NAŞÜKÜR

sif. [ fars. na… və ər. şükür] Yaxşılığa qiymət verməyən, yaxşılıq bilməyən; qədirbilməz, nankor. Naşükür adam. – [Şəhrəbanu xanım:] Bu firənglər necə naşükür xalq olurmuşlar.
Heç yaxşılıq bilməzmişlər. M.F.Axundzadə.
[Cəmil:] Axı mənə deyən gərək, sənə nə düşüb ki, naşükür adama yaxşılıq edirsən? M.Hüseyn.

□ Naşükür olmaq – edilən hörmətdən, yaxşılıqdan məmnun qalmamaq, heç bir şeydən razı düşməmək, öz taleyindən şikayətçi olmaq, yaxşılıq bilməmək.
[Piri baba:] Yasəmən, səbr et, naşükür olma! S.S.Axundov.
[Qacar:] Yaxşı, gəl əl götür bu inadından; Bu qədər naşükür olmasın insan. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NAŞÜKÜR naşükür bax nankor
  • NAŞÜKÜR nankor
NAŞİR
NAŞÜKÜRLÜK

Digər lüğətlərdə