Əhməd Zeyni Dəhlan
Əhməd Zeyni Dəhlan (ərəb. أحمد زَيْني دَحْلان ; 1817, Məkkə, Həbəşistan əyaləti – 1886, Mədinə, Hicaz vilayəti) — islam ilahiyyatçısı və tarixçisi. O, Məkkədə şafi məzhəbinin baş müftisi və Osmanlı dövlətinin Hicaz vilayətində şeyxülislamı, imam Hərəmeyn olmuşdur. Dəhlan vəhhabiliyi ifrat tənqidləri və sufizmə meyli ilə tanınırdı. O, vəhhabi təsirinə qarşı yazdığı traktatında Dəhlan aydın şəkildə təsəvvüfü islam praktikasının hüquqi və ayrılmaz hissəsi kimi nəzərdən keçirir.
1816-cı və ya 1817 -ci ildə Məkkədə anadan olmuşdur. Müəllimi Əhməd əl-Mərzuqi əl-Maliki əl-Məkki olmuşdur. 1886-cı ildə Mədinədə vəfat etmişdir.