Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zərringöl (Xudabəndə)
Zərringöl (fars. زرين گل‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1402 nəfər yaşayır (291 ailə).
Zərrinrud
Zərrinrud (keçmiş adları Zərrinabad, Zərrinabad Binrihərud) - İranın Zəncan ostanının Xudabəndə şəhristanının Bizinərud bəxşində şəhər və bu bəxşin inzibati mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,956 nəfər və 1,145 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Zərrincub (Bicar)
Zərrincub (fars. زرين جوب‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 32 nəfər yaşayır (5 ailə). Əhalisini kürdlər təşkil edir.
Əbdülhüseyn Zərrinkub
Əbdülhüseyn Zərrinkub (d. 19 mart 1923, Bürucird, İran – ö. 15 sentyabr 1999, Tehran, İran) — İran ədəbiyyatşünası. Əbdülhüseyn Zərrinkub 19 mart 1923-cü ildə İranın Bürucird şəhərində anadan olmuşdu. İbtidai təhsilini doğma şəhərində almışdı. Orta təhsil ardınca Tehrana yollanmış, 1940-cı ildə tamamlamışdı. Sonra Tehran universitetinin hüquq fakültəsinə qəbul olmuşdu. Sovet-Böyük Britaniya qoşunlarının İranı tutması nəticəsində o, təhsilini yarımçıq qoyub Lurestana getmişdi. Fakültənin dekanı Mirzə Əliəkbər Dehxuda onun universitetdən ayrılmasına çox təəssüflənmişdi. Əbdülhüseyn Zərrinkub 15 sentyabr 1999-cu ildə Tehranda vəfat edib.