Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daşlaşma
Daşlaşma — kövrək çöküntülərin bərk süxurlara çevrilmə prosesi. == Haqqında == Daşlaşma çöküntünün müxtəlif dəyişilmə mərhələlərində baş verə bilər. Duzlardan, karbonatlardan, silisium oksidindən və başqa təşkil olunmuş çöküntülərdə daşlaşma prosesi sedimentasion mərhələdə də başlaya bilər. Qırıntılı və gilli çöküntülərdə daşlaşma adətən daha gec, diagenezin son mərhələlərində və katagenezdə artan təzyiq və temperaturun təsiri altında başlanır. Daha nadir hallarda bəzi qırıntılı süxurlarda (qumlar, qravelitlər) hipergen daşlaşma mərhələsi qırıntılı hissəcikləri sementləşdirən birləşmələrlə zən­gin olan qrunt sularının təsiri altında gedir. Daşlaşma artıq suların kənar edilməsi, kolloidlərin və kimyəvi, həm də biokimyəvi yolla çökmüş maddələrin krislallaşması və formalaşan süxur sementinin və çöküntülərin komponentlərinin mineral tərkibinin dəyişməsi ilə müşayiət olunur. Kövrək çöküntülərin süxura keçməsi həmişə onların sıxlaşması ilə bağlı olur. Daşlaşma heyvan və bitkilərin gö­mülmüş qalıqlarında üzvi maddələrin mineral maddələrlə əvəz olunma prosesi nəticədə həmin qalıqlar vaxt keçdikcə daşlaşmış qalıqlara çevrilirlər. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Yadlaşma (fəlsəfə)
Yadlaşma anlayışı- Marksın nəzəriyyəsinin xüsusilə başlanğıc mərhələsində bariz bir prioritetə və əhəmiyyətə malikdir. Marksın ilkin yazılarında bu prioriteti və yadlaşma anlayışının müxtəlif məzmunlarda görmək olar. 1844-cü il Əlyazmalarını və Alman İdeologiyasını bu nöqtədə xatırlanmağa dəyər. İki cür yadlaşmadan danışmaq olar, Marksın bu çalışmalarında. Bunlardan birincisi təbiətdən qopma mənasındakı yadlaşma: insan, təbiətdən qoparaq mədəni-ictimai sahədə özünə ikinci bir təbiət qurmaq mənasında, təbiətə yadlaşır. Bu insan olması açıqlayan keyfiyyətinə müsbət qarşılanan yadlaşmadır, müəyyən bir müddət olaraq başa düşülür. İkinci yadlaşma isə, şəxsən kapitalist bazarın və kapitalist ictimai sistemin yaratdığı yadlaşmadır. Bunun nəticəsi kimi insan öz təbiətinə yadlaşır. Beləliklə insan özünə, öz əməyinə, münasibətlərinə, dünyaya və həyata yadlaşır. Kapitalist bazarın bir elementi olaraq işləyən mexanizmlərdən biri halına gəlir.
Yalama
Yalama — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. 'Yalama Stansiyası-' Stansiya 1900-cü il noyabrın 1-də özəl Vladiqafqaz dəmir yolunun Dərbənd- Biləcəri xəttində kommersiya istifadəsinə verilmiş və sərnişinlərin və yüklərin daşınması üçün açılmışdır. 20-ci əsrin əvvəllərində Dərbənd-Biləcəri xəttinin istismar uzunluğu 217 mil idi.Marşruta Vladiqafqaz yolunda Biləcəri stansiyasının lokomotiv və vaqon anbarlarından qatar və dartma briqadaları xidmət göstərib. Bütün sərnişin, kuryer, poçt və baqaj qatarları stansiyada dayanıb. 1919-cu ildə Azərbaycanla Könüllü Ordunun nəzarətində olan ərazilər arasındakı sərhəd stansiyanın xətti ilə keçirdi. “Əli və Nino” romanında Yalama stansiyasında həmin vaxtlardan bəhs edilir. Kənddə Yalama kənd məscidi dini icması fəaliyyət göstərir.
Adaptiv yanaşma
Adaptiv yanaşma — insan psixikasının fəaliyyətinə və prinsiplərinə dair neofreydçi nəzəri baxışlardan biridir. Bu yanaşma, genetik yanaşma ilə yanaşı, Ziqmund Freydin metapsixologiya sahəsindəki ilkin inkişaflarına əlavə olaraq, 1940-cı illərin əvvəllərində ingilis psixoanalitiki Edvard Qlover tərəfindən tərtib edilmişdir. Adaptiv yanaşma müxtəlif psixososial amillərin insan psixikasına təsirini nəzərdə tutur. Bu yanaşmaya görə, insanın qəbul etdiyi istənilən qərarlar, hətta nevrotik qərarlar da (məsələn, iddia) fərdin ətraf mühitlə qarşılıqlı əlaqə təcrübəsinə əsaslanır. Ümumiyyətlə, adaptiv nöqteyi-nəzər nəzərə alır ki, insan ətraf mühitə uyğunlaşma prosesini heç vaxt dayandırmır (uyğunlaşma prinsipcə mövcudluğun ayrılmaz hissəsi kimi əldə edilir) — müvafiq olaraq, fərdlərin ətraf mühitin təsiri altında dəyişməsi faktı fiziki və sosial mühit nəzərə alınır.
Kibernetik yanaşma
Kibernetik yanaşma – kibernetik yanaşmanın mahiyyəti ondan ibarətdir ki, hər bir məqsədyönlü davranış idarəetmə kimi nəzərdən keçirilir. Geniş, kibernetik mənada idarəetmə – süni obyektlər və canlı orqanizmlərin idarə olunması haqqında müxtəlif elmlərdə toplanmış metod və üsulların ümumiləşdirilməsidir. İdarəetmə dedikdə mühitin, idarəetmənin obyekti adlandırılan bir hissəsinə məqsədyönlü təsirin təşkili prosesi başa düşülür. Bu proses zamanı obyektlə qarşılıqlı təsirdə olan subyektin tələbatları ödənilir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Sistemli yanaşma
Sistemli yanaşma – mürəkkəb sistemlərin bütün baş xassələrini və onların qarşılıqlı əlaqələrini nəzərə alan, elmi cəhətdən əsaslandırılmış metoddur. Sistemli yanaşma mütəxəssislərin formal bilik və intuisiyalarını birləşdirərək məqsədyönlü analitik idəretməni stimullaşdırır. Sistemli yanaşmada tədqiqat prosesinin alt proseslərə ayrılması, proseslərin məqsədyönlü modelləşdirilməsi və təyin olunmuş problemlərin həlli üçün qərarların qəbulu alqoritmlərinin işlənməsi nəzərdə tutulur.
Anlaşma memorandumu
Anlaşma memorandumu iki (ikitərəfli) və ya daha çox (çoxtərəfli) tərəflər arasında bağlanan müqavilə növüdür. O, nəzərdə tutulan ümumi fəaliyyət xəttini göstərməklə tərəflər arasında iradənin yaxınlaşmasını ifadə edir. Bu, çox vaxt ya tərəflərin hüquqi öhdəliyi nəzərdə tutmadığı hallarda, ya da tərəflərin qanuni qüvvəyə minən müqavilə yarada bilmədiyi hallarda istifadə olunur. Bu, centlmen sazişinə daha formal alternativdir. Sənədin icbari müqavilə olub-olmaması yalnız sənədin mətnində ("dörd künc" adlanan) dəqiq müəyyən edilmiş hüquqi elementlərin olub-olmamasından asılıdır. Tələb olunan elementlər təklif və qəbul, nəzərə alma və qanuni olaraq bağlı olmaq niyyətidir (animus contrahendi). ABŞ-də müqavilənin mallar (Vahid Ticarət Məcəlləsinə müvafiqdir) və ya xidmətlər (ştatın ümumi qanunlarına müvafiq) üçün olmasından asılı olaraq xüsusiyyətlər bir qədər fərqlənə bilər. Bir çox şirkətlər və dövlət orqanları departamentlər, agentliklər və ya yaxın şirkətlər arasında əlaqələri müəyyən etmək üçün anlaşma memorandumlarından istifadə edirlər.
Yalama bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yalama döyüşü
Yalama döyüşü — 1920-ci ilin aprel ayının 28-sində Yalama ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun Quba alayının Yalama qarnizonu ilə XI Qırmızı Ordu arasında baş vermiş döyüş. 1920-ci il aprel ayının 28-si, saat 00:05 dəqiqə ikən 70 minlik XI Qırmızı Ordu, öndə "III İnternasional", daha 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla, Samurçay üzərindəki körpünü keçir. İşğalçı qoşunla Anastas Mikoyan, Qəzənfər Musabəyov da rus süngüləri üzərində Azərbaycanda şura hökuməti qurmağa gəlirlər. Körpünün başında keşik çəkən piyada taqımının əsgərləri və altı süvari zirehli qatarları görəndə təəccüblənirlər. Çünki cəmi bir neçə saat əvvəl onlar həmin bu körpünün üstündə indi top-tüfənglə üstlərinə gələn rus zabitləri və əskərləri ilə rəqs edir, dostluq-qardaşlıqdan danışırdılar… Artilleriya və pulemyot atəşi ilə kiçik dəstənin müqavimətini qırmaq ruslar üçün çətin olmur. Bundan sonra qatar Yalamaya üz tutur. Yolboyu onları dəmir yolunun kənarında meşədən olan azərbaycanlıların süvari patrulları izləyir. Ruslar Yalamaya qəflətən hücum etmək istəyirlər. Onların desantı stansiya ilə sərhəd məntəqələrini birləşdirən telefon xəttlərini kəsir. Lakin Azərbaycan Ordusunun Quba alayının zabiti Ağaəli Babazadənin rəhbərliyi altında bir neçə yüngül top və pulemyotla silahlanmış iki rota, 300 nəfərdən ibarət süvari eskadronu və kiçik jandarm dəstəsi stansiya yaxınlığında düşməni gözləyir.
Yalama Aqropark
Yalama Aqropark Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığna əsasən 07.09.2016 tarixində Xaçmaz rayonuun Yalama qəsəbəsində 523 ha torpaq sahəsində "Yalama Aqropark" yaradılmışdır. Aqropark daxilində cins heyvandarlıq kompleksinin, qarışıq yem istehsalı təsərrüfatları yaradılmışdır.Aqroparkın istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, Almaniya, Türkiyə və İtaliya istehsalı olan texnika və avadanlıqlarından istifadə olunub. Layihənin birinci mərhələsi üzrə 385 ha sahədə müasir suvarma sistemlərinin (pivotlar) tətbiqi ilə növbəlilik nəzərə alınmaqla ikili əkin aparılır. Layihənin icrası nəticəsində 200-dən artıq iş yeri yaradılmışdır. Yalama Aqropark Azərbaycanda ilk Ən böyük Aqroparkdır.
BMT paylaşma planı
BMT Paylaşma Planı və ya Birləşmiş Millətlər Baş Məclisi 181 nolu Qərarı 29 noyabr 1947-ci il tarixli qərarına uyğunlaşdırılmış bir plan. == Biblioqrafiya == Bregman, Ahron (2002). Israel's Wars: A History Since 1947. London: Routledge. ISBN Arieh L. Avneri (1984). The Claim of Dispossession: Jewish Land Settlement and the Arabs, 1878–1948. Transaction Publishers. ISBN Fischbach, Michael R. (2003). Records of Dispossession: Palestinian Refugee Property and the Arab-Israeli Conflict. Columbia University Press.
Başlama vuruşu (futbol)
Başlama vuruşu — futbolda oyuna başlama və bəzi hallarda oyunu bərpa etmə üsullarından biridi. Başlama vuruşu səkkizinci futbol qaydasının bir hissəsidir. Başlama vuruşu əsas vaxtın və, müvafiq hallarda, əlavə vaxtın hər hissəsini başlamaq üçün istifadə olunur. Start fitdən öncə atılan qəpik püşkatmasında uduzan komanda ilk başlama vuruşunu həyata keçirir, qəpik püşkatmasında udan komanda oyuna meydanın hansı tərəfindən başlayacağını seçir. Oyun hakim fitini çaldıqdan sonra başlıyır. İkinci hissədə başlama vuruşunu digər komanda edir. Əgər oyun əlavə vaxtlara qədər uzanırsa, onda əlavə vaxtın əvvəlində yenidən qəpik püşatması atılır. Əgər hər hansı bir komanda qol vursa, onda qolu buraxan komanda meydanın mərkəzindən başlama vuruşunu yenidən etməli olur, və oyun təkrarən davam edir. == Üsul == Başlama vuruşu mərkəzi dairədən yerinə yetirilir. Başlama vuruşu edilmədən öncə hər bir futbolçu meydanın öz yarısında olmalıdır və bütün rəqib futbolçular topdan ən azı 9 metr (məsafə mərkəzi dairədən ölçülür) uzaqlıqda qalmalıdılar, əgər hər hansı oyunçu bu məsafəni pozsa, başlama vuruşu təzədən yerinə yetirilməlidir.
Fəal-xüsusi yanaşma
Temperamentin strukturuna fəal-xüsusi yanaşma — temperament xüsusiyyətlərinin necə təsnif və təşkil oluna biləcəyi modelini təsvir edən nəzəriyyə. Bu yanaşma, fəaliyyətin üç spesifik aspekti ilə əlaqəli əlamətləri ayırmağı təklif edir - fiziki, sosial-şifahi və zehni. Məsələn, insan uzun və/və ya gərgin fiziki işi uğurla yerinə yetirə bilər, lakin ünsiyyətdən çox tez yorulur və ya əksinə. Sürətli danışan insan fiziki obyektləri idarə etməkdə o qədər də sürətli olmaya bilər. Bu yanaşma yetkinlərin temperamentinin tədqiqində işlənib hazırlanmışdır və buna görə də Qərbdə uşaq psixologiyasında ümumi deyildi (burada temperament əsasən uşaqlarda fərdi fərqlərlə əlaqələndirilir). Bu yanaşmadan fərqli olaraq, temperamentin bütün digər modellərinə “enerjili” xüsusiyyətlər (məsələn, Fəaliyyət və ya Ekstraversiya) daxildir, lakin davranışın bu üç spesifik aspektinin tənzimlənməsi ilə bağlı enerji əlamətlərinin növləri arasında fərq qoyulmur. == Tarixi == Bu fikri ilk irəli sürən zehni əməliyyatlar zamanı yorğunluğu tədqiq edən Dodc olmuşdur. Dodc, fiziki və zehni səylərin müxtəlif sinir prosesləri tərəfindən tənzimləndiyini təklif etdi. Üç fərqli fəaliyyət növünə (fiziki, sosial-şifahi və zehni) aid olan davranış aspektlərini nəzərdən keçirmək ideyası həm neyroanatomik, həm də neyrokimyəvi cəhətdən dəstəklənmişdir. Tədqiqatın temperament əlamətlərinin neyrokimyasına inteqrasiyası 12 temperament əlamətinin tənzimlənməsində monoamin neyrotransmitterlərin, neyropeptidlərin və hormonların rolunu təsvir edən Funksional Temperamental Ansamblın neyrokimyəvi modelinin əsasını təşkil etdi.
Quşların yaşama yerləri
Dünyada 9000 növə qədər quş məlumdur. Onların ərazidə yerləşməsi ətraf mühit şəraitindən asılıdır. Yaşama şəraiti müxtəlif olan yerlərdə quş da çoxdur. Məsələn, Azərbaycanın ərazisi Rusiyanın ərazisinin cüzi bir hissəsi qədərdir. Lakin Rusiyada olan quş növlərinin yarıya qədəri Azərbaycan faunasına da daxildir. Bunlar yaşama yerinə görə bir sıra qrupa ayrılırlar. Ağaclıq və kolluq quşları; açıqlıq sahə quşları; sahil quşları; su quşları; sinantrop quşlar. İlk quşlar meşədə əmələ gəliblər. Ona görə də təbiidir ki, ağaclıq və kolluq quşları çoxdur. Bu qrupa daxil olan quşların həyatı ağac və kol bitkiləri ilə bağlıdır.
Holokosta aşağıdan-yuxarıya yanaşma
Holokosta aşağıdan-yuxarıya yanaşma — Holokostun səbəblərinə baxış zamanı istifadə olunan yanaşma. Bu yanaşma adətən Holokostu başa düşmək üçün funksionalizmə qarşı intensionalizm müzakirəsi kimi tanınan ümumi müzakirələr çərçivəsində aparılır. Funksionalistlər yəhudilərin öldürülməsi qərarının zamanla "kumulyativ radikallaşma" adlı konsepsiya ilə inkişaf etdiyi arqumentini təmsil edirlər. İntensialistlər, digər tərəfdən, Son həllin başdan-başa baş verməsi üçün nəzərdə tutulduğuna inanırlar və bu fikri sübut etmək üçün antisemitizm mövzusundan istifadə edirlər. Funksionalizmə qarşı intensionalizm mübahisəsində aşağıdan yuxarıya yanaşma funksionalist baxış bucağından yaranmışdır. Bu yanaşma Holokostu izah etmək üçün istifadə edilən çoxsaylı arqumentlərdən biri kimi ən yaxşı şəkildə müəyyən edilmişlərdən biridir. Bu mülahizə əsasən aşağı rütbəlilərə və onların Son həll adlanan planı həyata keçirmək üçün daha yüksək rütbələrə təzyiq göstərməsinə yönəlmişdir.
Samur-Yalama Milli Parkı
Samur-Yalama Milli Parkı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində yerləşən milli park. Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonunun inzibati ərazisində yaradılmışdır. Samur-Yalama Milli Parkı "Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditanştalt für Videraufbau, Frankfurt am Main ("KfW") arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində "Samur-Yalama Milli Parkının yaradılması" layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi" və həmin müqaviləyə dair Xüsusi Razılaşmaya uyğun olaraq Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə yaradılmışdır. Layihə çərçivəsində KfW tərəfindən Azərbaycan Maliyyə Nazirliyinə 2.550.000.00 avro məbləğindən çox olmamaq şərtilə maliyyə vəsaitinin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində olan dövlət meşə fondu torpaqlarının əlavə olunan yerquruluşu planında göstərilmiş 11772,45 hektarlıq sahəsiyə malikdir. Milli Parkın florasında itburnu, sarmaşıq, dazı, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Torpaqları çəmən-meşə, şabalıdı və açıq şabalıdıdır. Çəmən və kolluqlar geniş yayılmışdır. Düzənlik meşələri də var. Xaçmaz faunasının əsas nüməyəndələri Çöl donuzu, yenot, qırqovul, kəklik və s.-dir.