Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zeybək (rəqs)
Zeybək - Qərbi Anadolu bölgəsində məşhur bir rəqs. Zeybək özü növlərə bölünür. Bir şəxs tərəfindən oynanır və ya bir neçə oyunçunu bir dairədə təşkil edir. Zeybək xalqı qoruyan cəsur bir insanı təmsil edir. Zeybəki oynayan rəqqas, qollarını çiyinlərinin yanına, çiyinlərinə tərəf açar və bəzi oyunlarda əllərini dirsəklərdən bir qədər yığır. O, böyük addımlar atır və yavaş-yavaş hərəkət edir. Dizin bəzən bükülməsi və dizin bir nöqtəyə toxunması bu rəqsin açıq hərəkətidir. Zeybəklərin bu növü İzmir, Aydın, Manisa, Dənizli, Muğla və Uşak tərəflərində görülən Zeybək növləridir. Bu, Balıkəsirin Ege sahillərinə daxil ola bilər. Daxili Ege rəsmləri; Kütahya, Bursa, Afyonkarahisar, Balıkəsirdə şərq seqmentləri, Əskişəhir və Biləcik zeybək mövqeyini təsir etdi.
Zeybək rəqsi
Zeybək - Qərbi Anadolu bölgəsində məşhur bir rəqs. Zeybək özü növlərə bölünür. Bir şəxs tərəfindən oynanır və ya bir neçə oyunçunu bir dairədə təşkil edir. Zeybək xalqı qoruyan cəsur bir insanı təmsil edir. Zeybəki oynayan rəqqas, qollarını çiyinlərinin yanına, çiyinlərinə tərəf açar və bəzi oyunlarda əllərini dirsəklərdən bir qədər yığır. O, böyük addımlar atır və yavaş-yavaş hərəkət edir. Dizin bəzən bükülməsi və dizin bir nöqtəyə toxunması bu rəqsin açıq hərəkətidir. Zeybəklərin bu növü İzmir, Aydın, Manisa, Dənizli, Muğla və Uşak tərəflərində görülən Zeybək növləridir. Bu, Balıkəsirin Ege sahillərinə daxil ola bilər. Daxili Ege rəsmləri; Kütahya, Bursa, Afyonkarahisar, Balıkəsirdə şərq seqmentləri, Əskişəhir və Biləcik zeybək mövqeyini təsir etdi.
Zeybəklər
Zeybəklər— Qərbi Anadoluda qaçaqlar. == Tarixi == Osmanlı dövlətinin girişdiyi uzunmüddətli müharibələrdə məğlubiyyətə uğraması Anadoludakı hakimiyyətini son dərəcə zəiflətmiş, dərəbəyi də deyilən böyüklü-kiçikli əyanların meydana çıxmasına səbəb olmuşdur. Dərəbəyilərin dövrü təxminən bir əsrədək davam etmişdir. Məhz bu əyanların dövründə Qərbi Anadoluda, Aydın, İzmir və Manisa vilayətlərində zeybəklərin də ortaya çıxdığı müşahidə olunur. Bunlar dövlətə qarşı çıxır, varlılardan qopardıqları pul ilə keçinirdilər. Zeybək sözünün mənşəyi hələlik qaranlıq qaldığı kimi, onların zühurunda o zonadakı oymaqların bir rol oynayıb-oynamadıqları da yaxşı bilinmir. Zeybəklərin fəaliyyətinə heç cür son qoya bilməyən dövlət döyüşkən olduqları üçün onlardan muzdlu əsgər kimi orduda istifadə etmişdir. Bundan əlavə, peçeneq kostyumunun Zeybək kostyumu ilə oxşarlıqları haqqında məlumatı Bizans salnamələrində müəyyən edilən Klod Kahen İslami Qaynaqlara Görə Malazgirt Döyüşü başlıqlı məqaləsində izah etmişdir. Bizans komandirlərindən olan Alyattenin komandanlığı altında olan peçeneq əsgərləri qarşı cəbhədəki Səlçuq əsgərlərindən seçilə bilmirdilər. Bəzi tarixçilərin fikrincə, peçeneq kültürünün Zeybək kültüründə böyük təsiri vardır.
Heybə
Heybə – kənd və dağlıq rayonlarda məişətdə istifadə edilir. Formasına görə xurcuna bənzəyir. Lakin ondan iki dəfə kiçikdir. Əsasən xovsuz xalça texnikasında toxunur. Cecimdən tikilmiş heybə də olur. Belə ki, heybənin ağız hissəsi bədii tikmələr, bafta və s. ilə bəzədilir. Onunla xırda əşyalar daşınır. Heybə türk dilli xalqlar arasında geniş yayılmışdır. Torba kimi dirək deyilən dəzgahlarda toxunar, vəsaitləri eynidir.
Zeytə
Zeytə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km cənub-qərbdə, Arpaçayın bir qolu olan Zeytədərəsi çayının sahilində yerləşir. Erməni mənbələrində kəndin adı həm də Çopma, Çomap, Zeta, Çapma, Zeyvə kimi göstərilir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Yuxarıda qeyd etdik ki, kəndin qədim adları çox olmuşdur və biri də «Zeyvə»dir. Onda bu qənaətə gəlirik ki, Zeytə, Zeyvə sözünün fonetik formasıdır. Deməli, ərəb dilində «künc», «bucaq» mənasında işlənən zaviyə (>zeyvə >zeytə) sözündən əmələ gəlib. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zedsa qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 67 nəfər, 1873 - cü ildə 224 nəfər, 1886-cı ildə 261 nəfər, 1897-ci ildə 324 nəfər, 1916-cı ildə 403 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur.
Zeyvə
Zeyvə — bir sıra ölkədə kənd adı: Azərbaycanda Zeyvə (Şabran) — Şabran rayonunda kənd. Zeyvə (Goranboy) — Goranboy rayonunda kənd. Zeyvə (Laçın) — Laçın rayonunda kənd. Zeyvə (Şərur) — Şərur rayonunda kənd. Zeyvə (İsmayıllı) — İsmayıllı rayonunda kənd. Kələzeyvə — İsmayıllı rayonunda kənd.Ermənistanda Böyük Zeyvə və ya Erməni-Zeyvə — Armavir əyalətinə daxil Üçkilsə rayonunda kənd (indiki adı Arataşen) Kiçik Zeyvə və ya Türk-Zeyvə — Armavir əyalətinə daxil Üçkilsə rayonunda kənd (indiki adı Taronik) Zeyvə (Qafan) — Ermənistan Respublikasının Sünik mərzində (1930–1995-ci illər aralığında Qafan rayonu tərkibində) yerləşən kənd. (indiki adı Davitbekdir) Zeyvə körpüsü — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda Gığı çayının üstündə körpü.İranda Zeyvə (Xalxal) — Ərdəbil ostanının Xalxal bölgəsində kənd. Zeyvə (Soyuqbulaq) — Zeyvə (Urmiya) — Zeyvə (Mərgavar) — Zeyvə (Germi)Türkiyədə Zeyvə (Antalya) — Antalya ilində kənd. Zeyvə (Dənizli) — Dənizli ilində kənd. Zeyvə (Malatya) — Malatya ilində kənd.
Aşağı Zeyvə
Kiçik Zeyvə — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd, türk mənşəli toponim.Zеyvə (sonra Yuxarı Zеyvə) kəndindən yaranmış məntəqədir. == Tarixi == Kiçik Zeyvə rayon mərkəzindən 5 km cənub-şərqdə yerləşir. Kəndin digər adı Türk Zeyvəsi, Tatar Zeyvəsi olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 234 nəfər, 1873-cü ildə 492 nəfər, 1886-cı ildə 516 nəfər, 1897-ci ildə 580 nəfər, 1904-cü ildə 550 nəfər, 1914-cü ildə 598 nəfər, 1916-cı ildə 491 nəfər, 1919-cu ildə 2174 nəfər yalnız azərbaycanlı yaşamışdır. Azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur. 1918-ci ildə azərbaycanlı əhalisi qovulmuşdur. Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən kiçik sözü ilə ərəb dilində «guşə, künc, bucaq» mənasında işlənən zaviyə sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Arataşen qoyulmuşdur.
Böyük Zeyvə
Böyük Zeyvə, Arataşen (erm. Առատաշեն) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd, türk mənşəli toponim. == tarixi == Böyük Zeyvə rayon mərkəzindən 5,5 km cənub-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin ilkin sakinləri azərbaycanlılar olmuşdur. Türkmənçay müqaviləsindən sonra kəndə 1828-29-cu illərdə İranın Salmas və Xoy vilayətlərindən və 1915-16-cı illərdə Türkiyənin Alaşkerd vilayətindən köçürülən ermənilər yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı 1897-ci ildə 29 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə sıxışdırılıb tarixi-etnik torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır. Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən «böyük» sözü ilə ərəb dilində «guşə, künc, bucaq» mənasında işlənən zaviyə sözünün birləşməsindən əmələ gəlmişdir.
Kiçik Zeyvə
Kiçik Zeyvə — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd, türk mənşəli toponim.Zеyvə (sonra Yuxarı Zеyvə) kəndindən yaranmış məntəqədir. == Tarixi == Kiçik Zeyvə rayon mərkəzindən 5 km cənub-şərqdə yerləşir. Kəndin digər adı Türk Zeyvəsi, Tatar Zeyvəsi olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 234 nəfər, 1873-cü ildə 492 nəfər, 1886-cı ildə 516 nəfər, 1897-ci ildə 580 nəfər, 1904-cü ildə 550 nəfər, 1914-cü ildə 598 nəfər, 1916-cı ildə 491 nəfər, 1919-cu ildə 2174 nəfər yalnız azərbaycanlı yaşamışdır. Azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur. 1918-ci ildə azərbaycanlı əhalisi qovulmuşdur. Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən kiçik sözü ilə ərəb dilində «guşə, künc, bucaq» mənasında işlənən zaviyə sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Arataşen qoyulmuşdur.
Yuxarı Zeyvə
Böyük Zeyvə, Arataşen (erm. Առատաշեն) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd, türk mənşəli toponim. == tarixi == Böyük Zeyvə rayon mərkəzindən 5,5 km cənub-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin ilkin sakinləri azərbaycanlılar olmuşdur. Türkmənçay müqaviləsindən sonra kəndə 1828-29-cu illərdə İranın Salmas və Xoy vilayətlərindən və 1915-16-cı illərdə Türkiyənin Alaşkerd vilayətindən köçürülən ermənilər yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı 1897-ci ildə 29 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə sıxışdırılıb tarixi-etnik torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır. Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən «böyük» sözü ilə ərəb dilində «guşə, künc, bucaq» mənasında işlənən zaviyə sözünün birləşməsindən əmələ gəlmişdir.
Zeyvə (Culfa)
Zeyvə (fars. زاويه‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 479 nəfər yaşayır (143 ailə).
Zeyvə (Germi)
Zeyvə (fars. زيوه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,130 nəfər yaşayır (240 ailə).
Zeyvə (Goranboy)
Zeyvə — Azərbaycan Respublikasının Goranboy rayonunun Zeyvə kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd Goran çayının sahilində, Murovdağ silsiləsinin ətəyindədir. İnqilabdan əvvəl Azərbaycanda Zeyvə adlı 10 kənd olmuşdur. Zeyvə ərəb dilindəki zaviyə sözündən olub, "hücrə", "ibadətgah", "künc", "bucaq", "guşə" mənalarında işlənir. Müəyyən dövrlərdə, o cümlədən Səfəvilər dövründə ruhanilər imtiyazlı zümrələrdən hesab olunurdu. Kürdəxanıda Əxizaviyəsi (XV əsr), Bibi- heybət Zaviyəsi (XVII əsr) həmin dövrün yadigarlanndandır. Zeyvə adlı məntəqələr camaatdan kənarda, ömürlərini ibadətlə keçirən ruhanilər, tərkidünyalar (onlar zavi- yənişin adlanırdılar) üçün salınmış məntəqələr idi. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1914 nəfər əhali yaşayır.
Zeyvə (Laçın)
Zeyvə — Azərbaycan Respublikasının Laçın rayonu Qarıqışlaq kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Zeyvə kəndi Qarabağ yaylasındadır. Kəndin yaxınlığındakı dağda üç hücrəli günbəz var. Yerli məlumata görə, bu günbəz əvvəllər divarla əhatəli olub. Burada sıldırım qayanın üstündə Zeyvə adlı qalanın xarabalıqları var.Zeyvə kəndi Qarıqışlaq kəndinin şimal-şərqində Qarıqışlaqdan 3 km yüksəklikdə yerləşir. Zeyvə kəndinin ərazisi orta əsr islam dini abidələri ilə daha çox zəngindir. Kəndin əraziləri tarixi baxımdan tam tədqiq edilməsədə buradakı kurqanların çoxluğu, plastik daş nümunələrinin mürəkkəbliyi daha çox maraq doğurur. Respublikamızda məşhur olan “Soltanbaba” və “Şeyx Aməd” türbələri məhz bu ərazidə yerləşir. Bu ərazidə müsəlman dini abidələri, inanc yerləri, xüsusi ilə türbələr daha çoxdur.
Zeyvə (Mərgavar)
Zeyvə (fars. ‎‎‎‎زيوه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 987 nəfər yaşayır (188 ailə).
Zeyvə (Piranşəhr)
Zeyvə (fars. زيوه‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,281 nəfər yaşayır (238 ailə).
Zeyvə (Qafan)
Zeyvə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km şimal-qərbdə, Oxçu çayı ilə Gığı çayının qovuşduğu yerdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ərəb dilində «guşə, künc, bucaq» mənasında işlənən zaviyə sözü əsasında əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 29.VI.1949 - cu il fərmanı ite kəndin adı dəyişdirilib Davidbəy qoyulmuşdur. == Əhalisi == Kənddə 1926-cı ildə 14 nəfər, 1931-ci ildə 49 nəfər azərbaycanlı yaşamışdır.
Zeyvə (Soyuqbulaq)
Zeyvə (fars. زيوه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (38 ailə).
Zeyvə (Urmiya)
Zeyvə (fars. زيوه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 362 nəfər yaşayır (61 ailə).
Zeyvə (Xalxal)
Zeyvə və ya Zəviyə-i Sadat — Ərdəbil ostanı Xalxal bölgəsinə bağlı kənd. == Tarixi == Zeyvə kəndi Xalxal şəhərinin cənubunda, Alışma kəndi ilə Dəvə ölən dərəsi qonşuluğundadır. XIX əsrin axırında 550 ailədən ibarət olan bu kənddə hazırda 1000-dək ailə yaşayır ki, onların da əksəriyyəti seyidlərdir. Əsrarəngiz təbiətli Zeyvə üç tərəfdən çox da uca olmayan dağ və təpələr, qismən meşəliklə əhatələnmişdi. Bu sətirlərin müəllifi 2003-cü ildə Güney Azərbaycanda olarkən Zeyvə kəndini ziyarət etmiş və S.C.Pişəvərinin mənsub olduğu tayfanın və ailənin tarixçəsini öyrənməyə çalışmışdır. Təəssüflə qeyd etməliyik ki, bu kənddə S.C.Pişəvəri nəslinə mənsub qalan yoxdur və ya siyasi şübhələrlə bağlı özlərini tanıtdırmadılar. Bu cəhətdən biz Zeyvədən məyus qayıtdıq. Bununla birlikdə öyrənə bildik ki, ata babası Kəlbəlayi Mir Yəhya və onun oğlu (S.C.Pişəvərinin atası) Mir Cavad ağa mahalda yaxşı tanınan Seyid Mir Əzizli tayfasındandır ki, bu tayfanın bir qolu da S.C.Pişəvərinin anası Seyid Səkinə xanımın nəsil şəcərəsi – məşhur Təba-təbailər nəsli ilə əlaqələnir. Kənd ağsaqqallarının etirafına görə S.C.Pişəvərinin ulu babası Kəlbəlayi Mir Yəhya ağa dini təhsil almış, halal kasıb-kusuba əl tutan və hörmətli adam olmuşdur. S.C.Pişəvərinin atası Mir Cavad Kəlbəlayi Mir Yəhya ağanın ikinci arvadından olduğundan o, qardaşları ilə ögey atabir, ana ayrı idilər.
Zeyvə (İsmayıllı)
Zeyvə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə İsmayıllı rayonunun Zeyvə kəndi Basqal qəsəbə sovetinin tərkibindən Xankəndi kənd sovetinin tərkibinə verilmişdir. == Tarixi == === Tarixi abidələri === Qədim memarlıq abidələrindən XIX əsrə aid səkkizbucaqlı türbə mövcuddur. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz yaylasında, Niyaldağ silsiləsinin (Böyük Qafqaz) ətəyində, Basqal qəsəbəsinin yaxınlığında, rayon mərkəzindən 35 km şərqdə yerləşir. == Əhali == 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyası Şamaxı qəzasının Zeyvə kəndində 22 evdə 66 nəfəri kişilər, 67 nəfəri isə qadınlar olmaqla 133 nəfər şiə təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. Hazırda əhalisi 452 nəfərdir ki, onun da 237 nəfəri kişi, 215 nəfəri qadındır. == İqtisadiyyatı == Əhalisi heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olur. == Təhsil == Kənddə məktəb fəaliyyət göstərir.
Zeyvə (Şabran)
Zeyvə — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Zeyvə kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Zeyvə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Tarixi == Qədim Şabran torpağında bir yurd yeri də Zeyvə kəndidir. Sıx meşələrin, yaşıl ormanların qoynunda binə-bölgə bağlamış bu ucqar dağ kəndi rayon mərkəzindən təxminən 30-35 kilometr uzaqlıqdadır. Yaşı az qala VI-VII əsrlərə gedib çıxan Zeyvə kəndinin adının mənasını araşdırıcılar "künc, bucaq, guşə" (cəmiyyətdən uzaq) kimi yozurlar. Bəlkə də bir vaxtlar elə beləcə də olub. Lakin uzaq Zeyvənin adı əsrlərin uzaqlığında Avropa ölkələrinə yaxın olub. Yeddinci yüzilliyin salnaməçisi, alban tarixçisi Musa Kalankatlı "Ağvan tarixi" əsərində yazır ki, Azərbaycanın şimal hissəsində ipək parçalar və müxtəlif rəngli parlaq xalçalar hazırlanır. Toxunduğu kəndin adı ilə məşhur olan "Zeyvə" çeşidli xalçaları da Avropa rəssamlarının bir sıra məşhur tablolarında zinət vasitəsi kimi geniş istifadə edilib. XV əsr intibah dövrünün görkəmli holland rəssamı Hans Memlinqin və elə həmin əsrdə yaşamış holland boyakarlıq sənətinin banilərindən hesab edilən Yan van Eykin tablolarında Zeyvə xalıları təsvir edilib.
Zeyvə (Şərur)
Zeyvə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Şərur rayonunun Cəlilkənd i.ə.v. də kənd . Düzənlikdədir. 1728 -ci ilə aid sənəddə kəndin adı Əhmədpaşa zaviyəsi kimi qeydə alınıb.İnqlabdan əvvəl Azərb.-da Zeyvə adlı 10 kənd olmuşdur. Zeyvə ərəb dilində Zaviya sözündən olub "hücrə" , "ibadədgah", "künc", "bucaq", "guşə" mənalarında işlənir. Zeyvə adlı məntəqələr camaatdan kənarda, ömürlərini ibadətlə keçirən ruhanilər, tərkidünyalar (onlar zaviyənişin adlanirdılar) üçün salınmiş məntəqələr idi.
Zeyvə bələdiyyəsi
Zeyvə bələdiyyəsi (Goranboy) — Goranboy rayonunda bələdiyyə. Zeyvə bələdiyyəsi (İsmayıllı) — İsmayıllı rayonunda bələdiyyə.
Zeyvə nekropolu
Zeyvə nekropolu — Şərur rayonunun eyniadlı kəndi yaxınlığında ilk dəmir dövrünə aid arxeoloji abidə. == Ümumi məlumat == Tikinti işləri zamanı aşkar olunmuşdur. Arxeoloji tədqiqatlar nəticəsində gil qab nümunələri (əsasən boz rəngdə bişirilmiş kasa, piyalə və küpə tipli qablar və onların müxtəlif hissələri) toplanmışdır. Tapıntılar Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. Zeyvə nekropolunun materialları Naxçıvanın ilk dəmir dövrü abidələri (I və II Kültəpə, Sarıdərə, Kolanı, Şahtaxtı) içərisində özünə geniş analogiya tapır. Zeyvə nekropolunun eradan əvvəl 1-ci minilliyə aid olduğu ehtimal edilir.
Zeyvə xalçaları
Zeyvə xalçaları — Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Quba qrupuna aid olan Zeyvə xalçaları qədim və zəngin tarixə mlikdir. == İstehsalı == Şəkildə təsvir edilən xalçanın adı Qubadan 30 km cənub - şərq istiqamətində yerləşən kəndin adından götürülmüşdür. Xalçanın xalq arasında "qədim Zeyvə" adı ilə məşhur olması onun qədim dövrə aid olduğunu təsdiq edir. Bu kompozisiyalar təkcə şimal-şərqi və şimal-qərbi Azərbaycanın, xüsusi halda Gəncənin xalçaçılıq məntəqələrində deyil, Ermənistanın şimal-şərq hissəsində və Göyçə gölünün sağ sahilində olan azərbaycanlılar arasında da istehsal olunurdu. == Bədii xüsusiyyətləri == "Zeyvə" xalçasının ara sahəsinin kompozisiyası əsas etibarilə ardıcıl yerləşdirilmiş bir neçə göldən ibarətdir. "Zeyvə" xalçasının əsas elementini təşkil edən və tamamilə punktir xətlərlə yerinə yetirilən bu gölləri onların forma və mənşəyinə görə orta əsrlərə aid etmək olar. Onlar ulduza bənzər həndəsi formaya malikdirlər. Qubanın xalçaçılıq məntəqələrində istehsal olunan bu göllərin forması dəyişmir, daxili bəzəyi isə müxtəlif cür olub, bəzən simvolik məna kəsb edən xaç şəklini alır. Azərbaycan xalçaçıları toxuduqları göllü xalçaları ya "təkgöl", ya da "qoşa göl" adlandırırlar. Məsələn, əgər eni bir metr olan xalçanın ara sahəsində bir göl yerləşdirilmişdirsə, ona "təkgöl" xalça deyirlər.
Hidravlik zərbə
Hidravlik zərbə (Su çəkici)(ing. Water hammer) boru sistemində su sürətinin sürətlə dəyişməsi nəticəsində yaranan təzyiq dalğasıdır. Suyun boruya təsiri ilə bir səs ortaya çıxır və vuruşun adı buradan gəlir. Hidravlik zərbə müxtəlif səbəblərə görə boru kəmərlərində baş verə bilər. Bunlara misal olaraq, nasos motorunun qəfil kəsilməsi, xəttin bağlanması / açılması və nasosun işə salınması kimi qaçılmaz səbəblər var. Su çəkicinin nəticəsi olaraq boru kəmərində dövri olaraq yüksək təzyiq və aşağı təzyiq dəyərləri yaranır. Boru və ya xəttdəki digər elementlər bu təzyiqlər altında zərər görə bilər. Bu səbəblərə görə boru kəmərlərinin dizaynı zamanı su çəkici hesablanmalı və xəttə zərbəni önləmək üçün elementlər quraşdırılmalıdır. == Hidravlik zərbənin hesablanması == Boruda zamandan asılı hərəkət və davamlılıq tənliklərini həll etməklə hesablana bilər. Bu tənliklər iki üsulla həll edilə bilər.