ZƏRBƏLİ₁

sif. mus. Zərb ilə çalınan, vurmaqla çalınan. Zərbəli musiqi aləti. Nağara zərbəli musiqi alətidir.

Etimologiya

  • ZƏRBƏLİ “Əlinin zərbəsi (gücü)” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ZƏRBƏFT
ZƏRBƏLİ₂
OBASTAN VİKİ
Zərbəli
Zərbəli — Azərbaycan Respublikasıınn Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin adı talışların orand tayfasının Zərbəlilər tirəsinin məskunlaşması ilə bağlıdır.[mənbə göstərin] == Toponimikası == Zərbəli oyk. Cəlilabad r-nunun Qarakazımlı i.ə.v.-da kənd. Dağətəyi düzənlikdədir. Keçmiş adı Zərbəlibəylikənd olmuşdur. Yaşayış məntəqəsi Zərbəli bəy adlı şəxsə məxsus maldar ailələrin oturaqlaşması nəticəsində yaranmış və həmin bəyin adı ila adlanmışdır. Sovet dövründə oykonimin tərkibindəki bəyli sözü ixtisar edilmiş, kəndin adı bir müddət Zərbəlikənd, XX əsrin 30-cu illərindən isə Zərbəli kimi işlənmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 409 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Zərbəli Qafarov
Zərbəli Vidadi oğlu Qafarov (13 iyun 1990; Gəncə, Azərbaycan SSR — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zərbəli Qafarov 13 iyun 1990-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 2006-cı ildə Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. == Hərbi xidməti == Zərbəli Qafarov 2008-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, 2008-2010-cu illərdə xidmətini Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində sıravi əsgər kimi etmişdir. Zərbəli Qafarov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Zərbəli Qafarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, Tərtər və Goranboy rayonları istiqamətində vuruşmuşdur. Zərbəli Qafarov 8 oktyabr 2020-ci ildə Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 9 oktyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Zərbəli Qurbanov
Zərbəli Qasım oğlu Qurbanov (1932, Nərimanlı, Basarkeçər rayonu – 2003, Bakı) — Amasiya rayon Partiya Komitəsinin birinci katibi (1981-1985), "Sovet Ermənistanı" qəzetinin redaktoru (1985–14.01.1989) == Həyatı == Zərbəli Qurbanov 1932-ci ildə Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Naxçıvan Pedaqoji Məktəbini, Kənd Təsərrüfatı İnstitutunu, Universiteti, Ali Partiya Məktəbini bitirmişdir. Məktəb direktoru, kolxoz sədri, Basarkeçər rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Amasiya rayon Partiya Komitəsinin birinci katibi, Ermənistan KP MK-nın üzvü, Ermənistan KP MK-nın orqanı olan "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Ali Sovetin deputatı, Ali Sovet sədrinin müavini olmuşdur. Zərbəli Qurbanov 1981-1985-ci illərdə Amasiya rayon Partiya Komitəsinin birinci katibi, 1985-ci ildən sonra isə "Sovet Ermənistanı"nın redaktoru olmuşdur.12 iyul 1994-cü ildə Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində kadrlar üzrə aparıcı müfəttiş vəzifəsinə təyin olunmuşdur.1998-ci ildən ömrünün sonuna kimi Prezident aparatının işlər idarəsində çalışmışdır. 2003-cü ildə Bakı şəhərində vəfat etmişdir. == İstinadlar == == Mənbə == Ələkbərli Əziz. Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı. (Sənədlərin dili ilə). Bakı, “Nurlan”, 2008, s.393-395.
Zərbəli Səmədov
Zərbəli Mirzağa oğlu Səmədov (1 yanvar 1908, Bakı – 4 oktyabr 1979, Bakı) — Azərbaycan SSR əməkdar müəllimi (1960), Sosialist Əməyi Qəhrəmanı (1968). == Həyatı == Zərbəli Mirzağa oğlu Səmədov 1 yanvar 1908-ci ildə Bakı şəhərində doğulmuşdur. Bakıda pedaqoji məktəbi (1927) və V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini (1941) bitirmişdir. 1929 ildən Bakı məktəblərində (1945-ci ildən ömrünün sonunadək Qırmızı Əmək Bayrağı ordenli 190 nömrəli orta məktəbdə) Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. Rus məktəblərinin 9-cu sinifləri üçün "Azərbaycan dili" dərsliyinin (1958 – 1978), "Rusca – azərbaycanca danışıq kitabı"nın (1964, 1969), "8-ci sinifdə ədəbiyyat dərsləri" metodik vəsaitinin (1971) müəlliflərindən biridir. Lenin ordeni, 2 "Şərəf nişanı" ordeni və medallarda təltif olunmuşdur. Zərbəli Mirzağa oğlu Səmədov 4 oktyabr 1979-cu ildə Bakı şəhərində vəfat etmişdir.
Zeynəb Zərbəli qızı
Zeynəb Zərbəli qızı (d.1860 – ö.1942) — XIX əsrin qadın aşıqlarındandır. == Həyatı == Zeynəb Zərbəli qızı 1860-cı ildə Şirvan bölgəsində Kolanı elatının Goran obasında anadan olmuşdur. Üç oğul, bir qız anası olan Zeynəb 1942-ci ildə 82 yaşında vəfat etmişdir. Bəndəlinin həyat yoldaşı olmuşdur. İndi Bəndəliyev soyadı olanlar Bəndəlinin və Zeynəbin nəvə, nəticə və kötücələridir.. Babası Çürük İslamın yanında böyümüşdür. Zeynəbin atası da şair imiş. Onun bu sənəti seçməsində atasının böyük rolu olub. Zeynəbi çobanları İsmayıl sevsə də ailəsi onun çoban ilə evlənmək istəyinə qarşı çıxıb. Şairənin şeirlərində haqsızlıqlara qarşı üsyan motivləri özünü büruzə verir.
Abdulla Zərbəliyev
Kərbəlayı Abdulla Zərbəliyev (1849, İçəri şəhər, Bakı qəzası – 1934, Bakı) — məşhur azərbaycanlı milyonçu, mesenat, Bakı Şəhər Dumasının üzvü. == Həyatı == Kərbəlayı Abdulla Hacı Zərbəli oğlu Zərbəliyev 1849-cu ildə rəncbər ailəsində dünyaya göz açıb. Atası Hacı Zərbəli Mirzəli oğlu İçəri Şəhərin Mirzəli tayfasındandır. Hacı Zərbəlinin şəhər kənarında – Dərnağında (indiki Dərnəgül) torpaq sahələri var idi. O, əsasən taxıl əkib becərməklə məşğul olurdu. Günlərin birində təsadüfən icarəyə verdiyi torpaqlardan neft fəvvarəsi vurur. O, ağ neft istehsal edən zavod açaraq xeyli sərvət toplayır. Məkkəyə ziyarətə gedib, Hacı titulunu alır. Hacı Zərbəlinin iki arvaddan 5 uşağı olub, onlardan biri də Kərbəlayı Abdulla idi. Kərbəlayı Abdulla Bakıda və onun ətraf kəndlərində qoçuların qoçusu (baş qoçu) adlandırırdılar.
Aşurəli Zərbəliyev
Aşurəli Səfərəli oğlu Zərbəliyev (9 sentyabr 1999, Quxuroba, Qusar rayonu — 11 oktyabr 2020, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aşurəli Səfərəli oğlu Zərbəliyev 1999-cu il sentyabrın 9-da Qusar rayonunun Quxuroba kəndində anadan olmuşdur. 2005-2014-cü illərdə Qusar rayon Quxuroba kənd tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Aşurəli Zərbəliyev 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Aşurəli Zərbəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Aşurəli Zərbəliyev 11 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Qusar rayonunda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aşurəli Zərbəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aşurəli Zərbəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Həbib Zərbəliyev
Həbib Zərbəliyev (24 sentyabr 1953, Xurşud, Salyan rayonu) — Azərbaycanda İndoneziya dili üzrə ilk mütəxəssis, Azərbaycan Dillər Universitetinin professoru == Həyatı == Həbib 1953-cü ilin 24 sentyabrında Salyan rayonunun Xurşud kəndində anadan olmuşdur. O vaxtlar Xurşud kəndində yalnız ibtidai məktəb fəaliyyət göstərirdi. İki il orada oxuduqdan sonra Həbib Salyan şəhər internat məktəbində təhslini davam etdirməli olur. Burada oxuduğu müddətdə müəllimlər ondan həmişə razılıq edir, onun ən yaxşı oxuyan şagird olduğunu deyirdilər. Səkkizinci sinfə qədər burada oxuduqdan sonra 1968-ci ildə Həbib Əli Bayramlı şəhər Pedaqoji Məktəbinin ibtidai sinif müəllimi şöbəsinə daxil olur. Burada da o, yaxşı oxuması ilə fərqlənir. Bununla yanaşı, Həbib bədii özfəaliyyət dərnəyində də fəaliyyətini davam etdirir, pedaqoji məktəbin ansamblı ilə əlamətdar günlərdə tələbələr qarşısında, eləcə də müxtəlif rayon və şəhərlərin mədəniyyət saraylarında konsert proqramları ilə çıxış edir. 1972-ci ildə Həbib pedaqoji məktəbi fərqlənmə diplomu ilə bitirib ibtidai sinif müəllimi ixtisası alır və təyinatla Puşkin (indiki Biləsuvar) rayonuna işləməyə göndərilir. 1973-cü ilin mayına qədər Nərimanov kənd orta məktəbində sinif müəllimi işlədikdən sonra Həbib ordu sıralarına çağırılır. Ordudan qayıtdıqdan sonra o, doğma kəndində müəllimlik fəaliyyətini davam etdirir.
Kərbəlayı Abdulla Zərbəliyev
Kərbəlayı Abdulla Zərbəliyev (1849, İçəri şəhər, Bakı qəzası – 1934, Bakı) — məşhur azərbaycanlı milyonçu, mesenat, Bakı Şəhər Dumasının üzvü. == Həyatı == Kərbəlayı Abdulla Hacı Zərbəli oğlu Zərbəliyev 1849-cu ildə rəncbər ailəsində dünyaya göz açıb. Atası Hacı Zərbəli Mirzəli oğlu İçəri Şəhərin Mirzəli tayfasındandır. Hacı Zərbəlinin şəhər kənarında – Dərnağında (indiki Dərnəgül) torpaq sahələri var idi. O, əsasən taxıl əkib becərməklə məşğul olurdu. Günlərin birində təsadüfən icarəyə verdiyi torpaqlardan neft fəvvarəsi vurur. O, ağ neft istehsal edən zavod açaraq xeyli sərvət toplayır. Məkkəyə ziyarətə gedib, Hacı titulunu alır. Hacı Zərbəlinin iki arvaddan 5 uşağı olub, onlardan biri də Kərbəlayı Abdulla idi. Kərbəlayı Abdulla Bakıda və onun ətraf kəndlərində qoçuların qoçusu (baş qoçu) adlandırırdılar.
Ruqiyyə Zərbəliyeva
Ruqiyyə Hacıağa qızı Zərbəliyeva — Azərbaycanda, Qafqazda, həmçinin bütün Yaxın Şərqdə ilk qadın qırıcı təyyarəçi.[mənbə göstərin] == Həyatı == Ruqiyyə Hacıağa qızı Zərbəliyeva sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu XX əsrin 30-cu illərinin sonlarında yerinə yetirmişdir. Ruqiyyə Zərbəliyeva ilk azərbaycanlı qırıcı təyyarəçi olmuşdur. Həyat yoldaşı Baba İbrahim oğlu Talıbov İkinci dünya müharibəsinə getmiş və həlak olmuşdur. Rauf adlı oğlu ilə tək qalan Ruqiyyə Zərbəliyeva sonralar Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirərək uşaq həkimi olmuş, Qusarda və Bakıda uşaq həkimi kimi çalışmışdır. Ruqiyyə Zərbəliyeva Bakıda yaradılmış "Səfa" müsəlman cəmiyyətinin fəallarından olan Kərbəlayı Abdulla Zərbəliyevin nəvəsidir. "Baku" qəzetinin 1914-cü il yanvar tarixli 5-ci sayında yazdığına görə Kərbəlayı Abdulla Zərbəliyev Bakıda yaradılmış “Səfa” müsəlman cəmiyyətinin yaradıcılarından və xəzinədarı, habelə Bakı Şəhər Dumasının üzvü olmuşdur.Ruqiyyə Zərbəliyevanın oğlu Rauf Baba oğlu Talıbov Azərbaycan Politexnik İnstitutunda müəllim və Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. == İstinadlar == == Ədəbiyyat == Cəfərov N. Qırıcı aeroplan pilotu (Ruqiyyə Zərbəliyeva haqqında) // "Kommunist" qəzeti, 1940. 8 mart Şimşinov A. Qanadlı qız (Gənc pilot Ruqiyyə Zərbəliyeva haqqında) // "Gənc işçi" qəzeti, 1941. 7 mart. Əfruz C. Təyyarəçi qız [Şeir] // Ədəbiyyat qəzeti, 1943.- 22 dekabr.
Sadıq Zərbəliyev
Sadıq Zərbəliyev (11 aprel 1951, Kürdəmir rayonu) — Azərbaycanın tanınmış qoşanağara ustası, Azərbaycanın xalq artisti (1998) == Həyatı == Sadıq Zərbəliyev 1951-ci il aprelin 11-də Kürdəmir rayonunda musiqiçi ailəsində anadan olub. Atası zurna-balaban ifaçısı, qardaşı Ağabəy isə gözəl səsə malik xanəndə olub. Onda musiqiyə marağı atası, qardaşı oyadıb. Sadıq Zərbəliyev orta təhsilini Kürdəmir rayon 1 saylı orta məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra 1969-cu ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra 1973-cü ildə Bakıya gəlir və Respublikasının Əməkdar artisti Baba Salahovun ansamblında xalq artistləri Vəli Qədimov və Aftandil İsrafilovla bir yerdə çalışır. Sadıq Zərbəliyev 1975-ci ildən bu günə qədər SSRİ Xalq artisti və millət vəkili Zeynəb Xanlarova ilə bir yerdə çalışır. Amerika Birləşmiş Ştatları, İordaniya, Suriya, Yəmən, Türkiyə, Əlcəzair, Tunis, Hollandiyada səfərlərdə olub, Azərbaycan mədəniyyətini layiqincə təmsil edib.
Zərbəliyevlər
Zərbəliyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Hacı Zərbəli Mirzəli oğlu İçəri Şəhərin Mirzəli tayfasındandır. Hacı Zərbəlinin şəhər kənarında – Dərnağında (indiki Dərnəgül) torpaq sahələri var idi. O, əsasən taxıl əkib becərməklə məşğul olurdu. Günlərin birində təsadüfən icarəyə verdiyi torpaqlardan neft fəvvarəsi vurur. O, ağ neft istehsal edən zavod açaraq xeyli sərvət toplayır. Məkkəyə ziyarətə gedib, Hacı titulunu alır. Hacı Zərbəlinin iki arvaddan 5 uşağı olub, onlardan biri də Kərbəlayı Abdulla idi. == Soyun tanınmış nümayəndələri == Abdulla Zərbəliyev — məşhur azərbaycanlı milyonçu, mesenat, Bakı Şəhər Dumasının üzvü. Ruqiyyə Zərbəliyeva — Azərbaycanda, Qafqazda, həmçinin bütün Yaxın Şərqdə ilk qadın qırıcı təyyarəçi.
İlhamə Zərbəliyeva
İlhamə Zərbəliyeva (tam adı: İlhamə Ağalar qızı Zərbəliyeva; d.1973, Cəlilabad rayonu, Pokrovka) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının Kimya üzrə elmlər doktoru. == Həyatı == Zərbəliyeva İlhamə Ağalar qızı, 1973-cü ildə Azərbaycanın Cəlilabad rayonunun Pokrovka kəndində anadan olmuşdur. 1980-cı ildə həmin rayonun 2 saylı məktbinə getmiş, 1990-cı ildə əla qiymətlərlə həmin məktəbi bitirmişdir. 1997-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakultəsinin bakalavr pilləsini, 2000-ci ildə isə həmin fakultənin "Üzvi-kimya" kafedrasının magistr pilləsini fərqlənmə ilə bitirmişdir. 2000-ci ildə NKPİ-də aspiranturaya daxil olmuşdur. === Ailəsi === Ailəlidir, 2 oğlu var. == Fəaliyyəti == 1997-ci ildən AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) kimyaçı vəzifəsində işə başlamış; 2007-ci ildə "Neft-kimyası" ixtisasıı üzrə "Ali birəsaslı alifatik karbon turşularının yeni oksipropilatlarının və onların modifikatlarının alınması və xassələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, həmin vaxtdan elmlər doktoru dissertasiya işi üzrə tədqiqatlarımı davam etdirmiş(II pillə üzrə doktorant). İşlədiyi illər ərzində labarotoriyanının iş proqramlarına müvafiq olaraq tədqiqat işləri aparmışdır. İşlədiyim müddət ərzində respublika və beynəlxalq miqyaslı konfranslarda dəfələrlə məruzələrlə çıxış etmişdir.

Digər lüğətlərdə

бреве́нчатый лесопокры́тый мо́жно напа́хтать отде́ланность пастора́ль потро́гать примити́в рабы́ня котте́джный методи́чески полушто́ф сейсми́чески тяга́ть пущать corgi gun-commander intelligenced multiple control nonplus ominous заблаговременный малоразвитый непрерывность оформление