Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zorlama
Zorlama — bir və ya bir neçə şəxsin digər şəxslə onun razılığı olmadan cinsi əlaqəyə girməsi. Zorlama cinsi cinayətlərdən biridir, dəqiq tərifi müxtəlif dövlətlərin qanunlarında fərqlidir. Adətən zorlama qurban köməksiz vəziyyətdə (şüursuz, güclü sərxoş, psixi pozğunluq, azyaşlı və s.) olduğu zaman həyata keçirilir. Əksər hallarda təcavüz edən kişi, təcavüz edilən isə qadındır. Ancaq kişinin kişiyə yaxud qadının qadına təcavüzü də müşahidə olunur. Zorlama insanlıq əleyhinə cinayətlərdən biri hesab olunur. Zorlama və digər cinsi təhqir formaları Nürnberq Tribunalı Nizamnaməsinin 6-cı maddəsində və Tokio Tribunalının Nizamnaməsinin 5-ci maddəsində insanlıq əleyhinə cinayət kimi göstərilməmişdir. Hər iki nizamnamədə zorakılıq və digər cinsi təhqir formaları "digər qeyri-insani hərəkətlər" adı altında verilmişdi. Zorlama 1976-cı ildə Kiprdə Avropa İnsan Hüquqları Komissiyası tərəfindən insan ləyaqətinə qarşı yönəlmiş qeyri-insani davranış kimi qiymətləndirilmişdi, lakin bu sənəddə də zorlama konkret olaraq insanlıq əleyhinə cinayətin tərkibini yaradan əməl kimi göstərilməmişdi. Təbii ki, hər cür zorlamanı insanlıq əleyhinə cinayət hesab etmək olmaz.
Qan sıçrama analizi
Qan ləkəsi analizi (QLA) (ing. Bloodstain Pattern Analysis) — qan ləkəsi və sıçrayış analizi ilə məşğul olan ədli tibbin şöbəsi. Elmi sahədə, xüsusən qan və DNT molekullarının analizində hər hansı bir irəliləyiş, detektivlər və kriminalistlər tərəfindən cinayətkarları araşdırmaq və tutmaq üçün geniş istifadə olunur. Buna görə qanın məhkəmə tibbi müayinəsinin çoxdan mövcud olmasına baxmayaraq, yeni texnologiyalar bu metoddan istifadə edərək daha yüksək nəticələr əldə etməyə və ədli tibbdə daha çox yayılmasına imkan yaratdı. Qan ləkəsi nümunələrini analiz etmək kimya, biologiya, fizika və həndəsə kimi elmlər haqqında geniş praktik bilik tələb edir. == QLA ilə nəticələr və nailiyyətlər == Bu elmin köməyi ilə qan sıçrama zamanı bir insanın hərəkəti və istiqaməti, yaralıların məkanda yeri, yaraların vurulduğu silah və ya obyekt, zərbədən sonra qan hərəkətinin trayektoriyası, kəsilmə və s. cinayətin törədilməsi zamanı baş verən hadisələrin ardıcıllığını qurur. Hadisələrin necə baş verdiyini bilirsinizsə, bundan sonra nə edəcəyinizi bilirsiniz. Qan tökülməsinin təhlili cinayətlərin istintaqında fəal və effektiv kömək üçün xüsusi təlim və təcrübə tələb edir. Potensial məhkəmə mütəxəssisləri Əsas Qan Sprey Analizi kurslarında təhsil alırlar.
Diorama
Diorama, real və ya uydurma hadisənin, anın və ya hekayənin işıq oyunlarının köməyi ilə üçölçülü modelləşdirilməsidir. Sərgi məqsədləri üçün hazırlanmış böyük üçölçülü rəsm kimi də müəyyən edilə bilər. Başqa dillərdə eyni qarşılığı olan bu söz azərbaycan dilində bəzən diyorama kimi də yazılır. Sözün mənşəyi fransızcadır və bu dildə 1823-cü ildən istifadə olunmağa başlanmışdır. Fransız dilinə yunan dilindən daxil olan "içəridən" mənası verən dia kəlməsi ilə "görmək" mənasını verən orama ("panoram"da olduğu kimi) sözlərinin birləşməsindən əmələ gələn dioramanın sinonimləri siklorama və panoramdır. Adətən muzeylər və ya sərgilər üçün sifariş edilən dioramalar real ölçülərdə hazırlana və ya müəyyən miqyasda kiçildilə bilər. Bir hadisə və ya məqamın canlandırılması əsas məqsəd olduğu üçün, müəyyən bir kompozisiya yaratmaq üçün dioramalarda birdən çox obyekt yerləşdirilir. Muzey və sərgilərdən başqa model ustaları və maket ustaları da hobbi kimi dioramalarla məşğul olurlar. Bugünkü istifadədə yuxarıdakı mənaları daşıyan diorama XIX əsrdə bəzi səyyar teatr avadanlıqlarını təsvir etmək üçün istifadə edilmişdir.
Ageratina irrasa
Ageratina irrasa (lat. Ageratina irrasa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Grevillea irrasa
Grevillea irrasa (lat. Grevillea irrasa) — proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü.