Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bağçalar
Bağçalar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə İpnari kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd Gədi çayının mənsəbində, rayon mərkəzi Başkeçid şəhərindən 17 km qərbdə yerləşir. == Tarixi == Borçalı bölgəsində Bağçalar yaşayış məntəqəsi adına ilk dəfə 1701-ci ilə aid məxəzlərdə rast gəlinmişdir. == Əhalisi == Tarixən yalnız etnik azərbaycanlılardan ibarət əhalisi olan kənddə 1721-ci ildə 25 ailə, 1870-c ildə 4 ailədə 27 nəfər, 1926-cı ildə 15 ailədə 104 nəfər əhali yaşamışdır.17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən kənddə yaşayan 149 nəfər əhali 100 % etnik azərbaycanlılardan ibarətdir.1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 146 nəfər əhali yaşayır. == Təhsil == Kənddə ilk dünyəvi məktəb 1926-cı ildə yaradılıb. Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Hazırda məktəbdə 10 şagird təhsil almaqdadır.
Yaşçilan
Yaşçilan (isp. Yaxchilán — hərfi mənası «yaşıl daşlar») — Mayya sivilizasiyasının böyük şəhərlərindən biri. == Ümumi məlumat == Şəhər Usumasinta çayının sahilində, müasir Meksikanın Çiapas ştatının ərazisində yerləşir. Yaşçilan ərazisində abidələr qorunub saxlanılmışdı. Qədim dövrlərdə şəhər yəqin ki, İzankanak adlanırdı. Bəzən şəhər Mençe (Menché) və Pyer Loriyarın şərəfinə «Loriyar şəhəri» (Ciudad Lorillard) də adlandırılır. == Tarix == Sülalə yaradıcısı Yat Balam 2 avqust 320-ci ildə taxta oturduqda, Yaşçilan hələ kiçik bir qəsəbə idi. Şəhər-dövlət Yaşçilan yavaş-yavaş böyüyüb regionda bir mərkəzə çevrilmişdi. Yaquarın Qalxanının idarəsi zamanı, Yaşçilan bölgədə özünün maksimal təsir güvvəsinə çatdı. Yaşçilan Mayya sivilizasiyasını çox mühüm şəhərlərindən biridir və klassik dövrdə şəhər Usumasinta bölgəsində dominantlıq edirdi.
Sağalan
Sağalan (fars. سهلان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 1883-cü ildə Henrix Kipertin Osmanlı imperiyasının Asiya-Şərq vilayətlərini tərtib etdiyi ərazi xəritəsində, Sağalan Təbriz ilə Sufiyanın arasında yerləşir. == Əhalisi == 2016-cı ilin məlumatlarına əsasən kəndin əhalisi 3,664 nəfərdən ibarət idi.
Ağçala
Ağçala — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Ağçala- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Digər adı Qaranlıq. Azərbaycan dilində ağ və çala "çuxur" "su yığılan çökək yer", "yağış və qar suları yığılan yer" sözlərindən ibarətdir. Qeyd etmək lazımdır ki, Gürcüstanın türk toponimiyasında "çala" sözü bir neçə Çala toponimindən başqa Alaçala, Quluçala, Qaraçala, Yuxarı Avçala, Ovçala, Sarıçala, Ortaçala, Sərtçala və b.yaşayış məntəqə adlarından da əksini tapmışdır. 1447-ci ilə aid gürcücə bir sənəddə Gürcüstanda Avçala kənd adı çəkilmişdir. Çala sözünün türkmənşəli olması Dağ Borçalının (indi Ermənistanda Taşir rayonunda) Cücəkənd (Qızıl Şəfəq) kəndinin ərazisində Xırdaçalalar gölməçə adları ilə də təsdiqlənir. Lakin Gürcüstan toponimiyasında "çala" Azərbaycan dilindəki "çala" sözü "çökək yer" mənasında yox, türk dillərindəki çalı "kol - kosluq", "su kənarı kolluq" sözündəndir. Bu toponimlərdə "çala" XIX əsrdə Azərbaycanda Nuxa və Cavad qəzalarında Ağçala və indi Qaraçala, Neftçala, Biləsuvar rayonunda Mahmudçala, Bağırçala, Şərifçala, Xan qalası, Ağçala, Şorçala və b. toponimlərdə "çala" sözü ilə mənaca eynidir.
Cabbar Bağçaban
Mirzə Cabbar Əsgər oğlu Əsgərzadə Bağçaban (9 may 1886, İrəvan – 25 noyabr 1966, Tehran) — tanınmış Azərbaycan pedaqoqu. İranda ilk dəfə uşaq bağçası və lal-karlar məktəbin təsisçisi, İranda ilk uşaq kitabının müəllifi və naşiri, həmçinin, farsca işarə dilinin yaradıcısıdır. == Həyatı və təhsili == Cabbar Əsgərzadə Aciz 1885-ci ildə İrəvanda anadan olmuş, ilk təhsilini mollaxanada almışdır. Atası Əsgər İrəvanda memarlıq və qənnadiliklə məşğulluğu ilə tanınmış, Cabbar da gənc yaşlarında bu peşələrə yiyələnmişdi. Bundan başqa təhsilini mollaxanada almışdır. == İrəvandakı fəaliyyəti == Uşaqların və qadınların təlim-tərbiyəsinə çox önəm verən Mirzə Cabbar Əsgərzadə, gəncliyindən onlara dərs deməyə başlamışdır. Yaşadığı dövrün mühafizəkarlıq şəraitinə və risklərə baxmayaraq gizlicə qızlara evdə dərs deyib, bütün ömrü boyuca onların haqqlarını müdafiə etmişdir. Qəribə də olsa Cabbar Bağçaban ilk qəzetini həbsxanada buraxıb. 1905-ci ildə Yerevanda erməni-müsəlman çaxnaşmalarında ictimai fəallığına görə bir neçə aylıq həbs olunan Bağçaban həbsxanda "Molla nəhib" və "Mollabaşı" adlı həftəlik dərgilər nəşr etdirir. Dərgilərə yazıları özü yazıb, rəsmləri də özü çəkirmiş.
Evelin Bağçaban
Evelin Bağçaban (türk. Evlin Bahçeban)-Türkiyəli musiqiçi, müğənni, Tehran opersının həmtəsisçisi, İranda kollektiv ifaçılıqın (xor) öncülərində və piano ustası == Bioqrafiyası == Evelin Bağçaban Türkiyənin Mersin şəhərində fransız anadan və türk atadan dünyaya gəlmişdir.O, Cənubi Azərbaycanlı müğənni və bəstəkar Səmin Bağçaban ilə evlənmişdir. == Xarici keçidlər == TEHRAN TIMES: Opera singer Evelyn Baghcheban dies in Istanbul (2.
Səmin Bağçaban
Səmin Bağçaban (fars. ثمین باغچه‌بان‎), (24 sentyabr 1923, Təbriz – 19 mart 2008, İstanbul) İran azərbaycanlısı olan musiqiçi, bəstəkar, yazıçı və tərcüməçi. == Həyatı == 1925-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Səmin Bağçaban, İranda ilk dəfə olaraq uşaq bağçası və karlar üçün məktəb təsis edən Cabbar Bağçabanın oğludur. Atasının işlərinə görə Şiraz və Tehran şəhərlərində böyümüşdür. Yazıçı, bəstəkar, tərcüməçi və musiqiçi olmuşdur. 1984-cü ildə Türkiyəyə köçmüş və burada yaşamağa başlamışdır. Türkiyəyə gəldikdən sonra Ankaradakı təhsil illərindən tanıdığı türk opera müğənnisi və musiqiçisi Evelin Bağçaban ilə ailə həyatı qurmuşdur.Türkiyə dövründə bir çox əsərlər yazmış və tərcümələr etmişdir. Bəstələdiyi musiqilərdən bir qismi İsveçrədə Mənuçöhr Şahbay tərəfindən ifa edilmişdir.2008-ci ilin 19 martında İstanbulda vəfat etmişdir. == Təhsili == Atasının işlərinə görə müxtəlif şəhərlərdə yaşamış Səmin Bağçaban ilk və orta təhsilini də müxtəlif şəhərlərdə almışdır.
Alçalan dağı
Alçalan dağı - Culfa rayonu ərazisində dağ (hünd. 2603,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan, onun Dəmirlisu-Kolanısu suayırıcısını təşkil edən eyniadlı qolunda zirvə. Ləkətağ kəndindən 4 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən eyniadlı sinklinalın şimal qanadında və ondan şimalda izlənilən Kolanısu antiklinalının cənub qanadında) yerləşir. Cənub-şərq və cənub-qərb yamaclarında müvafiq olaraq şimal-şərq və şimal-qərb istiqamətli qırılmalar izlənilir. Cənub-qərb yamacında eyniyaşlı andezit-porfirit tərkibli kiçik subvulkanik kütlələrin çıxışları müşahidə olunur.
Ağçala dağı
Ağçala dağı Gürcüstan Respublikasının Borçalı bölgəsində yaşayan azərbaycanlılara məxsus Qaraxaç yaylaqlarında yerləşən və regionda ən uca dağ. Gürcüstanın Ermənistanla sərhəd xəttinin üzərində, Ağçala çayının yuxarı axarında və Dibsiz gölünün üzərində kəskin parçalanmış dağ-nival hündürlük qurşağına yerləşir. Hündürlüyü 3196 metr təşkil edir. 80-ci illərdən erməni mənbələrində adı erməniləşdirilərək Açkasar kimi təqdim edilir.
Ağçala gölü
Ağçala - Muğan düzünün cənub şərqində bataqlıq göl. == Toponimikası == 1896-cı ildə Araz çayı daşıb Muğan düzünü basarkən Ağçala, Mahmudçala və Cavadçala gölləri yaranmışdı. Hazırda Mahmudçala gölü bataqlığa çevrilmiş və öz növbəsində iki hissədən - Mahmudçala və Ağçala göllərindən ibarət olmuşdur. Beləliklə, ərazidə iki Ağçala gölü meydana gəlmişdir. Əvvəllər göl Araz çayı daşan zaman dolurdu. İndi isə gölə su Muğanın suvarma kanallarından və Bolqarçayın artıq sularından toplanır. Hidronim ağ və çala (çökək yer, çuxur yer; dərə, quyu; əkilməmiş yer; yağış və çay sularının doldurulduğu çökək) sözlərindən düzəlmişdir. Tədqiqatçıların bir qismi bu hidronimin suyun keyfiyyəti ilə bağlı olduğunu söyləyir. Bəzi tədqiqatçılar isə çalanın yay fəslində suyunun qurumasından duzların üzə çıxması və ağ rəngdə olması ilə əlaqələndirirlər. Mənbələrdə təkcə Salyan və Biləsuvar rayonları ərazisində 4 Ağçala adlı gölün olduğu göstərilir.
Relyefin alçalan inkişafı
Relyefin alçalan inkişafı- (rus. нисходящее развитие рельефа, ing. descending evolution of relief) denudasiya proseslərinin tektonik qalxmadan üstün olduğu şəraitdə baş verir. Relyefin alçalan inkişafı üçün mütləq və nisbi yüksəkliyin azalması, yamacların hamarlanması və peneplenin əmələ gəlməsi səciyyəvidir.
Yagmalar
Yağma (Çincə: 样磨/樣磨, pinyin: Yàngmó) — Orta çağdaki bir Türk boyudur, bu boy müasir Uyğurların və Özbəklərin əcdadlarıdır. Bu boy bir qolu olan ve Üç Oğuzlar deyilən birlik, Yağma, Qarluqlar və Çigillər boylarından yaranmışdır. VII yüzildən etibarən Qaraxanlılar dönəmi boyunca Yağma boyu müsəlman Ərəblər və Çinlilər tərəfindən qüvvətli və qüdrətli siyasi varlıqlar olaraq Tarım hövzəsi, Cungariya hövzəsi (Şimali-şərqi Çini və qərbi Monqolustanı içinə alan bir bölgə) və Yeddisu (Yedisu) bölgəsində gözə çarpmışdılar. == Anlamı == Qazax Çin tarixçisi Yury Zuev (Rusca: Юрий Алексеевич Зуев)ə görə, Yağma (yaγgma)nın qədim türkcədə, "saldır, yayıl, yağmala" deməkdir.". نهبواَ Yağma: "Türklərdən bir bölüyün adı. Bunlara " كاَراَ نهبواَ Qara Yağma" da deyilir. نهبواَ Yağma Taraz yaxınında bir kəndin adı.". Tartuk, Yağma elində bir şehər.Dokuzoğuz və Yağmalar (xargahda: "keçeden yapılma yurd, keçe alaçıq") qalırlar.Mahmud Qaşqarlıdan türklərdən Yağma, Tuxsılər və Çigillərdən bir bölüyün İla(İli) çayına endiyini öyrənirik.. X yüzildə Yağma boyu, Qaşgarda və şimal-şərqində yaşayırdılar. Əbu Səid Qardizi, ünlü əsəri Zayn al-akbər də belə bəhs edir, Yağma "zengin insanlar böyük at sürüləri ilə", "bir ay süren səyahət" bir ölkədə yaşayırlar.
Bacalan dili
Bacəlan dili (Bacəlani), — İran və İraqda danışılan dildir.Şimal qərb iran dillərinin Zaza-Gorani qrupuna aiddir.
Yaqala şəlaləsi
Yaqala (est. Jägala juga) — Estoniyanın eyni adlı Yaqala çayı üzərində yerləşən şəlalə. Şəlalə Haryumaa vilayətinin Yoelahtme rayonu ərazisinə aiddir. Fin körfəzindən 4 km cənubda, Tallin şəhərindən isə 25 km şərqdə yerləşir. == Ümumi məlumat == Şəlalənin hündürlüyü 8 metr, eni isə təxminən 50 m-dir. Estoniyanın ən böyük şəlalələrindən biridir. Suyun töküldüyü yerdə çıxıntı meydana gəlmiş və suyun arxa hissəsində boşluq formalaşmışdır. Məhs boşluqla şəlalə boyu hərəkət etmək mümkündür. Ancaq yol təhlükəlidir. Daşlar üzəri həmişə sürüşkən olur.
Qışlaq-i Ağcaran (Biləsuvar)
Qışlaq-i Ağcaran (fars. قشلاق اغجاران‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 66 nəfər yaşayır (12 ailə).