Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsi (İyirmi altı dövlətin bəyannaməsi,rus. Декларация Объединённых Наций, ing. Declaration by United Nations) — 1942-ci il yanvarın 1-də Vaşinqton Konfransı zamanı imzalanıb.[1]
1941-ci ilin dekabrında Ruzvelt tərəfindən antihitler koalisiyasında müttəfiqlər üçün "Birləşmiş Millətlər" adı verilmişdir. Birləşmiş Millətlər Təşkilatının 1 yanvar 1942-ci il tarixli Bəyannaməsi gələcək Birləşmiş Millətlər Təşkilatının əsasını təşkil etmişdir. Müharibə dövründə Birləşmiş Millətlər Təşkilatı antihitler koalisiyası üçün Müttəfiqlər ilə sinonimə çevrildi.
Bəyannamə "Böyük dördlük" (ABŞ, Böyük Britaniya, SSRİ və Çin), Mərkəzi Amerika və Karib dənizinin 9 əyaləti, Britaniya dominionları, Britaniya Hindistanı və antihitler koalisiyasının 26 iştirakçıları tərəfindən imzalanıb. 1942-1945 dövründə 21 dövlət də bəyanata əlavə olaraq qatıldı.
Tərəflər Atlantik Nizamnaməsini həyata keçirmək, bütün resurslarını Berlin-Roma-Tokio oxu ölkələri ilə müharibə üçün istifadə etmək, həmçinin Almaniya və ya Yaponiya ilə ayrı-ayrılıqda sülhün yaradılmasına razılıq vermədi.
Müharibənin sonunda bir çox başqa ölkələr Filippin, Fransa, Argentinadan başqa bütün Latın Amerikası ölkələri , Yaxın Şərq və Afrikanın bəzi müstəqil dövlətləri də daxil olmaqla bəyannaməyə qoşulmuşdur. Berlin-Roma-Tokio oxu ölkələrinin əksəriyyəti sonradan Birləşmiş Millətlər Təşkilatının tərəfinə keçərək Almaniyaya qarşı döyüşsələr də, bəyannaməyə qoşulmaq üçün icazə verilməmişdir.
İlk Tərəflər | |
Böyük Dördlük | ABŞ • Böyük Britaniya • SSRİ • Çin |
İngilis Birliyi | Avstraliya • Kanada • Britaniya Hindistanı • Yeni Zelandiya • Cənubi Afrika Birliyi |
Digər ölkələr | Kosta-Rika • Kuba • Dominikan Respublikası • Salvador • Qvatemala • Haiti • Honduras • Nikaraqua • Panama |
Mühacirdə olan hökumətlər | İkinci dünya müharibəsində Belçika • Çexoslovakiya • İkinci dünya müharibəsində Yunanıstan • Lüksemburq • İkinci dünya müharibəsində Niderland • İkinci dünya müharibəsində Norveç • Mühacir Polşa hökuməti • Yuqoslaviya Krallığı |
Qoşulmuş tərəflər | |
1942 | Meksika • Filippin • Efiopiya |
1943 | İraq • Braziliya • Boliviya • İran • Kolumbiya |
1944 | Liberiya • Fransa Respublikasının Müvəqqəti Hökuməti |
1945 | Ekvador • Peru • Çili • Paraqvay • Venesuela • Uruqvay • Türkiyə • Misir • Səudiyyə Ərəbistanı • Livan • Suriya |