Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zərdəpər
Zərdəpər (lat. Luciobarbus capito) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü. == Qısa təsviri == İki cüt bığı var. Ağızı aşağıda yerləşir və aypara şəkillidir. Dodaqları yaxşı inkişaf etmişdir. Rostrumu uzunsovdur. Bel üzgəcində 4 şaxəsiz, 8 (nadir hallarda 7) şaxəli, anal üzgəcində 3 şaxəsiz, 5 (nadir hallarda 6) şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 56-68, yan xəttdən yuxarıda yerləşən pulcuqların sayı 8-12, aşağıda olan pulcuqların sayı isə 5-8 arasında dəyişir. == Arealı və sayı == Azərbaycan ərazisi daxilində Xəzərin orta və cənub hissəsində və ona tökülən çaylarda, o cümlədən Kür və Araz çaylarında və onların qollarında yayılmışdır. Samurla Xudat arasındakı çaylarda, Lənkəran zonası çaylarında, Mingəçevir və Varvara su anbarlarında təsadüf edilir.
Pərdələr
Pərdə — qapı, pəncərə və digər yerlərdən asılan örtük və ya bir yeri iki hissəyə ayırmaq üçün istifadə edilən iri parça. == Tarixi == Qədim dövrlərdən üfüqi zolaqlardan ibarət ənənəvi naxışlarla bəzədilmiş uzun saçaqlı, ağ rəngli qalın yun parçadan hazırlanardı. Həyətdən evə və yaxud da çadır, alaçıqların giriş qapısının örtülməsi üçün Azərbaycanda istifadə edilərdi.Keçmiş zamanlarda bu məqsədlə kilim, cecim və s. kimi müxtəlif xovsuz xalçalardan, eləcə də tirmə parçalardan istifadə edirdilər. Orta əsrlərdə şah saraylarında qapıların üzərində pərdə əvəzi kimi xovlu xalçalar asılardı, bəzən elə bu xalçalar qapını əvəz edərdi. == Müasir pərdələr == Müasir pərdələrin otaqların ümumi görkəminə təsiri böyükdür. Onları da ən azından mövsümə görə dəyişmək lazımdır. Hər bir otağın xüsusiyyətindən asılı olaraq müxtəlif materiallardan hazırlanmış, müxtəlif rəngli pərdələr istifadə olunmalıdır. Qonaq otağı üçün isti rəngli, yataq otağına sadə, sakit, mülayim tonlu pərdələr, uşaq otağına əhval-ruhiyyəni yüksəldən rənglərdən olan pərdələr daha yaxşıdır. Mətbəx üçün ən uyğun pərdələr ağacdan hazırlanmış qatlanan pərdələrdir.
Zərdəbərə
Zərdəbərə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 673 nəfərdir. == Toponimiyası == Yerli əhali kəndin adını Zərdəbə kimi tələffüz edir. Oykonim zərd (talış, “san”) 'və bərd (keçid, aşırım) sözlərindən ibarət olub, “san keçid” mənasındadır. Həmin yerin torpağı sarı rəngdə olduğu üçün belə adlandırılmışdır.