Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şəhərgah yaşayış yeri
Şəhərgah yaşayış yeri — Kürdəmir rayonu Ərəbqubalı və bir qismi Sabirabad rayonu Zəngənə kəndləri ərazisində yerləşən arxeoloji abidə. Şəhərgah abidəsi Bakı-Kürdəmir şose yolundan 14 kilometr cənubda, Kür çayından 20 kilometr şimalda, Girdiman çayının Kürə töküldüyü ərazidən təqribən 8-10 kilometr şərqdə düzənlik ərazidə yerləşir. Arxeoloji abidəsində son dəfə 2009-cu ildə AMEA-nın Arxieologiya institutunun əməkdaşı, professor Qafar Cəbiyevin rəhbərliyi ilə arxeoloqlar qrupu tədqiqat işləri aparmışdır. Abidə IX –XI əsrlərdə mövcud olmuş qədim Şirvan şəhərinin qalıqları olduğu ehtimal olunur. O vaxtdan etibarən Şəhərgah “yerli əhəmiyyətli” abidə kimi Kürdəmir Rayon Mədəniyyət və Turizm İdarəsi tərəfindən qorunur. Yaşayış yerinin tarixi hələki tam şəkildə öyrənilməyib. Şəhərgahın hansı orta əsr şəhərinin qalıqları olmasını müəyyənləşdirmək üçün yeni qazıntı və tədqiqat işləri aparmaq lazımdır.