Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arıçılıq
Arıçılıq — arı məhsullarından faydalanmaq, arıya baxım, bəsləmə, qoruma, onun daha çox səmərə verməsi istiqamətində fəaliyyətdir. == Arıçılıqla əlaqədar məlumat == Arıçılıq – bal arılarının (Apis mellifera L.) yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi; Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda cəmiyyət halında yaşayan bir ana arı, on minlərlə işçi arılar və minlərlə erkək arılardan ibarət bal arıları; Pətək – arı ailəsinin saxlandığı daşına bilən qurğu (taxta qutu, səbət və s.); Arıçılıq təsərrüfatları – bal arılarının yetişdirilməsi, saxlanması, arıçılıq məhsullarının istehsalı və dövriyyəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məşğul olan subyektlər; Arıxana – arıçılıqla məşğul olmaq üçün arı ailələri, zəruri avadanlıq və tikililərlə birlikdə müəyyən ərazidə yerləşdirilmiş pətəklik; Arıçılıq məhsulları – bal arılarından alınan məhsullar (bal, mum, bərəmum (vərəmum, qaramum), arı zəhəri, arı südü, çiçək tozu, güləm, ana arı, arı beçəsi və s.); Bal arısı cinsləri – müəyyən coğrafi ərazidə və iqlim şəraitində təbii seçmənin təsiri altında formalaşmış, nəsildən-nəslə keçən sabit və oxşar əlamətlər kompleksinə malik çoxsaylı arı ailələri qrupu; Bal arısı populyasiyaları – müəyyən bal arısı cinsinin yayılma arealı daxilində, müvafiq coğrafi ərazidə və iqlim şəraitində özünəməxsus fərqli əlamətlər qazanmış və həmin arı cinsi ilə ümumi genofonda malik arı ailələri qrupu; Arı cinslərinin və populyasiyalarının rayonlaşdırılması – müəyyən coğrafi, iqlim və balyığma şəraitinə daha yaxşı uyğunlaşan və yüksək məhsuldarlıq göstəriciləri ilə fərqlənən arı cinslərinin ölkə ərazisində müvafiq bölgələr üzrə yetişdirilməsinə və saxlanmasına dair bölgüsü; Entomofil bitkilər – cücülərlə (həşəratlarla) tozlanan nektarlı bitkilər; Balyığma mənbələri – bal arılarının təbii yem mənbəyi kimi istifadə etdiyi nektarlı və şirəli bitkilər; Apifitoməhsul – arıçılıq məhsulları və bitki xammalı qarışığından hazırlanmış bioloji aktiv məhsul. == Arıçılıq təbabətdə == Arıçılıqla təbabəti bir- birinə yaxınlaşdıran amillər arı məhsullarının, o cümlədən arı zəhəri, arı südü, vərəmum və balın təbabətdə müxtəlif xəstəliklərin müalicəsindəki uğurlu nəticələridir. Buna görə də onların haqqında bəzi məlumatları oxucuların nəzərinə çatdırmaq istərdik. Çünki bu məsələ həm arıçıları və həm də təbabət işçilərini çox maraqlandırır. Arı məhsullarının müalicə məqsədilə işlədilməsi yalnız həkim məsləhəti və nəzarəti altında aparılmalıdır. Arılar – uçan həşaratlar ailəsinə aiddirlər. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 40 gün olur.
Yazıçılar İttifaqı
Azərbaycan Yazıçılar Birliyi — Azərbaycan yazıçı və şairlərinin, tərcüməçilərinin ən böyük ictimai təşkilatı. SSRİ dövründə Azərbaycan Yazıçılar İttifaqı adlanırdı. Hazırda 1510-dan artıq üzvü var. Sədri yazıçı Anardır. Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birliklərin və məclislərin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə "Türk ədib və şairlər ittifaqı dərnəyi" təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik "İldırım" adlanırdı. "Qızıl qələmlər" ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi.
Yazıçının gündəliyi
"Yazıçının Gündəliyi" (rus. Дневник писателя) - dahi rus yazıçısı Fyodor Dostoyevskinin, müxtəlif hadisə və mövzular haqqında şəxsi düşüncələrini əks etdirdiyi yazılarıdır. Bu yazılar, ilk dəfə 1873-1876.cı illər arasında "Qrajdanin" adlı jurnalda dərc olunmuş, daha sonra yazıçının səhhətində yaranan problem səbəbi ilə 3 il fasilə verilmişdir. Ardınca 1880-1881.ci illərə qədər isə Dostoyevskinin "Yazıçının Gündəliyi" adlı şəxsi jurnalında dərc olunmağa davam etmişdir.
Azərbaycanda arıçılıq
Azərbaycanda arıçılıq — Azərbaycan Respublikasında bal arılarının (Apis mellifera L.) yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi. Azərbaycan iqtisadiyyatında arıçılıq mühüm bir yer tutur. Bu sahə ölkədə ilbəil inkişaf edir. 2016-cı il məlumatına görə ölkədə 238 min arı ailəsi olmuşdur. 2020-ci ildə Respublika üzrə arı ailələrinin sayının 310 minə çatdırılması proqnozlaşdırılır. Ölkədə hər il Arıçılıq Yarmarkaları keçirilir. 2016-cı ilin noyabr ayında Bakı şəhərində keçirilmiş yarmarkada 453 nəfər arıçı iştirak etmiş və 200 tona qədər arıçılıq məhsulları satılmışdır. == Tarixi == Azərbaycanda arıçılıq qədim tarixə malikdir. Hələ eramızdan əvvəl IX-VIII əsrlərdə Zaqafqaziyada arıçılıqla məşğul olmuşlar. X-XII əsrlərdə Azərbaycanda arıçılıq daha da inkişaf etmişdir.
Xalq yazıçısı
Xalq yazıçısı — SSRİ-yə daxil olan əksər müttəfiq respublikalarda, hal-hazırda isə bəzi keçmiş sovet respublikaları ilə yanaşı, Azərbaycan Respublikasında verilən fəxri ad.
Mahnı yazıçısı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir. Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur.
Söz yazıçısı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir. Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur.
Azərbaycan Yazıçılar Birliyi
Azərbaycan Yazıçılar Birliyi — Azərbaycan yazıçı və şairlərinin, tərcüməçilərinin ən böyük ictimai təşkilatı. SSRİ dövründə Azərbaycan Yazıçılar İttifaqı adlanırdı. Hazırda 1510-dan artıq üzvü var. Sədri yazıçı Anardır. == Tarixi == Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birliklərin və məclislərin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə "Türk ədib və şairlər ittifaqı dərnəyi" təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik "İldırım" adlanırdı. "Qızıl qələmlər" ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi.
Azərbaycan Yazıçılar İttifaqı
Azərbaycan Yazıçılar Birliyi — Azərbaycan yazıçı və şairlərinin, tərcüməçilərinin ən böyük ictimai təşkilatı. SSRİ dövründə Azərbaycan Yazıçılar İttifaqı adlanırdı. Hazırda 1510-dan artıq üzvü var. Sədri yazıçı Anardır. == Tarixi == Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birliklərin və məclislərin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə "Türk ədib və şairlər ittifaqı dərnəyi" təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik "İldırım" adlanırdı. "Qızıl qələmlər" ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi.
Naxçıvan Yazıçılar Birliyi
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi — Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən şair, yazıçı və dramaturqların yaradıcı təşkilatı XX əsrin 20-ci illərində Naxçıvanda "Qızıl qələmlər" cəmiyyətinin Naxçıvan şöbəsi fəaliyyət göstərmişdir.. 1928-ci ildə Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin filialı kimi yaradılmışdır. 1958-ci ildə Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan Şöbəsinə çevrilmişdir. 1958-ci ildə Naxçıvanda Azərbaycan Yazıçılar Birliyinin səyyar plenumu keçirilmiş, həmin plenumun məqsədi Naxçıvan ədəbi mühitinin canlandırılması olmuşdur. O zaman bir sıra şair və yazıçılar (Hüseyn Razi, Əliyar Yusifli, Əhməd Mahmud, Kəmalə Ağayeva) yenidən Azərbaycan Yazıçılar Birliyinə (həmin dövrdə SSRİ Yazıçılar Birliyi adlanırdı) qəbul olunmuşdur. Beləliklə, Naxçıvanda ədəbi mühitin formalaşması üçün bir növü zəmin yaradılmışdır. XX əsrin 70–80-ci illərində Naxçıvanda SSRİ Yazıçılar Birliyinin əvvəlcə 13, sonra isə 19 üzvü vardı. Azərbaycan yazıçılarının X qurultayında (1997) Naxçıvan Yazıçılar Birliyi statusu almışdır. Azərbaycan Yazıçılar Birliyinin tərkibindədir. Azərbaycan müstəqillik qazandıqdan sonra, 1998-ci ildə Naxçıvan Yazıçılar Birliyi müstəqil bir təşkilata çevrilmişdir.
SSRİ Yazıçılar İttifaqı
SSRİ Yazıçılar İttifaqı — SSRİ peşəkar yazıçılarının birliyi. 1934-cü ildə SSRİ yazıçılarının birinci qurultayında yaradılıb. Qurultay ÜİK(b)P MK-nın 23 aprel 1932-ci il tarixli qərarı ilə çağırılıb. Yeni ittifaq ona qədər SSRİ-də mövcud olan yazıçılar birliklərini əvəz edib.
Azərbaycanın xalq yazıçısı
Azərbaycan Respublikasının xalq yazıçısı — 1991-ci ildən yazıçılara verilən fəxri ad
Qırğızıstan xalq yazıçısı
Qırğızıstan Respublikasının xalq yazıçısı (qırğ. Кыргыз Республикасынын эл жазуучусу) — Qırğızıstan Respublikasında fəxri ad.
Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti
Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti (APYC; Азәрбајҹан Пролетар Јазычылар Ҹәмијјәти) — Azərbaycan SSR-də ədəbi təşkilat. == Tarixi == Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti 1928-ci ildə Bakıda "Qızıl qələmlər" cəmiyyəti əsasında yaradılmışdır. 1928 və 1929-cu illərdə iki qurultayı olmuşdur. Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin fəaliyyətində proletar ədəbiyyatının hegemonluğu uğrunda və burjua ideologiyası əleyhinə mübarizə ilə yanaşı, ədəbi inkişafa maneə olan qrupbazlıq, inzibatçılıq halları nəzərə çarpır, vulqar sosioloji səhvlərə yol verilirdi. Ümumittifaq Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin "Ədəbi-bədii təşkilatların yenidən qruplaşması haqqında" 23 aprel 1932-ci il tarixli qərarına əsasən Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti ləğv edilmiş və Azərbaycan Yazıçılar İttifaqı yaradılmışdır.
Tatarıstan Respublikası Yazıçılar Birliyi
Tatarıstan Respublikası Yazıçılar Birliyi — Tatarıstan Respublikasının ərazisində yaşayan və ədəbi yaradıcılıq sahələrindən birində fəal şəkildə çalışan, Tatar dilində və ya başqa bir dildə yazan vətəndaşları birləşdirən bir ictimai təşkilat (yaradıcılıq birliyi), habelə respublikadan kənarda yaşayan insanlar tatar ədəbiyyatına əhəmiyyətli töhfə. Birliyin əsas məqsədləri bunlardır: mənəvi irsin və ədəbiyyatın təbliği yazıçıların peşəkar bacarıqlarının artırılması gənc istedadların hazırlanması yazıçıların yaradıcılıq və yaşayış şəraitinin yaxşılaşdırılması, maraqları üçün geniş qayğı millətlərarası dostluğun möhkəmləndirilməsi Rusiya Yazıçılar Birliyi və digər yazıçılar təşkilatları ilə yaradıcı əməkdaşlığın gücləndirilməsi 25–29 iyul 1934-cü illərdə Kazanda Sovet Yazıçılar Birinci Ümumtataristan Konqresi keçirildi. Gumer Gali, Galimjan Nigmati, Riza Ishmurat, Kərim Tinchurin, Fatih Kərim Sovet Tatar ədəbiyyatı və janrları haqqında məruzələr etdilər. Konqresin keçirildiyi günlərdə Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti və Tatar ASSR Xalq Komissarları Soveti Sovet yazıçılarının yaradıcılıq, mədəni və yaşayış şərtlərini yaxşılaşdırmaq üçün xüsusi bir qərar qəbul etdi. Qurultayda Tatarıstan Sovet Yazıçılar Birliyinin idarə heyəti seçildi: Kərim Tinçurin, Qumer Qali, Gumer Tulumbay, Həsən Tufan, Lyabib Qilmi və başqaları. Birlik İdarə Heyətinin 29 iyul 1934-cü il tarixli iclasında idarə heyətinin sədri seçildi — Kavi Najmi. 1934–1937-ci illərdə Birliyə Kavi Nəcmi, 1937-ci ildə Mirsai Əmir, 1937–1938-ci illərdə Lyabib Gilmi, 1938–1939-cu illərdə İ. Vaxitov, 1939–1942-ci illərdə Musa Cəlil, 1942–1944-cü illərdə rəhbərlik etdilər — Tazi Gizzat. Böyük Vətən müharibəsində Tatarıstanın 104 yazıçısı iştirak etdi, bunlardan 31 nəfər öldü, bunlardan: Musa Cəlil, Abdullah Əliş, Fatih Kərim, Adel Kutui, Nur Bayan, Xayretdin Müzai, Rəhman İlyas, Məhəmməd Abliyev, M. Vadut, Aitzyak Aitov, Xabra Rəhman, Kaşfi Basırov, Masqut Mustafin, Şamil Gərəy, Demyan Fatxi, Mansur Gayaz, Agzam Kamal, İsmail Şəfiyev, Hamit Mavit, Maksammetha Gərəy, Muhhammat Axaliyev , Axtyam Aminov, Süleyman Mulyukov, L. Vali, Rəhim Səttar. Sovet İttifaqı Qəhrəmanı Musa Cəlilin və düşmənə qarşı vuruşan yazıçılar məşhurdur. 1945–1950-ci illərdə Birliyə Əhməd Yerikay, 1950–1953-cü illərdə Qarif Qubay, 1953–1958-ci illərdə Qoumer Bəşirov, 1958–1961-ci illərdə Əfzal Şamov, 1961–1968-ci illərdə Mirsay Amir, 1968–1971-ci illərdə rəhbərlik edirdi.
Yazıçılar konfransı (film, 1942)
Film Zaqafqaziya xalqlarının və bu xalqların ədəbiyyatlarının dostluğuna həsr olunmuşdur.
İsraildə İvritdilli Yazıçılar Assosiasiyası
İsraildə İvritdilli Yazıçılar Assosiasiyası (ivr. ‏אגודת הסופרות והסופרים העברים בישראל‏‎) – İsraildə ivrit dilində yazan yazıçılar və şairlər üçün nəzərdə tutulmuş təşkilat. İsraildə İvritdilli Yazıçılar Assosiasiyası 1921-ci ildə Tel-Əvivdə yaradılmışdır. Təşkilatın ilk görüşündə İsraildən və xaricdən olan 70 yazıçı iştirak etmiş və Nahum Sokolov assosiasiyanın fəxri prezidenti seçilmişdir. Ahad Ha-Am, Yakob Fixman, Aşer Baraş, Aaron Abraham Kabak, Haim Nahman Byalik, Saul Çernixovski, Amaliya Kahana-Karmon kimi ivritdilli yazıçılar təşkilatda fəaliyyət göstərmişdirlər 2024-cü ilin məlumatına əsasən təşkilatın 500-ə yaxın üzvü var. Təşkilat tərəfindən keçirilən mədəni tədbirlərdə yazıçılar, dramaturqlar, şairlər, ədəbi tənqidçilər iştirak edirlər. Assosiasiyanın hər il təşkil etdiyi mədəni tədbirlərə kitab təqdimatları, mütaliə sessiyaları, ədəbi müzakirələr, simpoziumlar, ədəbiyyat festivalları daxildir. Təşkilat Tel-Əvivdə yerləşən "Beyt Hasofer" ədəbi layihəsinə təşkilatçılıq edir. Təşkilat tərəfindən Brenner mükafatı və Lamdan mükafatı kimi bir sıra ədəbi mükafatlar təqdim olunur. Assosiasiya dünyanın ən böyük ivritcə ədəbiyyat arxivi olan "Gnazim" arxivini idarə edir.
Dünya Arıçılıq Assosiasiyaları Federasiyası
"Apimondiya" (ing. Apimondia), Dünya Arıçılıq Assosiasiyaları Federasiyası (ing. International Federation of Beekeepers' Associations) — məqsədi arıçılıq sənayesi ilə məşğul olan alimləri, sahibkarları və ictimai xadimləri bir araya gətirmək olan dünya miqyaslı təşkilat. Qərargahı İtaliyanın Roma şəhərində yerləşir. Prezidenti Filipp MakKeyb olmuşdur. O, 20 oktyabr 2018-ci ildə vəfat etdikdən sonra təşkilata vitse-prezident Peter Kozmus rəhbərlik edir. Təşkilat öz "Apiacta" jurnalını nəşr edir. 1897-ci ildən DASF çərçivəsində dünyanın müxtəlif şəhərlərində keçirilən arıçılıq konqresləri keçirilir. Yarandığı gündən "Apimondiya" apiterapiyaya xüsusi diqqət yetirir, onun daimi elmi komissiyası var. == İstinadlar == == Xarici keçidlər == "Официальный сайт МФПА" (ingilis).
Qırğızıstan Respublikasının xalq yazıçısı
Qırğızıstan Respublikasının xalq yazıçısı (qırğ. Кыргыз Республикасынын эл жазуучусу) — Qırğızıstan Respublikasında fəxri ad.
Azərbaycan Respublikasının xalq yazıçısı
Azərbaycan Respublikasının xalq yazıçısı — Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə, xalqın böyük rəğbətini qazanmış yüksək ideyalı və bədii cəhətdən dəyərli ədəbi əsərlər yaratmağa görə yazıçılara verilən fəxri ad. == Maraqlı faktlar == Yazıçı Əkrəm Əylisli "Xalq yazıçısı" fəxri adından məhrum edilən yeganə şəxsdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 23 may tarixli Fərmanı ilə "Xalq yazıçısı" fəxri adına layiq görülən Əkrəm Əylisli Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 fevral tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə"nin 15-ci bəndinin "b" yarımbəndinə əsasən "Xalq yazıçısı" fəxri adından məhrum edilmişdir.
Azərbaycan SSR xalq yazıçısı
Azərbaycan SSR xalq yazıçısı (azərb-kiril. Азәрбајҹан ССР халг јазычысы) — 26 mart 1960-cı ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş fəxri ad. İdeya-bədii cəhətdən görkəmli əsərlər yaradan və Azərbaycan sovet ədəbiyyatının inkişafında böyük xidmətləri olan yazıçıları həvəsləndirmək məqsədilə verilirdi. == İstinadlar == == Ədəbiyyat == Фәхри адлары // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 540–541.
Litva Qədim Arıçılıq Muzeyi
Litva Qədim Arıçılıq Muzeyi (Senovinės bitininkystės muziejus) 1984-cü ildə Litvanın şimal-şərqindəki Stripeikiai yaxınlığında yaradılmış ərazidə arıçılığın tarixini nümayiş etdirir. Aukštaitija Milli Parkının bir hissəsi olan muzey arıçı Bronius Kazlas tərəfindən təsis edilmişdir. 2006-cı ilə qədər muzey altı binadan, 500-ə yaxın eksponatdan və 25 heykəldən ibarət idi. Litvada arıçılığın tarixini göstərməklə yanaşı, muzeyin bəzi taxta heykəllərinin özündə arı pətəkləri var. Heykəllər bal arısının dünya mifologiyasında və folklorunda, o cümlədən Misir və Yerli Amerika fiqurları, eləcə də Litva tanrısı Babilas və ilahə Austėja da daxil olmaqla, arının yerinə hörmət edir. Onlar Teofilis Patiejunas və İpolitas Užkurnis tərəfindən həkk olunub. Sərgilərə ziyarətçilərə iş yerində arıları izləməyə imkan verən şüşə üzlü pətəklər, alət kolleksiyaları və arıların tozlanmada oynadığı rolun təsvirləri daxildir. Pətəklərin geniş çeşidinə 15-ci əsrdən 20-ci əsrin əvvəllərinə qədər istifadə edilən çoxlu ağac gövdələri daxildir. Litva Baytarlıq Akademiyası Litva arılarının xüsusilə dinc olduğunu iddia edir. Avropa bal arısının alt növüdür və italyan arılarından kiçik, Qafqaz bal arılarından isə böyükdürlər.
Alıcılıq qabiliyyəti
Alıcılıq qabiliyyəti (ing. purchasing power, rus. покупательная способность) valyutanın bir ədədinə alına bilən malların/xidmətlərin sayı. Misal üçün, əgər siz cibinizdə bir dollar ilə 1950-ci ildə mağazaya getsəydiniz, daha çox ala bilərdiniz, nəinki bu gün. Deməli, 1950-ci ildə bir dolların alıcılıq qabiliyyəti daha yüksək idi. Valyuta geniş mənada həm əmtəə pulu (qızıl, gümüş) həm də fiat pulu (ABŞ dolları) ola bilər. Adam Smit qeyd etdiyi kimi, pula sahib olmaq başqaların əməyini idarə etmək deməkdir. Ona görə də alıcılıq qabiliyyəti bir tərəfdən öz əməyi pula satmaq istəyən digər insanların üzərində hakimiyyət deməkdir. Əgər gəlir dəyişməz qalırsa, amma qiymətlər qalxır, onda b gəlirin alıcılıq qabiliyyəti düşür. İnflasiya baş verəndə birin pul gəlirin alıcılıq qabiliyyəti düşməyə də bilər, əgər qiymət dərəcəsindən daha tez artıra bilər.
İfrat axıcılıq
İfrat axıcılıq kapillyar borudan maye heliumun sürtünməsiz axmasıdır. Heliumun hər iki izotopu müəyyən təzyiqlərdə mütləq sıfır temperaturuna qədər maye halında qalır. Klassik fizikaya görə, isə bütün mayelər həmin temperaturda bərk hala keçməli idi. Bu, maye hallarına müvafiq temperaturda istilik hərəkətinə uyğun olan De-Broyl dalğalarının uzunluğunun atomlar arasındakı məsafə tərtibində olması və kvant effektlərinin yaranması ilə əlaqədardır. Belə mayelərə kvant mayesi deyilir. Helium mayesinin özlülüyünün 2,18°K-də sıfra yaxın olmasını və ifrat axıcılıq halına keçməsini ilk dəfə Pyotr Kapitsa kəşf etmişdir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi — Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən şair, yazıçı və dramaturqların yaradıcı təşkilatı XX əsrin 20-ci illərində Naxçıvanda "Qızıl qələmlər" cəmiyyətinin Naxçıvan şöbəsi fəaliyyət göstərmişdir.. 1928-ci ildə Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin filialı kimi yaradılmışdır. 1958-ci ildə Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan Şöbəsinə çevrilmişdir. 1958-ci ildə Naxçıvanda Azərbaycan Yazıçılar Birliyinin səyyar plenumu keçirilmiş, həmin plenumun məqsədi Naxçıvan ədəbi mühitinin canlandırılması olmuşdur. O zaman bir sıra şair və yazıçılar (Hüseyn Razi, Əliyar Yusifli, Əhməd Mahmud, Kəmalə Ağayeva) yenidən Azərbaycan Yazıçılar Birliyinə (həmin dövrdə SSRİ Yazıçılar Birliyi adlanırdı) qəbul olunmuşdur. Beləliklə, Naxçıvanda ədəbi mühitin formalaşması üçün bir növü zəmin yaradılmışdır. XX əsrin 70–80-ci illərində Naxçıvanda SSRİ Yazıçılar Birliyinin əvvəlcə 13, sonra isə 19 üzvü vardı. Azərbaycan yazıçılarının X qurultayında (1997) Naxçıvan Yazıçılar Birliyi statusu almışdır. Azərbaycan Yazıçılar Birliyinin tərkibindədir. Azərbaycan müstəqillik qazandıqdan sonra, 1998-ci ildə Naxçıvan Yazıçılar Birliyi müstəqil bir təşkilata çevrilmişdir.
Yazıçının bir günü (film, 1971)
Film yazıçı-dramaturq, akademik, Azərbaycan Yazıçılar İttifaqının sədri, SSRİ Yazıçılar İttifaqının katibi, SSRİ Ali Sovetinin deputatı Mirzə İbrahimovun məhsuldar yaradıcılığının bir günü haqqında söhbət açır.
Alıcılıq qabiliyyəti pariteti
Alıcılıq qabiliyyəti pariteti (AQP) — valyuta məzənnələrini müəyyənləşdirən nəzəriyyə. Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsinə uyğun olaraq, əmtəənin bir ölkədəki qiyməti həmin əmtəənin cari kursla hesablanan digər ölkədəki qiymətinə müvafiq olmalıdır, yəni eyni bir əmtəə səbəti müxtəlif ölkələrdə eyni qiymətdə olmalıdır. İnflyasiyanın müxtəlif templəri valyuta məzənnələrinin iki cür dəyişməsinə səbəb olur. Birinci hal ixrac və idxal qiymətləri nisbətinin dəyişdirilməsi nəticəsində meydana çıxan effektə aiddir. Bir ölkədə buraxılan nemətin qiyməti başqa bir ölkədə buraxılan həmin nemətin qiyməti ilə müqayisədə qalxdıqda, həmin nemətin alıcıları bir neməti başqası ilə əvəz etməyə cəhd göstərir, bu isə valyutaya olan tələbi azaldır. İnflyasiya templəri fərqlərinə cavab olaraq valyuta məzənnələrinin dəyişilməsini meydana çıxaran ikinci hal valyuta məzənnələrinin gözlənilən dəyişilməsinə yönələn möhtəkirliklə bağlıdır. Belə ki, bir ölkədə qiymət digər ölkədəki qiymətlərlə müqayisədə qalxdıqda, xarici valyuta portfeli saxlayanlar və möhtəkirlər valyutaların qiymətinin enəcəyini, yəni onun alıcılıq qabiliyyətinin düşəcəyini gözləyərək onlardan xilas olmağa çalışır və bununla da həmin valyutanın devalvasiyasına səbəb olurlar. Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsi inflyasiyanın fərqli templərinin valyuta məzənnələrində bir-birini əvəzləyən dəyişilmələrə səbəb olacağını qabaqcadan göstərir. Valyuta məzənnələrində baş verən dəyişikliklərin öz-özlüyündə müxtəlif inflyasiya templərini yaratmaması halı da mümkündür. Belə ki, tələb qiymətə görə elastik deyildirsə, bu halda valyuta məzənnəsinin devalvasiyası daxili inflyasiyanın artmasına gətirib çıxara bilər.
Azərbaycan Atıcılıq Federasiyası
Azərbaycan Atıcılıq Federasiyası == Haqqında == Atıcılıq idman növünün ölkədə inkişaf etdirilməsi, əhalinin sağlamlığının möhkəmləndirilməsində atıcılıq idmanının inkişaf proqramlarını tərtib edərək həyata keçirtmək. Atıcılıq üzrə yüksək səviyyəli idmançıların hazırlığı sistemini təkmilləşdirir Hər il atıcılıq üzrə milli yığma komandanın heyətini müəyyən edərək təsdiq olunması üçün Gənclər və İdman Nazirliyinə təqdim edir Atıcılıq üzrə milli yığma komandanın məşqçi heyətini müəyyən edərək təsdiq olunması üçün Gənclər və İdman Nazirliyinə təqdim edir Atıcılıq üzrə yarış qaydalarını, ölkə yarışları haqqında əsasnaməni təsdiq edir Respublika Vahid İdman Təsnifatına daxil olması məqsədilə atıcılıq üzrə normativ və tələblər hazırlayıb təsdiq olunmaq üçün Gənclər və İdman Nazirliyinə təqdim edir. == Rəhbərlik == Vilayət Eyvazov — AAF prezidenti İsmət Əliyev — vitse-prezident Zemfira Meftaxetdinova — vitse-prezident Tofiq Bəylərov — vitse-prezident Emin Cəfərov — baş katib == Maddi-texniki bazası == Bakı Atıcılıq Mərkəzi. == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Atıcılıq Federasiyası Arxivləşdirilib 2009-11-15 at the Wayback Machine Bakıda keçirilmiş Dünya Kubokunda azərbaycanlı idmançılar niyə nəticə qazana bilmədilər?
Bakı Atıcılıq Mərkəzi
Bakı Atıcılıq Mərkəzi — 2015 Avropa Oyunları ilə bağlı yarışların keçirildiyi obyektlərdən biri. Bakı Atıcılıq Mərkəzinin tikintisinə 2014-cü ildə başlanılıb. Kompleksin açıq poliqonunda tamaşaçılar üçün oturacaqların sayı 500, qapalı yerdə isə tamaşaçı tutumu 1200 nəfərlikdir.
Qəbələ atıcılıq klubu
Qəbələ atıcılıq klubu — Azərbaycan Respublikasının Qəbələ rayonunda atıcılıq idman növü ilə məşğul olanlar üçün nəzərdə tutulan beynəlxalq səviyyəli idman qurğusu. Qəbələ atıcılıq klubunun layihəçisi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutudur. Klubun inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Xüsusi memarlıq üslubunda inşa olunan binada qeydiyyat bölməsi, iclas və məşğələ otaqları, atəş zonasındakı nəticələri müşahidə etmək üçün xüsusi zal yaradılmışdır. Binada ayrıca tibb məntəqəsi də fəaliyyət göstərir. Kluba gələnlər elektromobillərlə atəş zonasına daxil olurlar. Burada idman silahlarından istifadə etmək üçün xüsusi qaydalar da müəyyən edilmişdir. Atəş zonasında silahlar boşaldıldıqdan sonra təhvil alınır. Təhlükəsizliyin təmin olunması və yanğından mühafizə məqsədi ilə klubun ərazisində müşahidə kameraları və yanğından mühafizə məntəqələri qurulmuşdur. Ərazidə ayrıca bayraq meydançası da yaradılmışdır.
Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi
Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi (rus. Башкирский научно-исследовательский центр по пчеловодству и апитерапии) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində yerləşən elmi qurum. Ölkə ərazisində arıçılıq və apiterapiya üzrə elmi-tədqiqat işlərinin təşəbbüskarıdır. Baş direktoru Amir İşemqulovdur. == Tarixi == Mərkəzin əsası 8 iyul 1998-ci ildə Başqırdıstan Respublikasının Prezidenti tərəfindən qoyulmuşdur. Mərkəz qeyri-kommersiya təşkilatıdır və Başqırdıstanın dövlət mülkiyyəti kimi təsnif edilir. == Kontingenti == 2016-cı ildə bu mərkəzin 145 nəfər əməkdaşı olmuşdur. == Ticarət nişanları == Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi 2005-ci ildən bəri Rusiya Federasiyasının ərazisindəki yeganə müəssisədir ki, qorunan ticarət nişanı olan "Başqırd balı" məhsullarını etiketləmək üçün "Başqırd balı" ifadəsini istifadə etmək hüququna malikdir. == Mükafatları == Mərkəz bir çox beynəlxalq tədbirlərdə müxtəlif mükafatlar qazanmışdır ki, bu uğurların əldə olunması məhz Başqırd balının təqdimatı sayəsində olmuşdur.