ZİYAFƏR
ZİYNƏT
OBASTAN VİKİ
Ziyafət
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Ziyafət Abbasov
Ziyafət Abbasov (1 oktyabr 1935, Bakı, Azərbaycan SSR) — rejissor, ssenari müəllifi, baş redaktor, təcrübəçi rejissor, film direktoru, prodüser, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1991). 1 oktyabr 1935-ci ildə Bakıda anadan olub. 1963-1968-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1968-1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio şirkətində, 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. Əməkdar İncəsənət xadimidir. "Mozalan" kinojurnalı üçün 34 bədii və sənədli süjet çəkmişdir. Ziyafət Abbasov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur. Z. Abbasov 1994-cü ildə kinostudiyaya direktor əvəzi təyin olunmuş, 1994-2001-ci illərdə “Azərbaycanfilm”in direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Ziyafət Balıyev
Ziyafət Yaqubova
Ziyafət Yaqubova — Azərbaycan müğənnisi. Ziyafət Yaqubova hazırda İsveçdə yaşayır.
Ziyafət Əliyeva
Ziyafət Mustafa qızı Əliyeva (15 avqust 1945, Qarabaldır, Vartaşen rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1982). Ziyafət Əliyeva 15 avqust 1945-ci ildə Oğuz rayonunun Qarabaldır kəndində anadan olmuşdur. Ailənin 7 övladı olmuşdur. Erkən yaşlarından anasının ağır xəstəliyə düçar olması ailənin böyük övladı olan Ziyafət xanımı ağır sınaqlar qarşısında qoyur. O, mətnliklə və əzimkarlıqla bütün çətinliklərə sinə gələrək özündən kiçik bacı-qardaşlarının həyatda normal mövqe tutmalarında sanki analıq missiyasını yerinə yetirmişdir. 1960-cı ildən əmək fəaliyyətinə kolxozçu kimi başlamışdır. Əmək sahəsində əldə etdiyi uğurlu nailiyyətlər dövlət tərəfindən qiymətləndirilərək orden və medallarla təltif edilmişdir. Orta məktəbi qurtardıqdan sonra ali təhsil almaq arzusu ağır vəziyyətlə əlaqədar ürəyində qalsada bu niyyətinə nail olaraq 1988-ci ildə Gəncə Kənd Təsərrüfatı Univetsitetini itirmişdir. 1983-cü ildə "Qələbə" tütünçülük savxozunda briqadir, 1989-cu ildə həmin savxozun direktoru vəzifəsinə irəli çəkilmişdir. 1993-cü ildən Qarabaldır kalxozu idarə heyətinin sədri işləmişdir.
Ziyafət Əsgərov
Ziyafət Abbas oğlu Əsgərov (24 oktyabr 1963, Aşağı Uzunoba, Naxçıvan rayonu) — Milli Məclisin deputatı, hüquq elmləri namizədi, professor. Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Aşağı Uzunoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq elmləri namizədi, professordur. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasını işləyib hazırlayan Komissiyanın işçi qrupunun üzvü olmuşdur. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvüdür. 1990-cı ildən Bakı Dövlət Universitetində konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışmışdır. Hazırda Konstitusiya hüququ kafedrasının professoru və ictimai əsaslarla kafedranın müdiridir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2000-ci il noyabrın 24-dən parlament Sədrinin müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri vəzifəsində çalışmışdır.
Supra (ziyafət)
Supra (gürc. სუფრა) — Gürcü sosial mədəniyyətinin mühüm hissəsi olan ənənəvi gürcü ziyafəti. Supra, milli mətbəxin və şərabın istehlakı, tostların hazırlanması və polifonik mahnıların ifa edilməsi ilə yeməyin sırasını birləşdirən ziyafət ənənəsidir. Supra ənənələri gürcü sosial mədəniyyətinin mühüm hissəsi kimi 2017-ci ildə Gürcüstanın Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Ənənəvi olaraq ziyafətin əsas iştirakçıları iştirakçılar kişilərdir, qadınlar ikinci dərəcəli, köməkçi rollarda olurlar (xüsusilə də yeməklərin hazırlanmasına gəldikdə). Gürcü dilində "supra" hərfi mənada "süfrə örtüyü" deməkdir. Söz farsca sofre, türkcə isə süfre sözündən götürülmüşdür. Kartli şarlığının tərkibində yerləşən Tiflisdəki (indiki Tbilisi) gürcü məhkəməsi Səfəvi hökmdarlığı dövründə Səfəvi adət-ənənələrindən olan mərasim adətlərinin və terminologiyasının əhəmiyyətli bir hissəsini istifadə edirdi. Məhz bu tarixi dövrdə bu termin gürcü lüğətində öz yerini tapır. Ölçüsündən və növündən asılı olmayaraq, supra həmişə bayram zamanı müxtəlif tostlar deyə bilən tamada tərəfindən idarə olunur.
Milli Dua Ziyafəti
Milli Dua Ziyafəti (ing. National Prayer Breakfast) — ABŞ-də prezidentlərin və dövlət nümayəndələrinin iştirakı ilə hər il keçirilən ən böyük mərasimlərdən biri. 2014-cü ildəki Ziyafətə dünyanın 134 ölkəsinin nümayəndəsi, o cümlədən iki ölkənin prezidenti, xeyli sayda dövlət və ictimai xadim qatılmışdır. 2015-ci ildeki Ziyafetde Azərbaycanı temsil edən yeganə Azərbaycanlı Dr Vüqar Şahbazlı olmuşdur. Bu NPB-də ilk defe olaraq XIV Dalay Lama da iştirak etmişdir.
"İran monarxiyasının 2500 illiyi ziyafəti" medalı
"İran monarxiyasının 2500 illiyi ziyafəti" medalı — 1971-ci ildə sonuncu İran şahı, Məhəmməd Rza Pəhləvinin əmrinə əsasən təsis edilmiş mükafat. Mükafat əsasən Persepolis şəhəri yaxınlığında, 1971-ci ildə təşkil edilmiş İran monarxiyasının 2500 illiyi ziyafətinin xarici dövlət rəsmiləri üçün nəzərdə tutulmuşdur.
Mancur–Han İmperator Ziyafəti
Mancur–Han İmperator Ziyafəti (çin. ənən. 满汉全席, sadə. 滿漢全席, pinyin: Mǎnhàn quánxí) — Çinin Tzin sülaləsi dövründə (1636–1912) inkişaf etdirilmiş mancur və Han mətbəxinin elementlərini birləşdirən yemək bişirmə tərzi və ziyafət növü. Mənşəyi mübahisəlidir, lakin XIX əsrdə bu üslub məşhurlaşmış, XX və XXI əsr restoranlarında təqlid edilmişdir. == Replikalar == 1720-ci ildən bəri orijinal "Manhan Quanxi"ni təkrarlamaq üçün cəhdlər edilmişdir və 1980-ci illərin sonunda müəyyən bir replikanın bir milyon Yaponiya yeninə başa gəldiyi təxmin edilmişdir. Yeməkdə istifadə edilən heyvanların çoxu bu gün nəsli kəsilməkdə olan növlərdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Chang, Michael G., 12 // Of Feasts and Feudatories: The Politics of Commensal Consumption at the Early Kangxi Court, Leiden: Brill, 2017, 307–329, ISBN 9789004353459 Kuang, Lanlan. "China's Emerging Food Media: Promoting Culinary Heritage in the Global Age". Gastronomica.
İran monarxiyasının 2500 illiyi ziyafəti
İran monarxiyasının 2500 illiyi ziyafəti (fars. جشن‌های ۲۵۰۰ سالهٔ شاهنشاهی ایران‎‎) - İran imperatorluğu dövlətinin və Əhəmənilər İmperatorluğunun quruluş münasibəti ilə 1971-ci ilin 12 oktyabr və 16 oktyabr tarixləri aralığında İranın müxtəlif şəhərlərində təşkil olunmuş kompleks dövlət tədbirləri və şənlikləri. Bayramın məqsədi İranın qədim sivilizasiyasını və tarixini işıqlandırmaq, eləcə də Şah Məhəmməd Rza Pəhləvi dövründə onun müasir nailiyyətlərini nümayiş etdirmək idi. Şənliklərdə ölkənin islamaqədərki tarixinə önəm verilir və Böyük Kirin İran tarixi üçün olan əhəmiyyətinin üzərində dayanılırdı. Bəzi müasir tarixçilər sözügedən ziyafətin 1979-cu ildə baş vermiş İran İslam İnqilabının başlanmasının əsas kulimnasiya nöqtələlərindən biri hesab edirlər. İdeyanın 1958-ci ildə, millətçi İran alimi və intellektualı Şücaəddin Şəfanın şah ailəsinə İran monarxiyasının 2500 illiyi münasibətilə təntənələr keçirməyi təklif etməsilə başladığı güman edilir. Bu rəqəm eramızdan əvvəl 559-cu ildə Böyük Kirin (Kuruş) taxta çıxaraq Əhəmənilər sülaləsinin əsasını qoymasından hesablanırdı. Bayram tədbirlərilə yanaşı İranın bəşər sivilizasiyasının inkişafına təsirini öyrənən elmi konfransın keçirilməsi nəzərdə tutulurdu. Təklif şahın xoşuna gəldi və 1960-cı ildə müvafiq təşkilat komitəsi yaradıldı. Əvvəlcə böyük təmtəraq nəzərdə tutulmurdu və ayrılan büdcə 3,5 milyon dollara bərabər idi.

Digər lüğətlərdə