Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zexara Sitçin
Zaxariya Sitçin (ing. Zechaira Sitchin; 11 iyul 1920, Bakı – 9 oktyabr 2010[…], Nyu-York, Nyu-York ştatı) — şumerşünas, yazıçı, şumeroloq-alim və astrofizik. == Həyatı == 1920-ci il iyunun 11-də Bakıda anadan olub. Onun müəllifi olduğu “Dünya tarixçəsi” adlı kitab böyük qalmaqala səbəb olub. Yazıçı kitablarında iddia edir ki, Anunnaki adlı yadplanetlilər yer kürəsini işğal edib və qızıl mədənlərdə işlətmək üçün insanları yaradıblar. Onun bütün yaradıcılığı yadplanetlilərlə insanlar – Yer kürəsi arasındakı münasibətlərin araşdırılmasından ibarət olub. Z.Sitçin 2010-cu il oktyabrın 9-da ABŞ-də vəfat edib. Zaxariya Sitçin on cildlik "Dünya Tarixçəsi" adlı kitabı ilə böyük qalmaqal yaratmışdır. Sitçin pre-astronomiyanın tanınmış bir nümayəndəsidir. Kitablarında, xristianlıqdan əvvəli antik Sümer mixi yazılı mətnlərin tərcüməsinə söykənən nəzəriyyəsində, tarix əvvəli çağlardakı güman edilən bir on ikinci planet olan Nibiru tərəfindən Anunaki adındakı yadplanetlilər dünyamız torpaqlarını işğal edib mədənlərdə işlətmək üçün kölə əmək olaraq insanı yaratmışdı.
Zorxana
Zorxana — qədim Azərbaycan şəhərlərində pəhləvanların Azərbaycan milli güləşi zamanı yarışdıqları meydan. == Zorxana pəhlivanları == Bu baxımdan XVIII əsrin sonlarında Çin, Hindistan, İran və Misirdə şöhrət tapmış Maştağalı Hüseynqulu Hacı Mürsəloğlu, onun yetirməsi, vaxtilə "altıaylıq pəhləvan" adı ilə məşhur olan Əbdüləli Axundov, yenilməz meydan pəhləvanı Abşeronlu Hüseynqulu Mirzə Haşım oğlu, Göyçaylı Çingiz pəhləvan, Balaxanılı Sap Pənci, Bakılı Şobı oğlu Abdulla, Əhmədli Məmməd, Atababa bu dövrdə zorxana üzrə xüsusi hörmət qazanmış pəhləvanlar olublar. Qarabağda, Şuşada pəhlivanlıq məktəbi vardı. Məktəbin xərcini Cəfərqulu xan Nəva çəkirdi. Pəhləvan Nabat, Pəhlivan Seyid Həsən çox məşhur idi. XIX əsrin sonları, 20-ci əsrdə Azərbaycanda Sali Süleyman və Rəşid Yusifov kimi məşhur pəhləvanlar el hörməti qazanmışdılar. Muxtar Dadaşov və Salar Aslanovun "Azərbaycan pəhləvanları" kitabında Sali Süleymanın pəhləvanlığı haqqında bunları oxuyuruq: "Məşhur pəhləvan İvan Poddubnının rəhbərliyi ilə beynəlxaq yarışlara hazırlaşan Sali Süleyman tezliklə misilsiz atletik bədən quruluşu, fenomenal gücü və güləş texnikası ilə idman həvəskarlarını valeh etmişdi. Avropanın sirk meydanlarında-London, Paris, Praqa, Roma və başqalarında dünyanın bir çox tanınmış güləşçilərini məğlub edən Sali Süleyman "çempionların qənimi" kimi şöhrət tapmışdı. O, öz məşqçisi İvan Poddubnı ilə birlikdə Vaşinqtonda və Çikaqoda keçirilmiş beynəlxalq turnirlərdə də müvəffəqiyyətlə çıxış etmişdi". Sali Süleyman həmçinin Bakıda, Tiflisdə, İrəvanda, Gəncədə, Dərbənddə, Qroznıda, Mahaçqalada, Moskvada və başqa şəhərlərdə özünəməxsus çıxışları ilə tamaşaçıları heyran qoymuşdu.
Zərbxana
Zərbxana-valyuta üçün sikkələr istehsal və zərb edən sənaye obyektdir.
Zərnava
Zərnava — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Zərnava kəndi Tağlabiyan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Zərnava kənd Soveti yaradılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Lahıc turizm zonasında yerləşir. Yay mövsümündə kəndə avtomobillə, qış mövsümündə isə yolun son 8 km-ni atla və ya piyada getmək lazımdır. Piyadalar kəndə gedərkən Girdimançay üzərində olan asma körpüdən istifadə edə bilərlər. == Əhalisi == Əhalisi 872 nəfərdir ki, onun da 332 nəfəri kişi, 338 nəfəri qadındır. 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyası Şamaxı qəzasının Zərnava kəndində 25 evdə 115 nəfəri kişilər, 105 nəfəri isə qadınlar olmaqla 220 nəfər sünni təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. === Şəhidləri === Yanvar Əlizadə oğlu Heydərov 1974-20.02.1993 Mətləb Cilovxan oğlu Novruzov 1973-04.01.1994 Cəsarət İsrayıl oğlu Fərəcov 1973-04.01.1994 == İqtisadiyyatı == Əhali əsasən heyvandarlıq, bostançılıq və arıçılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir.
Zərqava
Zərqava — Azərbaycan Respublikasının Quba rayonunun Zərqava inzibati ərazi dairəsində kənd. == Tarixi == Aspərəsti, Çayqışlaq, Xaspolad, İsnov, Kələnov, Qasımqışlaq, Qorxmazoba, Mahmudqışlaq kəndləri ilə birlikdə Zərqava bələdiyyəsinin tərkibindədir.Zərqavanın yaşayış məntəqəsi kimi mövcudluğu orta əsrlərə gedib çıxır.Əhalisi elə o vaxtlardan əkinçiliklə və maldarlıqla məşğul olub.Kəndin sahələri çox geniş ərazini əhatə edib.Zərqava İƏD ilə yanaşı, indiki Vəlvələ İƏD-nin hüdudlarında olan böyük torpaq sahələri onun əraziləri idi. Bu ərazilərdə Zərqavanın çoxlu sayda obaları,qışlaqları olub ki,onlar da sonradan böyüyərək ayrıca kəndlərə çevrilmişlər. Uzun müddət Zərqava 1860-cı ildə yaradılmış Bakı quberniyasının Quba qəzasının tabeliyində olmuşdur. Kəndin və ona aid olan yaşayış məskənlərinin əhalisi 1918-ci ilin əvvəllərində yerli idarəetmə orqanı sayılan Zərqava cəmiyyətində birləşmişdi. Belə ki, həmin dövrdə Quba qəzası Quba şəhəri və 5 polis nahiyyəsi – Dəvəçi,Qusar,Müşkür,Rustov və 5-ci Fəthibəy nahiyyələrini əhatə edirdi.Hər bir polis nahiyyəsi öz növbəsində 2-dən 30-dək kəndin daxil olduğu bir neçə cəmiyyətdən ibarət idi. Zərqava cəmiyyəti Rustov polis nahiyyəsinin tərkibində idi və qəzada mövcud olan 55 cəmiyyətdən biri sayılırdı. Cəmiyyətin əhalisi Zərqavanın təkcə dağlıq ərazilərində deyil, Bakı-Quba yolu boyunca özünə məxsus olan torpaqlarda da təsərrüfat işləri aparırdı. Əksər insanlar kənddən uzaq ərazilərdə işləyərək əldə etdiklərini Zərqavaya gətirib istifadə edirdilər, ənənəyə çevrilən belə hal hətta ötən əsrin 60-ci illərinədək davam etmişdir. 1918-ci ilin aprelin sonunda – mayın əvvəlində erməni daşnakı Amazapsın cəza dəstələri kəndin Bakı-Quba yolu boyunca yerləşən torpaqlarından keçərkən orada olan Zərqava cəmiyyətinin sakinlərini qətlə yetirmiş və təsərrüfatlarını dağıdaraq böyük maddi ziyan vurmuşlar.
Zərgar
Zərgər, Zərgar, Zərkar — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1820-ci ildə İrandan Qarabağa köçüb gəlmiş ellərdən biri də Zərgər adlanırdı. Bu el Şahsevənlərin Sarıxanbəyli qoluna mənsub idi. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Zərgər oyk. Füzuli r-nunun Dövlətyarlı i.ə.v.-də kənd. Köndələnçayın sahilində, dağətəyi düzənlikdədir. XIX əsrin 70-ci illarinə aid məlumata görə, kənd şahsevənlərin sərxanbayli tayfasının zərcərli tirəsinə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Keçən əsrin 30-cu illərində Xızı r-nunda da Zərgərli adlı kənd qeydə alınmışdır.
Zərkar
Zərgər, Zərgar, Zərkar — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1820-ci ildə İrandan Qarabağa köçüb gəlmiş ellərdən biri də Zərgər adlanırdı. Bu el Şahsevənlərin Sarıxanbəyli qoluna mənsub idi. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Zərgər oyk. Füzuli r-nunun Dövlətyarlı i.ə.v.-də kənd. Köndələnçayın sahilində, dağətəyi düzənlikdədir. XIX əsrin 70-ci illarinə aid məlumata görə, kənd şahsevənlərin sərxanbayli tayfasının zərcərli tirəsinə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Keçən əsrin 30-cu illərində Xızı r-nunda da Zərgərli adlı kənd qeydə alınmışdır.
Aşağı Zərnava
Aşağı Zərnava — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun faktiki mövcud olan Aşağı Zərnava kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Zərnava kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kənd ərazisindəki Zərnova bulağının adı ilə adlanmışdır. == Coğrafiyası və iqlimi == Kənd Girdimançayın sahilində, İlandağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == Əhalisi 251 nəfərdir ki, onun da 130 nəfəri kişi, 121 nəfəri qadındır.
Zərdxana (Əhər)
Zərdxana (fars. زردخانه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (26 ailə).
Zərnava (dəqiqləşdirmə)
Aşağı Zərnava — Azərbaycanın İsmayıllı rayonunda kənd. Zərnava — Azərbaycanın İsmayıllı rayonunda kənd.
Zərnava bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zərqava bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Araz Zərkar
Araz Zərgər — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Araz Zərgər oyk. Füzuli r-nunun Əhmədbəyli i.ə.v.-də kənd. Araz çayının sahilində, Mil düzündədir. Oykonim Araz (hidr.) və Zərgər (etnotoponim) sözlərindən düzəlib, "Araz sahilində Zərgər kəndi" deməkdir. Kəndi r-nun ərazisindəki Zərgər adlı digər kənddən fərqləndirmək üçün Araz sahilində olan bu kənd belə adlandırılmışdır. Kəndin əhalisi 1820-ci ildə Cənubi Azərbaycandan köçürülmüş ailələrdən ibarətdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 482 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Asif Əli Zərdari
Asif Ali Zardari (urdu آصف علی زرداری^ sindhi آصف علی زرداری: 26 iyul 1955) — Pakistanın 13-cü prezidenti (2009-2015). Asif Ali Zardari sui-qəsd nəticəsində həyatını itirən ölkənin keçmiş baş naziri Benazir Bhuttonun həyat yoldaşıdır. == Həyatı == Asif Əli Zərdari 1955-ci il iyul ayının 22-də Pakistanın Sindx əyalətinin Navabşah şəhərində sahibkar Hakim Əli Zərdarinin ailəsində anadan olub. Kəraçidə böyüyüb boya-başa çatan Asif orta məktəbi Kəraçidə bitirdikdən sonra Petaro kollecində təhsil alıb. Maraqlıdır ki, Zərdarinin Londonun hansı ali təhsil ocağında təhsil aldığı dəqiq bilinmir. Britaniya rəsmiləri bu suala cavab tapmaqda çətinlik çəkirlər. Zərdarinin həmsədri olduğu Pakistan Xalq Partiyasının sənədlərində qeyd olunduğuna görə, o, Londonun İqtisadiyyat və Biznes kollecində təhsil alıb. Ancaq bu məlumat London təhsil dairələri tərəfindən təsdiqənməyib. Belə ki, sözügedən şəhərin təhsildən cavabdeh rəsmi şəxsləri belə bir institutun mövcudluğunu aydınlaşdıra bilmədiklərini qeyd edirlər. Londonda təhsilini başa vuran Asif Pakistana geri qayıtdıqdan sonra əmlakın idarə olunması və tikinti biznesində atasına kömək etməyə başlayır.
Bilaval Bhutto Zərdari
Bilaval Bhutto Zərdari(urdu بلاول بھٹو زرداری; 21 sentyabr 1988, Kəraçi)—Pakistanlı siyasətçi və Pakistan Xalq Partiyasının sədri. Bənazir Bhutto və Asif Əli Zərdarinin oğlu,Zülfüqar Əli Bhutto isə nəvəsidir.
Əsəd ibn Zurara
Əsəd ibn Zürarə (ərəb. أسعد بن زرارة‎ Əs'əd ibn Zürarə; v. 623, Mədinə) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. İslamın Mədinədə yayılmasında böyük rol oynamışdır. == Bioqrafiya == Xəzrəc qəbiləsindəndir. Məhəmməd peyğəmbərlik verilməsindən əvvəl o, bütpərəstlikdən əl çəkmiş və İbrahim tövhidinin (Hənif) davamçısına çevrilmişdir. Əsəd Məkkədə Məhəmməd peyğəmbərlə görüşür və Mədinənin İslamı qəbul edən ilk insanlardan biri olur. O, Əqəbə beyətində iştirak etmişdir. Xəzrəc və Övs qəbilələri arasında təbliğat apararkən müəyyən çətinliklərlə üzləşir və Peyğəmbərdən öz nümayəndəsini onların yanına göndərməsini istəyir. Cavab olaraq Məhəmməd Müsəb ibn Ümeyri Mədinəyə göndəyir.
Zorxana 2017 İslam Həmrəyliyi Oyunlarında
Zorxana IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 20-22 may tarixləri arasında Baкı Kristal Zalında baş tutacaq.
2017 İslam Həmrəyliyi Oyunlarında zorxana
Zorxana IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 20-22 may tarixləri arasında Baкı Kristal Zalında baş tutacaq.
Ferrara
Ferrara (Ferrara ləhcəsi: Fràra) — İtaliyanın Emilia-Romagna regionunda eyni adı daşıyan Ferrara Rayonu mərkəzi olan və Adriatik dənizi sahilinə 1 saatlıq uzaqlıqdakı tarixi şəhərdir. Şəhər XIV və XV əsrdə Este Xanədanının idqarəsindəykən bu əsrlərdən qalma küçələr və çox sayda mənzillər və saraylar hələ də şəhərdə varidi. Ferrara şəhəri Orta əsr və İntibah dövründən qalma şəhərin planının qorunması və Po Deltası'nın qorunan təbii quruluşu səbəbi ilə 1995-ci ildə bu yana UNESCO Dünya Mədəniyyət Mirası Siyahısında iştirak etməkdədir.
Emil Verxarn
Emil Verharen (fr. Émile Verhaeren; 21 may 1855[…] – 27 noyabr 1916[…], Ruan, Fransa) — Belçikalı yazıçı və şair. == Həyatı == Emil Verharen 1855-ci ilin 21 may tarixində Belçikanın Saint-Amand şəhərində anadan olmuşdur. Emil əsərlərində texnik kəşflərə və təbiət mənəzərələrinə daha çox yer vermişdir. Şeirlərində təbiət və həyat arasından olan fəlsəfəni izah etməyə çalışmışdır. Emil Verharen XX əsrdə simvolizm cərəyanın əsas nümayəndələrindən biri hesab olunurdu. O, əsər və şeir yazmağla yanaşı, müxtəlif məzmunlu dramlar, tənqdi məqalələr və xüsusi aradırmalarda aparmışdır. Emil Verharen 1916-cı ilin 27 noyabr tarixində Fransanın Ruan şəhərində yerləşən dəmiryolu vağızalında qatarın altında qalaraq faciəvi şəkildə ölmüşdür.
Ferrara Universiteti
Ferrara Universiteti (it. Università degli Studi di Ferrara) — İtaliyanın Ferrara şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Ferrara Universitetinin əsası 1391-ci ildə qoyulmuşdur.
Rodriqo Verqara
Rodriqo Verqara (5 iyun 1962, Santyaqo) — Çili Mərkəzi Bankının rəhbəri. 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona yüksək qiymət olan, "B+" qiymətini vermişdir.
Ferrara rəssamlıq məktəbi
Ferrara rəssamlıq məktəbi - 1264 −1597-ci illər arasında Ferrara Hersoqluğunda hökmdarlıq etmiş d'Este hersoqlarının sarayında işləyən çalışmış bir qrup İntibah rəssamına verilən ümumi addır. Bu məktəb, Mantenyanın (Paduya və Mantuya) güclü rəsm və xətt perspektivinin, eləcə də Pyero della Françeskanın (Bolonya) zəngin havalı və parlaq boyalarının təsirinə düşmüşdü. Bunlardan başqa şimal regionlarının rəssamları da Ferrara məktəbinə öz təsirlərini göstərmişdilər. Məktəbin Mantuya, Venesiya, Bolonya, Milan, Florensiya rəssamlarının nailiyyətlərini sintezləşdirən çiçəklənmə dövrü XV–XVI əsrlərə təsadüf edir. Ferrara məktəbinin ən sıx əlaqlələri Bolonya məktəbi arasında idi. == Tarix == Öz xüsusi, dolğun alleqoriyaları ilə Ferrara məktəbinin yaranması, yaşayış yerlərini qeyri-adi alleqorik məzmunlu rəsmlər və freskalarla bəzəməyi sevən Ferrara markizi Leonello d'Este və oğlu Borso d'Estenin hakimiyyəti dövründə baş tutmuşdu. Bizə məlum olan ilk belə sifariş, Belfore sarayının studiolosu üçün yaradılmış muzaları təsvir edən 9 alleqorik rəsmdən ibarət tsikl olmuşdu. Bu tsikl 1447-ci ildə Sienalı Ancelo Makkanyino tərəfindən yaradılmağa başlanmış və Ferrara məktəbinin bütün əhəmiyyətli xüsusiyyətlərini tam əks etdirməyi bacarmış Kozimo Tura tərəfindən tamamlanmışdı. Daha qəliz ikonaqrafiyanı isə Palazzo Skifanoyyadakı Borso d'Estenin Kozimo Tura, Françesko Kossa və Erkole dei Robertidən aldığı və özündə 12 ay süjetinə mürəkkəb alleqorik-astroloji ansamblı təsvir edən freskalarda görə bilərik. Bundan başqa, Tura Borso hersoqunun möhtəşəm bağ sarayının kapellası üzərində də işləmişdi.