Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yastıqarınlar
Yastıqarınlar cinsi (lat.Blicca Heckel)- çəkiyəbənzərlər dəstəsinin bir nümayəndəsidir. Bədən formasına görə cavan çapaqları xatırladır, ancaq nisbətən iri və kipyapışan pulcuqları, daha gödək anal üzgəci ilə onlardan fərqlənir, onun 19-23 şaxəli şüası var. Bədəni hündür, udlaq dişləri iki cərgəlidir, sayı 2,5-5,2 və ya 3,5-5,3 və ya 3,5-5,2 olur. Dişlər yanlardan çox basıqdır, çeynəmə səthi azca çəpəki və aypara şəklindədir. Qarın tili çılpaqdır. Peysərin gerisində az və ya çox inkişaf etmiş pulcuqla örtülü olmayan şırım vardır. Qarın üzgəclərinin gerisində pulcuqla örtülü olmayan omurğa olur. Periton pərdəsi açıq rənglidir. Cinsdə olan 1 tipik Avropa növü Baltik, Qara, Azov və Xəzər dənizləri hövzələrində yayılmışdır. Cinsin adi yastıqarın adlı bir növü məlumdur.
Mühərrik yastıqları
Avtomobildə mühərik kuzaya yasdıqlar vasitəsi ilə birləşdirilir.Adətən mühərikdə sağ və sol yastıqları olur.Bunların əsas funksiyası mühəriyi saxlamaqdan əlavə sərinişinlərə və kuzanı müdafiə etməkdir.Mühərikdə sağ və sol yastıqların funksiyaları ayrıdır.Xüsusi oalraq vurğulayım ki,sağ yastıq daha tez sıradan çıxır.Bununda öz səbəbləri var.Avtomobil irəli gedəndə mühəriyə olan təzyiq sağ tərəfə düşdüyündən dolayı,mühərrik sağ tərəfə doğru təzyiqi artıq,amma arxaya verdikdə avtomobili mühərrik təzyiqi sol tərəfə düşür.mühərikdə yastıqların sıradan çıxdığı zaman onu dərhal dəyişmək lazımdır.Əks təqdirdə avtomobildə sirkələnmə hiss oluancaq neytralda vəya D-yə qoyduqda.Hərəkət edən zaman bu hiss olunmur,çünki mühərik sürətdə olur.Yastıqlar sıradan çıxdığı zaman siz onu dəyişməsəniz bu sizin kuzada fəsadlar gətirəcək.Daim sirkələnmə kuzanın svarka nöqtələrini tədricən atacaq.Təyin edilməsi çox rahatdır.İstənilən servisdə təyin etmək olar.Bundan əlavə qeyd edim ki,çalışın işlənmiş vəya geydirmə yastıqlar almayın.İşlənmiş mühərik yastıqları işlədilən mühəriyə uyğun olaraq vəziyyətini alır.Onu alıb qoysanız belə narahatlıq olacaq.mühərrik yastıqın içində yağ və klapan olur.Bu mühəriyin yumuşağlığını təyin edir.Geydirmə vəya geydirmənin geydirməsində isə ancaq rezin olur.Mühərrik olan hissə çox qızdığından dolayı zamanla (tez bir zamanda) həmin yastığın rezini quruyur və çırılır.Nəticədə yararsız olur.Ona görədə original təzə yastıqlar alın.yastığın biri çırıldıqda tək onu yox məhz ikisinidə dəyişin.Mühərik yastığının sıradan çıxma halları ancaq mühərik nasaz işlədikdə baş verir.daim detonaziya verdikcə ,yastığa güc düşür və o öz hesablanmış normativdən əlavə ekstrem səviyədə işləyir və vurub klapanını dağıdır.Bu zaman yağ xaric olunulur və yastıq yatmış olur. Nəzərə alın ki,mühəriyin yastığının sıradan çıxması,həmçinində sürət qutusun sirkələnməsinə gətirib çxıardır və sürət qutusunda olan yastığıda və həmçinində arxa asqı sistemində olan balkan yastıqlarınıda zamanla sıradan çıxardır.Ön hissədən başlayan sirkələnmə ümumiyətlə avtomobilin asqı sistemini zədələyir.
Yaşılqarın kərtənkələ
Yaşılqarın kərtənkələ (lat. Darevskia chlorogaster) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Elə də böyük olmayan kərtənkələ növü. Onun bədəninin uzunluğu 67 mm-dir. Quyruqları isə iki dəfə böyükdür. Bogğazında 18-27 pulcuq vardır. Bədənini ümumilikdə 42-53 pulcuqla örtülü olur. Bədəninin yuxarı açıq-coşqun, parlaq-yaşıl olsa da bütün bədən boyunca xırda tünd qəhvəyinöqtələrlə örtülü olur. Bu növə əsasən Azərbaycanın cənub-şərqində Talış dağlarının meşəlik ərazilərində və Lənkəran ovalığı boyunca yayılıb. Üstəlik İranın şimal-qərb ərazilərində yayılmışdır.