Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zərincə
Zərincə dağı — Zəngi çayının yanında yerləşir. Zərincə (Talin) — Talin rayonunda kənd.
Zərincə (Talin)
Zərincə — İrəvan xanlığının Talın mahalında kənd adıXIX əsrə aid məlumatda Zar İncə kimidir1918-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.
Zərincə (Talın)
Zərincə — İrəvan xanlığının Talın mahalında kənd adıXIX əsrə aid məlumatda Zar İncə kimidir1918-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.
Zirinc
Zirinc (lat. Berberis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Zirinc qədim zamanlardan bəri tanınan və istifadə edilən bitkidir. Hələ qədim Babilistanda və Hindistanda yerli sakinlər zirinc meyvələrini qanı təmizləyən, Tibet monastrlarını idarə edən kahinlər isə ömrü uzadan vasitə hesab ediblər. Qədim slavyan təbiblərinin zirinc kökləri və qabığından hazırladığı cövhər isə soyuqdəymə və qanaxmalarda tətbiq olunurdu. Onun meyvə, kök, gövdəsi vasitəsilə yun və dəri məmulatları sarı rəngə boyanırdı. Tikanlı və yarpağını tökən kol bitkisi olan zirincın xırda çəlləyi xatırladan meyvələri qırmızı rəngdədir. Qurudulanda rəngi tündləşir. Turş dadına və faydalı xüsusiyyətlərinə görə onu bəzən "şimal limonu" da adlandırırlar. Xalq təbabətində bitkinin meyvə, yarpaq, qabıq və köklərindən də müalicə vasitəsi kimi istifadə olunur.
Zərənc
Zərənc— Əfqanıstan İslam Respublikasının Nimruz vilayətinin mərkəzi, qədim şəhər. == Coğrafiyası == İranın şərqində Əfqanıstan sırhəd-sınırını kəsən Hilmənd çayının sağ yaxasında yerləşir. == Etimologiyası == Zərənc (Zərəng) adını, Hilmənd çayının Zərəh (Hamun) gölünə töküldüyü geniş sahəyə verilən yunanca Zaranqiana (Zaranqa, Zaranka) və Qədim Fars dilində Dranqiana ismindən almışdır. Kəlimənin kökəni və mənası haqqında fərqli görüş və fərziyyələr olmaqla birlikdə Qədim Farscada “dəniz, böyük göl, böyük çay”, Yeni Farscada “dağın zirvəsi” anlamına gəldiyi qeyd edilir . == Tarixi == Zərənc Sasanilər dövründə Sistan bölgəsinin mərkəziydi və məhəlli hökmdarlar burada əyləşirdi. Zərənc və çəvrəsində Sasani hökmdarlarından II Şapur (309-379) və I Qubad (488-531) dönəmlərinə aid pullar tapılmışdır. V və VI əsrlərdə burada Sasanilərin Bizansa qarşı dəstəklədiyi Nəsturi xristianlarının bir piskoposluq mərkəzinin olduğu qeyd edilir . Xəlifə Ömər dönəmində Asım ibn Amr və Abdullah ibn Umeyr komandasındakı İslam birlikləri Sistan bölgəsinə yürüdü (644). Burada məğlub etdikləri Sasani birliklərini təqib edərək Zərənci mühasirə edincə şəhər əhalisinin istəyi üzərinə bəlli miqdardakı vergi qarşılığında barış andlaşması bağlandı. Zərənc əhalisinin andlaşmanı pozması üzündən 650-ci ildə Bəsrə valisi Abdullah ibn Amir tərəfindən Sistan fəthləriylə vəzifələndirilən Rəbi ibn Ziyad əl-Harisi Zərənci mühasirə etdi.
Ərinc
Ərinc — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Adi zirinc
Adi zirinc (lat. Berberis vulgaris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Avropa, Aralıq dənizyanı ölkələri, İran və Kiçik Asiyada yayılmışdır. Avropada təsvir edilmşdir. Boyu 1,5 m-ə qədər olan şaxələnmiş koldur. Boreal coğrafi tipinin Avropa sinfinin Avropa-meşə qrupuna aiddir. Orta Avropa, Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Rusiya və Qafqazda yayılmışdır. Adi zirinc Azərbaycanın bütün rayonlarında arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir. == Botaniki təsviri == Adi zirinc may-iyunda çiçəkləyir. Salxım şəklində düzülmüş açıq sarı rəngli ətirli çiçəkləri vardır.
Girdəmeyvə zirinc
Müxtəlifayaq zirinc (lat. Berberis heteropoda) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Göyümtül zirinc
Göyümtül zirinc (lat. Berberis candidula) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 0,8-1,2 m-dir, çətri yarımyumrudur, eni 2 dəfə çoxdur, tez böyüyən, həmişəyaşıl koldur. Çoxsaylı zoğları vardır. Qabığı sarı-ağ, biraz yarıqlıdır, iynələrinin uzunluğu 2 sm-ə qədərdir. Yarpaqları növbəli, ellipsvaridir, uzunluğu 2-3 sm-dir, kənarları burulmuş, tərs-yumurtavarı, xırda dişlidir, üstdən parlaq tünd-yaşıl, alt tərəfdən ağ rənglidir. Zəngvari çiçəkləri çoxsaylı, xoş qoxulu,salxımvarı çiçək qruplarına yığılmışdır. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı, sarı rəngli çiçəkləri olur. Qırmızı, parlaq, uzunsov meyvələri, payızın əvvəlində yetişir, uzun müddət tökülmür.
Hamar zirinc
Hamar zirinc (lat. Berberis levis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Afrikadır. == Botaniki təsviri == Hündürlüyü 2 m olan həmişəyaşıl koldur. Uzunsov ellipsvari yarpaqları üstdən parlaq, altdan isə ağımtıl rəngdə olur. Gövdəsi və budaqları hamardır, üzərində 3-5 bölümlü, sarımtıl-qəhvəyi rəngli, nazik, uzun tikanları vardır. Çiçəkləri sarıdır. Göyümtül-qara meyvələri yaşıl yarpaqların fonunda bitkiyə xüsusi gözəllik verir. Toxumla çoxaldılır. == Ekologiyası == Torpağa tələbkar, quraqlığa davamlıdır.
Lansetvarı zirinc
Lansetvari zirinc (lat. Berberis gilgiana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyada geniş yayılmışdır == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan, budaqları az tüklü, erkən yaşlarında qırmızı-qonur, sarı, yaşlı nümayəndələrdə isə al-qırmızı-qonur rəng alan kol bitkisidir. Budağın üzərindəki iynələr əsasən 3 hissəli, uzunluğu 0,5-2,5 sm-ə qədərdir. Yarpaqların uzunluğu 2,5-4,5 sm-dir, yumurtaşəkilli-ellipsvaridir, uzunsovdur, ucu biz, kənarları dişlidir. Üst tərəfdən tutqun-yaşıl, bir az tüklü və ya çılpaq, alt tərəfdən isə boz-yaşıl rəngli və tüklüdür. Çiçəkləri parlaq yaşıl, diametri təxminən 0,6 sm-dir, uzunluğu 2,5-3,5 sm olan sıx salxımlara yığılmışdır. Meyvələri uzunsov-yumurtaşəkilli, uzunluğu 1 sm-ə qədər olub, al-qırmızıdır. == Ekologiyası == Soyuğa, küləyə, kölgəyədavamlı olub, torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Mərkəzi Nəbatat Bağında introduksiya olunmuşdur.
Müxtəlifayaq zirinc
Müxtəlifayaq zirinc (lat. Berberis heteropoda) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Palıdyarpaq zirinc
Palıdyarpaq zirinc (lat. Berberis ilicifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Çilidə və Argentinada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə çatan koldur. Cavan budaqları qırmızı-qəhvəyi, yaşıl budaqları isə boz-sarı rəngli olub üzəri tükcüklərlə örtülmüşdür. Budaqlarının üzərində 0,4-1,2 sm uzunluğunda tikanlar yerləşir. Yarpaqları yarımdairəvi, uzunluğu 2-5 sm, eni 1-2 sm-dir. Üst tərəfdən parlaq, boz-yaşıl, alt tərəfdən isə açıq yaşıldır. Yarpaqlarının kənarı mişardişli, uc hissəsi isə tikanlıdır. Avqustdan dekabr ayına qədər ardıcıl çiçəkləyir, 3-7 ədəd çiçəkləri salxım çiçək qrupunda toplanmışdır.
Sikkəvari zirinc
Sikkəvari zirinc (lat. Berberis nummularia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Orta Asiyanı (Tyan-Şan,Pamir-Alay), Özbəkistanı və İranı əhatə edir. Yaqnoba çayından təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 4 m-dək, çox budaqlıdır, budaqları qonur və ya al qırmızıdır, cavanlıqda göyümtül olub, iynələri üç yerə bölünmüş və ya sadədir. Çətiri enli, şaxələnmiş, əyilmiş budaqlıdır. Qabığı cavanlıqda göyümtül, sonradan qonurdur. Yarpaqları dərili, təxminən yumru, uzunluğu 3-4 sm-dək, eni 3 sm-dək, kənarları bütöv və ya yuxarı hissəsi bir az dişli, ucunda iynəli, bünövrəsi pazşəkilli-daralmışdır. İynələri sadə və ya üçhissəlidir. Payızda al-qırmızı-narıncıdır.
Sıxçiçək zirinc
Tamkənarlı zirinc (lat. Berberis integerrima) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda və Türkiyədə yayılıb. == Botaniki təsviri == Hündürlüyü 4 m-ə çatan çoxşaxəli koldur. Qopartikanları alt budaqlarda sadədir. Cavan budaqlarının qabığı sarımtıl rənglidir. Yarpaqları tərd-yumurtavari və ya uzunsovdur, saplağa tərəf daralandır, üst hissədəkilər tamkənarlı, aşağıdakılar yuxarı yönəlmiş tikanlı-dişlidir. Çiçəkləri çoxçiçəkli sıx salxımlarda yerləşir. Giləmeyvələri yumurtavari, girdədir, bəzən bir qədər uzunsov olur, uzunluğu 5-6 mm-dir, təqribən çiçək saplağına bərabərdir, turşdur. Aprel-may aylarında çiçəkləyir.
Tamkənarlı zirinc
Tamkənarlı zirinc (lat. Berberis integerrima) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda və Türkiyədə yayılıb. == Botaniki təsviri == Hündürlüyü 4 m-ə çatan çoxşaxəli koldur. Qopartikanları alt budaqlarda sadədir. Cavan budaqlarının qabığı sarımtıl rənglidir. Yarpaqları tərd-yumurtavari və ya uzunsovdur, saplağa tərəf daralandır, üst hissədəkilər tamkənarlı, aşağıdakılar yuxarı yönəlmiş tikanlı-dişlidir. Çiçəkləri çoxçiçəkli sıx salxımlarda yerləşir. Giləmeyvələri yumurtavari, girdədir, bəzən bir qədər uzunsov olur, uzunluğu 5-6 mm-dir, təqribən çiçək saplağına bərabərdir, turşdur. Aprel-may aylarında çiçəkləyir.
Uzunsov zirinc
Uzunsov zirinc (lat. Berberis oblonga) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Tyan-Şyan və Pamir-Alay dağlarını əhatə edir. Qırğızıstanın Çatkal rayonunda təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 2,5 m-dək olan budaqlı koldur. Cavan budaqları qonur, qocaları boz olur. Yarpaqları tərs yumurtavarı, uzunsov və ya ellipsvarı, uzunluğu 6 sm-dək, küt, saplaqlı, kənarları bütöv və ya bir az dişli, üstü bozumtul-yaşıl, alt tərəfi göyümtüldür. İynələri sadə və ya 3 yerə bölünmüş, uzunluğu 15 mm-dəkdir. Çiçəklərin diametri 1 sm-dək, şaxələnmiş süpürgəvarı salxımlarda, əsasən 10-20 ədəd, bəzən çoxdur. Çiçək saplaqlarının uzunluğu 8 mm-dəkdir.
Ziyilli zirinc
Ziyilli zirinc (lat. Berberis verruculosa) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Qərbi Çindir. == Botaniki təsviri == Hündürlüyü 1,5 m, eni 1,5 m-ə qədərdir, zoğları çox miqdarda ziyillərlə örtülmüşdür, uzunluğu 2 sm-ə qədər, nazik, üç yerə bölünmüş iynəli həmişəyaşıl koldur. Qabığı sarı-qonur, uzunluğu 1-2 sm-ə çatır. Yarpaqları növbəli yerləşir, uzunluğu 2,5 sm-ə qədər, yumurtavari və ya ellipsvaridir. Çiçəkləri tək, iri, qızılı-sarı, 1-2 ədəddir. Meyvələri oval, qara, bənövşəyi-qara, göyümtül çalarlıdır, uzunluğu 1,2 sm-ə qədərdir. Çox miqdarda nazik kökləri olan, yaxşı şaxələnmiş, üst kök sistemi vardır. == Ekologiyası == Bütün normal, məhsuldar, zəif turş və ya qələvi torpaqlara davamlıdır.
Çoxçiçəkli zirinc
Çoxçiçəkli zirinc (lat. Berberis polyantha) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Çində Sıçuan əyalətinin qərbində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 4 m-dək olan, düzdayanan gövdəli, çılpaq və ya xırda tükcüklü budaqlıdır. Zoğları bozumtul-qonur və ya tutqun qonurdur. Yarpaqları yumurtavari, uzunluğu 1,5-3 sm, ucu yumru, xırda dişli və ya kənarları bütöv, üstü tutqun yaşıl, alt tərəfi parlaq, bozumtuldur. İynələri tək və ya 3 hissəli, uzunluğu 1-2 sm-dir. Çiçəkləri parlaq sarı, xırda, diametri 0,5 mm, uzunluğu 8 mm, eni 3-4 mm-dir. Meyvəsi sentyabrda yetişir. == Ekologiyası == Qışa davamlılığı aşağıdır.
İtitikanşəkilli zirinc
İtitikanşəkilli zirinc (lat. Berberis lycium) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi və Orta Avropada, Krımda, Qafqazda, İranda, Şərqi Sibirdə, Şimali Amerikada rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 3 m olan həmişəyaşıl koldur. Budaqlari tükcüklü, sarımtıl-boz və ya bozdur. İynələri 3 yerə bölünmüş, uzunluğu 2 sm-dir. Yarpaqları lansetvari və ya tərs yumurtavari, uzunluğu 2-5 sm, biz və ya küt, ucu biz, bütöv və ya az dişli, üstdən açıq-yaşıldır. Çiçəkləri parlaq sarı, salxımlarda 10-20 ədəd, əsasən uzunsov, bəzən sallaq formadadır, uzunluğu 10 sm-dir, bəzən qısas və çətirşəkilli çiçək qruplarına yığılmışdır. Meyvələri ellipsvaridir, uzunluğu 1,2 sm, al-qırmızıdır. == Ekologiyası == Qışa, istiyə davamlıdır, kasıb torpağa dözür, çox nəmişliyi sevmir, işıqsevəndir.
Şümşadyarpaq zirinc
Şümşadyarpaq zirinc (lat. Berberis microphylla) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Amerikada, Argentina, Çili və Magellan boğazından Maldivə qədər yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə çatan, həmişəyaşıl, qonur, tükcüklü zoğları olan yığcam koldur. Çoxsaylı zoğları və enli, şaxələnmiş çətiri olan iynəli koldur. Kök sistemi möhkəmdir, köçürülməni yaxşı keçirir. Yarpaqları sadə iri, qırmızımtıl-yaşıl, ellipsvari, yumurtavari formalı, ucu biz, kənarları xırdadişli bütöv olub, uzunluğu 5 sm-dəkdir. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır. İynələrin uzunluğu 1,5 sm-dəkdir. Çiçəkləri sarı-narıncı, 1-2 ədəd yığılmış, uzunluğu 2,5 sm-dək olan çiçək saplaqlarında yerləşir.
Əyilmiş zirinc
Əyilmiş zirinc (lat. Berberis aggregata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə qədər olan koldur. Budaqları bir az künclü, çılpaq, sarımtıl-qonur və ya tünd qonurdur. İynələri əsasən sadə, bəzən 2,5 sam-dək uzunluqdadır. Yarpaqları enli, oval və qısa, uzunluğu 3 sm-ə qədər olan biz, dişli, üstü tünd-yaşıl təxminən çılpaq, alt tərəfi tükcüklü və parlaq yaşıl, salxımlara yığılmış çiçəkləri ilə fərqllanir. Çiçəkləri açıq-sarı, diametri 0,9 sm-dəkdir. Meyvələri oktyabrda yetişir. == Ekologiyası == Torpağa tələbkar deyil, quraqlığa, soyuğa davamlıdır.
Zərin-i Süfla (Həştrud)
Zərin-i Süfla (fars. زرين سفلي‎) və ya Aşağı Zərin — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 85 nəfər yaşayır (18 ailə).
Zərin-i Ülya (Həştrud)
Zərin-i Ülya (fars. زرين عليا‎) və ya Yuxarı Zərin — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 36 nəfər yaşayır (10 ailə).
Azərin
Azərin (doğum adı: Anaxanım Etibar qızı Tağıyeva; 9 may 1971, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2015), Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestr ifaçısı, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. == Karyerası == İlk solo albomu, 2001-ci ildə Qazaxıstandaki "Asiyanın Səsi" müsabiqəsindən sonra işıq üzü görüb. Bu diskin, həmçinin 2004-cü ildə çıxan diskin repertuarına korifey sənətkarların mahnıları və xarici klassik musiqi nümunələri daxil edilmişdir. 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2015-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür.
Sərnic
Sərnic – qədim mis qаb оlub, hər iki tərəfdən qulpu оlаrdı. Sərnicdən dаhа çох mаldаn südü sаğmаq üçün bir qаb kimi istifаdə оlunurdu. Sərnic tаm mənаsı ilə sənətkаrlıq nümunəsi оlub, özünün zərif nахışlаrı və üstündəki yаzılаrı ilə şöhrət qаzаnmışdı. Sərnic misgərlik məhsulu idi və vеdrə mеydаnа çıхdıqdаn sоnrа məişətdəki rоlunu itirmişdir.
Zərifcə
Zərifcə (lat. Helianthemum) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinə aid bitki cinsi. Gülçülükdə bu bitkinin aşağıdakı növlərindən istifadı olnur: Ayşəkilli zərifcə (H. lunulatum) hündürlüyü 9 sm olan, çiçəkləri qızılı-sarı rəngli bitkidir. Pulşəkilli zərifcə (H. nummularium) hündürlüyü 15 sm, çiçəkləri sarı rəngdən tünd-qırmızı rəngədək yarımkoldur. Alp zərifcəsi (H. alpestre) hündürlüyü 10 sm-ə çatan, sarı rəngli, kasaşəkilli çiçəkləri olan bitkidir. Zərifcəni hətta çiçək açan vəziyyətdə də başqa yerə köçürmək olar. Zərifcə əhəngli, qumlu torpaqlarda yaxşı bitir. Yaxşı olar ki, əkindən əvvəl torpaq qum ilə qarışdırılsın. Bitki qayalıq olan bağ sahələrinin tərtibatı üçün yararlıdır.
Ayrınc
Ayrınc (əvvəlki adı: Arınc) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Qarababa kənd inzibati ərazi dairəsi tərkibindəki Arınc kəndi Ayrınc kəndi adlandırılmışdır. == Tarixi == == Coğrafiyası == Rayon mərkəzindən 3 km şimalda, Şahbuz-Kükü yolunun üzərində, Naxçıvançayın sol sahilində yerləşir. == Əhalisi == Əhalisi 574 nəfərdir.(2009 - cu il). Sərin bulaqları, gözəl təbiəti var.
Berinq
== Şəxslər ==