Gürcüstan zadəganlarına qarşı sui-qəsd (1832)
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (gürc. 1832 წლის შეთქმულება) — Gürcüstan dövlətçiliyini və Baqrationilər sülaləsinin hakimiyyətini bərpa etmək üçün Gürcüstanın çar ailəsi və zadəganları tərəfindən hazırlanmış çevriliş və ya sui-qəsd hadisəsi olmuşdur.
== Arxa plan ==
1801-ci ildə imzalanmış Georgiyevsk müqaviləsinə əsasən Şərqi Gürcüstan (Kartli-Kaxetiya) Rusiya imperiyasına ilhaq edildi. Gürcüstanın zadəgan ailələri isə Rusiyanın digər vilayətlərinə sürgün edildilər. Rus hakimiyyətindən narazı olan gürcülər, Rusiyanın bölgədən çıxmasını və gürcü zadəganlarının yenidən hakimiyyətə gəlməsini istəyirdilər. Şərqi Gürcüstanın son hökmdarı XII Georginin oğlu knyaz Okropir də müstəqilliyə can atan zadəganlar içərisində idi. Okropir və digər yoldaşları Moskva və Sankt-Peterburqdakı gürcü tələbələr ilə toplantılar keçirərək onlara rus hakimiyyəti altındakı ölkələrinə qarşı vətənpərvərlik hissi aşılamağa çalışırdılar. Beləliklə, Tiflis şəhərində Baqrationilər sülaləsini hakimiyyətə gətirmək isətəyən və gizli fəaliyyət göstərən cəmiyyət yarandı.Okropir 1830-ci ildə Gürcüstana səfər etdi. O, səfəri zamanı Gürcüstandakı sui-qəsdçilər və filosof Solomon Dodaşvili ilə görüşlər keçirdi. Həmçinin sui-qəsd planı Qərbi Gürcüstandakı Rusiya tərəfindən ləğv edilmiş İmereti çarlığından olan gürcülər və Abxaziyanın hakim sülaləsi olan Şervaşidzelər tərəfindən də dəstəklənirdi.