TƏKLİK

is.
1. Onluqda birinci, ən kiçik say; həmin sayı ifadə edən 1 (bir) rəqəmi.
// Çoxrəqəmli ədədlərin axırıncı rəqəmi. Yüzlük, onluq və təklik.
2. Yalqızlıq, tək olma; tək qalmış adamın halı.
Bəli! İndi mən təkəm və bu təkliyimlə də fəxr edirəm. Ə.Haqverdiyev.
Birdən Mayaya elə gəldi ki, qəriblik, təklik hiss etdiyi bu qəribə yerlərdə Qaraşdan başqa bir ümidi yoxdur. M.İbrahimov.

// Əri olmayan arvadın və ya arvadı olmayan kişinin halı; dulluq, ərsizlik və ya arvadsızlıq.
[Sultan bəy:] Olmur, təklik mənə əl vermir. Ü.Hacıbəyov.
[Gülsənəm] əri öləndən bəri təkliyin ağrısını getdikcə daha çox duyurdu. M.Hüseyn.

3. Bir manat dəyərində olan pul; birmanatlıq, manatlıq.
…Kərbəlayı Cəfər çıxdı eşiyə və bir qədər yubanıb gəldi, oturdu və cibindən bir beşlik və iki təklik çıxarıb qoydu Xudayar bəyin qabağına. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏKLİK təklik bax tənhalıq, yalqızlıq; birlik 2
  • TƏKLİK birlik
  • TƏKLİK yalqızlıq — kimsəsizlik — tənhalıq

Antonimlər (əks mənalı sözlər)

  • TƏKLİK TƏKLİK – CÜTLÜK Təklik də mənə əl verməz (Ə.Haqverdiyev); Məsələni cütlükdə həll etmək olar
TƏKLİFSİZLİK
TƏKLİKDƏ
OBASTAN VİKİ
Təklik
Tənhalıq - insanın emosional vəziyyətlərindən biri. Psixoloji kökləri vardır, sosial izolyasiya nəticəsində yaranır, digər insanlarla emosional əlaqələr mövcud olmadıqda meydana gəlir. İki tənhalıq tipi vardır : pozitiv (özünə qapanma və yaradıcılığı gətirib çıxaran) və neqativ (cəmiyyətdən təcrid olunma). Bir qayda olaraq tənhalıq neqativ anlamda qəbul edilir. == Həmçinin bax == Psixologiya İnsan Belyaev, Igor A. and Lyashchenko, Maksim N. (2020) “Socio-cultural determinacy of human loneliness”, Journal of Siberian Federal University. Humanities and Social Sciences, vol. 13, no. 8, pp. 1264–1274, DOI: 10.17516/1997-1370-0640.

Digər lüğətlərdə

анима́ция выла́мывание желчность отгрести́сь проконтроли́ровать промерза́емость раска́лывание ути́рка аспира́нтский двуру́шнический дрозофи́ла игла́-ры́ба матра́сик подава́ться портье́ра свину́шка фибри́ллы antiscii brown hare gynopodia seeding rate telemetry головомойка обратимость удобоваримый