Yəmən Ərəb Respublikası

YəmənƏrəbistan yarımadasının cənubunda yerləşən dövlət. Yarımadanın ikinci böyük dövlətidir. Əhalisi 30,2 milyon nəfərdir .[2] Asiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dənizHind okeanı akvatoriyasını birləşdirən Babül-Məndəb boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur. Yəmənin ərazisi 528 min kvadrat kilometr, paytaxtı Səna şəhəridir. Ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır.[3]

Yəmən
الجمهوريّة اليمنية
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
الله ،الوطن، الثورة، الوحدة, God, Country, Revolution, Unity, Бог, държава, революция, единство, Duw, Gwlad, Chwyldro, Undod
Himn: Vahid Respublika
(ərəb. الجمهورية المتحدة‎)
Tarixi
 • Yəmən Xalq Demokratik RespublikasınYəmən Ərəb Respubikası arasında 22 may 1990
Rəsmi dilləri
Paytaxt Səna
İdarəetmə forması Prezident respublika
Prezident Rashad al-Alimi
Baş nazir Ahmad Awad bin Mubarak
Sahəsi Dünyada 50-ci
 • Ümumi 527970 km²
Əhalisi
 • Əhali 27 milyon nəfər (49-cu)
 • Siyahıyaalma (16.XII.2004) 19 684 603 nəf.
 • Sıxlıq 51 nəf./km²
Valyuta Yəmən rialı
İnternet domeni .ye
ISO kodu YE
BOK kodu YEM
Telefon kodu +967
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Yəmən

Dini vəziyyət

[redaktə | mənbəni redaktə et]

Yəmən Ərəb Respublikası müsəlman ölkəsidir. Əhalisinin əksəriyyətini sünni müsəlmanlar təşkil edir, lakin Səudiyyə Ərəbistanı ilə sərhəd bölgələrdə şiə müsəlmanlar da yaşayırlar.

Yəmən iqtisadiyyatı əkinçilikheyvandarlığa əsaslanır. İşləyən əhalinin 71,5%-i əkinçiliklə məşğul olur. Taxıl, pambıq, xurma, banan, darı, qəhvə, müxtəlif növ meyvə və tərəvəzlər əsas əkinçilik məhsullarıdır. 1992-ci ildə 820 min ton taxıl, 80 min ton paxlalı bitkilər, 320 min ton meyvə və 560 min ton tərəvəz istehsal olunmuşdur. Eyni ildə ölkədə təqribən 100 min baş dəvə, 1 milyon 200 min baş inək, 3 milyon 850 min baş qoyun və 2 milyon 250 min baş keçi vardı. 1991-ci ilə 86 min ton balıq və digər dəniz məhsulları ovlanmışdır. Şimali Yəməndə ildə orta hesabla 65 min ton duz istehsal olunur. Cənubi Yəməndə neft və təbii qaz hasil olunur. Yəmən bunlardan başqa önəmli bir təbii sərvətə sahib deyildir. 1992-ci ildə neft hasilatı 69 milyon barel olub. 1993-cü ildə açıqlanan neft ehtiyatları 2 milyard 10 milyon barel, təbii qaz ehtiyatları isə 430 milyard m³idi.[4]

Vətəndaş müharibəsi

[redaktə | mənbəni redaktə et]

Yəməndə vətəndaş müharibəsi 2004-cü ildə alovlanıb. İmam Əbdül Malek əl-Husinin (عبدالمالک حوثی) başçılıq etdiyi şiə üsyançıları rəsmi Sananın siyasətinə qarşı üsyan qaldırıblar. Bundan sonra şimaldakı Saad əyalətində döyüşlər başlayıb. Üsyançıları isə İran və "Hizbullah" tərəfindən dəstəklənirlər[5].

2012-ci il fevral ayının 27-də Səna şəhərində Yəmənin yeni Prezidenti Əbdürəba Hadinin (عبد ربه هادي) təntənəli inaqurasiya mərasimi keçirilmişdir.

Xarici siyasəti

[redaktə | mənbəni redaktə et]

Yəmən Respublikası 26 iyun 2014-cü ildə tarixində Ümumdünya Ticarət Təşkilatının tamhüquqlu üzvü olmuşdur.[6]

  1. 2 // Constitution of Yemen.
  2. "Yəmən Mərkəzi Statistika Təşkilatı : 2003 – cü ildə Yəmənin əhalisi təxminən 30.2 milyon nəfər olmuşdur". 2013-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-04-24.
  3. "Ən təhlükəli və kasıb ölkələrdən biri". 2013-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-06.
  4. Department of Economic and Social Affairs Population Division (2009)
  5. "Yəmənlilər Səudiyyə Ərəbistanının bir hissəsini zəbt ediblər". 2009-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-04.
  6. Yəmən ÜTT-nin tamhüquqlu üzvü oldu Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine. wto.az, 26. iyun 2014  (az.)