Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Birləşmiş Millətlər
Birləşmiş Millətlər Təşkilatı (ing. United Nations) — 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Hökuməti". Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80 — % ərazisi, BMT-nin mandat sisteminə daxildir. BMT-nin baş qərargahı Nyu-York şəhərində yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Birləşmiş Millətlər Təşkilatı İDM-dən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur. BMT-nin Nizamnaməsi 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il 24 oktyabrda qüvvəyə mindi. BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. Üzv ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin — onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.
Dövlətsiz millətlər
Dövləti olmayan xalqlar (ing. Stateless nation) — adətən azlıq etnik qruplardır ki, öz ərazi və toprağlarına siyasi nəzarəti və suverenliyi yoxdur və əraziləri iki və ya daha çox qonşu dövlətlər arasında bölünüb və ya müstəmləkə hakimiyyət tərəfindən bir ölkə daxilində milli suverenliyi pozulmuşdur. Məsələn, İranda Azərbaycanlılar, İspaniyada katalanlar, Çində Şərqi Türküstanlılar ilə Tibetlilər, Şri-Lankada Tamillər və s. misal gətirmək olar. == Mənbə == Keating, Michael, Nations Against the State: The New Politics of Nationalism in Quebec, Catalonia and Scotland () (Second), Palgrave, 2001 Levinson, David, redaktorEthnic Groups Worldwide: A Ready Reference Handbook, Phoenix, AZ: The Oryx Press, 1998, ISBN 1573560197 Minahan, James, redaktorEncyclopedia of the Stateless Nations: Ethnic and National Groups Around the World, Westport: Greenwood Press, 2002, ISBN 0313316171 == Xarici keçidlər == Map of European Stateless Nations Arxivləşdirilib 2006-06-23 at the Wayback Machine, published by the advocacy group Eurominority Map of European Stateless Nations By Astur.tk.
Millətlər Birliyi
Millətlər Birliyi (ing. Commonwealth of Nations), və ya Birlik (ing. Commonwealth); 1946-cı ilə qədər Britaniya Millətlər Birliyi (ing. British Commonwealth of Nations) — Hökumətlərarası təşkilatdır. Millətlər Birliyində 56 müstəqil ölkə bir-birini dəstəkləyir, demokratiya və inkişaf istiqamətində birgə məqsədlər yolunda çalışır. Dünyanın ən böyük və ən kiçik, ən varlı və ən kasıb ölkələri birləşərək Birliyi əmələ gətirir. Millətlər Birliyi müxtəlif inanc və etnik mənşəyə mənsub iki milyard insanı özündə birləşdirir. Üzv ölkələri altı qitə o cümlədən Afrika (21), Asiya (9), Okeaniya, Amerika (3) Karib hövzəsi (10), Avropa (2), Cənub Sakit okean təmsilçiləri (11) birləşdirir. Bu ölkələrin ikisindən başqa hamısı keçmiş Böyük Britaniya İmperiyasının tərkibində olmuşdur. Britaniya İmperiyası Kanada, Hindistan, Qərbi Hindistandakı bəzi mülkləri və bir sıra dağınıq və ucqar yaşayış yerlərini geridə qoyaraq 13 Amerika koloniyasını itirməsindən sonra, metropoldə iki siyasi xətt göstərildi.
Millətlər Cəmiyyəti
Millətlər İttifaqı — universal beynəlxalq təşkilatın yaradılması ideyası siyasi düşüncə tarixində çoxdan meydana çıxmışdı. Lakin XX əsrə qədər bu ideya reallaşdırılmadı. Birinci Dünya müharibəsinin dəhşətli fəlakəti, on milyonlarla insanın çəkdiyi əzablar belə bir halın təkrarlanmasının qarşısını almağa malik ümumdunya təşkilatının ideyasına ümumi marağı gücləndirdi. I Dünya müharibəsini başa çatdırmaq üçün 1919-cu ilin 28 aprelində Parisdə keçirilən sülh danışıqlarının yekununda yaradılan Millətlər Liqası (ing. League of Nations, fr. Société des Nations, isp. Sociedad de Naciones) təəssüf ki, sülh və təhlükəsizliyin qorunmasında effektsiz oldu. Millətlər Cəmiyyəti 26 il müddətində fəaliyyət göstərmiş və bu dövr ərzində yol verilən səhvlər institutun dağılmasına təsirsiz ötüşməmişdir. Nəticədə Millətlər Liqasının Ali Şurasının 18 aprel 1946-cı ildə keçirilən XXI son toplantısında Cəmiyyət fəaliyyətini dayandırmışdır. Paris Sülh Konfransının 25 yanvar 1919-cu ildə edilən yığıncağında beynəlxalq sülhü və etibarılığı təmin edəcək və davam etdirəcək bir Millətlər Cəmiyyəti yaradılmasına qərar verildi.
Millətlər Liqası

Millətlər Sarayı
Millətlər Sarayı (fr. Palais des Nations, pronounced [palɛ de nɑsjɔ̃]) — 1929-1938-ci illərdə İsveçrənin Cenevrə şəhərindəki Ariana Parkında inşa edilmiş binalar kompleksi. Millətlər Sarayı 1946-cı ilə qədər Millətlər Birliyinin qərargahı olaraq istifadə edildi. 1966-cı ildən bəri Saray, Cenevrədə BMT-nin Avropa Ofisini, Nyu-Yorkdan sonra dünyanın ikinci ən vacib BMT kürsüsünə ev sahibliyi edir. Bundan əlavə, Sarayda AEBA, UNESCO, UNCTAD, BMT İİKO, Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) regional ofislərinin ofisləri də mövcuddur. BMT-nin Cenevrədəki qərargahında hər il təxminən 8000 iclas keçirilir ki, bunlardan da 600-ü böyük konfranslardır. Hər il Sarayın açıq salonlarını turist olaraq 100 min insan ziyarət edir. 1966-cı ildən bəri BMT-nin Cenevrədəki ofisi Xalqlar Sarayında yerləşməsinə baxmayaraq, İsveçrə 2002-ci ilə qədər BMT-nin üzvü deyildi. 2008-ci ildə Sarayda yeni İnsan Hüquqları Zalı və Sivilizasiyalar İttifaqı açıldı. 1,4 min kvadrat metr tavanının dekorasiyası 100 ton boya və 18 milyon avro götürdü.
Millətlər İttifaqı
Millətlər İttifaqı — universal beynəlxalq təşkilatın yaradılması ideyası siyasi düşüncə tarixində çoxdan meydana çıxmışdı. Lakin XX əsrə qədər bu ideya reallaşdırılmadı. Birinci Dünya müharibəsinin dəhşətli fəlakəti, on milyonlarla insanın çəkdiyi əzablar belə bir halın təkrarlanmasının qarşısını almağa malik ümumdunya təşkilatının ideyasına ümumi marağı gücləndirdi. I Dünya müharibəsini başa çatdırmaq üçün 1919-cu ilin 28 aprelində Parisdə keçirilən sülh danışıqlarının yekununda yaradılan Millətlər Liqası (ing. League of Nations, fr. Société des Nations, isp. Sociedad de Naciones) təəssüf ki, sülh və təhlükəsizliyin qorunmasında effektsiz oldu. Millətlər Cəmiyyəti 26 il müddətində fəaliyyət göstərmiş və bu dövr ərzində yol verilən səhvlər institutun dağılmasına təsirsiz ötüşməmişdir. Nəticədə Millətlər Liqasının Ali Şurasının 18 aprel 1946-cı ildə keçirilən XXI son toplantısında Cəmiyyət fəaliyyətini dayandırmışdır. Paris Sülh Konfransının 25 yanvar 1919-cu ildə edilən yığıncağında beynəlxalq sülhü və etibarılığı təmin edəcək və davam etdirəcək bir Millətlər Cəmiyyəti yaradılmasına qərar verildi.
Afrika Millətlər Kuboku
Afrika Millətlər Kuboku — Afrikanın milli komandaları arasında keçirilən ən nüfuzlu futbol turniri Yarandığı dövrdə heç kimin təsəvvürünə gəlməzdi ki, Afrika Kuboku "qara qitə"də bir nömrəli yarışa çevriləcək, milyonlarla azarkeşin diqqətini çəkəcək, futbola yenicə alışan fanatların böyük marağına səbəb olacaq. Əksinə, fikir müzakirəyə çıxarılanda, dəstəkləməyənlər kifayət qədər idi. İlk turnir start götürməzdən əvvəl yarışın qaydalarında cüzi dəyişikliklər olundu. Nə qədər qəribə olsa da, çoxmillətlik təşkil edən, amma kubokun keçirilməsinin əsas tərəfdarlarından biri sayılan CAR yarışdan kənarlaşdırılmaqla yanaşı, AFK-nın da tərkibindən çıxarıldı. Bu, xeyli mübahisələrə zəmin yaratsa da, AFK qərarını dəyişmədi. Cənubi Afrika Republikası AFK-nı tərk edəndən sonra, turnirdə 3 region — Efiopiya, Misir və Sudan çıxış edirdi. Siyahıdan silinmiş CAR turnirə düz 39 ildən sonra qayıtdı. Buna qədər baş tutan ilk iki turnir (1957/1959) tam qayda-qanunla keçirilməmişdi. Afrika futbolunun dünyada kifayət qədər tanınması üçün turnir iştirakçılarının sayını artırmaqdan gözəl vasitə ola bilməzdi. Bunu yaxşı anlayan AFK rəhbərliyi qısa zaman kəsiyində iştirakçıların sayını 16-ya çatdırdı.
Birləşmiş Millətlər Bəyannaməsi
Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsi (İyirmi altı dövlətin bəyannaməsi,rus. Декларация Объединённых Наций, ing. Declaration by United Nations) — 1942-ci il yanvarın 1-də Vaşinqton Konfransı zamanı imzalanıb. 1941-ci ilin dekabrında Ruzvelt tərəfindən antihitler koalisiyasında müttəfiqlər üçün "Birləşmiş Millətlər" adı verilmişdir. Birləşmiş Millətlər Təşkilatının 1 yanvar 1942-ci il tarixli Bəyannaməsi gələcək Birləşmiş Millətlər Təşkilatının əsasını təşkil etmişdir. Müharibə dövründə Birləşmiş Millətlər Təşkilatı antihitler koalisiyası üçün Müttəfiqlər ilə sinonimə çevrildi. Bəyannamə "Böyük dördlük" (ABŞ, Böyük Britaniya, SSRİ və Çin), Mərkəzi Amerika və Karib dənizinin 9 əyaləti, Britaniya dominionları, Britaniya Hindistanı və antihitler koalisiyasının 26 iştirakçıları tərəfindən imzalanıb. 1942-1945 dövründə 21 dövlət də bəyanata əlavə olaraq qatıldı. Tərəflər Atlantik Nizamnaməsini həyata keçirmək, bütün resurslarını Berlin-Roma-Tokio oxu ölkələri ilə müharibə üçün istifadə etmək, həmçinin Almaniya və ya Yaponiya ilə ayrı-ayrılıqda sülhün yaradılmasına razılıq vermədi. Müharibənin sonunda bir çox başqa ölkələr Filippin, Fransa, Argentinadan başqa bütün Latın Amerikası ölkələri , Yaxın Şərq və Afrikanın bəzi müstəqil dövlətləri də daxil olmaqla bəyannaməyə qoşulmuşdur.
Birləşmiş Millətlər Təşkilatı
Birləşmiş Millətlər Təşkilatı (ing. United Nations) — 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Hökuməti". Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80 — % ərazisi, BMT-nin mandat sisteminə daxildir. BMT-nin baş qərargahı Nyu-York şəhərində yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Birləşmiş Millətlər Təşkilatı İDM-dən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur. BMT-nin Nizamnaməsi 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il 24 oktyabrda qüvvəyə mindi. BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. Üzv ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin — onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.
Birləşmiş Millətlər bayrağı
Birləşmiş Millətlər Təşkilatının bayrağı — 20 oktyabr 1947-ci ildə qəbul edilmiş, açıq mavi fonun mərkəzində yerləşdirilmiş ağ BMT emblemindən ibarət Birləşmiş Millətlər Təşkilatının bayrağı. == Tarixi == Birləşmiş Millətlər Təşkilatının bayrağının tarixi 1945-ci ilin aprelində ABŞ-nin Strateji Xidmətlər Ofisinin Nümayəndəlik şöbəsi tərəfindən hazırlanmış bir gerbi ilə başlayır. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini hazırlayan və qəbul edən San-Fransisko Konfransı üçün emblem hazırlamaq istəyinə cavab olaraq hazırlanmışdır. San-Fransisko Konfransı emblemi, mərkəzdə Şimal qütbü ilə dünyanın dairəvi xəritəsi idi. Xəritə 60-cı paralel cənubda, Qrinviçin 100-cü meridian qərbindən aşağıya doğru uzanır. 7 dekabr 1946-cı ildə baş katib, eskizin Birləşmiş Millətlər Təşkilatının rəsmi möhürü və gerbi kimi təsdiqlənməsinin arzu olunacağını və Assambleyanın San-Fransisko üçün eskizini təsdiqləndiyini bildirdi. == Bayrağın istifadəsi == Bayraq Birləşmiş Millətlər Təşkilatına və onun işinə dəstək nümayiş etdirmək üçün sərbəst şəkildə nümayiş oluna bilsə də, Birləşmiş Millətlər Təşkilatının gerbi, adı və ya baş həriflərinin istifadəsi Baş Assambleyanın 1946-cı ildə qəbul edilmiş 92 (I) saylı qətnaməsinin müddəaları ilə məhdudlaşır. Bu qətnamədə Assambleya, Birləşmiş Millətlər Təşkilatının möhürü və emblemindən sui-istifadə hallarının qarşısının alınması üçün Baş katibin icazəsi olmadan istifadə edilməməsi qərara alındı. Birləşmiş Millətlər Təşkilatının gerbindən istifadə etmək istəyən hər kəs, İcra katibi, Nəşriyyat Şurası, İctimai İnformasiya Departamenti və Birləşmiş Millətlər Təşkilatı ABŞ-yə rəsmi yazılı sorğu göndərməlidir.
Millətlər Liqası (futbol)
UEFA Millətlər Liqası — UEFA-ya üzv olan federasiyaların kişi milli futbol komandaları arasında iki ildən bir keçirilən futbol turniri.. İlk turnirə 2018-ci ilin sentyabrında start verildi. A diviziyasında qruplarını birinci sırada bitirən 4 komanda Portuqaliyada keçirilən final mərhələsinə yüksəldi. Bundan əlavə, hər diviziyadan bir komanda UEFA Avro 2022-yə vəsiqə qazanacaq. Turnir milli komandalar arasında keçirilən yoldaşlıq oyunlarını əvəzetmək məqsədilə təsis edilmişdir. UEFA Millətlər Liqasının format və matç reqlamenti 4 dekabr 2014-cü il tarixində təsdiqləndi. Qəbul edilmiş formata əsasən (qeyd etmək lazımdır ki, format təsdiqlənməmişdən öncə Kosovo hələ UEFA üzvü olmamışdı) 55 komanda A diviziyasında 12, B diviziyasında 12, C diviziyasında 15 və D diviziyasında 16 komanda olmaqla dörd diviziyaya ayrılır. Hər diviziya öz içində üç-üç və ya dörd-dörd komandalardan ibarət 4 qrupa ayrılır. Hər qrupda komandalar dairəvi sistem üsulu ilə 4 və ya 6 oyun oynayır. Oyunlar hər matç həftəsində 2 oyun olm Ən yuxarı diviziya olan A diviziyasının dörd qrup birincisi UEFA Millətlər Liqası çempionu olmaq üçün final mərhələsində qarşılaşır.
OFK Millətlər Kuboku
OFK Millətlər Kuboku — OFK üzv ölkələri arasında keçirilən beynəlxalq futbol turniri. 1996-2004-cü illərdə iki ildən bir keçirilirdi; 1996-cı ilə qədər Okeaniya Millətlər Kuboku adı altında qeyri-müntəzəm fasilələrlə keçirilən daha iki turnir var idi.
UEFA Millətlər Liqası
UEFA Millətlər Liqası — UEFA-ya üzv olan federasiyaların kişi milli futbol komandaları arasında iki ildən bir keçirilən futbol turniri.. İlk turnirə 2018-ci ilin sentyabrında start verildi. A diviziyasında qruplarını birinci sırada bitirən 4 komanda Portuqaliyada keçirilən final mərhələsinə yüksəldi. Bundan əlavə, hər diviziyadan bir komanda UEFA Avro 2022-yə vəsiqə qazanacaq. Turnir milli komandalar arasında keçirilən yoldaşlıq oyunlarını əvəzetmək məqsədilə təsis edilmişdir. UEFA Millətlər Liqasının format və matç reqlamenti 4 dekabr 2014-cü il tarixində təsdiqləndi. Qəbul edilmiş formata əsasən (qeyd etmək lazımdır ki, format təsdiqlənməmişdən öncə Kosovo hələ UEFA üzvü olmamışdı) 55 komanda A diviziyasında 12, B diviziyasında 12, C diviziyasında 15 və D diviziyasında 16 komanda olmaqla dörd diviziyaya ayrılır. Hər diviziya öz içində üç-üç və ya dörd-dörd komandalardan ibarət 4 qrupa ayrılır. Hər qrupda komandalar dairəvi sistem üsulu ilə 4 və ya 6 oyun oynayır. Oyunlar hər matç həftəsində 2 oyun olm Ən yuxarı diviziya olan A diviziyasının dörd qrup birincisi UEFA Millətlər Liqası çempionu olmaq üçün final mərhələsində qarşılaşır.
1960 UEFA Millətlər Kuboku
Futbol üzrə 1-ci Avropa çempionatı (və ya Avropa Milllətlər Kuboku) — milli yığma komandalar arasında UEFA bayrağı altında hər dörd ildən bir keçirilən futbol üzrə Avropa çempionatlarının birincisi. Turnirin final mərhələsi dörd komandanın iştirakı ilə Fransada keçirilmişdir. Çempionatın qalibi Parisdəki Park de Prens stadionunda keçirilən final oyununda əlavə vaxtda Yuqoslaviya milli futbol komandasına 2:1 hesabı ilə qalib gəlmiş SSRİ milli futbol komandası olmuşdur. GoldStar, Panasonic və Toyota şirkətləri çempionata sponsorluq etmişlər. == Reqlament == Turnir olimpiya sisteminə uyğun şəkildə keçirilmişdir. Ümumilikdə çempionatda 17 komanda iştirak etmişdir. Bu tək rəqəm olduğuna görə turnirdə yeganə seçmə mərhələsi oyunu atılan püşklə Çexoslovakiya və İrlandiya milli futbol komandaları arasında baş tutmuşdur. Oyunun nəticəsinə görə Çexoslovakiya millisi 1/8 finala vəsiqə qazanmışdır. 1/8 və 1/4 final oyunlarında da komandalar iki oyun keçirmişlər: evdə və səfərdə. Yarımfinal oyunları və final Fransada baş tutmuşdur.
1964 UEFA Millətlər Kuboku
Futbol üzrə 2-ci Avropa çempionatı — 1964-cü il 17-21 iyun tarixində İspaniyada keçirilən futbol yarışı. Çempionatın qalibi finalda SSRİ yığmasını 2:1 hesabı ilə məğlub edən ev sahibi İspaniya milli futbol komandası olmuşdur. İlk çempionatda 17 olan iştirakçı sayı, bu çempionatda 29-a çıxmışdır. == Reqlament == Turnir pley-off sisteminə uyğun keçirilmişdir. 29 komanda çempionatda iştirak etmək üçün ərizə vermişdir (Yunanıstan millisi püşkatmadan sonra iştirakdan imtina etmişdir). SSRİ, Avstriya və Lüksemburq milliləri turnirə birbaşa ikinci mərhələdən başlama hüququ əldə etmişlər. Yarımfinallara qədər komandalar bir-birləri ilə iki oyun keçirmişlər (evdə və səfərdə). Turnirin final mərhələsinə vəsiqə qazanan dörd komanda çempionatın bu mərhələsinin keçiriləcəyi ölkəyə toplaşmışlar. Ev sahibi ölkə isə final mərhələsində iştirak edəcək dörd komanda məlum olandan sonra bu komandaların mənsub olduqları ölkələrin içindən seçilmişdir. == Tarixi == Lüksemburq millisi bütün turnirin sensasiyası hesab edilmişdir.
2010 Afrika Millətlər Kuboku
Afrika Millətlər Kuboku 2010 — 2010-cu ilin yanvarında Anqolada keçirilib. Final mərhələdə 160 ölkə iştirak edib.
2013 Afrika Millətlər Kuboku
Afrika Millətlər Kuboku 2013 — 2013-cü il 19 yanvar – 10 fevral tarixlərində CAR-da keçirilmişdir. Sonuncu qalib Zambiya milli komandasıdır (2012). Afrika çempionu adını isə ən çox (7 dəfə) Misir futbolçuları qazanıblar. Cənubi Afrika Respublikasının ev sahibliyi edəcəyi builki turnir 29-cudur.
2017 Afrika Millətlər Kuboku
== Tarix == Bu turnirin qalibi Rusiyanın 2017 FİFA Konfederasiyalar Kuboku turnirində üçün uyğun olacaq.
2019 Afrika Millətlər Kuboku
2019 Afrika Millətlər Kuboku - 2019-cu ildə Misirdə təşkil olunan futbol turniri. Açılış matçında turnirin ev sahibi Misir Zimbabveni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Kamerun millisi 2017-ci il turnirində qazandığı titulu müdafiə edə bilmədi, onlar Nigeriya yığmasına 1/8 finalda məğlub oldular. Final matçında Seneqal və Əlcəzair yığmaları qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Əlcəzair 2-ci dəqiqədə vurduğu yeganə qolla qalib gəlib. Bununla Əlcəzair 2-ci dəfədir bu kuboku qazanır. Şimali afrikalılar 1990-cı ildə də qitə çempionu olub. == Reqlament == Afrika Millətlər Liqasının reqlamentinə əsasən, 24 komanda 6 qrupa bölünüb. İlk iki yeri tutan və ən yaxşı göstəriciyə malik 4 qrup üçüncüsü pley-off mərhələsinə vəsiqə qazanacaq.
Afrika Millətlər Kuboku 2010
Afrika Millətlər Kuboku 2010 — 2010-cu ilin yanvarında Anqolada keçirilib. Final mərhələdə 160 ölkə iştirak edib.
UEFA Millətlər Kuboku 1960
Futbol üzrə 1-ci Avropa çempionatı (və ya Avropa Milllətlər Kuboku) — milli yığma komandalar arasında UEFA bayrağı altında hər dörd ildən bir keçirilən futbol üzrə Avropa çempionatlarının birincisi. Turnirin final mərhələsi dörd komandanın iştirakı ilə Fransada keçirilmişdir. Çempionatın qalibi Parisdəki Park de Prens stadionunda keçirilən final oyununda əlavə vaxtda Yuqoslaviya milli futbol komandasına 2:1 hesabı ilə qalib gəlmiş SSRİ milli futbol komandası olmuşdur. GoldStar, Panasonic və Toyota şirkətləri çempionata sponsorluq etmişlər. Turnir olimpiya sisteminə uyğun şəkildə keçirilmişdir. Ümumilikdə çempionatda 17 komanda iştirak etmişdir. Bu tək rəqəm olduğuna görə turnirdə yeganə seçmə mərhələsi oyunu atılan püşklə Çexoslovakiya və İrlandiya milli futbol komandaları arasında baş tutmuşdur. Oyunun nəticəsinə görə Çexoslovakiya millisi 1/8 finala vəsiqə qazanmışdır. 1/8 və 1/4 final oyunlarında da komandalar iki oyun keçirmişlər: evdə və səfərdə. Yarımfinal oyunları və final Fransada baş tutmuşdur.
UEFA Millətlər Kuboku 1964
Futbol üzrə 2-ci Avropa çempionatı — 1964-cü il 17-21 iyun tarixində İspaniyada keçirilən futbol yarışı. Çempionatın qalibi finalda SSRİ yığmasını 2:1 hesabı ilə məğlub edən ev sahibi İspaniya milli futbol komandası olmuşdur. İlk çempionatda 17 olan iştirakçı sayı, bu çempionatda 29-a çıxmışdır. Turnir pley-off sisteminə uyğun keçirilmişdir. 29 komanda çempionatda iştirak etmək üçün ərizə vermişdir (Yunanıstan millisi püşkatmadan sonra iştirakdan imtina etmişdir). SSRİ, Avstriya və Lüksemburq milliləri turnirə birbaşa ikinci mərhələdən başlama hüququ əldə etmişlər. Yarımfinallara qədər komandalar bir-birləri ilə iki oyun keçirmişlər (evdə və səfərdə). Turnirin final mərhələsinə vəsiqə qazanan dörd komanda çempionatın bu mərhələsinin keçiriləcəyi ölkəyə toplaşmışlar. Ev sahibi ölkə isə final mərhələsində iştirak edəcək dörd komanda məlum olandan sonra bu komandaların mənsub olduqları ölkələrin içindən seçilmişdir. Lüksemburq millisi bütün turnirin sensasiyası hesab edilmişdir.
Birləşmiş Millətlər Təşkilatı Günü
Birləşmiş Millətlər Təşkilatı Günü — 24 oktyabr 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının yaradılmasına həsr edilmiş illik anım günüdür. 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Birləşmiş Millətlər Təşkilatının məqsəd və nailiyyətlərini dünya xalqlarına elan etmək və onların dəstəyini qazanmaq məqsədilə 24 oktyabr tarixini Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin ildönümü olaraq elan etdi. 1971-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası başqa bir qətnamə (Birləşmiş Millətlər Təşkilatının 2782 saylı Qətnaməsi) qəbul edərək, Birləşmiş Millətlər Təşkilatı Gününün beynəlxalq qeyd olunacağını və beynəlxalq bayram olduğunu bildirdi və Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlərə bu günün dövlət bayramı olaraq qeyd edilməsini tövsiyə etdi. == Anma == Birləşmiş Millətlər Təşkilatı Günü ənənəvi olaraq bütün dünyada təşkilatın nailiyyətləri, məqsəd və hədəflərinə dair görüşlər, müzakirələr və sərgilərlə qeyd olunur. 1971-ci ildə Baş Assambleya üzv dövlətlərə 24 oktyabr tarixini dövlət bayramı kimi qeyd etməyi tövsiyə etmişdi. 1951-ci ildə Birləşmiş Millətlər Təşkilatı Günündə Birləşmiş Millətlər Təşkilatının Poçt İdarəsi Nyu-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında ABŞ dolları ilə buraxılan ilk BMT poçt markasını buraxdı. 1948-ci ildən bəri Amerika Birləşmiş Ştatlarında Prezident hər il Birləşmiş Millətlər Təşkilatı Günü ilə bağlı bəyanat verir.
Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsi
Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsi (İyirmi altı dövlətin bəyannaməsi,rus. Декларация Объединённых Наций, ing. Declaration by United Nations) — 1942-ci il yanvarın 1-də Vaşinqton Konfransı zamanı imzalanıb. 1941-ci ilin dekabrında Ruzvelt tərəfindən antihitler koalisiyasında müttəfiqlər üçün "Birləşmiş Millətlər" adı verilmişdir. Birləşmiş Millətlər Təşkilatının 1 yanvar 1942-ci il tarixli Bəyannaməsi gələcək Birləşmiş Millətlər Təşkilatının əsasını təşkil etmişdir. Müharibə dövründə Birləşmiş Millətlər Təşkilatı antihitler koalisiyası üçün Müttəfiqlər ilə sinonimə çevrildi. Bəyannamə "Böyük dördlük" (ABŞ, Böyük Britaniya, SSRİ və Çin), Mərkəzi Amerika və Karib dənizinin 9 əyaləti, Britaniya dominionları, Britaniya Hindistanı və antihitler koalisiyasının 26 iştirakçıları tərəfindən imzalanıb. 1942-1945 dövründə 21 dövlət də bəyanata əlavə olaraq qatıldı. Tərəflər Atlantik Nizamnaməsini həyata keçirmək, bütün resurslarını Berlin-Roma-Tokio oxu ölkələri ilə müharibə üçün istifadə etmək, həmçinin Almaniya və ya Yaponiya ilə ayrı-ayrılıqda sülhün yaradılmasına razılıq vermədi. Müharibənin sonunda bir çox başqa ölkələr Filippin, Fransa, Argentinadan başqa bütün Latın Amerikası ölkələri , Yaxın Şərq və Afrikanın bəzi müstəqil dövlətləri də daxil olmaqla bəyannaməyə qoşulmuşdur.
Gillette
Gillette — Procter & Gamble şirkətinə daxil olan kişilər üçün şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkət. Gillete əsasən üzqırxan istehsalı və satışı ilə məşhurlaşmışdır. Mərkəzi mənzil gərargahı Amerika Birləşmiş Ştatlarının Massaçusets şatının Boston şəhərində yerləşən Gillete şirkətinin əsası 1901-ci ildə amerika ixtiraçısı Kinq Kemp Jillet tərəfindən qoyulmuşdur. Gillete 2005-ci ildə Procter & Gamble şirkətinin tərkibinə daxil olmuşdur. == Tarixi == Gillete markasının əsasını 1901-ci ildə amerika ixtiraçısı Kinq Kemp Jillet tərəfindən qoyulmuşdur. Kinq Kemp Jillet həyatı boyu ixtira etmək həvəsində olmuşdu. İxtiraya qədərki müddətdə müxtəlif firmalarda satıcı işləyən 40 yaşlı Jillet günlərin birində üzünü qırxarkən bu işi daha təhlükəsiz etmək üçün sıxılmış laylar arasında qalan və kütləşdikdə dəyişilə bilən ülgüclərdən ibarət üzqırxan alət düzəltmək fikrinə gəlir. 6 il sonra özünə şərik tapan Jillet ixtirasını reallaşdırmaq üçün çalışır, həmin ildə The Gillette Company adlı şirkətinin əsasını qoyur. O, 1904-cü ilin 15 noyabr tarixində öz ixtirasını patentləşdirir. Alətin əsas özəlliyi əvvəlkilərdən fərqli olaraq daha təhlükəsiz olması idi.