Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zərbalı Mirzə
Zərbalı Mirzə (tam adı: Allahverdiyev Zərbalı Mirzə oğlu; d. 1 yanvar 1960, Ucar rayonu, Yuxarı Şilyan kəndi, Azərbaycan SSR, SSRİ) — jurnalist, “İnşaatçı” qəzetinin baş redaktoru, Əməkdar Jurnalist (2015) == Həyatı == 1 yanvar 1960-cı ildə Azərbaycan Respublikası Ucar rayonunun Yuxarı Şilyan kəndində qulluqçu ailəsində anadan olub. 1967-1977-ci illərdə Yuxarı Şilyan kənd məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1979-1981-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub. Nümunəvi xidmətinə görə ordu komandanlığının göndərişi ilə 1981-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin hazırlıq şöbəsinə daxil olmuş, 1982-1987-ci illərdə isə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani şöbəsində tam kursu bitirərək jurnalist ixtisasına yiyələnmişdir. Hələ jurnalistika fakültəsində təhsil aldığı illərdə respublikanın aparıcı mətbuat orqanlarında – “Kommunist”, Sovet kəndi”, “Bakı”, “Azərbaycan gəncləri” və bir sıra digər qəzetlərdə tələbə-jurnalist kimi maraqlı yazılarla çıxış etmişdir. Universiteti bitirdikdən sonra – 1987-ci ildə təyinatla “İnşaatçı” qəzeti redaksiyasında işə başlamış, qısa vaxt ərzində müxbir, xüsusi müxbir, şöbə müdiri və məsul katib vəzifələrində pillə-pillə yüksələrək 2001-ci ildən qəzetin redaktor müavini vəzifəsinə təyin olunmuşdur. 2006-cı ildən “İnşaatçı” qəzetinin baş redaktoru vəzifəsində çalışır. Tanınmış inşaatçıların həyatından bəhs edən 5 avtobioqrafik əsərin müəllifidir. Həmçinin “Azərbaycan Respublikasının inkişafında tikinti kompleksinin rolu” kitabının və “Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası” kitablarının nəşr olunuş 1, 2, 3, 4 və 5-ci cildlərinin müəlliflərindən biridir.
Səttar Zərdablı
Zərdablı Səttar Mahmud oğlu (d. 5 may 1937, Allahqulubağı, Zərdab rayonu - ö. 29 oktyabr 2014, Bakı) — şair, publisist, ssenari müəllifi, kino redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977). == Həyat və fəaliyyəti == Səttar Zərdablı 1937-ci ilin mayın 5-də Zərdab rayonunun Allahqulubağı kəndində anadan olub. M.Qirki adına Zərdab orta məktəbini bitirəndən sonra 1957-1959-cu illərdə Bakı Mədəni Maarif Texnikumunun mədəni-maarif şöbəsində, 1959-cu ildə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil almışdır. 1964-1979-ci illərdə patiyanın XXII qurultayı adına Bakı Neftayırma zavodunun klubuna bədii rəhbər, Azərbaycan Yazıçılar Birliyinin Natavan adına klubunda müdir, Aşıq Ələsgər adına Respublika Xalq Yaradıcılığı Evində məsləhətçi, "Mozalan" satirik kinojurnalında redaktor olmuşdur. 1981-ci ildə "Kirpi" satirik jurnalının felyetonlar şöbəsinin əməkdaşı, 1992-ci ildə "Mozalan" müstəqil ictimai-siyasi satirik qəzetinin felyetonlar şöbəsinin müdiri vəzifələrində çalışmış, 1994-cü ildən "Güzgü" qəzetinin baş redaktoru olmuşdur. 1992-ci ildə H.Zərdabi Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin prezidenti olmuş şair öz şəxsi maşınını sataraq Həsən bəy Zərdabinin qəbrini düzəltdirmiş, eyni zamanda Terrora Qarşı Beynəlxalq İdeoloji Mübarizə Mərkəzinin sədri olmuşdur.İlk şeiri olan "Şəlalə" adlı qoşma 1958-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunmuşdur. Onun yaradıcılığında " Lenin haqqında nəğmələrim" silsilə şeirlər başlıca yer tuturdu. "Canımov qol çəkir", "Ərimi qaçırıblar", "Şəhərdə dəyyus var", "İt həkimi lazımdır", "Dilbər xanım qayınatamdır", "Nankorlar", "Aydan gələn oğlan" və başqa komediyaları dövlət və xalq teatrı səhnələrində oynanılmışdır.
Məlik Rəhim bəy Məlik Fətəli oğlu (Zərdablı)
Məlik Rəhim bəy Fətəli bəy oğlu (Zərdablı) (XVIII əsr — XIX əsr) — Şirvan əyalətinin Qarasubasar mahalının naibi, eyni zamanda Zərdab kəndinin sahibi, Həsən bəy Zərdabinin babası. == Atası == Fətəli bəy Şamaxı xanlığında Məlik Fətəli kimi tanınıb. Fətəli bəy 18–19-cu əsrlərdə indiki Zərdab ərazisində yaşayıb. O dövrdə "Məlik" müəyyən bir yaşayış məntəqəsinin, inzibati ərazinin sahibinə, naibinə verilən titul olmuşdur. Fətəli bəyin indiki Zərdab ərazisində mövcud olan inzibati ərazilərin birinin naibi olmasını və bu səbəbdən ona "Məlik" titulunun verilməsini ehtimal etmək olar. Fətəli bəyin ailəsinin, nəslinin nümayəndələri Əlvənd və Zərdab kəndlərində yaşayıblar. Sənədlərə əsasən XVIII əsrin sonlarında Əlvəndin naibi Məlik Məhəmməd bəy olub. Böyük ehtimalla, Fətəli bəy Zərdab kəndinin sahibi, naibi idi. Sənədlərdə bu barədə məlumat olmasa da, Fətəli bəyin Qarasubasar mahalının naibi olmasını da güman etmək olar. Həm Şamaxı xanı Ağası xan, həm də övladlarının Əlvənd (müasir Zərdab rayonunun kəndidir) bəyləri ilə qohumluq əlaqələri olmuşdur.
Zərbəli
Zərbəli — Azərbaycan Respublikasıınn Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin adı talışların orand tayfasının Zərbəlilər tirəsinin məskunlaşması ilə bağlıdır.[mənbə göstərin] == Toponimikası == Zərbəli oyk. Cəlilabad r-nunun Qarakazımlı i.ə.v.-da kənd. Dağətəyi düzənlikdədir. Keçmiş adı Zərbəlibəylikənd olmuşdur. Yaşayış məntəqəsi Zərbəli bəy adlı şəxsə məxsus maldar ailələrin oturaqlaşması nəticəsində yaranmış və həmin bəyin adı ila adlanmışdır. Sovet dövründə oykonimin tərkibindəki bəyli sözü ixtisar edilmiş, kəndin adı bir müddət Zərbəlikənd, XX əsrin 30-cu illərindən isə Zərbəli kimi işlənmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 409 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Zərbəli Qafarov
Zərbəli Vidadi oğlu Qafarov (13 iyun 1990; Gəncə, Azərbaycan SSR — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zərbəli Qafarov 13 iyun 1990-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 2006-cı ildə Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. == Hərbi xidməti == Zərbəli Qafarov 2008-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, 2008-2010-cu illərdə xidmətini Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində sıravi əsgər kimi etmişdir. Zərbəli Qafarov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Zərbəli Qafarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, Tərtər və Goranboy rayonları istiqamətində vuruşmuşdur. Zərbəli Qafarov 8 oktyabr 2020-ci ildə Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 9 oktyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Zərbəli Qurbanov
Zərbəli Qasım oğlu Qurbanov (1932, Nərimanlı, Basarkeçər rayonu – 2003, Bakı) — Amasiya rayon Partiya Komitəsinin birinci katibi (1981-1985), "Sovet Ermənistanı" qəzetinin redaktoru (1985–14.01.1989) == Həyatı == Zərbəli Qurbanov 1932-ci ildə Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Naxçıvan Pedaqoji Məktəbini, Kənd Təsərrüfatı İnstitutunu, Universiteti, Ali Partiya Məktəbini bitirmişdir. Məktəb direktoru, kolxoz sədri, Basarkeçər rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Amasiya rayon Partiya Komitəsinin birinci katibi, Ermənistan KP MK-nın üzvü, Ermənistan KP MK-nın orqanı olan "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Ali Sovetin deputatı, Ali Sovet sədrinin müavini olmuşdur. Zərbəli Qurbanov 1981-1985-ci illərdə Amasiya rayon Partiya Komitəsinin birinci katibi, 1985-ci ildən sonra isə "Sovet Ermənistanı"nın redaktoru olmuşdur.12 iyul 1994-cü ildə Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində kadrlar üzrə aparıcı müfəttiş vəzifəsinə təyin olunmuşdur.1998-ci ildən ömrünün sonuna kimi Prezident aparatının işlər idarəsində çalışmışdır. 2003-cü ildə Bakı şəhərində vəfat etmişdir. == İstinadlar == == Mənbə == Ələkbərli Əziz. Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı. (Sənədlərin dili ilə). Bakı, “Nurlan”, 2008, s.393-395.
Zərbəli Səmədov
Zərbəli Mirzağa oğlu Səmədov (1 yanvar 1908, Bakı – 4 oktyabr 1979, Bakı) — Azərbaycan SSR əməkdar müəllimi (1960), Sosialist Əməyi Qəhrəmanı (1968). == Həyatı == Zərbəli Mirzağa oğlu Səmədov 1 yanvar 1908-ci ildə Bakı şəhərində doğulmuşdur. Bakıda pedaqoji məktəbi (1927) və V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini (1941) bitirmişdir. 1929 ildən Bakı məktəblərində (1945-ci ildən ömrünün sonunadək Qırmızı Əmək Bayrağı ordenli 190 nömrəli orta məktəbdə) Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. Rus məktəblərinin 9-cu sinifləri üçün "Azərbaycan dili" dərsliyinin (1958 – 1978), "Rusca – azərbaycanca danışıq kitabı"nın (1964, 1969), "8-ci sinifdə ədəbiyyat dərsləri" metodik vəsaitinin (1971) müəlliflərindən biridir. Lenin ordeni, 2 "Şərəf nişanı" ordeni və medallarda təltif olunmuşdur. Zərbəli Mirzağa oğlu Səmədov 4 oktyabr 1979-cu ildə Bakı şəhərində vəfat etmişdir.
Zeynəb Zərbəli qızı
Zeynəb Zərbəli qızı (d.1860 – ö.1942) — XIX əsrin qadın aşıqlarındandır. == Həyatı == Zeynəb Zərbəli qızı 1860-cı ildə Şirvan bölgəsində Kolanı elatının Goran obasında anadan olmuşdur. Üç oğul, bir qız anası olan Zeynəb 1942-ci ildə 82 yaşında vəfat etmişdir. Bəndəlinin həyat yoldaşı olmuşdur. İndi Bəndəliyev soyadı olanlar Bəndəlinin və Zeynəbin nəvə, nəticə və kötücələridir.. Babası Çürük İslamın yanında böyümüşdür. Zeynəbin atası da şair imiş. Onun bu sənəti seçməsində atasının böyük rolu olub. Zeynəbi çobanları İsmayıl sevsə də ailəsi onun çoban ilə evlənmək istəyinə qarşı çıxıb. Şairənin şeirlərində haqsızlıqlara qarşı üsyan motivləri özünü büruzə verir.