Horan.
Pavel Qoryaninov (rus. Павел Федорович Горянинов 1796[…], Mogilyov – 1865[…], Sankt-Peterburq) — Rus təbiətşünası, botaniki, həkim.
İşxan
İşxan — ad. İşxan Əbu Əbdülmalik — Şəki hökmdarı. Digər İşxan (titul) — Hind–Avropa mənşəli termin olub hərfən "hakim", "ağa" deməkdir. İşxan qızılbalığı — qızılbalıqlar fəsiləsinə aid balıq növü.
Elxan Yusifov
Elxan Zeynallı
Elxan Aqşın oğlu Zeynallı, (3 aprel 1987, Bakı) və ya səhnə adı ilə Qaraqan, — azərbaycanlı repçi, musiqiçi, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibidir. Hal-hazırda, 10 romanın (9 Azərbaycan, 1 rus dillində) və 4 albomun müəllifidir. Elxan Zeynallı orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb. == Karyerası == Peşəkar karyerasına 2005-ci ildə Baku Klan qrupunda başlayıb, 2007-ci ildə yaranan H. O. S. T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa etsələrdə, Qaraqan yoluna Madhouse Communnity-də davam edib. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 10 romanın (9 Azərbaycan, 1 Rus dilli) və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellerə çevrilir.
Elxan Zeynalov
Kotan
Kotan - kənd təsərrüfatında yer şumlamaq üçün tətbiq olunan mexaniki alətdir. O işçi heyvanlara və ya maşınlara qoşularaq mexanikləşdirilmiş şəkildə işlədilə bilər. Kotanın bir çox üstün cəhətləri vardır. Onun əsas məqsədi yerin üst qatının çevrilməsindən ibarətdir.Bu yerin mübit hissəsinin yumşaq və daha məhsuldar olmasına və səpinin asanlaşdırılmasına şərait yaradır. Asılma növləri: Quraşdırılmış kotan traktorun arxa hissəinə sərt bağlanır, o 6 bəzən isə 7 dişli olur. Asılqanlı kotan traktorla əlaqəli olur, ancaq əl ilə hidravlik mexanizmin köməyi ilə qaldırılır. Təkərli kotan bir neçə təkərə malik olub ağırlığın böyük hissəsini öz üzərinə götürür. Dişlərinin sayı 6-20 arasında olur. Dişlərini quruluşu: Bir istiqamətdə düzülmüş dişlər, onlar ya sağ ya da sol tərəfə yönəlirlər. Bunlara çox vaxt arx tipli kotanlarda deyilirlər.
Elxan Zülfüqarov
Elxan Zülfüqarov (29 iyun 1954, Hoğa, Qaryagin rayonu – 5 yanvar 1994, Şükürbəyli, Füzuli rayonu) — Azərbaycan kəşfiyyatçısı, Kapitan, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elxan Zülfüqarov 29 iyun 1954-cü ildə Füzuli rayonunun Üçbulaq kəndində anadan olmuşdur. 1969-cu ildə Bünyad Sərdarov adına 1 saylı məktəbin səkkizinci sinfini bitirmişdir. Daha sonra Yevlax rayonunda orta təhsilini davam etdirmişdir. 1971-ci ildə texnikuma daxil olmuşdur. 1972-ci ildə hərbi xidmətə çağırılmışdır. 1974-cü ildə Ukrayna SSR-də xidmətini başa vurmuş və yarımçıq qalmış təhsilini davam etdirmişdir. 1975-ci ildə təyinatla Novosibirsk şəhərinə göndərilmişdir. Milis işçisi olaraq fəaliyyətə başlamış, baş leytenant rütbəsi almışdır. == Döyüşlərdə iştirakı == 1988-ci ildə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya edildiyini və Qarabağ hadisələrinin başlandığını bilən kimi Azərbaycana qayıtmışdır.
Elxan Şahinoğlu
Elxan Şahinoğlu (25 avqust 1971, Bakı) — siyasi analitik, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəridir. == Həyatı == 1971-ci ildə Bakıda anadan olub lakin əslən Xankəndi yaxınlığındakı Malıbəyli qəsəbəsindəndir. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin məzunudur (1988–1993). SSRİ illərində tələbə hərəkatının fəal üzvlərindən olub. Tələbəlik illərində müxtəlif nəşrlərlə əməkdaşlıq edib. Universiteti bitirdikdən sonra Dövlət Quruculuq və Beynəlxalq Münasibətlər İnstitutunda analitik qrupun rəhbəri kimi fəaliyyətə başlayıb. İnstitutda araşdırmalar və sorğuların keçirilməsi ilə məşğul olub. Elxan Şahinoğlu 1994–2005-ci illərdə Azərbaycanın müxtəlif media orqanlarında, o cümlədən "Millət", Azadlıq", "Gün səhər" qəzetlərində beynəlxalq əlaqələr və xarici siyasət şöbələrinin müdiri vəzifələrində, Türkiyənin TRT televiziyasının və "Anadolu" agentliyinin Bakıdakı bürolarında çalışıb. Bu illərdə yüzlərlə analitik məqalənin və müsahibələrin müəllifi olub. Bu yazılarına görə müxtəlif mükafatlara layiq görülüb.
Elxan Şeyxov
Elxan Cəfər oğlu Şeyxov (11 mart 1951, Naxçıvan) — Azərbaycanın teatr aktyoru.[mənbə göstərin] Prezident mükafatçısı (2007), Naxçıvan Muxtar Respublikasının əməkdar artisti (2008). == Həyatı == 1951-ci il mart ayının 11-də Naxçıvan şəhərində anadan olmuşdur. 1974-cü ildən Naxçıvan teatrında aktyor kimi çalışan Elxan Şeyxov Sadi bəy ("Bayramın birinci günü", Nazim Hikmət), Məhəmməd xan ("Nadir şah", N. Nərimanov), Leonardo ("Sükut divarı", P. Messina), Miri bəy ("Dirilən adam", M. Cəlal), Möhnət ("Məhsəti" , K. Ağayeva), Sərvər ("O olmasın , bu olsun", Ü. Hacıbəyov) və bu kimi 100-ə yaxın rollar oynamışdır. Prezident mükafatçısı olmuşdur (2007) və 2008-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti adına layıq görülmüşdür.
Qovan
Qovan (ing. Govan) — Qlazqo şəhərinin rayonu.
Qoçan
Kuçan — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Qoçan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 96,953 nəfər və 25,066ailədən ibarət idi. Əhalisinin əksəriyyəti tatlar, kurmanclar və Xorasan türklərindən ibarətdir. Az sayda türkmənlər, ermənilər, mazandaranlılar, bəluclar, ərəblər və azərbaycanlılarda bu şəhərdə yaşayırlar.
Çoban
Çoğan
Çoğan (lat. Gypsophila) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi. İkirəng çoğan (Gypsophila bicolor (Freyn et Sint.) Grossh.) Başcıqlı çoğan (Gypsophila capitata Bieb.) Daur çoğanı (Gypsophila davurica Turcz.