Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mokban
Mukbanq (kor. 먹방; kor. 먹방, moknın - yemək və kor. 방송, banson - yayım) — dinləyiciləri ilə qarşılıqlı əlaqə saxlayarkən çox miqdarda qidaları yeyərək canlı onlayn audiovizual yayımdır. Adətən yayım evdə veb-kamera qarşısında olur.
Solban
Solban — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Zilban
Ziliban — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisi əsasən avarlardır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Zohan
Zuhan — İranın Cənubi Xorasan ostanının Qainat şəhristanının Zuhan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 707 nəfər və 233 ailədən ibarət idi.
Zoman
Zoman (metilflorfosfin turşusunun pinakolin efirdir) — rəngsiz, zəif kamfora iyi verən mayedir. Sıxlığı 1,02 q/sm3, qaynama temperaturu 2000 °C, donma temperaturu mənfi 800 C-dir. Suda həll olmur, üzvi həlledicilərdə isə yaxşı həll olur. Toksiki xassələrinə görə zoman zarindən güclüdür, onun buxarları zarin buxarlarından 3–4 dəfə çox toksikdir. Maye — damla halında isə zarindən 15–20 dəfə toksikdir. Zoman öz zəhərləyici xassələrini su tutumlarında 2,5 ayadək saxlayır. Zəhərlənmənin ilkin əlamətləri – göz bəbəklərinin daralması (mioz), bronx tutmaları, ağız suyu və tər ifrazının artması, ürək döyüntülərinin qısamüddətli şiddətlənib, sonra isə sakitləşməsini göstərmək olar. == İlk yardım == Zoman buxarları ilə zəhərlənmiş adama əleyhqaz geydirib zəhərli zonadan çıxarmaq lazımdır. Əgər tibbi preparatlar varsa, zərərçəkənə antidot (zəhərlənməyə qarşı həblər) vermək lazımdır. Zoman damcıları geyimlərin və bədənin açıq yerlərinə düşdükdə, həmin yerləri dərhal ammonyakın sulu məhlulu və ya fərdi kimyəvi paketdə olan polideqazasiya mayesi ilə təmizləmək lazımdır.
Zorba
Zorba, Sorik — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Sorik qoyulmuşdur.
Çoban
Çoban — heyvan otaran şəxs.
Aryen Robben
Aryen Robben (23 yanvar 1984[…]) — hollandiyalı futbolçu. Hücumçu arxası və sağ cinahda oynayır. Hollandiyada iki dəfə ilin futbolçusu seçilmişdir. === Klub karyerası === Robben, futbol karyerasına anadan olduğu Qroningen şəhərinin Qroningen futbol klubunda başlamışdır. Liqada ilk oyununa Tventeyə qarşı oynamışdır. Robben ilk mövsümündə 18 oyuna 2 qol vurmaqla komandada ilin futbolçusu seçilmişdir. İkinci sezonunu daha yaxşı keçirən Robben 28 oyuna 6 qol vurmuş və il sonunda 3.9 milyon € qarşılığında PSV klubuna transfer olunmuşdur. Robben, burada da ilk sezonun yaxşı keçirmiş və 33 oyunda 12 qol vurmuşdur. Bu uğurlardan sonra Mançester Yunaytedin baş məşqçisi Aleks Ferqyuson, Robben üçün 8 milyon € təklif etmiş, lakin rəhbərlik qəbul etməmişdir. 2003-04 sezonunu yaxşı keçirməsə də, il sonunda 12 milyon € qarşılığında Çelsiyə transfer olunmuşdur.
Fabri Zoltan
Fabri Zoltan (15.10.1917, Budapeşt – 23.8.1994, Budapeşt) – Macar teatr və kino rejissoru, ssenarist, aktyor. == Həyatı == Fabri erkən yaşlarından rəssam olmağı arzulayırdı. O, rəsm çəkməyi öyrənibdir və Macar İncəsənət Kollecini bitirmişdir. 1950-ci ildə macar kino sənayesində quruluşçu dizayner kimi fəaliyyətə başlamışdır. O, ilk "fırtına" filmini 1951-ci ildə çəkmişdir. 1956-cı ildə özünün üçüncü "Şən karusel" filmi ilə dünya şöhrətli rejissor olmuşdur. O, 1980-ci illərin əvvəllərinədək rejissor və ssenarist kimi işləməyə davam etmişdir. Kino sənayesindən ayrıldıqdan sonra, Fabri Macarıstanın teatr və kino sənəti Universitetində müəllimlik etmişdir. Həyatının son illərində o, ssenari yazıb, lakin onlar hələ də işıq üzü görməyib. Fabri 1959-cu ildən 1981-ci ilə qədər Macarıstan kino İttifaqının prezidenti olmuşdur.
Zoltan Ambruş
Zoltan Ambruş (mac. Ambrus Zoltán; 22 fevral 1861, Debretsen – 28 fevral 1932, Budapeşt) — Macarıstan yazıçısı və tərcüməçisi. == Həyatı == Debreçendə gimnaziyanı bitirdikdən sonra Budapeştdə hüquq fakültəsində təhsil almışdır. 18 yaşı olarkən atasının vəfat etməsindən sonra bütün ailənin yükü onun çiyinlərinə düşdü. O, Pesti Naplo, Fővárosi Lapok və Budapest Szeml kimi qəzetlər üçün məqalələr və teatr əsərlərinin tənqidini yazırdı. 1885-ci ildə Parisə köçdü və burada Kollec-de-Fransda və Paris Universitetində ədəbiyyat ixtisasına yiyələndi. Peşt şəhərinə geri döndükdən sonra A Hét jurnalı üçün bir sıra qısa həcmli hekayələr yazdı. 1900-cü ildə Új Magyar Szemle qəzetinin redaktoru oldu və Nyuqat jurnalı üçün məqalələr yazdı. 1917-1922-ci illər arasında Milli Teatrın direktou oldu. == Əsərləri == Macarıstanın şəhər quruluşu haqqında yazırdı.
Zoltan Batorfi
Zoltan Batorfi (20 iyul 1975) — Macarıstanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Zoltan Batorfi Macarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Zoltan Koday
Zoltan Koday — macar bəstəkar, musiqiçi və müəllim. == Bioqrafiyası == Uşaqlığından , amatör musiqiçi olan atasından skripkada ifa etmeyi öyrəndi. 1900-cü ildə Budapeşt Universitetinin dil şöbəsinə və eyni zamanda Qans fon Kössler Macarıstan Musiqi Akademiyasında kompozisiya sinifinə daxil oldu. Kursun bitməsindən bir il sonra Şarl Vidor (ing. Charles Widor) ilə birlikdə Parisdə təhsil alıb. 1905-ci ildən etibarən Macarıstan xalq musiqisi irsinin əsərlərini toplayaraq məşğul olurdu, bu məqsədlə o, müxtəlif Macarıstan vilayətlərinin kəndlərinə səyahət etdi. 1906-cı ildən etibarən, Bela Bartok ilə birgə folklor mahnılarının çoxsaylı kolleksiyaları ilə nəşr etdi. Birinci Dünya müharibəsi zamanı Koday Bela Bartok ilə birlikdə Budapeştdə Avstriya-Macarıstan Hərbi Nazirliyinin mətbuat bölməsinin musiqi sektorunda çalışmışdır. 1919-cu ildə Macarıstan Sovet Respublikasının hökuməti onu Musiqi Akademiyasının vitse-prezidenti təyin etdi, Musiqili İncəsənət Ali Məktəbinin adı dəyişdirildi; hortum rejiminin yaradılmasından sonra, 1921-ci ilə qədər tədris fəaliyyətlərini müvəqqəti olaraq dayandırmağa məcbur olub. 1942-ci ildə təqaüdə çıxmış, fəxri professor unvanını alan İkinci Dünya müharibəsinin sonunda Macarıstan İncəsənət Şurasının prezidenti olmuşdur.
Boban Maryanoviç
Boban Maryanoviç (serb. Бобан Марјановић) - NBA-ya daxil olan Detroyt Pistons komandasında oynayan serbiyalı peşəkar basketbolçudur. O, 1988-ci il avqust ayının 15-də anadan olmuşdur. Boyunun uzunluğu 7 ft 4 in (2,23 m)-dir. Oyunda əsas yeri mərkəzdir. 2015-ci ildə Bütün Avroliqanın birinci komanda seçkilərini qazanıb. == Peşəkar karyerası == === İlk illər === Maryanoviç basketbola Bolyevaç komandasında oynamaqla başlayıb. 14 yaşında onun ilk Serbiyada profesional komanda Hemofarm olub. Burda oynayan zaman onun boyu 2,09 m olmuşdur. O komandanın ən hündür boy oyunçu idi.
Dmitri Loban
Dmitri Valentinoviç Loban (belar. Дзмітрый Валянцінавіч Лобан; doğ. 3 may 1981) — Belarus paralimpyaçısı. Xizəksürmə və biatlon idmanı üzrə Paralimpiadanın bürünc mükafatçısı (Vankuver). Phençhan Paralimpiyadasının iki qat gümüş mükafatçısı. Dünya Kubokunun sahibi. Lidiya Dmitrevnanın həyat yoldaşı. LW12 kateqoriyasında çıxış edir. == Bioqrafiyası == Brest vilayətinin Qonçarı kəndində anadan olmuşdur. Peşə məktəbini bitiridikdən sonra inşaatçı işləyib və kənd təsərrüfatı işləri ilə məşğul olub.
Hüsaməddin Çoban
Hüsaməddin Çoban (XII əsr – XIII əsr) — Rum Sultanlığının tanınmış hökmdarlarından biri. XIII əsrdə yaşamışdır. I İzzəddin Keykavus ilə qardaşı I Əlaəddin Keyqubad arasındakı taxt davasında tərəflər arasında razılaşmada pay sahibi olmuşdur. I İzzəddin Keykavusun Trabzon imperiyasına qarşı həyata keçirdiyi hərəkata başçılıq etmiş, Sinopu tutaraq Qaradəniz donanmasını qurmuş, Krıma qarşı hərəkat başlatmışdır. Kastamonu bölgəsində böyük nüfuza sahib olmuşdur. Ölümündən sonra sülaləsi də bu nüfuzundan istifadə etmiş və Çobanoğulları bəyliyi yaranmışdır.
Hərbə-zorba
Hərbə-zorba — aşıq deyişmələrindəki mühüm mərhələlərdən biri. Bu mərhələdə aşıqlar sazlarını sinələrinə basaraq eyni hava, eyni kök, eyni şeir şəkli və eyni rədif üstündə biri-birinə meydan oxuyaraq mübaliğəli söz və ifadələrlə özlərinin sözsənət gücünü öyüb tərifləyir, qarşı tərəfi isə heçə sayır. Özünü öyüb tərifləyən aşıq onunla deyişmə meydanına çıxmağa cəsarət edən digər aşığı müxtəlif poetik təzyiq vasitələri ilə psixoloji sarsıntıya məruz qoymağa və bu üsulla da qorxudub qaçırtmağa çalışır.
Kənan Çoban
Kənan Çoban (türk. Kenan Çoban; 22 yanvar 1975, Palu, Elazığ ili) ― Türkiyə aktyoru.
Olban dili
Olban dili (rus. олбанский язык) — Rusiyada XXI əsrdə internetdə rus dilinin təhrif edilimiş şəkildə istifadə edilən forması. Xarakterik cəhəti fonetik cəhətcə düzgün deyilsə də, yazılışın qəsdən ya tələffüz edilən, ya da təhrif edilən formada errativ edilməsidir. Slenq, qeyri-normativ leksika, jarqon sözlər də olban dilində geniş istifadə edilir. Daha çox internet yazışmalarında (bloq, çat və veb-forumlar) istifadə edilir. Yeni slenq dili virtual əlaqə üçün yeni, ya da təhrif edilmiş sözlərin meydana gəlməsinə səbəb oldu. == Xarakteristikası == Özünəməxsusluğu rus dilinin orfoqrafiyasını qəsdən pozaraq sözün deyildiyi kimi yazılışıdır.
Orban (Salmas)
Ürəban (fars. اوربان‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,003 nəfər yaşayır (181 ailə).
Qaraca çoban
Qaraca çoban—Kitabi-Dədə Qorqud dastanında personaj. "Dədə Qorqud" eposunda Oğuz cəmiyyətinin yüksək təbəqəsinə mənsub qəhrəmanlarla yanaşı, aşağı təbəqənin mərd adamları haqqında da təsvirlər vardır. Belə qəhrəmanlardan biri də Qaraca çobandır. Qaraca çoban öz mərdliyi, cəsurluğu, sədaqəti ilə seçilir. Oğuz elinə düşmənlər hücum edən zaman Qaraca çoban yurdunun müdafiəsinə qalxır, düşmənin hərbə-zorbasından qorxmur, onların təklif etdiyi var-dövlətdən imtina edir. Qaraca Çoban surəti göstərir ki, xalq ədəbiyyatında zəhmətkeş təbəqənin nümayəndələrinə böyük hörmət və məhəbbətlə yanaşılır.
Viktor Orban
Viktor Mihali Orban (mac. Viktor Mihály Orbán, 31 may 1963, Sekeşfexervar, Macarıstan Xalq Respublikası) — Macar dövlət xadimi, Macarıstanın indiki Baş naziri. == Həyatı == Viktor Orban 31 may 1963-cü ildə Budapeştin cənubunda yerləşən Sekeşfexervar şəhərində orta təbəqəli bir ailədə dünyaya gəlmişdir. Atası kənd təsərrüfatı mühəndisi, anası isə terapevt olmuşdur. === Təhsili === 1981-ci ildə Sekeşfexervar şəhərində Blanka Teleki Liseyində orta təhsilini tamamladıqdan sonra 2 il hərbi xidmətdə olur. Xidmətdən qayıtdıqdan sonra Budapeşt Eötvöş Lorand Universitetinin hüquq fakültəsinə daxil olan Viktor 1987-ci ildə Doktorluk dissertasiyasını müdafiə edərək Macarıstan Kənd Təsərrüfatı Nazirliyində sosioloq kimi fəaliyyətə başlayır. 1989-cu ildə Oksford Universiteti nəzdində fəaliyyət göstərən Pimbrok Kollecinə politologiya təhsili almaq üçün müraciət edir. Müraciəti müsbət nəticələnir və Açıq Cəmiyyət İnstutunun təqaüdü ilə təhsilini burada davam etdirir. == Siyasi fəaliyyəti == 1988-ci ilin mart ayının 30-da yaradılan FİDES partiyasının qurucularından biri də Viktor Orban idi. Siyasi karyerasına da məhz partiyanın mətbuat katibi olaraq başlayır.
Xan Çoban
Xan Çoban - Azərbaycanın məşhur aşıqlarında olmuşdur. == Həyatı == Xan Çoban təxəllüsü ilə məşhur olan Həkim Əbülqasım Nəbati 1799-сü cu ildə Azərbaycanda Qaradağin Uştəbin kəndində anadan olmuşdur. == Yaradıcılığı == Onun "Xan Çoban" və "Sara" adlı nağılqoşmasi məşhur və çox oxunan dastanlardandır. Nəbatının ayrıca divanı da nəşr edilmişdir.
Zoran Kaliniç
Zoran Kaliniç (20 iyul 1958) — Yuqoslaviyanı və Müstəqil Komandanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Zoran Kaliniç Yuqoslaviyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Zoran Kaliniç Müstəqil Komandanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Zoran Milanoviç
Zoran Milanoviç (xorv. Zoran Milanović; 30 oktyabr 1966, Zaqreb) — 19 fevral 2020-ci ildən etibarən Xorvatiya Prezidenti vəzifəsində çalışan xorvat siyasətçi. Milanoviç Zaqreb Hüquq Fakültəsini bitirdikdən sonra Xarici İşlər Nazirliyində işə başladı. 1996–1999-cu illərdə Brüsseldə Avropa Birliyi və NATO-da Xorvatiyadan müşavir olaraq çalışdı. Eyni ildə Sosial Demokrat Partiyasına üzv oldu. 1998-ci ildə Brüsseldə Flamand Universitetində Avropa Birliyi hüququ üzrə magistr dərəcəsi aldı və 2003-cü ildə Xorvatiya Xarici İşlər Nazirinin siyasi çoxtərəfli işlər üzrə köməkçisi oldu. Milanoviçin rəhbərliyi altında partiya 2007-ci il parlament seçkilərində ikinci yeri tutdu və hakim partiya çoxluq yarada bilmədi. Seçkilərdə məğlub olmasına baxmayaraq, 2008-ci ildə yenidən partiya lideri seçildi. 2011-ci ildə Milanoviç dörd mərkəzi sol siyasi partiyanı birləşdirən Kukuriku Koalisiyasının yaradılmasına başladı. Koalisiya 2011-ci il parlament seçkilərində mütləq çoxluq qazandı və SDP Parlamentdə ən böyük partiya oldu.
Zoran Primoraç
Zoran Primoraç (10 may 1969) — Yuqoslaviyanı və Xorvatiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Zoran Primoraç Yuqoslaviyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Daha sonra Zoran Primoraç Xorvatiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Zoran Primoraç Xorvatiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Zoran Primoraç Xorvatiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Zoran Primoraç Xorvatiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Zoran Primoraç Xorvatiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, Komanda turnirində isə 7-ci pillənin sahibi olub. Zoran Primoraç Xorvatiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.