Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qul Himmət
Qul Himmət — XVI əsrdə yaşamış ələvi xalq ozanı. == Həyatı == Məzarı, doğulduğu yer olan Tokat ilinə bağlı Almus ilçəsinin Görümlü (Varzıl) kəndindədir. Ələvi-Bəktaşi məzhəbinin Ərdəbil təkkəsinə bağlı Səfəviyyə qolundan olduğu önə sürülür. Yaşadığı dönəmdə, Pir Sultan Abdal və Şah İsmayıl Xətai ilə adı anılmışdır və Yeddi Ulu Ozandan biridir. İnancından dolayı çiləli bir həyat keçirdiyi, zindanlarda yatdığı söylənilir. Ölümüylə ilgili vacib bilgilər olmamaqla bərabər, Pir Sultanın 1560-cı ildə asılmasından sonra uzun müddət qaçaq yaşayıb kəndində vəfat etdiyi sanılır. Sevgi, sülh, dostluq təmli nəfəslər söyləmişdir. == Həmçinin bax == Ələvi Bəktaşilik == Xarici keçidlər == Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.).
Georq Zimmel
Georq Zimmel (alm. Georg Simmel‎, 1 mart 1858, Berlin — 28 sentyabr 1918, Strasburq) — məşhur alman sosioloqu, filosofu və tənqidçisi, "həyat fəlsəfəsinin" son nəsil nümayəndələrindən. Əsərlərində əsasən mədəniyyət fəlsəfəsi və sosioloji tədqiqatlara yer vermişdir. Çox zaman sosiologiyanın "böyük dördlüyü"nün unudulmuş üzvü kimi təqdim olunur (digər üzvlər Marks, Veber, Dürkheym). Amerika sosioloji dairələrində daha çox "Marks olmayan alman" kimi də tanınmış Zimmelin toplunun fəaliyyətində moda, pul kimi faktorların rolu, şəhər həyatının individual keyfiyyətlərə təsiri və sair bu qismdən maraqlı tədqiqat işləri olmuşdur. == Həyatı == Zimmel çox uşaqlı ailənin sonuncu, yeddinci uşağı kimi dünyaya göz açmışdır. Atası şokolad fabrikinin sahibi olmuşdur və vəfat edərkən övladların kifayət qədər miras qoymuşdur. Buna baxmayaraq, Zimmel üçün əsas miras Beynəlxalq Musiqi Nəşr Evinin yaradıcısı Yulius Fridlander (Julius Friedlände) tərəfindən qalmışdır. O, gənc Georqu öz himayəsinə götürmüş və ona elmlə məşğul ola bilməsi üçün hədsiz böyük məbləğdə vəsait qoymuşdur. Zimmelin ailəsində dini baxışlara münasibət bir qədər mürəkkəb olmuşdur.
Hans Zimmer
Hans Florian Simmer (12 sentyabr 1957[…], Frankfurt-Mayn, Hessen) — Alman film-musiqi bəstəkarı və musiqi prodüseri. O, 1980-ci ildən bəri 150-dən çox film üçün musiqilər bəstələmişdir. Onun əsərlərinə Ən yaxşı musiqiyə görə Oskar mükafatını qazandırmış Kral Şir və bundan başqa Ulduzlararası, Qladiator, Başlanğıc (film, 2010) və Qara cəngavər trilogiyası daxildir. Zimmer karyerasının ilkin mərhələsində Birləşmiş Krallıqda fəaliyyət göstərmiş və sonradan Amerika Birləşmiş Ştatlarına . O, DreamWorks Pictures-də film-musiqi bölməsinin rəhbəridir və öz qurduğu əvvəllər Media Ventures kimi tanınan Remote Control Productions şirkəti vasitəsilə digər bəstəkarlarla əməkdaşlıq edir. Studiyası Kaliforniyanın Santa Monika şəhərində yerləşir və film musiqilərinin ilkin versiyasının qısa zamanda hazırlanması üçün geniş kömpüter texnologiyası ilə təchiz olunmuşdur. Zimmerin əsərləri başlıca olaraq elektronik musiqi səslərini ənənəvi orkestr tərtibatları ilə bütünləşdirməsi ilə fərqlənir. O, dörd Qremmi mükafatı, üç Klassik Brit Mükafatları (ing. Classic Brit Awards), iki Qızıl qlobus mükafatı və bir Oskar mükafatı almışdır. Hans Zimmer The Daily Telegraph tərəfindən yayımlanan Yaşayan 100 Dahi siyahısına salınmışdır.
Zimmer qalası
Zimmer qülləsi ( nid. Zimmertoren Zimmertoren, həmdə Kornelius Tower Corneliustoren ) - əvvəllər şəhər istehkamlarınndan biri olmuş, Lier şəhərində (Belçika) yerləşən, orta əsrlərə aid müdafiə qalası. Qüllə təxminən 1425-ci ildə tikilib (tikintinin dəqiq tarixi məlum deyil). 1812-ci ildə tikili şəhər rəhbərliyi tərəfindən satılmış, lakin Birinci Dünya Müharibəsindən sonra onu sökmək üçün geri alınmışdır. Ancaq 1928-ci ildə saatsaz Luis Zimmer şəhərə özünün düzəltdiyi yubiley saatını hədiyyə edir ( nid. Jubelklok Jubelklok ) əsərinin. Bu saat bütün qitələrdəki vaxtı , ayın fazalarını, Qabarma və çəkilmənin vaxtını və bir çox digər dövri hadisələri göstərirdi. Saatı köhnə qüllədə yerləşdirməyə qərar verdilər. Lakin qüllə bunun üçün əsaslı şəkildə yenidən qurulmalı idi.Saatsazın şərəfinə tikili Zimmer qülləsi adlandırıldı. Saatda 57 siferblat var (onlardan 13-ü qüllənin kənarında yerləşir).
Hümmət
Hümmət Partiyası və ya Hümmət Sosial Demokrat Müsəlman Təşkilatı — Azərbaycanda və bütün İslam dünyasında ilk milli sosial demokrat təşkilatı. == Tarixi == === Yaradılması === 1904-cü ilin axırlarında Bakı Komitəsi nəzdində Müsəlman Sosial Demokrat "Hümmət" təşkilatı yaradılmışdı. Təşkilat bir qrup azərbaycanlı demokrat ziyalının təşəbbüsü ilə yaradılmışdı. Onların arasında Nəriman Nərimanov, Sultanməcid Əfəndiyev, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov, Mirəsədulla Mirqasımov, Məhəmməd Əli Rəsulzadə (Rəsuloğlu), İsa bəy Aşurbəyov, Qara bəy Qarabəyov, Məmmədbağır Axundov, Məmməd Həsən Hacınski, Mir Həsən Mövsümov, Əjdər Məlikov və başqaları var idi. Hümmət Partiyasının sədri əvvəl Məhəmməd Əmin Rəsulzadə, sonra isə Nəriman Nərimanov seçilmişdir. Rəsulzadənin rəhbərliyi ilə 1904–1905-ci illərdə ilk kommunist qəzeti olan qeyri-leqal "Hümmət" qəzeti çapdan çıxmışdır. "Hümmət" formal olaraq Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində, müstəqil fəaliyyət göstərirdi. Bəzi mənbələrə əsasən, hələ 1903-cü ildə Məhəmməd Əmin Rəsulzadə və onun həmfikirləri tərəfindən tələbə gənclərdən ibarət olan və sonradan Hümmətin əsasını təşkil edən "Azərbaycanın Gənc İnqilabçıları Dərnəyi" yaranmışdı. Hümmətin 1917-ci ilə qədərki fəaliyyətini iki aspektdə — bir tərəfdən bir çox siyasi məsələlərdə (tətil və nümayişlərdə iştirak etmək, beynəlmiləlçiliyin təbliği, dövlət dumasına seçkilər və s.) Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsi ilə birgə fəaliyyətə, digər tərəfdən isə Hümmətin üzvləri yerli mətbuat səhifələrində müsəlmanların milli ləyaqət və hüquqlarının tapdalanması barədə məqalə və çıxışlara görə nəzərdən keçirmək olar. Hümmət vərəqələrində çox vaxt özünü partiya adlandırırdı.
Qismət
Qismət — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Bu adı olan tanınmış insanlar Qismət Məmmədzadə — Müğənni. Qismət (yazıçı) — Azərbaycan yazıçısı.Bu təxəllüsü olan tanınmış insanlar İlahə Qismət — Bəstəkar, Qara Qarayev təqaüdçüsü, simfonik dirijorDigər Qismət (riyaziyyat) — Ədədin ədədə bölünməsindən alınan ədəd. Qismət (nəşriyyat) — Azərbaycanda nəşriyyat.
Qiymət
Qiymət — satıcının bir vahid mal köçürməyə (satmağa) hazır olduğu pul məbləği. Əslində, qiymət müəyyən bir əmtəənin pula dəyişdirmə əmsalıdır. Qiymət anlayışı əsas iqtisadi kateqoriyadır. Malların könüllü mübadiləsindəki nisbətlərin (nisbət) qiyməti dəyər adlanır. Bu səbəbdən, qiymət malın vahidinin pulla ifadə olunan dəyəri və ya mal vahidinin pul dəyəri və ya dəyərin pul dəyəridir. Gündəlik danışıqlarda qiymət çox vaxt bir məhsulun dəyəri ilə sinonimdir (məsələn, “kibrit nə qədərdir?”) və bu sözlər bir-birinin əvəzinə istifadə edilə bilər. == Qiymətin fəlsəfi anlayışları == Aristotelin iki qiymət anlayışı var: qiymət — artığın dövriyyəsinə xidmət edən mübadilə kateqoriyasıdır (insanın varlığı və çoxalması üçün lazım olmayan hər şey). Digər tərəfdən, bu həqiqətə uyğun olmayan sərvətin ifadəsidir. Foma Akvinski üçün "Ədalətli Qiymət" — xərcləri bərpa etməyə imkan verən bir qiymətdir. Digər tərəfdən, Foma Akvinski, qiymətin alıcının Tanrı ilə nə qədər yaxın olmasından asılı olaraq fərqləndirilməli olduğunu söyləyir.
Zəhmət
Zəhmət (1935-ci ildən), Haçaparaq — Qərbi Azərbaycanda azərbaycanlıların yaşamış olduğu kənd. == Tarixi == Kənd rayon mərkəzindən 3 km şimal-qərbdə, Zəngi çayının sağ sahilində yerləşir. Zəngibasar rayonu təşkil edilənədək (14 yanvar 1969) Vağarşabad rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin tarixi adı Xacaparaq, Azərbaycan mənbələrində Xocəparak kimi qeyd edilir. 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «haçalanmanın başlandığı yer» mənasında işlənən haça sözü ilə, qədim türk dilində «gecələr heyvan salınan, hasarlanmış yer» mənasında işlənən parax sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 .l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Zəhmət qoyulmuş, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Xaçpar adlandırılmışdır. == Əhalisi == Kənddə 1831-ci ildə 326 nəfər, 1873 - cü ildə 716 nəfər, 1886-cı ildə 753 nəfər, 1897-ci ildə 1059 nəfər, 1904 - cü ildə 992 nəfər, 1914 - cü ildə 1135 nəfər, 1916-cı ildə 1113 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur.
İmamət
İmamət (ərəb. إمامة‎ İmāma; ing. Imamah) - İslam dininin şiə qanadında qəbul edilən dini rəhbərlik və siyasi idarə üsulu. İmamət düşüncəsi İslamda siyasi rəhbərliyin yalnız Məhəmməd peyğəmbərin ailə davamçısı olan imamlara aid olduğunu qəbul edir. Şiəliyin 12-imam və İsmayili təriqətləri isə imamların Əhl əl-Beyt (peyğəmbər ailəsinin) üzvləri olduğu üçün qeyri adi biliyə, məsumluğa və aliliyə malik olduğuna inanır . İmamət ərəb sözü olub, rəhbərlik mənasını daşıyır. Dini terminologiyada isə "İmamət" sözü belə izah edilir: "İmamət, peyğəmbər canişinliyi olub, dini və dünyəvi işlərdə xalqa rəhbərlik etmək və onları ziyanlı və azğın işlərdən çəkindirib doğru yola dəvət etmək deməkdir. Hamının da belə bir imama tabe olması vacib və zəruri sayılır". Əhli-beyt məktəbinə görə imamətin bir neçə xüsusiyyəti vardır ki, onların bəzisi aşağıdakılardan ibarətdir: 1-İmamın Allah tərəfindən təyin olunması: Sünnilərdən fərqli olaraq şiələr imamın seçkilər (müsəlmanlar icması) yolu ilə deyil, məhz Allah tərəfindən təyin edilməsinə əqidə bəsləyir.2-İmamın ilahi biliklərə yiyələnməsi: Həzrət peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm ilahi biliklərə malik olduğu kimi, ondan sonra gələn ümmət rəhbəri də ilahi mənbələrlə rabitəli və xalqın ən bilicisi olmalıdır. 3-İmamın məsum olması: Həzrət Peyğəmbərin günah və səhvlərdən mə'sum olması zəruri olduğu kimi, xalqa rəhbərlik edən imamın da mə'sum olması vacibdir.
Zimmi
Zimmi — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur. == Tarixi == Məngük kəndinin yaxınlığında, Zimmi dərəsində, Yağan dağının ətəyində yerləşirdi. 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Zimmi Vedisi formasında qeyd edilmişdir. Kənddə 1873-cü ildə 184 nəfər, 1886-cı ildə 231 nəfər, 1897-ci ildə 322 nəfər, 1904-cü ildə 259 nəfər, 1914-cü ildə 285 nəfər, 1916-cı ildə 216 nəfər azərbaycanlı yaşamışdır 1918–19-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanı kəndlərinə dönə bilmişlər. 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır 1948–49-cu illərdə kəndin sakinləri SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından deportasiya olunaraq Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir. == Toponimi == Toponim VII əsrdə Arran əhalisinin islam dinini qəbul etməyən hissəsinə xristianlara ərəblərin verdiyi Zimmi sözü əsasında formalaşmışdır. İslamı qəbul edən yerli əhalini ərəblər movla, islamı qəbul etməyənləri Zimmi adlandırmışlar. Quruluşca sadə toponimdir.
ASAN xidmət
"ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər.> ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dür (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 25 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, on səkkizi sə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 60 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur. Həmçinin mərkəzlərdə sosial layihələr də keçirilir.
Cəlal Himməti
Cəlal Himməti (fars. جلال همتی‎; d. 6 may 1936 – ö. 23 sentyabr 2006) — İran pop müğənnisi. "Pərivaş" mahnısı ilə məşhurdur. == Haqqında == 1936-cı ildə Kirmanşahda dünyaya gəlmişdir. Altsheymer xəstəliyindən əziyyət çəkirdi. Los-Ancelesdə xəstəxanada 2006-cı ildə vəfat etmişdir.
Divani-hikmət
"Divani-hikmət" (Hikmət evi) - ilk ədəbi məclis "Divan-ı Hikmət" ("Hikmət Evi") XIX əsr. Azərbaycanda qurulan ilk ədəbî məclislərdən biridir. 1820-1830-cu illər arasında, Gəncədə, şair Mirzə Şəfi Vazeh tərəfindən qurulmuş, 1841-ci ildə onun Tiflisə köçməsi səbəbiylə, 1841-1846-cı illər arası faaliyətini Tiflisdə davam etdirmişdir. Yığıncaqlarına Azərbaycan şairləriylə bir arada ruslar, almanlar, ermənilər və b. da qatıldığı tək ədəbî məclisdir. "Divan-ı Hikmət'in faaliyətləri və toplantıları, Tiflisdə 1852-ci ilə, Mirzə Şəfi Vazehin ölümünə qədər, Gəncədə isə 1882-ci ilə, Mirzə Mehdi Nacinin ölümünə qədər davam etmişdir.
Ehtiyat qiymət
Reserve price ~ резервированная цена ~ en düşük fiyat ~ ehtiyat qiymət – hərraclarda: gizli tutulan minimal qiymət təklifi (BID). Adətən, minimal qiymət (satıcının razı olacağı ən aşağı qiymət) potensial alıcılara elan olunur, ancaq onlayn hərraclar (məsələn, eBay) satıcılara ehtiyat qiymət adlandırılan və gizli saxlanılan minimal qiymətini göstərməyə icazə verir. Ehtiyat qiymət açıqlanmır və ondan aşağı qiymət təklifi son satış qiyməti kimi qəbul olunmur. Bax: AUCTION, EBAY. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hikmət Ağayev
Hikmət Səttar oğlu Ağayev (6 yanvar 1966, Günəşli, Lerik rayonu) — Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti "A" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri (1993–2016), Ehtiyatda olan Polkovnik. Hal-hazırda isə "Ehtiyatda olan Zabitlər Konfederasiyası"da sədr müavini , idarə heyətinin üzvü, "Qarabağ Əlilləri Veteranları Və Şəhid Ailələri İctimai Birliyi"də idarə heyətin üzvü. == Həyatı == Ağayev Hikmət Səttar oğlu 6 yanvar 1966-cı ildə Lerik rayonunun Günəşli kəndində doğulub. Valideyinləri Bakı şəhərinə köçdükləri ilə əlaqədar olaraq ibtidai, yəni 3-cü sinfə qədər Nizami rayonu 70 saylı orta məktəbdə, daha sonra Binəqədi rayon 246 saylı orta məktəbdə təhsilini davam etdirir. 1980-ci ildə 8-ci sinfi bitirdikdən sonra təhsilini Sabunçu rayon 88 saylı orta texniki peşə məktəbində "Telefon qovşağı elektirik peşəsi" sahəsində davam etdirir. 1984-cü ildə texniki peşə məktəbini bitirir.. Hərbçilik fəaliyyətinə 1984-cü il tarixində uşaqlıq arzusu olan Şimali Osetyanın Ordjenkisze şəhərində yerləşən Ali Ümümqoşun hərbi məktəbinə qəbul imtahanlarına sənədlərini verərək başlamışdır. Müsabiqədən keçə bilmədiyindən öz ərizəsilə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə getməyi ilə əlaqədər olaraq hərbi komisarlığa müraciət edir. 1984-cü ilin oktyabr ayından həqiqi hərbi xidmətə çağırılır. Həqiqi hərbi xidmətini Çita şəhərində Təlim ümümqoşunlar alayında serjant kurslarından başlayır.
Hikmət Babaoğlu
Hikmət Baba oğlu Məmmədov (1966, Göllü, Amasiya rayonu) — Azərbaycan Milli Məclisinin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru (2008–2021), siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993), Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP-ın Mərkəzi Aparatı ilə Milli Məclisdə təmsil olunan deputat qrupu arasında əlaqələndirici. == Həyatı == Hikmət Baba oğlu Məmmədov 1966-cı ildə Ermənistan Respublikası Amasiya rayonunun Göllü kəndində, ziyalı ailəsində anadan olub. 1984–1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. == Siyasi fəaliyyət == 1993–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında təlimatçı, baş təlimatçı vəzifəsində çalışıb. 1999-cu ildə YAP-ın I qurultayında Partiyanın Siyasi Şurasına üzv seçilib. 1998–2008-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2008–2021-ci illərdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru olmuşdur.1 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin və 9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının altıncı çağırış Milli Məclisinin deputatı seçilib. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. == Elmi fəaliyyət == 2005-ci ildə "Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqları; Azərbaycan Respublikası təcrübəsinin politoloji təhlili" mövzusunda dissertasiya müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru, alimlik dərəcəsi alıb. 2013-cü ildə "Azərbaycan Respublikası müasir beynəlxalq siyasi proseslərin aktoru kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək siyasi elmlər üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
Hikmət Babaşov
Hikmət Firudin oğlu Babaşov (3 fevral 1977, Yeni Mil, Jdanov rayonu – 8 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hikmət Babaşov 1977-ci il fevralın 3-də Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olmuşdur. 1983–1994-cü ildə Beyləqan rayonu Milabad qəsəbə tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Hikmət Babaşov 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət etmiş, mühəndis-istehkamçı kimi hərbi fəaliyyətinə davam etmişdir. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmiş və ağır yaralanmışdır. Azərbaycan Ordusunun kiçik çavuşu olan Hikmət Babaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Hikmət Babaşov noyabrın 8-də Qubadlının azad edilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Babaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Babaşov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Babaşov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Babaşov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Babaşov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15.
Hikmət Bağırlı
Hikmət Qəhrəman oğlu Bağırlı (29 sentyabr 2001; Bəydili, Biləsuvar rayonu, Azərbaycan — 29 sentyabr 2020; Füzuli, Azərbaycan) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hikmət Bağırlı 29 sentyabr 2001-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. Bəydili kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra cağrışla hərbi xidmətə yollanmışdır. == Hərbi xidməti == Hikmət Bağırlı Ağcabədi bölgəsində kəşfiyyat qurupunda xidmət etmişdir. 29 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, həlak olmuşdur. O, 30 sentyabr 2020-ci ildə doğulduğu Bəydili kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Hikmət Boran
Hikmət Boran (1901, Savaştəpə[d], Balıkəsir ili – 1945, İstanbul) — tibb fakültəsi tələbəsi ikən İstanbulun işğalına qarşı universitetdə müqavimət təşkilində oynadığı rol və tibb fakültəsi tələbələrinin təmsilçisi olaraq qatıldığı Sivas Konqresində etdiyi mandatlıq rejiminə qarşı çıxışıyla məşhurdur. Türkiyə İstiqlaliyyət müharibəsinə qatılmış, müharibədən sonra ümumi cərrah olaraq çalışmışdır. Jurnalist və incəsənət xadimi Orxan Boranın atasıdır. == Həyatı == 1901-ci ildə Balıkəsirin Savaştəpə bucağında dünyaya gəldi. Atası poçt-teleqraf məmurlarından Haqqı bəydir. Abxaziyadan sürgün edilən çərkəz qaçqınları arasında Trabzona gəlmiş ailənin övladıdır. Ali təhsilini İstanbulda Tibbiyyə Məktəbində almış, İstanbulun işğala uğradığı günlərdə ingilis bölmələrinin işğalı altında olan məktəbdə təşkil edilən nümayişlərdə rəhbər rol oynamışdır. Üçün kurs tələbəsi ikən Sivas Konqresinə qatılmaq üçün tələbələrin təmsilçisi olaraq seçilən Hikmət İstanbuldan qaçaraq Sivasa getmişdir. Konqresə İstanbuldan qatılan 3 nümayəndədən biri olmuşdur. Sivas Konqresində Mustafa Kamala xitabən etdiyi çıxışı ilə tanınır.TBMM qurulunca dostu Yusif bəy ilə birlikdə təhsilini yarıda buraxaraq Ankaraya getmişdir.
Hikmət Cavadov
Hikmət Cavadov (5 may 1982, Bakı) — Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq üzrə elmlər doktoru == Həyatı == Hikmət Cavadov 1982-ci ilin may ayının 5-də Bakı şəhərində doğulub. 1998-ci ildə Bakı şəhərindəki 42 saylı orta məktəbini fərqlənmə attestatı ilə bitirib. 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2004-cü ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. 2007-ci ildə Ukrayna Milli Elmlər Akademiyasının V. M. Korotskiy adına Dövlət və Hüquq İnstitutunun aspirantura şöbəsini bitirərək 2008-ci ildə Hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2004-cü ildən Ukrayna Milli Elmlər Akademiyasının V. M. Korotskiy adına Dövlət və Hüquq İnstitutunda elmi fəaliyyətlə məşğul olan H. Cavadov 2009–2013-cü illərdə kiçik elmi işçi, 2013–2016-cı illərdə həmin institutun doktorantı olub, hazırda elmi işçi vəzifəsində çalışır. 2018-ci ildə hüquq üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Bu müddətdə H. Cavadovun hüquq elmi üzrə 2 monoqrafiyası və 40-dan çox elmi məqaləsi çapdan çıxıb.2023-cü ilin yanvar ayında Ukrayna vətəndaşlığı alıb. == Fəaliyyəti == H. Cavadov 2005–2012-ci illərdə "Demokratiyanın Nəbzi" Beynəlxalq İctimai Təşkilatının sədri vəzifəsində çalışıb, 2010-cu ildən "Slovo Azerbaydjana" ümumukrayna qəzetinin şef redaktorudur. 2012-ci ildən isə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri kimi aktiv ictimai fəaliyyətlə məşğuldur. Ötən müddət ərzində Azərbaycanla bağlı bir sıra uğurlu layihələrə imza atıb.
Hikmət Hacıyev
Hikmət Fərhad oğlu Hacıyev (15 oktyabr 1979, Kirovabad) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin sabiq rəhbəri. == Həyatı == Hikmət Hacıyev 1979-cu ildə Gəncə şəhərində anadan olub və buradakı 24 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirmişdir. NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur.Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışmışdır. Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində işləyib. 2008-ci ildən isə Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Təhlükəsizlik problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub. 2013-cü ilin avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq Xarici İşlər Nazirliyinə qayıtmışdır. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində işləmişdir.Hikmət Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır.9 iyul 2018-ci ildə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı, 9 iyul 2019-cu ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.18 sentyabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini, 26 noyabr 2018-ci ildə isə bu şöbənin müdiri, 29 noyabr 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin olunmuşdur.Rus, türk, ingilis və fransız dillərini bilir. Ailəlidir, iki övladı var.
Hikmət Hacızadə
Hacızadə Hikmət Əbdürrəhim oğlu (11 noyabr 1954, Bakı – 20 noyabr 2020) — Azərbaycanın Rusiyadakı keçmiş səfiri. == Həyatı == Hikmət Hacızadə 1954-cü ildə Bakıda anadan olmuşdur. 1977-ci ildə ADU-nun fizika fakültəsini bitirmiş, 1983-cü ildə Moskvada fizika-riyaziyyat elmləri namizədi adını almaq üçün dissertasiya müdafiə etmişdir. Azərbaycan EA-nın Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində işləmişdir. 1988-ci ildə "perestroyka" ilə başlayan Azərbaycanın istiqlal hərəkatında fəal iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, birinci İdarə Heyətinin üzvü, AXC-nin "Svoboda" qəzetinin redaktoru olmuşdur. Xalq Cəbhəsinin hakimiyyəti dövründə baş nazirin müavini və Azərbaycanın Rusiyada səlahiyyətli nümayəndəsi işləmişdir. 1993-cü ildən Müsavat Partiyasının və onun Divanın üzvüdür. Demokratiya və İnsan haqları barəsində biliklərin ayılması ilə məşğul olan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) qurucusu və vitse-prezidentidir. Xalq Cəbhəsi və Müsavat Partiyasının nizamnamə və məramnamələrinin tərtibçilərindən biri, "keçid dövrü"nün problemləri, insan haqları tarixi və nəzəriyyəsi üzrə çoxsaylı məqalə və kitabçaların müəllifidir. Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan "Demokratiya haqqında 150 000 işarə" kitabı 1995-ci ildə nəşr edilib.
Hikmət Həsənov
Hikmət Həsənov (general-mayor) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 1-ci Ordu Korpusunun komandiri. Hikmət Həsənov (kiçik çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi.
Hikmət Mahmudov
Mahmudov Hikmət İsmayıl oğlu (1936, İsmayıllı rayonu – 24 dekabr 2020) — geologiya-mineralogiya elmləri doktoru, professor == Həyatı == Mahmudov Hikmət İsmayıl oğlu 1936-cı il may ayının 15-də İsmayıllı rayonunun ecazkar təbiətli Mican kəndində dünyaya göz açmışdır. İsmayıllı rayonunda orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsində təhsil almışdır. Oxuduğu müddətdə fakültənin ən fəal və istedadlı tələbəsi kimi tanınmışdır. 1963-cü ildə universiteti bitirərək mühəndis-geoloq ixtisasına yiyələnmiş və təyinatını Qazaxıstan Respublikasına almışdır. 1963–1964-cü illərdə Aktyubinski Vilayətinin Muqodjar geoloji-partiyasında texnik-geoloq və geoloq vəzifələrində çalışmışdır. Bu müddət ərzində H. Mahmudov gərgin və səmərəli axtarışlar apararaq Aktyubinski vilayətində bir neçə qızıl, gümüş, nadir elementlər, pyezokvars və digər yataqlar aşkar etmişdir. O, Qazaxıstanda, xüsusən də Cənubi Muqodjar sahəsində qızılın olmasını ilk dəfə aşkar etmişdir. Rəhbərlik tərəfindən təşəkkürnamələr, fəxri fərmanlar və pul mukafatları almışdır. 1965-ci ildə isə onu Qazaxıstan Respublikiası Aktybinski vilayətinin Mərkəzi Geoloji Partiyasında yetkin mütəxəssis kimi rəis vəzifəsinə təyin edirlər. Qazaxıstanın rəhbər orqanları ona bacarığına və istedadına görə Əlcazairə göndərmək qərarına gəlirlər, lakin bu təklif Vətən sevgisi ilə əvəz olunur.
Hikmət Mirməmmədli
Hikmət Mirməmmədli (20 mart 1961, Bakı – 22 may 2007, Bakı) — Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi və bəstəkarı, kino bəstəkarı. == Həyatı == Əməkdar incəsənət xadimi Hikmət Mirməmmədli 22 may 2007-ci ildə dünyasını dəyişib. === Ailəsi === Bəstəkar Nailə Mirməmmədlinin həyat yoldaşı olmuşdur. == Mükafatları == 2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Hikmət Mirzəyev
Hikmət İzzət oğlu Mirzəyev (29 fevral 1968, Puşkin rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin hərbi rəhbərlərindən biri, Vətən Müharibəsi Qəhrəmanı (2020). Hikmət Mirzəyev Cəbrayıl rayonunun və Şuşa şəhərinin azad olunması əməliyyatlarına rəhbərlik etmişdir. == Həyatı == Hikmət Mirzəyev 29 fevral 1968-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Birinci Qarabağ müharibəsində iştirak etmiş, xüsusi təyinatlı taborun üzvü olmuşdur. 1992-ci ilin dekabrında Xocalı rayonu ərazisindəki o zaman Ağdam üçün böyük təhlükə təşkil edən Fərrux yüksəkliyini azad etmək üçün Müdafiə Nazirliyinin göstərişi ilə Mehman Səlimovun komandanlığı ilə aparılmış hücum əməliyyatı zamanı Hikmət Mirzəyev kapitan rütbəsində hərbi birliyin kəşfiyyat bölüyünün komandiri kimi döyüşüb.O, Ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Ona Polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev general-mayor Hikmət İzzət oğlu Mirzəyevi general-leytenant ali hərbi rütbəsi ilə təltif etmişdir.Bundan başqa, Hikmət Mirzəyev 24 iyun 2003-cü ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə Heydər Əliyevin fərmanı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. 24 iyun 2015-ci ildə isə Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindən olmuşdur.
Zimmern
Zimmern (Almanca tələffüz: [ˈzɪmən]; rəsmi olaraq Zimmern/Hunsrük) — Almaniyanın Reynland-Pfats əyalətində, Reyn-Hunsrük dairəsində 7600 nəfər əhalisi olan bir şəhərdir (2013).
Deşil Hemmet
Deşil Hemmet (27 may 1894[…], Baltimor, Merilend – 10 yanvar 1961[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ yazıçısı. Daha çox qısa hekayələrə və detektiv romanlara üstünlük vermişdir. == Həyatı == Deşil Hemmet 27 may 1894-cü ildə Merilend ştatının Sent-Meri şəhərində anadan oldu. Gənc yaşlarında qəzet satdı və hamballıq etdi. Daha sonro 1915–1921-ci illərdə Pinkerton Dedektivlik Bürosunda detektivlik etdi, amma sonra bu işindən ayrıldı. Bundan sonra müxtəlif qəzet və jurnallarda detektiv hekayələri yazmağa başlayan Hemmet ilk iki romanını 1929-cu ildə nəşr etdirdi. 1930-cu ildə "Malta şahini" (The Maltese Falcon) əsərini yazdı. Bu roman əsasında 1941-ci ildə Con Hyuston tərəfindən eyniadlı film çəkildi. Filmdə Sam Speyd rolunda Hamfri Boqart çıxış etdi. 1934-cü ildən etibarən siyasətlə məşğul olmaya başlayan Hemmet insan hüquqlarının qorunması üçün işlər apardı və könüllü olaraq ppİkinci dünya müharibəsi[[nə qatıldı.