Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şəhrəbanu
Şəhrəbanu və ya Şəhrbanu (fars. شهربانو‎; bilinmir, İran – 658) (adının mənasi, torpağın xanımı)— III Yəzdigirdin qızı, İslami qaynaqlara görə Hüseyn ibn Əlinin (ə) həyat yoldaşı, şiələrdə dördüncü imam hesab edilən Əli ibn Hüseynin (ə) anası. Lakin təqzibedilməz elmi-tarixi faktların işığında tarixçilərin araşdırmaları göstərir ki, onun Hüseyn ibn Əlinin (ə) həyat yoldaşı və Əli ibn Hüseynin (ə) anası olması bir tarixi mifdir. Halbuki, Mürtəza Mütəhhəri, Seyyid Cəfər Şahidi və Doktor Əli Şəriəti kimi böyük ilahiyyatçı, və tarixçilər İmam Hüseynin (ə) Şəhrəbanu ilə evlənməsi hekayəsinin həqiqiliyinə şübhə ilə yanaşıp və bu rəvayətləri rədd ediblər. == Həyatı == Tarixi nöqteyi nəzərdən Sasani hökmdarı lI Xosrov (591–628) və süryani xristian etiqadlı, indiki Suriya ərazisindən olan Şirinin (bax : Xosrov və Şirin) nəticəsidir. Nənəsi afrika əsilli, qaradərilidir. Belə ki, II Xosrovun Şirinlə izdivacından doğulmuş, III Yəzdigirdin atası olan Şəhriyar afrikalı bir cariyə ilə evlənmişdi.. Bəhai dininin qurucusu Bəhaullah öz şəcərəsini də Şəhrəbanuya bağlayırdı. Əl-Məsudinin yazdıqlarına görə III Yəzdigirdin iki oğlu və üç qızı var idi, qızlarının adı Adraq Şahar Banu və Mərdavand idi. Bəzi şiə tarixçilərinə görə Əli ibn Hüseynin doğulmasından sonra vəfat etmişdir.
Şəhrəbanu Əmani
Şəhrəbanu Əmani Əngənə-İranlı siyasətçi.İran parlamentinin beşinci və altıncı dövrlərində Urmiyanı təmsil edən nümayəndələrdən biri idi.Şəhrəbanu Əmani, İranın ətraf mühit təşkilatının sədr müavinidir.
Mehraban
Mehraban (digər variantları: Məhraban, Mehrevan, Mehravan, Mehrivan) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanının Mehraban bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,000 nəfər və 1,542 ailədən ibarət idi. Bu şəhər öz xalça və fətirləri ilə seçilərək, bu üzdən isə bura Qızıl düyünlər şəhəri kimi də tanınır.Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. Mehriban əhalisi şiə inanclıdır.