Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zarat
Zarat (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Zarat (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Zarat (Dəvəçi) — Azərbaycanın Dəvəçi rayonunda kənd. 30 dekabr 1997-ci ildə ləğv olunub. Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunda kənd. Zaratxeybəri — Azərbaycanın Şamaxı rayonunda kənd. Zarat — Dəvəçi rayonu ərazisində çay.
Haya Hararet
Haya Hararet (ing. Haya Harareet, ivr. חיה הררית; 20 sentyabr 1931, Hayfa – 3 fevral 2021, Marlou[d], Cənub-Şərqi İngiltərə[d]) — İsrail aktrisası. == Həyatı == Haya Hararet 20 sentyabr 1931-ci ildə Hayfada anadan olmuşdur. Haya Hararetin aktrisalıq fəaliyyəti 1955-ci ildə İsraildə başlamışdır. Lakin Hararet bir neçə il sonra tanınmağa başladı. Bu, Çarlton Hestonla birlikdə çəkildiyi "Ben-Hur" filmində Esfir rolunu ifa edəndən sonra olmuşdu. 1961-ci ildə o, "Səhranın altına səyahət" filmində baş rola çəkilir. Onun bir aktrisa kimi fəaliyyəti o qədər də uzun çəkmir və daha bir neçə filmdə çəkiləndən sonra – 1964-cü ildə Hararet artıq heç bir filmə razılıq vermir. Haya həm də 1967-ci ildə çəkilmiş "Bizim ata yurdumuz" filminin ssenari müəlliflərindən biri idi.
Katolikos Karapet
Katolikos Karapet - Albanların LXII katolikosu. == Katolikosluğu == 1402-ci ildə kürsüyə çıxmışdır. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Arafat (Çaldıran)
Arafat (fars. عرفات‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 180 nəfər yaşayır (37 ailə).
Karapet Çernovun binası
Karapet Çernov binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 4 ünvanında yerləşən bina. Bina 1911-1913-cu illərdə modern stilində inşa edilmişdir. Bina XIX əsrin sonları inşa edilmiş, bir müddət sonra isə rekonstruksiya edilmişdir. Karapet Çernovun binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Üç mərtəbədən ibarət olan bina 1890-cu illərdə Karapet Çernovun vəsaiti hesabına inşa edilmişdir. Bina sonradan beş mərtəbəyə qədər artırılır. Xalq arasında belə bir əfsanə vardır ki, Karapet Çernov ilə Qavril Melkanov-Ezekov arasında mərc olur. Onlar kimin daha varlı olmasına aydınlıq gətirməli idilər. Hər iki tacir Bolşoy Sadovnaya küçəsində bina inşa etməli idilər. Yarışmanı daha geniş ev inşa edəcək tacir udacaqdı.
Dərə Zarat
Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Dərə Zarat kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == XIX əsrdə Zarat kəndindən çıxmış ailələrin dərədə saldığı yaşayış məntəqəsidir. Bəzən Yenikənd də adlandırılmışdır. Oykonim "dərədə salınmış Zarat kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Ataçayın sağ sahilindən 3 km. aralı, Yan silsiləsinin (Böyük Qafqaz) yamacında yerləşir. == Əhalisi == Əhalisinin sayı 36 nəfərdir.
Zarat (Dəvəçi)
Zarat — Azərbaycan Respublikasının Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidi tərkibindəki Zarat kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Zarat (Siyəzən)
Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Haqqında == Kənd Azərbaycanın gözəl guşələrindən biridir. Orada yayda həddindən artıq isti, qışda isə həddindən artıq soyuq olur. Azərbaycanın məşhur Beşbarmaq dağı da bu kənddə yerləşir. == Əhalisi == Əhalisinin sayı 1410 nəfərdir (2009-cu il). == Toponimikası == Siyəzən rayonunun Çuxur-əzəmi inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Tədqiqatçılar oykonimi ərəb dilindəki ziraət (əkin yeri) sözü ilə əlaqələndirir, yaşayış məntəqələrinin keçmiş əkin yerlərində salınmalarına əsaslanırlar.
Zarat (İsmayıllı)
Zarat — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdimançayın sol sahilində yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc- Quba turist marşrutları kəndin yaxınlığından keçir. Kənddən Şamaxının Zarat-Xeybəri kəndinə piyada yol vardır. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Zarat kəndində 54 evdə etnik tatlardan ibarət 416 nəfər (244 nəfəri kişilər, 172 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Əhalisi 31 nəfərdir ki onunda 17 nəfəri kişi, 14 nəfəri qadındır. Kənd əhalisi heyvandarlıq, bostançılıq və arıçılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Zarat Xeybəri
Zarat Xeybəri – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nu Dəmirçi i.ə.d.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi ərazidədir. Əhalisi 233 nəfərdir (2009), 40 təsərrüfatı var. Keçən əsrin əvvəllərində Şamaxı qəzasında Zarat sözü ilə bağlı Zarat Bahadərəsi, Birinci Zarat (Zarat Xeybəri), İkinci Zarat adlı üç kənd qeydə alınmışdır. Xeybəri komponenti Zarat adlı bu kəndləri bir-birindən fərqləndirmək üçün artırılmışdır. 1933-cü ildə kəndin adı Zarat Xeybərli kimi qeyd edilmişdir. Xeybəri mənşəcə ərəb tayfalarından birinin adıdır. Tarixi mənbələrin məlumatına görə, Xəlifə Ömər dövründə (634-644) xeybərlər öz doğma yerlərindən qovulmuşdular. Görünür, Azərbaycanda məskunlaşmış ərəblərin tərkibində xeybərlər də olmuşdur.
Rafet El Roman
Rafet El Roman, əsl adı Rafet Yaşdut (25 avqust 1968, Ədirnə), türk müğənnisi, bəstəkar və aktyordur. == Bioqrafiya == 1970-ci ildə ailəsi Almaniyaya fəhlə olaraq gedəndə 7 yaşına qədər Uzunköprü'nün Ömərbəy kəndində nənəsinin yanında yaşayıb. Kənddə birinci sinifdə oxuyandan sonra Almaniyaya ailəsinin yanına getdi. Almaniyada Havalandırma və İstilik Texnikası üzrə təhsilini başa vuran Rafet El Roman 16 yaşında mahnı sözləri yazmağa və bəstəkarlığa başlayıb. O, bu qədər məşhurlaşmamışdan əvvəl bir müddət İslam Mədəniyyəti Mərkəzində Quran dərslərinə gedib. Burada gözəl səsi olduğu üçün ona ilahilər və azan oxunurdu. Bu səbəbdən də ona yaxın çevrələrində Müəzzin Rafet deyə müraciət ediblər. İlk səhnə işinə 1988-ci ildə başlayıb. 1992-ci ildə Saarlaendischer Rundfunk Radio Corporation tərəfindən Almaniyada ilin ən yaxşı istedadı seçildi. 1994-cü ildə Frankfurt Mədəniyyət Festivalında Media Artist Mükafatını aldı.
Ziyafət
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Zürafə
Zürafə (lat. Giraffa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zürafələr fəsiləsinə aid heyvan cinsi. Dünyanın ən hündür canlısıdır. Qara və qəhvəyi xallardan ibarət olan bir bədəni vardır. Hündürlüyü 4–6 m arasında dəyişir. Zürafə təbii şəkildə yalnız Afrikada yaşayır. Cənubi və Şimali Afrika ən çox olduqları bölgələrdir. Ümumiyyətlə savannalarda, otlaqlarda və açıq meşələrdə həyatlarını davam etdirirlər. Akasiya ağacının yetişdiyi bölgələr seçimləridir. Uzun boynu ona yerdə bitən otla yemlənməyə çox mane olsa da, əvəzində üst dodağı və uzun dili ən hündür budaqlardakı yaşıl yarpaqları da qoparmağa kömək edir.
Mirafət Cavadov
Mirafət Salman oğlu Cavadov (1964 Ağsu - 1992 Gədəbəy) == Həyatı == Mirafət Cavadov 1964-cü ildə Ağsu rayonunun Nuran kəndində anadan olub. == Təhsili == Mirafət təhsilini Nuran kənd orta məktəbində almışdır. == Hərbi xidməti == 1992-ci ildə könüllü olaraq Qarabağ bölgəsinə müharibəyə gedib. Mirafət Başkənd, Mutudərə və Saraylı kəndlərinin alınmasında xüsusi ilə fərqlənmişdir. O, 1992-ci ildə Gədəbəy rayonu ərazisində Hörükdaş əməliyyatı zamanı şəhid olmuşdur.
Zamanət İbrahimov
Zamanət Gülhəsən oğlu İbrahimov (11 may 1989; Salyan rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zamanət İbrahimov 1989-cu il mayın 11-də Salyan rayonunun Sarvan kəndində anadan olub. 1997-2007-ci illərdə İ. Həsənov adına tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Zamanət İbrahimov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2009-2011-ci illərdə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə, 2011-2014-cü illərdə Göygöl rayonuda yerləşən "N" saylı hərbi hissədə, 2014-2017-ci illərdə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2017-ci ildən isə Naftalanda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun giziri olan Zamanət İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zamanət İbrahimov sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamanət İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ziyafət Abbasov
Ziyafət Abbasov (1 oktyabr 1935, Bakı, Azərbaycan SSR) — rejissor, ssenari müəllifi, baş redaktor, təcrübəçi rejissor, film direktoru, prodüser, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1991). == Həyatı == 1 oktyabr 1935-ci ildə Bakıda anadan olub. 1963-1968-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1968-1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio şirkətində, 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. Əməkdar İncəsənət xadimidir. "Mozalan" kinojurnalı üçün 34 bədii və sənədli süjet çəkmişdir. Ziyafət Abbasov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur. Z. Abbasov 1994-cü ildə kinostudiyaya direktor əvəzi təyin olunmuş, 1994-2001-ci illərdə “Azərbaycanfilm”in direktoru vəzifəsində çalışmışdır. == Filmoqrafiya == == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Ziyafət Balıyev
Ziyafət Balıyev (7 iyul 1965, Yeni Daşkənd, Bərdə rayonu – 13 sentyabr 1992, Çıldıran, Ağdərə rayonu) — Azərbaycan Daxili Qoşunlarının baş çavuşu, Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Ziyafət Balıyev 7 iyul 1965-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1983–1985-ci illərdə sovet ordusu sıralarında serjant rütbəsilə hərbi xidmətdə olmuşdur. 1985–1990-cı illərdə Bərdə rayon 4 saylı ƏNG-da sürücü işləmişdir. 1990–1992-ci illərdə Bərdə rayon DİŞ-də polis baş serjantı olmuşdur. 24 mart 1991-ci ildə PPX taqımının tərkibində Ağdərə döyüş bölgəsinə göndərilmişdir. Dəfələrlə erməni quldurlarının xeyli sayda canlı qüvvəsini məhv etmişdir. 13 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. Məzarı Bərdə rayonunun Yeni Daşkənd kənd qəbiristanlığındadır. Ziyafət Balıyev ölümündən sonra 15 yanvar 1995-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.
Ziyafət Yaqubova
Ziyafət Yaqubova — Azərbaycan müğənnisi. == Həyatı == Ziyafət Yaqubova hazırda İsveçdə yaşayır.
Ziyafət Əliyeva
Ziyafət Mustafa qızı Əliyeva (15 avqust 1945, Qarabaldır, Vartaşen rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1982). == Həyatı == Ziyafət Əliyeva 15 avqust 1945-ci ildə Oğuz rayonunun Qarabaldır kəndində anadan olmuşdur. Ailənin 7 övladı olmuşdur. Erkən yaşlarından anasının ağır xəstəliyə düçar olması ailənin böyük övladı olan Ziyafət xanımı ağır sınaqlar qarşısında qoyur. O, mətnliklə və əzimkarlıqla bütün çətinliklərə sinə gələrək özündən kiçik bacı-qardaşlarının həyatda normal mövqe tutmalarında sanki analıq missiyasını yerinə yetirmişdir. 1960-cı ildən əmək fəaliyyətinə kolxozçu kimi başlamışdır. Əmək sahəsində əldə etdiyi uğurlu nailiyyətlər dövlət tərəfindən qiymətləndirilərək orden və medallarla təltif edilmişdir. Orta məktəbi qurtardıqdan sonra ali təhsil almaq arzusu ağır vəziyyətlə əlaqədar ürəyində qalsada bu niyyətinə nail olaraq 1988-ci ildə Gəncə Kənd Təsərrüfatı Univetsitetini itirmişdir. 1983-cü ildə "Qələbə" tütünçülük savxozunda briqadir, 1989-cu ildə həmin savxozun direktoru vəzifəsinə irəli çəkilmişdir. 1993-cü ildən Qarabaldır kalxozu idarə heyətinin sədri işləmişdir.
Ziyafət Əsgərov
Ziyafət Əsgərov (24 oktyabr 1963, Aşağı Uzunoba, Naxçıvan rayonu) —Milli Məclisin deputatı, hüquq elmləri namizədi, professordur. == Həyatı == Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Aşağı Uzunoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq elmləri namizədi, professordur. 1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını işləyib hazırlayan Komissiyanın işçi qrupunun üzvü olmuşdur. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvüdür. 1990-cı ildən Bakı Dövlət Universitetində konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışmışdır. Hazırda konstitusiya hüququ kafedrasının professorudur. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2000-ci il noyabrın 24-dən parlament Sədrinin müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri vəzifəsində çalışmışdır.
Zürafə (bürc)
Zürafə (lat. Camelopardalis) — göyün şimal yarımkürəsində zəif görünən bürc.
Uçan zürafə (film, 1983)
== Məzmun == Bu müasir nağılda özündə qeyri-adi qabiliyyət hiss edən, buna görə də dostlarından üz döndərən axmaq zürafə haqqında danışılır. Zürafənin "göydən yerə" düşməsi və pərt olması uşaqlara onu göstərir ki, lovğalanmaq, özünü başqalarından üstün tutmaq olmaz. Əks halda pərt ola bilərsən. == Film haqqında == Cizgi filmi məktəbəqədər yaşda olan uşaqlar üçün nəzərdə tutulmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Kamal Aslanov Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Azər Dadaşov Səs operatoru: Nataliya Nuriyeva Cizgi rəssamı: Bəhmən Əliyev, Sergey Dyojkin, Vaqif Məmmədov, Solmaz Hüseynova, Firəngiz Quliyeva Rəssam: Aydın Lazımov, Hüseyn Cavid İsmayılov, Rövşən Paşazadə, Azər Qaryağdı == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Mirzə Tağıxan Rafət Təbrizi
Mirzə Tağı xan Rafət Təbrizi (1885, Təbriz – 15 sentyabr 1920) — şair, yazıçı və jurnalist. == Həyatı == Mirzə Tağıxan Rafət Təbrizi 1890-cu ildə Təbrizdə anadan olub. == Yaradıcılığı == Mirzə Tağı xan Rafət Təbrizi müasir İran poeziyasının birinci şairi kimi tanınır. O Azərbaycan dilində, fars və fransız dillərində poemalar yazırdı. O "Azadistan"' qazetinin baş redaktoru olmuş və "Təcaddüd "(Müasirlik) qəzetində sosial və ədəbi sahədə məqalələr nəşr etdirmişdi. O Həbib Sahir, Əhməd Xürrəm, Yəhya Mirzə Daneş və başqa şairlərin və yazıçıların ardıcılları olduqları "Rafət Məktəbi" adlandırılan ədəbi məktəbin yaradıcısı idi. O Trabzonda (Türkiyə) Naseri məktəbinin rəhbəri olmuşdu və həmçinin orada fransız məktəbində müəllim idi. O Paris qəzetlərində ədəbi və siyasi məqalələr ilə cıxış edirdi və Trabzonda fransız konsulluğu tərəfindən fransız hökuməti tərəfindən göndərilən fəxri medal ilə təltif edilmişdi. O, Modernistlərin Bəyənatını nəşr etdi : "Əziz yoldaşlar, biz ədəbi inqilabın çətin vaxtlarını yaşayırıq. Bizim istədiklərimiz heç də düşüncə və incəsənət dünyasında , ədəbiyyatda müasir eranın yaratmaqdan az deyil.
Uçan zürafə (cizgi filmi, 1983)
== Məzmun == Bu müasir nağılda özündə qeyri-adi qabiliyyət hiss edən, buna görə də dostlarından üz döndərən axmaq zürafə haqqında danışılır. Zürafənin "göydən yerə" düşməsi və pərt olması uşaqlara onu göstərir ki, lovğalanmaq, özünü başqalarından üstün tutmaq olmaz. Əks halda pərt ola bilərsən. == Film haqqında == Cizgi filmi məktəbəqədər yaşda olan uşaqlar üçün nəzərdə tutulmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Kamal Aslanov Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Azər Dadaşov Səs operatoru: Nataliya Nuriyeva Cizgi rəssamı: Bəhmən Əliyev, Sergey Dyojkin, Vaqif Məmmədov, Solmaz Hüseynova, Firəngiz Quliyeva Rəssam: Aydın Lazımov, Hüseyn Cavid İsmayılov, Rövşən Paşazadə, Azər Qaryağdı == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.