Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yalqışlaq
Yalqışlaq — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Yalqışlaq oyk., mür. Göygöl r-nunun Qızılca i.ə.v.-də kənd. Qaflanqala silsiləsinin (Kiçik Qafqaz) ətəyindədir. Yaşayış məntəqəsi maldar ellərin qışlağı əsasında yaranmışdır. Oykonim yal (dağ beli) və qışlaq sözlərindən ibarət olub, “dağ belində qışlaq” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 325 nəfər əhali yaşayır.
Yansızlıq
Bitərəflik — beynəxalq hüquqda müharibədə iştirak etməməkdir, sülh zamanını isə hərbi alyanslarda iştirak etməməkdir.
Dalğıclıq
Dayvinq və ya dalğıclıq — xüsusi avadanlıqlarla uzun müddət su altında qalma üzrə idman növü. == Tarixi == İnsanlar qədimdən su altında uzun müddətlər qalmağa çalışmışlar. E.ə. 500 illərinə aid şəkillərdə heyvan dərilərindən hazırlanmış tuluqdakı havanı tənəffüs edərək su altında olan Qədim Yunan dalğıclar təsvir edilmişdir. Xüsusilə, batan gəmilərdəki yüklərin çıxardılması ehtiyacı insanları daha dərinə enmək və orada daha uzun müddət qala bilmək üçün yeni icadlar etməyə məcbur etmişdir. Bu zaman su altında qalanlar xüsusi zənglərdən istifadə etməyə başlamışlar. Jül Vernnin "20 000 lye su altında" kitabında su altə aparatlardan bəhs edilir. Ancaq dalğıclıqda ən böyük inqilab 1943-də Fransız ixtiraçı Kapitan Kustonun (Jak-İv Kusto) inkişaf etdirdiyi requlyator sayəsində olmuşdur. Kustonun "su ciyəri" adını verdiyi aparat yüksək təzyiqli bir balon və tək pilləli requlyatordan ibarət idi. O insanın su səthindəki havaya heç bir ehtiyacı olmadan su dərinliyinə enib uzun müddətlər orada qala bilməsinə imkan vermişdir.