Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yəmənin dövlət quruluşu
Yəmənin dövlət quruluşu - 1991-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi. == Dövlət quruluşu == Yəmən məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan birlik günü (1990) 22 mayda qeyd olunur. Ölkə Konstitusiyası 16 may 1991-ci ildən (1994 və 2001-ci illərdə əlavələr edilməklə) qüvvədədir. == İnzibati ərazi bölgüsü == Şimali (14 muhafaz) və Cənubi Yəmən (6 muhafaz) üzrə 333 rayonu, 2210 qəsəbəni və 38284 kəndi birləşdirən 20 vilayətdən (Amran, Əl-Beyda, Əl-Dali, Damar, Əl-Cauf, İbb,Marib, Mahvit, Rayma, Saada, Taiz, Xaca, Xodeyda, Abyan, Aden, Lahc, Əl-Mahra, Xadramaut və Şabva) və Sana paytaxt dairəsindən ibarətdir . == Dövlət başçısı == Mövcud Konstitusiyaya görə ölkədə milli birliyin rəmzi, vətəndaşların hüquq və azadlıqlarının, dinimənəvi dəyərlərinin təminatçısı, dövlətin daxildə və xarici ölkələrdə ali təmsilçisi, dövlət başçısı və silahlı qüvvələrin ali baş komandanı - Prezident ümumxalq səsverməsi yolu ilə, iki dəfədən çox olmamaq şərti ilə 7 il müddətinə seçilir. Geniş səlahiyyətlərə malik olan dövlət başçısı, dövlətin idarə edilməsində ona bilavasitə yardımçı olan vitse-prezidenti, Hökumətə rəhbərlik edən Baş naziri və onun müavinlərini, Milli Müdafiə Şurasının və Baş nazirin təqdimatına əsasən Nazirlər Şurasının üzvlərini təyin və vəzifələrindən azad edir, habelə ümumxalq referendumu və Nümayəndələr Palatasına seçkiləri təyin edir, qanunların icrası ilə bağlı fərmanlar imzalayır. == Qanunvericilik hakimiyyəti == Qüvvədə olan 1991-ci il Konstitusiyasına müvafiq olaraq ölkədə iki palatalı Parlament - nümayəndələri Yəmən Prezidenti tərəfindən təyin edilən 59 yerlik Yuxarı Palata (Məşvərət Şurası) və üzvləri ümumi, gizli və birbaşa seçkilər yolu ilə 6 illik müddətə seçilən, 301 yerlik Aşağı Palata (Nümayəndələr Palatası) fəaliyyət göstərir. Qanunvericilik sistemi islam, türk, ingilis hüquq sistemi ilə yanaşı, eyni zamanda qəbilə münasibətlərinə də əsaslanır və dünya parlamentarizminin fundamental prinsiplərini özündə ehtiva edir. == İcraedici hakimiyyət == Parlamentin Nümayəndələr Palatası qarşısında fərdi və kollektiv məsuliyyət daşıyan Hökumətin (Nazirlər Şurası) tərkibini Yəmən Prezidenti formalaşdırır.
Səməni
Səməni — hər il mart ayında Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və Azərbaycanda taxıl buğdasından qablarda göyərdilən etnoqrafik element. Almanlar səmənini pasxa bayramına cücərdir, adına isə "Ostergras" deyirlər. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni ilk çərşənbə axşamına yaxın vaxtda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerlərə qoyulur. Selscc == Tərif və məna == Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Səməni yalnız evdə hazırlanmalıdır.
Yəmən
Yəmən — Ərəbistan yarımadasının cənubunda yerləşən dövlət. Yarımadanın ikinci böyük dövlətidir. Əhalisi 30,2 milyon nəfərdir . Asiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dəniz və Hind okeanı akvatoriyasını birləşdirən Babül-Məndəb boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur. Yəmənin ərazisi 528 min kvadrat kilometr, paytaxtı Səna şəhəridir. Ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır. == Dini vəziyyət == Yəmən Ərəb Respublikası müsəlman ölkəsidir.
Səməni (rəqs)
"Səməni" — Azərbaycanın milli rəqsi. "Səməni" ən qədim rəqslərdən biridir, daha doğrusu, rəqsdən daha çox baharın gəlməsinə həsr edilmiş ənənəvi şənlikdir. "Səməni"ni yalnız qadınlar və qızlar oynayırlar. Söz mətni ilə muşayiət olunur. "Səməni" rəqsi Azərbaycanın hər yerində oynanılır.
Səməni halvası
Səməni halvası — şirniyyat növü. Novruzla bağlı elə şirniyyatlar var ki, hazırlanması çətin olduğundan çox az adam onu bişirməyə həvəs göstərir. Onlardan biri də xalq arasında səməni halvası kimi tanınan şirniyyat növüdür. == Faydası == Səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. Səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun demək olar ki, ekoloji cəhətdən tam təmiz olmasında, yalnız təbii məhsullardan hazırlanmasındadır. Dietoloqlar müasir istehsalın insan orqanizminə vurduğu ziyanı təsdiqləməyə məcburdurlar. Səməni halvası öz faydalı keyfiyyətinə görə Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarını geridə qoyur. Uşağa süd verən analara məhz səməni halvasını məsləhət görürlər, çünki tərkibindəki ədviyyələr belə qadının südünü artırır. Novruzda bişirilən səməni halvası «jenşen»dən də faydalıdır, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. == Hazırlanma texnologiyası == Səməni və ya İsfahan halvasının maraqlı bişirilmə texnologiyası var.
Səməni rəqsi
"Səməni" — Azərbaycanın milli rəqsi. "Səməni" ən qədim rəqslərdən biridir, daha doğrusu, rəqsdən daha çox baharın gəlməsinə həsr edilmiş ənənəvi şənlikdir. "Səməni"ni yalnız qadınlar və qızlar oynayırlar. Söz mətni ilə muşayiət olunur. "Səməni" rəqsi Azərbaycanın hər yerində oynanılır.
Cənubi Yəmən
Cənubi Yəmən (ərəb. جنوب اليمن‎, translit. Cənub əl-Yəmən, ing. South Yemen) və ya rəsmi olaraq Yəmən Xalq Demokratik Respublikası (ərəb. جمهورية اليمن الديمقراطية الشعبية‎‎, translit. Cümhuriyyət əl-Yəmən əd-Dimukratiya əş-Şəbiya) — Ərəbistan yarımadasının cənubundə yerləşən indiki Yəmən Respublikasının cənubunu, şərqini və Sokotra adasını əhatə edən tarixi sosialist dövlət. Cənubi Yəmən 30 noyabr 1967-ci ildən 22 may 1990-cı ilə qədər mövcud olmuşdur. Cənubi Yəmən 1874-cü ildə Böyük Britaniyanın Ədən Müstəmləkəsi və Ədən Protektoratının yaradılması ilə başlamışdır. Buna baxmayaraq, 1937-ci ildə Ədən Britaniya Hindistanının bir vilayəti olmuşdur. 1963-cü ildə Ədən protektoratının süqutundan sonra, regionda fövqəladə hal elan edilmişdir.
Yəmən Respublikası
Yəmən — Ərəbistan yarımadasının cənubunda yerləşən dövlət. Yarımadanın ikinci böyük dövlətidir. Əhalisi 30,2 milyon nəfərdir . Asiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dəniz və Hind okeanı akvatoriyasını birləşdirən Babül-Məndəb boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur. Yəmənin ərazisi 528 min kvadrat kilometr, paytaxtı Səna şəhəridir. Ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır. == Dini vəziyyət == Yəmən Ərəb Respublikası müsəlman ölkəsidir.
Yəmən bayrağı
Yəmən bayrağı — Yəmənin dövlət (milli) bayrağı. Cənubi və Şimali Yəmənin birləşməsi gün, 22 may 1990-cı ildə qəbul edilib. Qırmızı, ağ və qara rənglər klassik ərəb rəngləri sayılır və Misir, Suriya və İraqın da dövlət bayraqlarında da vardır. == Tarix == Yəmən vahid dövlət olana qədər o cənubi və şimali Yəmənə bölünmüşdü. Şimali Yəmən 1927-1965-ci illərdə Yəmən Krallığı adlanırdı və soldakı bayrağı var idi. 1965-ci ildə krallıq Yəmən Ərəb Respublikasına çevrildi və ortadakı bayraqdan istifadə etməyə başladı. Cənubi Yəmən əvvəlcə Cənubi Yəmən Federasiyası adlanırdı və sağdakı bayrağa malik idi. Sonradan Yəmən Xalq Demokratik Respublikasına çevrildi və aşağıdakı bayrağa malik oldu.
Yəmən coğrafiyası
Yəmən respublikası Ərəbistan yarımadasının cənub və cənub-qərbində yerləşir. == Sahəsi və sərhədləri == Ərəbistan yarımadasının cənub və cənub-qərbində yerləşmiş Yəmən respublikası şimaldan və şimal-şərqdən Səudiyyə Ərəbistanı, şərqdən Oman dövlətləri ilə həmsərhəddir. Səudiyyə Ərəbistanı ilə sərhədlərinin xeyli hissəsi demarkasiya (yəni sərhəd nişanları qoylmamış) olunmamışdır. Yəmən coğrafi və hərbi strateji mövqeyi əlverişli olan ölkələrdən biridir. Qərbdən 500 km məsafədə Qırmızı dənizə,cənubdan və cənub-şərqdən 1200 km məsafədə Ərəbistan dənizi və Oman körfəzinə çıxışı var.Dənizlərdə yerləşmiş və ona məxsus adalarla birlikdə sahəsi 532 min kv.km-dir.Bu göstəriciyə görə dünyanın 48-ci ölkəsidir. == Yəmən Respublikasının relyefi == Səth quruluşu. Səth quruluşu çox mürəkkəbdir. Bu ərazidə bir-birindən fərqlənən beş təbii-coğrafi bölgə aydın seçilir: . Sahilboyu təpəli düzənlikləri əhatə edən Tihamə ovalığı; . Cəbəl adlanan dağlıq hissə; .
Yəmən inqilabı
Yəmənin paytaxtı Sana şəhərində 30 ildən çoxdur ölkəni idarə edən prezident Əli Abdulla Salehin istefası tələbi ilə kütləvi aksiyalar başlayıb. Nümayişlərdə minlərlə adam iştirak edir. Mitinqlər Sana Universiteti də daxil olmaqla şəhərin 4 nöqtəsində başlayıb. Nümayişçilər hökumət əleyhinə şüarlar qışqırır. Qeyd edək ki, yanvarın 26-da Yəmənin cənubundakı şəhərlərin birində Fuad Sultan adlı sakin özünə od vurub. O, ağır dərəcəli yanıqlar alıb. İntihar cəhdinin səbəbi taksi sürücüsü işləyən F. Sultanın ailəsinin ehtiyaclarını ödəməkdə çətinlik çəkməsidir. Xatırladaq ki, Tunisdə icazəsiz ticarətlə məşğul olan gənc satdığı meyvə-tərəvəz polis tərəfindən müsadirə edildikdən sonra özünü yandırmış, bundan sonra ölkədə kütləvi etirazlar başlamışdı. Daha sonra Misirdə işsizlik, korrupsiya və qiymətlərin yüksək olmasına etiraz edən bir neçə nəfər özünü yandırıb və bu ölkədə də hakimiyyətə qarşı kütləvi aksiyalar başlayıb.Tunis və Misirdə baş verənlərdən həvəslənən yəmənlilər prezident və hökumətin istefasını tələb edir. "Xalq başqa prezident istəyir", – deyə nümayişçilərdən biri bildirir.
Yəmən mətbəxi
Yəmən mətbəxi — bütün ərəb ölkələrinə xas xörəklərlə zəngindir. Yeganə yerli fərq dəniz məhsullarından və ədviyyatlardan çox, düyüdən isə az istifadədir. Milli xörəklərdən ən dadlısı saltadır - toyuq əti mərcimək, yaşıl noxud və ədviyyatlardan ibarətdir və yanında qarnir kimi düyü verilir. Xaradxa və ya arada ədviyyatlı qiymədir, ondan piroqların içliyi kimi də istifadə olunur. Yəmən mətbəxində digər ərəb ölkələrindən fərqli olaraq souslardan az istifadə olunur. Onu bitki yağı, sirkə və bitki qarışıqları əvəz edir. Yemək süfrəsini çay tamamlayır. Çayı nanə və digər otlarla içirlər. Burada qışr da çox populyardır - qəhvə qabığı və ədvalardan ibarətdir. Yəmən mokko qəhvəsinin vətənidir.
Yəmən rabitəsi
Yəmən–Ərəbistan yarımadasının cənub-qərbində yerləşən dövlət. Paytaxtı Səna şəhəridir. Müasir Yəmən Ərəb Respublikası 1990-cı ildə Şimali Yəmənlə (islam) Cənubi Yəmən (marksist) arasında uzun illər davam etmiş sərhədyanı müharibə və münaqişədən sonra yaranmışdır. Birləşmədən sonra ölkədə aparılan islahatlar ölkəni dünyanın üzünə açdı. Lakin adət-ənənələri dəyişməz olaraq qaldı. Əsas əhalisi ərəblərdir. Efioplar, somali, türk və başqa xalqların nümayəndələri də burada yaşayır. Yəmən ərəb ölkələri içərisində kasıb və inkişafdan geri qalan dövlətdir. == İnformasi̇ya texnologiyaları == Hazırda telekommunikasiya və informasiya texnologiyaları inqilabı bütün dünyanı bürüyüb. Sahənin prioritetli olduğunu nəzərə alaraq hətta zəif inkişaf etmiş ölkələr belə informasiya texnologiyalarına meyl göstərir.
Yəmən rialı
Yəmən rialı — Mübadilədə 1990-cı ildə ölkənin birləşməsi anından istifadə edilən Yəmənin pul vahididir. 1 rial 100 filsə bərabərdir, hərçənd belə nominallı heç bir sikkə mübadiləyə buraxılmamışdı. == Tarixi == 1990-cı ildə Yəmən Ərəb Respublikasının və Yəmən Xalq Demokratiya Respublikasının birləşməsindən sonra mübadilədə, ölkənin bütün ərazisində Şimali Yəmənin rialı istifadə edilməyə başladı. Cənubi Yəmən dinarı isə valyuta ilə əlaqələndi və 1 rial 26 dinara bərabər oldu. 1993-cü ildə birinci yeni sikkələr buraxılmışdır. 1996-cı ildə dinar mübadilədən çıxarılmışdı və rial ölkənin yeganə valyutası elan edilmişdir. Köhnə pul nişanları yeniləri ilə tədricən əvəz edilmişdi.Hal-hazırda mübadilədə 50, 100, 200, 250, 500 və 1000 riallıq əsginaslardan və 1, 5, 10, 20 riallıq sikkələrdən istifadə olunur.
Yəmən tarixi
Yəmən—sivilizasiyanın qədim beşiklərindən biridir. == İslamaqədərki tarix == Yəmən dünyanın qədim dövlətlərindən biridir. Eramızdan əvvəl bu ərazidə Həzrəmövt, Səba, Məin adlanan dövlətlər mövcud olmuşdur. Səba dövləti İncildə, əsasən, Kral Solomon və Səba (Şeba) kralliçası hekayələrində tez-tez xatırlanan, qədim Assur, Yunan və Roma mənbələrində adı çəkilən, Ərəbistan yarımadasının cənub qərbində eradan əvvəl 8-ci əsrdən eramızın təxminən 5-ci əsrinədək mövcud olan İslam öncəsi ərəb krallığıdır. Orta əsrlərdə krallığın mərkəzi Yəmənin paytaxtı Sənadan 120 km şərqdə yerləşən Mərib olmuşdur. Ərəb rəvayətlərinə əsasən, Mərib şəhərinin əsası Nuh peyğəmbərin böyük oğlu Sam tərəfindən qoyulub. İkinci böyük şəhəri isə Sirvah idi. Səba dövləti ədviyyat, buxur və mirra da daxil olmaqla ətriyyat, kənd təsərrüfatı məhsulları, quru və su yolları vasitəsilə daşınan ticarət malları ilə zəngin idi. Bu məhsullar Ərəbistan yarımadası daxilində dəvələr vasitəsilə, Hindistana isə dəniz yolu ilə ixrac olunurdu. Əsrlər boyu krallıq Qırmızı dənizdəki Bab əl-Məndəb boğazını idarə etmiş, Afrika sahillərində çoxlu sayda koloniyaların, Abissiniya (indiki Eritreya) krallığının əsasını qoymuşdur.
Yəmən yəhudiləri
Yəmən Yəhudiləri və ya Temani — Yəməndə Ərəbistan yarımadasının cənub ucunda yaşayan və ya əcdadları son vaxtlara qədər Yəməndə yaşamış yəhudilərdir. Sehirli Xalça Əməliyyatı (Operation Magic Carpet) ilə 1949-cu ilin İyun – 1950-cu il Sentyabr tarixləri arasında demək olar ki, bütün Yəmən Yəhudiləri İsrailə gətirildi. Bugün Temanilərin əksəriyyəti İsraildə yaşayarkən, az bir qismi ABŞ-də və digər ölkələrdə yaşayır. Yəməndə yaşayan Yəhudilərin sayı digər Yəmən Yəhudilərinə müqayisədə bir əlin barmaqlarına bərabərdir. Temanilər inkişaf etdirdikləri özlərinə xas ənənələriylə Aşkenazi və Səfərad Yəhudilərindən fərqlənirlər. Birçox Mizrahi mədəniyyətinin Səfərad mədəniyyətiylə inteqrasiya olması və Temanilərin Səfərad mədəniyyətiylə tanışmış olmaması Temanilərin Mizrahi olub olmayacayağı mövzusunu müzakirəyə aparır.
Yəmən şəhərləri
Yəməndə şəhər yaşayış məntəqələri, Səna və Ədəndən əlavə, bütün digər əyalət paytaxtları, həmçinin ən azı 5000 əhalisi olan hər hansı daimi yaşayış məntəqəsidir. 2013-cü ilə qədər Yəməndə 225 şəhər var idi. Onların əksəriyyəti rayon mərkəzləridir, baxmayaraq ki, həm şəhərsiz rayonlar, həm də bir neçə şəhəri olan rayonlar var.
Yəmənli Həsən Paşa
Yəmənli Həsən Paşa (ö. 19 oktyabr 1608) — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əslən alban olub, Əndərundakı təhsilinin ardından uzun müddət bostançıbaşı olaraq xidmət göstərdi. Quyucu Murad Paşanın rüşvət şayələriylə vəzifədən alınmasının ardından 1580-ci ildə Yəmən bəylərbəyi təyin edildi. Bölgədə davam edən Zeydi üsyanıyla mübarizə apardı. Uzun illər burada xidmət etməsi səbəbilə bəzi mənbələrdə Yəmənli Həsən Paşa olaraq anılır. Ardından paytaxta göndərdiyi istəyinə uyğun olaraq 20 iyun 1604-cü ildə Yəməndən ayrıldı və İstanbula gəldikdən sonra 25 iyun 1605-ci ildə Misir əyalətinə təyin olundu. 2 illik vəzifəsinin ardından İstanbula dönən Həsən Paşa 1 aprel 1607-ci ildə vəzifədən alındı və 19 oktyabr 1608-ci ildə İstanbulda vəfat etdi. == Mənbə == Sicill-i Osmani I, səh.
Çaxır Çəməni (Meşkinşəhr)
Çaxır Çəməni (fars. چاخرچمني‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Meşkin şəhristanının Mərkəzi bölgəsinin Ərşəq kəndistanında, Meşkinşəhrdən qəsəbəsindən 42 km şimaldadır. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 192 nəfər yaşayır (48 ailə).
Azərbaycan–Yəmən münasibətləri
Azərbaycan–Yəmən münasibətləri — Azərbaycan Respublikası ilə Yəmən Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 25-də qurulmuşdur.
Banqladeş–Yəmən münasibətləri
Yəmən—Banqladeş münasibətləri — Yəmən və Banqladeş arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatı Parlamentləri Birliyi, İslam Əməkdaşlıq Təşkilatının, UNESCO-nun üzvüdürlər. 2014-cü ildə Məhəmməd Əshab Uddin Banqladeşin Yəməndəki səfiri təyin edilib. == Tarix == 15 iyun 1971-ci ildə Yəmən Xalq Demokratik Respublikası (Cənubi Yəmən) Banqladeşin müstəqilliyini tanıyır. Yəmən Xalq Demokratik Respublikası Banqladeşi tanıyan ilk ərəb dövləti olur (digər ərəb dövlətləri 1971-ci il müharibəsində Pakistanı dəstəkləyir). Çin Xalq Respublikası Cənubi Yəmən tərəfindən Banqladeşin müstəqilliyinin tanınmasına mənfi reaksiya verir və bu da bu ölkələr arasında münasibətlərin ciddi şəkildə soyumasına səbəb olur. Cənubi Yəmən də Banqladeşin Ümumdünya Səhiyyə Təşkilatına üzv olmaq üçün müraciətini dəstəkləyir. 1973-cü ildə Yəmən Ərəb Respublikası (Şimali Yəmən) Banqladeşlə diplomatik əlaqələr qurur. 1973-cü ildə Banqladeş Prezidenti Mucibur Rəhman Ərəb dövlətlərinin İsrail ilə müharibələrində onlara dəstək verir. Bu da Şimali Yəmənlə diplomatik əlaqələr qurmağın əsas səbəbi olur.
Qətər–Yəmən münasibətləri
Qətər–Yəmən münasibətləri — Qətər Dövləti ilə Yəmən arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == 2017 Qətər diplomatik böhranı zamanı Səudiyyə Ərəbistanını dəstəkləyən Yəmən də Qətər ilə diplomatik əlaqələri kəsmişdir.
Səudiyyə-Yəmən müharibəsi
Səudiyyə-Yəmən müharibəsi — Səudiyyə Ərəbistanı və Yəmən arasında 1934-cü ildə başvermişdir. == Münaqişənin tarixi == 1930-cu illərdə Ərəbistan yarımadasının cənubunda vəziyyət imam Yəhyaın ələhinə işləyirdi. Onun Ədəndə yerləşən ingilis koloniyaları ilə münasibətləri normallaşdıra bilməməsi və «nə müharibə, nə sülh» ingilislərin lehinə işləyirdi. Belə ki, sərhəddə daim gərginlik saxlanılırdı. Üstəlik ingilis kolonizatorları imam Yəhya və Əbdül Əziz ibn Səud arasında münasibəti pisləmdirməyə çalışırlar. Bu isə Yəmənin şimal rayonlarında gərginliyi artırdı. Artıq getdikcə Səudiyyə Ərəbistanı və Yəmən arasında münaqişə yaranırdı. Hər iki ölkənin başçısı ilk öncə türklərə qarşı mübarizə apararaq Birinci Dünya müharibəsindən sonra müstəqillik əldə etmişdilər. Hər ikisi ölkələrinin birləşdirilmədi xəttini götürmüşdü. Hər iki dövlət başçısı ingilislərin daimi təzyiqini hiss edirdi.
Yəmən Mütəvəkkili krallığı
Yəmən Mütəvəkkili Krallığı (ərəb. المملكة ‏المتوكلية اليمنية‎) — Müasir Yəmən ərazisində 1918-ci ildən 1962-ci ilə qədər mövcud olmuş dövlət. == Tarixi == 1918-ci ildə Osmanlı İmperiyası məğlub oldu. Zeydilər yenidən Yəmənin əhəmiyyətli bir hissəsinə nəzarəti qurdular. 30 oktyabr 1918-ci ildə Birinci Dünya müharibəsi dövründə Osmanlı İmperiyasının məğlubiyyətindən sonra İmam Şeyx Yəhya bin Məhəmməd Həmid əd-Din ölkənin müstəqilliyini elan bəyan etdi və üç gün sonra özünü kral elan etdi. Müharibə illərində İngilis qoşunları Yəmənin Kamaran adasını (1915) və Tihamə sahillərini (İngiltərə 1921-ci ildə Asir əmirliyinə vermiş Hudeydə liman şəhərini də) işğal etdi. 1918-28-ci illərdə İngiltərə-Yəmən qarşıdurması yarandı. Yəmən dağları qapadıldı, xarici ticarət əlaqələri kəsildi. Cənub bölgələri İngilis qoşunları ilə Yəmən qəbilələri arasında davamlı qarşıdurmalar teatrına çevrildi. 1918-ci ildə Türklər Taizi yeni müstəqil Yəmən krallığına verdilər.
Yəmən Ərəb Respublikası
Yəmən — Ərəbistan yarımadasının cənubunda yerləşən dövlət. Yarımadanın ikinci böyük dövlətidir. Əhalisi 30,2 milyon nəfərdir . Asiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dəniz və Hind okeanı akvatoriyasını birləşdirən Babül-Məndəb boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur. Yəmənin ərazisi 528 min kvadrat kilometr, paytaxtı Səna şəhəridir. Ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır. == Dini vəziyyət == Yəmən Ərəb Respublikası müsəlman ölkəsidir.
Semeni
Küçə yeməyi
Küçə yeməyi — küçədə, bazarda, yarmarkada və ya digər ictimai yerdə hazır yemək və ya içki satışı. Qida tez-tez portativ qida kabinəsi, ərzaq səbəti və ya yemək maşınında satılır və dərhal istehlak üçün nəzərdə tutulur. 2007-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının verdiyi məlumata görə, hər gün 2,5 milyard insan küçə yeməyi yeyir.
Yeleni Doika
Yeleni Doika (d. 15 noyabr 1995) — Yunanıstanı təmsil edən bədii gimnast. Yeleni Doika, 2012 və 2016-cı ildə Yunanıstanı Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yeleni Doika birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. Birləşmiş Krallığın London şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının təsnifat mərhləsində o, komanda yoldaşları ilə birgə 51.875 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı. Yeleni Doika 2016-cı ildə Yunanıstan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yoanna Anaqnostopoulou, Zoi Kontoqianni, Mixaela Metallidou və Stavroula Samara ilə birgə təsnifat mərhələsində 30.416 xal topladı və 13-cü yeri tutaraq mübarizəni dayandırdı.
Yeleni Xronopoulou
Yeleni Xronopoulou (d. 19 noyabr 1988; Marousi, Yunanıstan) — Yunanıstanı təmsil edən bədii gimnast. Yeleni Xronopoulou 2004-cü ildə Yunanıstanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yeleni Xronopoulou 2004-cü ildə Yunanıstan bayrağı altında elə Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları İlektra Eftimiou, Mariya Kakiou, Liana Xristidou, Varvara Maqnisali və Steriani Pantazi ilə birgə finalda 46.525 xal topladı və 5-ci yeri tutdu.
Yeməli abelmoş
Bamiyə (lat. Abelmoschus esculentus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin abelmoş cinsinə aid bitki növü. Hündürlüyü 1,5 m-ə çatır. Xarici görünüşünə və çiçəklərinə görə pambıq koluna oxşayır. Vətəni Şərqi Afrikadır. Bamiyənin yetişməmiş meyvəsi tərəvəz kimi işlədilir (xörəyə tökülür, salat və konserv hazırlanmasında istifadə edilir); gövdəsindən qaba lif alınır. Qovrulmuş toxumundan qəhvə surroqatı hazırlanır. Tropik və subtropik ölkələrdə, Şimali Amerika və Cənubi Avropada bir çox sortu yetişdirilir. Bamiyə Azərbaycanda da (əsasən Xaçmaz rayonunda) əkilir. == Etimologiyası == Bamiyə sözünün mənşəyi ərəbcə eyni məna daşıyan باميا (bāmiyā) sözünə əsaslanır.
Yeməli doqquzdon
Yeməli doqquzdon (lat. Lonicera edulis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Əsasən Şərqi Sibirdə, Uzaq Şərqdə bitir. == Botaniki təsviri == Hündürlüyü 0,6-1 m-ə çatan alçaqboylu koldur. Cavan budaqları nazik və sıx tükcüklüdür. Bitki yaşlandıqca budaqları çılpaqlaşır. Yarpaqları nazik, ensiz neştərvaridir, saplağı qısadır. Çiçəkləri nektarlı, qıfvari formalı, süpürgəvari çiçək qrupunda olmaqla yarpaq qoltuğunda yerləşir, ləçəkləri sarı rəngdədir. May-iyun aylarında çiçəkləyir. Meyvəsi tünd-göyümtül rəngli, 9-12 mm uzunluğunda olmaqla, silindrvarı formadadır, əsasən iyul ayında yetişir.
Yeməli giləzəhər
Yeməli topalaq
Yeməli topalaq (lat. Cyperus esculentus) — topalaq cinsinə aid bitki növü.
Yeməli yosunlar
Yeməli yosunlar — Yosunlar göbələklər kimi yeyilən və yeyilməyən olur. Yeyilən yosunlar dəniz yosunlarıdır. Şirin su yosunları zəhərli ola bilər. Dəniz otları fibra (liflər), minerallar, mikroelementlər və vitaminlərlə zəngindir (xüsusilə kalsiumla). Tam proteinlidir" , yəni tərkibində insan orqanizmi üçün vacib olan doqquz aminoturşunun adekvat proporsiyası var. Yeyilən yosunları xüsusən onların yodla zənginliyi və sağlam tiroid üçün əhəmiyyətidir. Tiroid metabolizmi və bədən temperaturunu requlyasiya edir. Ona görə yosunlar çəki probleminə də kömək edə bilir. Bundan başqa təbii diuretikdirlər (sidik ifrazını gücləndirirlər). Bəzi yosunlar, məsələn mozuku (yaponca) yosunu, hətta xərçəng müalicəsində istifadə olunur.
Azərbaycanlı–erməni mədəni münasibətləri
Azərbaycanlı–erməni mədəni münasibətləri — azərbaycanlılar və ermənilərin dil və mədəniyyətləri arasında əlaqə. == Tarix == SSRİ dövründə Bakının ruslaşdırılması Bakı əhalisini özündə birləşdirən azərbaycanlı, rus, erməni və digər etnik qruplardan ibarət Bakı şəhəri submədəniyyətinin yaradılması ilə nəticələndi. == Din == Hacı-Baba türbəsi islam dininə aid, azərbaycanlılar və ermənilər üçün ortaq ziyarətgahdır. Qarabağ münaqişəsindən əvvəl Azərbaycandan arabir molla gəlir, burada namaz qıldırırmış. Bundan əlavə, bir azərbaycanlı daim ziyarətgahın yaxınlığında yaşamış və onun saxlanması üçün ianə toplamışdır.
Erməni
Ermənilər (erm. հայեր) — Qafqaz və Yaxın Şərqdə halk. Özlərini "Hay", ölkələrini "Hayastan" adlandırırlar. Ermənistan əhəlisin əsasını təşkil edirlər. Bundan əlavə İran, Türkiyə, Livan, Suriya, və Azərbaycanda da məskunlaşmışlar. Sayları 2010-cu ilə olan təxminlərə əsasən 6–8 milyon nəfərdir. Ermənistandankı ermənilərin sayı rəsmi rəqəmlərə görə 3 milyona yaxındır. Türkiyədə ermənilərin sayı müxtəlif mənbələrə görə 35000 ilə 50000 arasında olub, demək olar ki, hamısı İstanbul və ətrafında yaşamaqdadır. 19-cu əsrə kimi əksəriyyəti Osmanlı İmperiyası və İranda yaşayan ermənilər bu dövrdən sonra müxtəlif səbəblərdən dünya ölkələrinə səpələnib və bu səpələnmə nəticəsidə dünyanın müxtəlif ölkələrində yaşayan erməni topluluqlarına erməni diasporası adı verilib. Erməni diasporasının ən güclü olduğu ölkələr ABŞ, Rusiya və Fransadır.
Həmənli
Həmənli — Azərbaycan Respublikasının Goranboy rayonunun Qaramusalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Xınalı kənd Sovetindən Həmənli kəndi Qaramusalı kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Yerli əhalinin məlumatına görə, kəndin adı mənşəcə Qazax mahalından olan həmənli nəslinin burada məskunlaşmasından yaranmışdır. Həmənlilər keçmiş Gəncə xanlarının nəslindən olub, Qaramusalı kəndində yaşayan Məmməd xana məxsus Xanlıq adlanan bu ərazidən ilxı saxlamaq üçün qışlaq kimi istifadə edirdilər. Sonralar həmənlilər bu ərazini xandan satın alaraq XIX əsrdə burada daimi məskunlaşmışlar. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Kürəkçayın sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 199 nəfər əhali yaşayır.
Məməli
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir. Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var. Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir. Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır.
Nəmənd
Nəmənd – yerə döşəmək üçün hazırlanan qəlibdir. Nəmənd adətən ağ və ya boz rəngli yundan hazırlanır. Üzərində at, qoç, dəvə və digər rəsmlər, həmçinin ayrı-ayrı ornamentlər işlənir. Çobanların yapıncılarıda bu cür qəlibdən hazırlanır. Yapıncı üçün hazırlanan qəlib nazik olur və üzərinə qaba kətan, yaxudda şəddə çəkilərdi. Qəlibdən hazırlanan tərlikdə çula nisbətdə nazik olur.
Çəmənli
Çəmənli (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Çəmənli (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Çəmənli (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Çəmənli (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Çəmənli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Çəmənli (Maku) — Aşağı Çəmənli — Azərbaycanın Beyləqan rayonunda kənd. Yuxarı Çəmənli — Azərbaycanın Beyləqan rayonunda kənd.
Sement
Sement (lat. caementum – ovulmuş daş) və ya ağ sement — süni qeyri-orqanik bərkidici tikinti materialı. Əsas inşaat materiallarından biri. Su, su məhlulları və başqa maye ilə qarışdırıldıqda, tədricən bərkiyib daşa dönən elastik kütlə əmələ gətirir. Əsasən beton istehsalı və tikinti məhlullarında istifadə olunur. Sementin xüsusiyətlərindən biri rutubətdə daha da bərkiməsidir. Bu onu prinsipial olaraq başqa, ancaq havada bərkiyən mineral bərkidici maddələrdən (gips, əhəng) fərqləndirir.