ZƏHLƏ

zəhləsini aparmaq (tökmək) – təngə gətirmək, bezikdirmək, usandırmaq.
Mərdlərə can sadağa; Zəhləmi bədzat aparar. Aşıq Ələsgər.
Balaca uşaqların səsiküyü adamın zəhləsini aparır. C.Məmmədquluzadə.
[Zeynəb] ədəbiyyat müəlliminin lap zəhləsini tökmüşdü. Qantəmir.

Zəhləsi qaçmaq (getmək) – görməyə gözü olmamaq, acığı gəlmək, sevməmək, nifrət etmək.
…Şahın münəccimbaşıdan zəhləsi getmişdi. M.F.Axundzadə.
Bir müsəlman övrətindən zəhləsi qaçanda, gecə-gündüz səy eləyir ki, övrət ölsün, yəni vəfat etsin. C.Məmmədquluzadə.
[Məşədi İbad:] Hərgah [papağı] bu cürə qoysam, onda qızın məndən zəhləsi gedər. Ü.Hacıbəyov.
[Məhbusi Kərimxana:] Oğru kimi gizli və işsiz yaşamaqdan zəhləm gedir. M.İbrahimov.

ZƏHİR
ZƏHLƏAPARAN
OBASTAN VİKİ
Zəhlə
Zəhlə (ərəb. زحلة‎) — Livanda Bekaa muxəfazasının inzibati mərkəzi olan şəhərdir. Şəhərin əhalisi təxminən 100 000 nəfər təşkil edir. (2006). 2013-cü ildə əhali 56000 nəfərə qədər azalmışdır. Əhalisinin sayına görə şəhər Beyrutdan və Tripolidən sonra Livanda üçüncü şəhərdir. Əhalisi əsasən xristianlardan təşkil olunub. Livan Melkite Yunan Katolik kilsəninin mərkəzidir. Zəhlə şəhəri Bekaa vadisinin mirvarisi hesab edilir. O təmiz havası ilə, kurortlar ilə və orijinal mətbəxi ilə məşhurdur.
Zəhlətökən (film, 2008)
"Zəhlətökən" (fr. L'emmerdeur) — rejissor Fransis Veberin filmi. == Məzmun == Muzdlu qatillə hansısa fotoqraf mehmanxanada bir-birinə qonşu otaqlarda qalmalı olurlar. Qatil buraya yeni bir tapşırıqla gəlib. Zəhlətökən fotoqraf özü də bilmədən terrorçuya mane olmağa başlayır.

Digər lüğətlərdə

вы́брать испра́шивать конструи́роваться ку-ка-ре-ку́ кунстка́мера на́скоро похрю́кать та́нец беспло́дный недодержа́ть овра́жек поумне́ть поучи́тельность фиброско́п слащавый full-flavoured intense sextet unjustified выдумывать карликовый лобастый перемежёвывать плеоназм эстетика