Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycanda zebuçuluq
Azərbaycanda zebuçuluq — Azərbaycan Respublikası ərazisində zebu cinsli heyvanların saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi. == Tarixi == Azərbaycan Respublikasında zebunun yayılmasının ilk izlərinə eramızdan əvvəl 2000-2500-ci illərdə rast gəlmək olur. Fransız arxeoloqu Jan Demorqanın 1883-cü ildə Lənkəran ərazisində aşkar etdiyi nadir tapıntı üzərində zebu təsviri olan möhür bu fikri təsdiq edir. == Növləri == Azərbaycandakı zebuçuluq təsərrüfatlarında saxlanılan əsas zebu cinsləri Azərbaycan zebusu və Kuba zebusudur. XX əsrin sonlarında isə Kuba və Azərbaycan zebusundan istifadə edilərək Tər-Tər, Gəncə, Göygöl, Samux, Goranboy rayonların fermer və dövlət təsərrüfatlarında ətlik və ətlik-südlük hibrid – Salyan qrupları yaradılmışdır. === Azərbaycan zebusu === Azərbaycan zebusu qaramal yarımnövlərindən birinin – "Bos tarurus"un xüsusi formasıdır. Cidovunda piyli və əzələli hürgücü vardır. Rəngi qara, sarı, narıncı qırmızı, boz rənglərin ağ rənglə qarışığından ibarət olub, çilli və xallıdır. === Kuba zebusu === XX əsrin 70-80-ci illərində Kuba Respublikasından Azərbaycan SSR-yə gətirilmiş zebu cinsli heyvanlar Lerikdə bəslənilib və bu istiqamətdə rayonun ixtisaslaşmış "Sosialist Kubası" sovxozu bütün keçmiş SSRİ-də məşhur olmuşdur.