SƏKSƏKƏ

is. Həyəcan, iztirab, təşviş, təlaş, narahatlıq. [Şəhrəbanu xanım:] Xanpəri, mən də onun cadusunun gücünü eşitmişəm.
Amma genə bir az səksəkiyəm, etdiyi işlərdən heç bilirsənmi? M.F.Axundzadə.
Sayad bacının ana ürəyi həmişə səksəkədə idi. M.Hüseyn.
Ürəklərdə səksəkə; Baxışlarda intizar, İnsanlar axın-axın; Salona toplaşırlar. R.Rza.

◊ Səksəkə içərisində olmaq, ürəyi səksəkədə olmaq – narahatlıq keçirmək, həyəcan içərisində olmaq, iztirab keçirmək.
Mindilli səksəkə içərisində, o yan-bu yana baxabaxa içəri keçir. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏKSƏKƏ səksəkə bax təşviş
  • SƏKSƏKƏ həyəcan — təlaş — təşviş — qorxu — təhlükə — vəlvələ
SƏKMƏK
SƏKSƏKƏLİ

Digər lüğətlərdə