Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəni-Ziyar
Ziyarilər — 928-1090-cı illərdə Xəzər dənizinin cənub sahillərindəki Mazandaran və Təbəristan bölgələrində hakimiyyətdə olmuş Zaza xanədanıdır. == Ziyari hökmdarları == Mərdavic ibn Ziyar 928-934 Vəşmgir Ziyar 934-967 Bisutun 967 - 978 Şəmsülməali Qabus ibn Vəşmgir 978 - 1012 Mənuçehr Fələkülməali 1012-1031 Ənuşirəvan Şərəfülməali 1031-1043 Qay Qaus 1043 - 1090 == İstinadlar == == Ədəbiyyat == История Ирана . Москва . 1961 .
Ziqar (el)
Ziqar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ziqar mühafəzəsinin ərazisi 12.900 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.184.796 nəfər, inzibati mərkəzi Nəsiriyə şəhəridir.
Ziqar mühafazası
Ziqar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ziqar mühafəzəsinin ərazisi 12.900 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.184.796 nəfər, inzibati mərkəzi Nəsiriyə şəhəridir.
Ziqar mühafəzası
Ziqar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ziqar mühafəzəsinin ərazisi 12.900 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.184.796 nəfər, inzibati mərkəzi Nəsiriyə şəhəridir.
Ziqar mühafəzəsi
Ziqar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ziqar mühafəzəsinin ərazisi 12.900 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.184.796 nəfər, inzibati mərkəzi Nəsiriyə şəhəridir.
Ziba Qəniyeva
Ziba Qəniyeva (tam adı: Ziba Paşa qızı Qəniyeva; 20 avqust 1923, Şamaxı – 2010, Moskva) — İkinci Dünya müharibəsinin iştirakçısı, snayper, rabitəçi və kəşfiyyatçı. İkinci Dünya müharibəsindı o, 129 faşist məhv edib, göstərdiyi qəhrəmanlıq və şücaətə görə "Qırmızı Bayraq" ordeni, "Qırmızı Ulduz" ordeni və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilib. Ziba Qəniyeva — ilk azərbaycanlı qadın snayperdir.1941-ci il noyabrın 7-də 3-cü Moskva kommunist şöbəsinin həyətində Qırmızı Meydanda keçirilən paradda iştirak edib. O, düşmənin 21 hərbi qulluqçusunu snayperlə qətlə yetirib. == Həyatı == === Erkən illəri === Ziba Qəniyeva 1923-cü il avqustun 20-də doğulub. Bəzi mənbələrdə onun doğum yeri Şamaxı kimi qeyd olunsa da, "Xalqın şücaəti" layihəsi onun Qazaxıstanın Çimkənd şəhərində, Azərbaycan Sovet Ensiklopediyasında isə Özbəkistanın Gülistan şəhərində doğulmasının qeyd edir. Əslən azərbaycanlı olan atası Paşa Qəniyev müəllim və tərcüməçi idi. Anası isə özbək idi. O, 14 yaşında yetimə çevrilmişdi: 1937-ci ildə onun anasını repressiya etdilər, atası isə Zibanın həyatını xilas etmək üçün, ondan məcburi imtina etdi.Hələ məktəbdə ikən, daha sonra fəhlə fakültəsində zərifliyi ilə rəfiqələrindən fərqlənən, gözəl rəqs edən Ziba bu sənəti peşəsinə çevirmək arzusunda idi. Ona görə də xalq yaradıcılığı evində yorulmadan məşq edirdi.
Ziba Ramazanova
Ziba Şaban qızı Ramazanova (1980, Bakı) — Azərbaycan aktrisası. == Həyatı == Ziba Ramazanova 1980-ci ildə Bakıda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 2005-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib.
İbar qayaları
İbar qayaları — Cənubi Şetland adalarında, Bonert qayasından 0,4 km şərqdə, Qrinviç adasından Kanto nöqtəsindən isə 1 km cənub-şərqdə yerləşən iki qaya. "Islote Ibar" və "Islote Teniente Ibar" ifadələri 1950-ci illərdə Çili hidroqrafik cədvəllərində görünmüşdü və daha böyük və qərbdə yerləşən qayanı bildirmək üçün istifadə olunmuşdu. Leytenant Mario İbar P. 1947-ci ildə Qrinviç adasında Çili Kapitan Arturo Prat Bazasının açılışının rəsmi aktını imzalayan şəxsdir. == Xəritələr == L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands. Scale 1:120000 topographic map. Troyan: Manfred Wörner Foundation, 2009.
Mərdavic ibn Ziyar
Mərdavic ibn Ziyar (?-935) — Ziyarilər xanədanının qurucusu və ilk hökmdarı (928-935). == Həyatı == Ata-baba tərəfindən Ari kökənli Gillilərin (Cili) Daxil bölgəsində yaşayan əsil bir qoluna, ana tərəfindən Royan ispəhbədlərinə mənsubdur. Zamanın diğər xanədanları kimi Ziyarilər də sonraları, İslam öncəsi tanınmış bir nəsəbə bağlanmak istəyiylə Ziyarın atası Vardanşahın Sasani imperatoru Xosrov zamanında Gilan kralı olan Arquş Fərhadanın soyundan gəldiyini iddia etmişdir. Zeydilər hökmdarı Həsən əl-Utruşun (914-917) ardından çıxan iç savaşlar əsnasında Təbəristanı ələ gəçirmək istəyən Əsfar ibn Şirəveyh, o sıralarda Samanilərin yanında olan Mərdavic ibn Ziyardan xidmətinə girməsini istədi. Beləcə Əsfarın ordu komandanı olan Mərdavic (315/927) Təbəristana yürüdü və Reydən gələn Dai Həsən ibn Qasımı Amül yaxınında yenərək öldürdü (316/928). Əsfar ilə Mərdavic, Təbəristanın böyük bir qismini işğal etdikdən sonra arxasından Rey, Qəzvin, Zəncan, Əbhər, Qum və Kərəc kimi digər bəzi Cibal vilayətlərini zəbt etdilər. Eynı il içərisində Mərdavic, Əsfarın xalqa aşırı şəkildə zülm etməsinin yol açdığı təpkiyi öz lehinə dəyərləndirərək Zəncanda müstəqilliyini elan etdi və Əsfarı Qəzvindən uzaqlaşdırıb (ehtimalən 319-cu (931-ci) ildə ortadan qaldırıb) taxtını ələ keçirdi. Daha sonra cənubi-qərbi İrandakı Abbasi xəlifəliyi torpaqlarına hakim olmak üçün girişimdə oldu və xəlifə Müqtədir-Billahın göndərdiyi ordunu Həmədanda mağlub edərək Dinəvər, Karmisin (Kirmanşah) və İsfahana hakim oldu (319/931). Ardından xəlifə Müqtədir-Billaha elçi yollayıb bu torpaqların müqataa (iqta) yoluyla ona verilməsini istədi. Etdiyi təklif bəzi şərtlərlə qəbul edildi və xəlifə onun hakimiyətinə razılıq verib, xələt və bayraq göndərdi.
Zirar ibn Əmr
Əbu Əmr Zirar ibn Əmr Qətafani Kufi (ərəb. ضرار بن عمرو‎) (728, Kufə – 815, Bəsrə) — islam ilahiyyatçısı, ilk mötəzililərdən biri. Zirar ibn Əmr Bəsrə və Bağdad mötəzililik məktəblərinin formalaşmasından əvvəlki dövrdə yaşamışdır. 786-cı ildən sonra o, Bağdadda Bərməkilər dairəsində əhəmiyyətli şəxsə çevrilmişdir. Yəhya ibn Xalid Bərməkinin təşkil etdiyi məşhur mübahisələrdə iştirak etmişdir. O hesab edirdi ki, Quran insan tərəfindən tələffüz edilir, lakin Allah tərəfindən yoxdan yaradılmışdır. Allahı adi hisslərlə görmək imkanını inkar etmişdir. O, qiyamət günü ilə bağlı əqidənin mövqeyini izah edərək, bunun üçün altıncı hissin yaradılacağını irəli sürmüşdür.
Hisar Sefid (Bicar)
Hisar Sefid (fars. حصارسفيد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 288 nəfər yaşayır (60 ailə). Əhalisini kürdlər təşkil edir.
Ambar
Ambar Kutaisi quberniyasının Raçin qəzasında (indi Qudauta rayonunda) kənd adı. == Toponimkası == Gürcücə yazılışı Ambari.Yerli tələffüz forması Əmbərli.Azərbaycanın Ayrum mahalında (indiki Gədəbəy rayonunda) Ambar və indi Salyan rayonunda Abadkəndin qədim adı Ambar(Yurd Bazar Ambarçı) kənd adları ilə mənşəcə eynidir.Azərbaycanda bir dağ Ambardağ adlanır.XIX əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.Həmin əsrin 70-ci illərində Borçalı qəzasının Trialeti kənd icmasına mənsub məntəqələrdən idi.XIX əsrdə Dağıstan əyalətinin Kürə nahiyəsində Ambartəpə,Azərbaycanda Zaqatala dairəsində Ambarçay (digər adı Qanlıqobu),Lənkəran qəzasında Amburdərə,Qars əyalətinin Ərdahan dairəsində Ampur toponimləri ilə mənaca eynidir.Ehtimal ki,Ambar tayfa adıdır.Çin Türküstanında Kaşqar şəhərinin bir hissəsi mənbələrdə Anbarçi adlanır.Orta əsrlərdə Fərat çayı üzərində Anbar mahal adı ilə əlaqələndirilə bilər.Bəzi tədqiqatçılara görə türk dillərində ambar,ampar"su anbarı","məhsuldar torpaq" və s.mənalardadır.
Anbar
Anbar — Yüklərin saxlanması onların daşınması, ehtiyaatların idarə edilməsi və anbarlama əməliyyatları ilə sıx bağlıdır. İstifadə olunan daşımaçı, ehtiyatların səviyyəsi və tələb olunan anbarların arasında birbaşa əlaqə vardır. Göstərilən əməliyyatlar həmçinin yükləmə-boşaltma işləri ilə də bağlıdır.İstənilən material axınlarının yerdəyişməsi onların lazım olan miqdarının müəyyən yerlərdə cəmlənməsi olmadan mümkün deyildir. Cəmlənmə istənilən logistik sistemin ayrılmaz bəndi olan anbarlarda aparılır. Bu obyektlərdə qəbul olunan və yola salınan yük partiyalarının böyüklüyünə, tərkibinə, göndərmə vaxtına və s. parametrlərinə görə dəyişdirilməsi hesabına yük axınlarının şəkil dəyişmə baş verir. Malların anbarlardan keçməsi əmək və maddi vəsaitləri sərfinə səbəb olduğundan onların dəyərinin artmasına gətirib çıxarır. Ona görə də anbarların fəaliyyəti material axınlarının hərəkətinin optimallaşdırılmasına əhəmiyyətli təsir göstərir. == Anbarların təsnifatı == Logistik fəaliyyətdə çoxlu anbar növləri istifadə olunur. Anbarlar aşağıdakı xarakteristikalarına görə təsnif olunurlar: Logistikanın bazis sahələrinə; Mülkiyyət formalaarına; Funksional təyinatlarına; Mal xüsusiləşməsinə; Sahəsinin ölçülərinə Texniki təminatına; Anbar binasının və ətraf ərazinin növünə görə.
Aybar
Aybar (isp. Aibar) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2010-cu ilin məlumatına görə bu bələdiyyənin əhalisi 904 nəfərdir.
Bibai
Bibai (yap. 美唄市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
Bibər
Bibər (lat. Capsicum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. Bibərin vətəni Cənubi Amerikadır. İspanlar tərəfindən Avropaya gətirilmiş və qısa vaxtda tropik və subtropik ölkələrdə yayılmışdır. Acı və şirin növləri olan, fərqli rənglərdə tərəvəz və ədviyyat olaraq istifadə edilən bitkilərin ümumi adıdır. Bibər xüsusilə C vitamini baxımından olduqca zəngindir. == Faydaları == İştahı açar, mədəni qüvvətləndirər və həzmi asanlaşdırar. Revmatizmə yaxşı gəlir. Qanamaları önləyər. Cinsi arzunu artırar.
Bicar
Bicar şəhəri (az.-əbcəd بایجار Baycar‎, fars. بیجار‎, kürd. Bîcar) — İranın qərbində yerləşən şəhər. Kürdüstan ostanında yerləşən Bicar şəhristanının inzibati mərkəzi. .2006-cı ilin siyahiyəalınması əsasında bu şəhərin 46.156 nəfər ahalisi var.
Bihar
Bihar (orijinal adı बिहार) — Hindistanda ştatdır. Mərkəzi Patna şəhəridir. Əhalisi 84 milyondur.
Biyar
Biyar (Farsca bigar - muzdsuz, müftə) — işləyib - ödəmə rentası. Orta əsrlərdə geniş yayılmış torpaq rentası formalarından biri. == Tarixi == Biyar Roma imperiyasının son dövründə kolonat sisteminin inkişafı ilə birlikdə meydana gəlmiş, orta əsrlərdə Qərbi Avropa ölkələrində geniş yayılmışdı. Şərq ölkələrində biyarın renta forması natural və pul rentaları ilə yanaşı mövcud idi. Lakin Şərq ölkələrində dövlət biyarı (müxtəlif dövlət mükəlləfiyyətləri) mühüm yer tuturdu. Azərbaycanda biyar istilahına VI-VII əsrlərdə təsadüf edilir. Eyni mənanı daşıyan "süxrə" və "kilan" XIII-XIV əsrlərdə daha geniş yayılmışdı. Kəndlilər ilin müəyyən günlərində öz iş heyvanları ilə torpaq sahibləri üçün, divan, xass, xanədan, vəqf və sair torpaqlarında müftə işləyirdilər. Azərbaycanda 14 may 1870-ci il Kəndli islahatından sonra işləyib-ödəmə rentası, əsasən, pulla əvəz edildi. Kəndlilər biyar əvəzinə hər desyatin torpaq sahəsi üçün müəyyən qədər məhsul, bəzi yerlərdə isə mülkədarın razılığı ilə məhsulun əvəzinə pul verirdilər.
Cibal
Cibal və ya Cibəl (fars. جبال‎) — şərqdə Dəşti-Kəbir, cənub-şərqdə Fars, qərb və cənub-qərbdə İraqi-Ərəb, şimal-qərbdə Azərbaycan, şimalda Əlbruz dağı ilə dövrələnən bölgə. Cibal sözü ərəb kökənli cəm bir sözdür və "dağlar" anlamına gəlir. Dağlar olaraq da Zaqros dağlarını bildirir. == Tarix == VII əsrdə ərəb yürüşlərindən sonra midiyalıların olmuş olduğu torpaqların bir qismi, Cibal olaraq anılmağa başladı. XII əsrdə Səlcuqlular dönəmində bölgə, İraqi-Əcəm olaraq adlandırılan bölgənin içinə daxil edildi. Cibal adı, Monqol istilasından sonra işlənilməməyə başlandı. Bölgənin bəzən tamamı, bəzən bir qismi; Samanilər, Qaraxanlılar, Buveyhilər sülaləsi, Səlcuqlular, Azərbaycan Atabəyləri və Elxanlılar tərəfindən hökmüranlıq altına alınmışdır.
Cibir
Cibir — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Cibir oyk, sadə. Qusar r-nunun Piral i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Dağıstanın Axtı r-nundakı Çeper kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin sakinləri yeni yaşıyış məntəqəsinə öz köhnə adlarını vermişlər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1125 nəfər əhali yaşayır.
Dibac
Dibac — İranın Simnan ostanının Damğan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,504 nəfər və 680 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar.
Dinar
Dinar — bir çox ərəb ölkələrində pul vahidi. Qədim çəki ölçü vahidi. == Çəki vahidi == Dinar cəki vahidi kimi cox az istifadə edilmişdir. Ərəb xilafəti dovrundə zərb edilən qızıl pulun adı da dinar olmuşdur. Dinarın cəkisi 4,235 q idi. == Pul vahidi == === Öz valyutası kimi dinardan istifadə edən ölkələr === Əlcəzair: Əlcəzair dinarı Bəhreyn: Bəhreyn dinarı İran: İran rialı 100 dinardan ibarətdir İraq: İraq dinarı İordaniya: İordaniya dinarı Küveyt: Küveyt dinarı Liviya: Liviya dinarı Serbiya: Serb dinarı Sudan: Sudan dinarı Makedoniya Respublikası: Makedoniya dinarı Tunis: Tunis dinarı === Əvvəllər öz valyutası kimi dinardan istifadə etmiş ölkələr === Əbu-Dabi əmirliyi: Əbu-Dabi dinarı Bosniya və Herseqovina: Bosniya və Herseqovina dinarı Xorvatiya: Xorvat dinarı Bosniya və Herseqovina: Serb dinarı Serb Krainası respublikası: Krain dinarı Cənubi Ərəbistan federasiyası: Cənubi Ərəbistan dinarı Cənubi Yəmən: Cənubi Yəmən dinarı Yuqoslaviya: Yuqoslaviya dinarı == Yer adı == Dinar — Türkiyədə şəhər adı.
Divar
Divar yaşayış məntəqəsini müdafiə etmək üçün tikilmiş bir növ istehkamdır. Qədim dövrlərdən bəri yaşayış məskənləri və ya qalalar ətrafında tikilmiş divarlar Berlin divarı nümunəsində olduğu kimi müasir dövrdə də istifadə olunur. Müdafiəni və müşahidə qabiliyyətini artırmaq üçün tarixi divarlardakı dairəvi və ya bucaqlı divarlardan daha yüksək tikilən qüllələrə "bastion" deyilir. Müasir müdafiə divarı xüsusiyyəti daşıyan divarlardakı bu cür tikililərə isə sadəcə olaraq "gözətçi qüllələri" deyilir. Bəzi divarlarda, səmərəliliyi artırmaq üçün divarın xaricində bir xəndək qazılır.
Diyar
Diyar — bəzi dövlətlərdə inzibati–ərazi vahidi. Diyar Çexiyada, Gürcüstanda, Rusiyada və Slovakiyada inzibati–ərazi vahididir. == Sözün mənşəyi == "Diyar" sözü ərəb mənşəli isimdir (ərəb. دیار‎) və "ölkə", "məmləkət" kimi mənaları ehtiva edir. == Çexiyada == Diyar çex dilində kray (çex. kraj) adlanır. 2001–ci il etibarı ilə Çexiya 14 diyara (I dərəcəli inzibati vahidə) bölünmüşdür: Karlovı Varı diyarı Kraloveqradetsk diyarı Liberets diyarı Moraviya-Sileziya diyarı Olomoutsk diyarı Pardubitsk diyarı Plzen diyarı Praqa (diyar statuslu şəhər) Stredoçesk diyarı Ustetsk diyarı Vısoçina diyarı Yihoçesk diyarı Yihomoravsk diyarı Zlin diyarı == Gürcüstanda == Ölkə (və ya diyar) gürcü dilində "mxare" (gürc. მხარე) adlanır. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində Gürcüstanda I dərəcəli inzibati–ərazi vahidi statusu olan 9 diyar təşkil edilmişdir: İmereti diyarı Kaxeti diyarı Aşağı Kartli diyarı Quriya diyarı Msxeta-Mtianeti diyarı Raça-Leçxumi və Aşağı Svaneti diyarı Sameqrelo-Yuxarı Svaneti diyarı Samtsxe-Cavaxeti diyarı Daxili Kartli diyarı == Rusiyada == Diyar sözü rus dilinə "strana" (rus. страна) və ya "kray" (rus.
Etibar
Etibar — Azərbaycanlı kişi adı. Xoşbəxt, firavan, müvəffəqiyyət mənasındadır. Bu adı olan tanınmışlarEtibar MəmmədovEtibar Məmmədov (siyasətçi) — Azərbaycan siyasətçisi. Etibar Məmmədov (jurnalist) — Azərbaycan jurnalisti. Etibar Məmmədov (bioloq) - ParazitoloqEtibar Aslanov — Etibar Babayev — Etibar ƏliyevEtibar Əliyev (hüquqşünas) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.Etibar Hümbətov — Etibar Nəzərli — Etibar İsmayılovEtibar İsmayılov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Gilar
Gilar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gilar Yardımlı rayonunun Şəfəqli inzibati ərazi vahidində kənd. Viləş çayının sol sahili ilə İran sərhədi arasında dağətəyi ərazidədir. Etnotoponimdir. Qədim Volqa Bulqarıstanında XIII-XIV əsrlərdə Gilan şəhəri və gilan tayfası qeydə alınmışdır. Gilar kəndi qədim, köçəri türkman tayfalarına məxsusdur. Qədim Volqaboyu Bulqarıstanından köçüb gəlmiş və Ərdəbildə məskunlaşmış türkman tayfaları sonradan indiki Yardımlı rayonuna köç ediblər və Gilar kəndini salıblar. Gilar kəndində tarixi məzarlıqda Səlcuqlu imperiyasında da istifadə edilən, qədim türklərə məxsus səkkiz güşəli simvollar yer alır. Hazırda Ərdəbildə də Gilarlu kəndi var. Bəzi məlumatlara görə, Türkmənistanda da eyniadlı şəhər mövcuddur.