Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yalman
Yalman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Yalman oyk, sadə. Göyçay r-nunun Ləkçılpaq i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə Çərəkə kəndindən çıxmış bir qrup ailənin Yalman adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yalman türk dillərində “keçilməz yer”, “dağ başı” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1024 nəfər əhali yaşayır.
Yamac
== Geomorfoloji termin == Maili səth və yaxud yamac - (rus. откос, ing. slope, acclivity) yer səthinin maili hissəsi, müsbət və mənfi relyef formalarını ayırır. Mənşəinə görə M.s. ilkin (dəniz altından çıxmış) tektonik struktur, denudasion, akkumul­yativ və ya erozion ola bilər. M.s. əksəriyyəti mürəkkəb mənşəli olub, yamac prosesləri nəticəsində yara­nır və müəyyən dəyişikliyə uğra­yır. Sin.: yamac. == Yamac == — dağın və ya təpənin ətəkləri ilə yalı arasındakı hissəyə deyilir. Yamac geoloji quruluşdan, süxurun tərkibindən və denudasiya proseslərindən asılı olaraq dik, meylli, qabarıq, batıq və pilləli formada olur.
Simon Baxmann
Simon Baxmann (d. 17 fevral 1999) — Seyşel adalarını təmsil edən üzgüçü. Simon Baxmann Seyşel adalarını 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Simon Baxmann birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 58:32.0 saniyəlik nəticə ilə 50-ci yeri tutdu və yarışı başa vurdu.
Aytaç Yalman
Aytaç Yalman (29 iyul 1940, İstanbul – 15 mart 2020, İstanbul) — Türkiyə generalı. Türkiyə Quru Qoşunları komandanı. == Həyatı == 27 iyul 1940-cı ildə İstanbulda doğulub. 16 mart 2020-ci ildə koronavirus xəstəliyindən İstanbulda vəfat edib.
Erina Yamane
Erina Yamane (d. 20 dekabr 1990) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 23 oyun keçirib.
Takayoşi Yamano
Takayoşi Yamano (d. 5 aprel 1955) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Yalman bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çarlz Baxman
Çarlz Baxman (ing. Charles William Bachman; 11 dekabr 1924, Manhattan[d], Kanzas – 13 iyul 2017, Leksinqton[d], Massaçusets) — kompüter elmləri sahəsində, xüsusən də məlumat bazasının inkişafı sahəsində amerikalı alim. Türinq mükafatı laureatı. ER məlumat modelindəki notasiya onun adını daşıyır. == Bioqrafiyası == Müsahibələrinin birində Baxman demişdir: "Heç vaxt başqa bir işlə maraqlanmamışam. Mən həmişə mühəndis olmaq istəyirdim. "1950-ci ildən Baxman , böyük kimyəvi şirkət Dow Chemical-da işləyir, lakin 1960-cı ildə General Electric şirkətinə keçdi və 1963-cü ilə qədər naviqasiya məlumat modelinə əsaslanaraq dünyada ilk DBMS-lərdən biri olan İnteqrasiya Məlumat Mağazasını inkişaf etdirdi. Daha sonra, kiçik bir şirkət Cullinet-də işləyərkən, IBM-in əsas çərçivələrini dəstəkləyən IDMS adlı yeni bir DBMS versiyasını hazırlayır. 1983-cü ildə Baxman , Kompüter dəstəkli proqram mühəndisliyi və tərs mühəndislik adlanan texnologiyada ixtisaslaşmış Bachman Information Systems açdı. Baxman, şəbəkə verilənlər bazası modelinin qurucularından biri kimi, əlaqəli verilənlər bazası nəzəriyyəsində ingilis alimi Edqar Kodd ilə qızğın mübahisələrin ilə məşhurdur.
Akkumulyativ yamac
Akkumulyativ yamac - müxtəlif proseslər nəticəsində (su eroziyası, qravitasion,yerdəyişmə, sürüşmələr,soliflüksiya) yamacların yuxarı hissələrindən və suayırıcından gətirilmiş qırıntı materiallarının toplandığı dərə, dağ və təpələrin yamacları.
Yamac buzlağı
Yamac buzlağı – (rus. склоновый ледник, ing. slope glacier) zəif parçalanmış dağların yamac­larında geniş ərazini əhatə edən buzlaq. Adətən dağların yalından başlayaraq aşağıya doğru hərəkət edir və qısa dil əmələ gətirir. Y. b. dərə buzlaqlarından parçalanmamış yamacda yerləşməsi ilə fərqlənir.
Yamac prosesləri
Yamac proses­ləri – (rus. процессы склоновые, ing. slope processes) yamacların əmələ gəlməsi proseslərinin məcmuu olub, yum­şaq materialların və yaxud yamacı təşkil edən ana süxurlardan ibarət qayma və qırıntı materialların yer­dəyişməsi prosesi.
Yaman Candar
Teymur Şəmsəddin Yaman Candar (v. 1309) — Candaroğulları bəyliyinin qurucusu və ilk bəyi. == Həyatı == Oğuz türklərinin Qayı qolundan törəmişdir, Şəmsəddin Yaman Candar Alp Arslan Yaman Candar Məhmed bəyin oğlu idi.Anadolu Səlcuqluları arasındakı taxt mübarizəsinə qatılan Şəmsəddin Yaman Candar bəyə 1292-ci ildə Hülaki hökmdarı Keyxatu xan tərəfindən Əflani və ətraf bölgələri iqta olaraq verilmiş, bu tarix Candaroğlu bəyliyinin əsasının qoyulması olaraq qəbul edilmişdir. Bəyliyin qurucusu olan və ona adını verən Yaman Candar bəyin hansı türkmən boyuna mənsub olduğu bilinmir. Daşıdığı Candar ünvanı səbəbilə Səlcuqlu sarayında xidmət etdiyi anlaşılan Şəmsəddin Yaman Candar bəy, hakimiyyəti boyunca Hülakilərin tabeliyində qalmış, ancaq bəyliyin hüdudlarını genişləndirmədən 1309-cu ildə vəfat etmişdir. Yerinə isə oğlu Süleyman bəy keçmişdir.
Yaxan Bəyim
Yaxan Bəyim — Biyəpiş (və ya Gilan) vilayətini idarə edən Kərkiyə sülaləsindən olan şahzadə. O, sonuncu Kərkiyə hökmdarı Xan Əhməd xanla (1538–1592) Səfəvi şahzadəsi Məryəm Bəyimin evliliyindən dünyaya gəlmişdi. I Təhmasibin qızı olan Məryəm Bəyim Xan Əhməd xanla evlənmiş və 1608-ci ildə vəfat etmişdir. Məryəm Bəyim vasitəsiylə Yaxan Bəyim Səfəvi ailəsinin üzvü də hesab edilirdi. O, 1591-ci ildə Səfəvi hökmdarı I Şah Abbasın ən böyük oğlan şahzadəsi olan Məhəmməd Bağır Mirzə ilə nişanlansa da, bu evlilik baş tutmamışdır. Bu evliliyə onun atası Xan Əhməd xan qızının yaşına görə qarşı çıxırdı. Bu və iqtisadi səbəblərə görə 1591-ci ildə Səfəvi ordusu onun üzərinə yürüşə çıxdı. Hakimiyyətini itirən Xan Əhməd xan isə Osmanlı imperiyasına qaçdı və elə orada da 1596-cı ildə vəfat etdi. Lakin qızının Səfəvi şahzadəsi ilə olan evlilik planlaması da baş tutmadı və I Abbasla evləndirilməsinə qərar verildi. Elə bir müddət sonra Məhəmməd Bağır Mirzənin atası tərəfindən saraydakı bir neçə çərkəzlə şübhəli məsələləri qatıldığına görə edam edildi.
İrəm Yaman
İrəm Yaman (türk. İrem Yaman) — türk taekvondoçusu. 62 kq çəki dərəcəsində ikiqat dünya çempionu (2015, 2019), ikiqat Avropa çempionu (2016, 2018). == Şəxsi həyat == İrəm Yaman 4 avqust 1995-ci ildə Ankarada anadan olub. Taekvondo ilə 8 yaşında məşğul olmağa başlayıb. Hacettepe Universitetini İdman Elmləri Fakültəsini bitirib və universitetin taekvondo komandasının üzvü olub. Bakalavr dərəcəsi aldıqdan sonra Konyada Səlcuq Universitetinin idman bölməsində təhsilini davam etdirmiş, oranı bitirdikdən sonra magistr dərəcəsi almışdır. == Karyera == === Kikboksinq === 2012-ci ildə Bratislavada yeniyetmələr və gənclər arasında kikboksinq üzrə dünya çempionatında Yaman 70 kq-dan yuxarı yeddi kontakt kateqoriyasında bürünc medal qazanmışdır. Bir il sonra o, Polşanın Krınisa-Zdruy şəhərində keçirilən kikboksinq üzrə gənclər arasında Avropa çempionatında gümüş medal qazanmışdır. === Taekvondo === Yaman beynəlxalq səviyyədə taekvondoda 2014-cü ildə İnsbrukda gənclər arasında keçirilən çempionatda iştirak etməsi ilə debüt edir və burada 67 kq çəki dərəcəsində qalib gəlir.
Moxtar Əl-Yamani
Moxtar Əl-Yamani (d. 12 may 1997) — Yəmənli üzgüçü. Moxtar Əl-Yamani Yəməni 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Moxtar Əl-Yamani birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 51.19 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 61-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.