çizginmək 2021
çoban-çoluq
OBASTAN VİKİ
Hüsaməddin Çoban
Hüsaməddin Çoban (XII əsr – XIII əsr) — Rum Sultanlığının tanınmış bəylərindən biri. XIII əsrdə yaşamışdır. I İzzəddin Keykavus ilə qardaşı I Əlaəddin Keyqubad arasındakı taxt davasında tərəflər arasında razılaşmada pay sahibi olmuşdur. I İzzəddin Keykavusun Trabzon imperiyasına qarşı həyata keçirdiyi hərəkata başçılıq etmiş, Sinopu tutaraq Qaradəniz donanmasını qurmuş, Krıma qarşı hərəkat başlatmışdır. Kastamonu bölgəsində böyük nüfuza sahib olmuşdur. Ölümündən sonra sülaləsi də bu nüfuzundan istifadə etmiş və Çobanoğulları bəyliyi yaranmışdır.
Kənan Çoban
Kənan Çoban (türk. Kenan Çoban; 22 yanvar 1975, Palu, Elazığ ili) ― Türkiyə aktyoru.
Qaraca çoban
Qaraca çoban—Kitabi-Dədə Qorqud dastanında personaj. "Dədə Qorqud" eposunda Oğuz cəmiyyətinin yüksək təbəqəsinə mənsub qəhrəmanlarla yanaşı, aşağı təbəqənin mərd adamları haqqında da təsvirlər vardır. Belə qəhrəmanlardan biri də Qaraca çobandır. Qaraca çoban öz mərdliyi, cəsurluğu, sədaqəti ilə seçilir. Oğuz elinə düşmənlər hücum edən zaman Qaraca çoban yurdunun müdafiəsinə qalxır, düşmənin hərbə-zorbasından qorxmur, onların təklif etdiyi var-dövlətdən imtina edir. Qaraca Çoban surəti göstərir ki, xalq ədəbiyyatında zəhmətkeş təbəqənin nümayəndələrinə böyük hörmət və məhəbbətlə yanaşılır.
Xan Çoban
Xan Çoban - Azərbaycanın məşhur aşıqlarında olmuşdur. Xan Çoban təxəllüsü ilə məşhur olan Həkim Əbülqasım Nəbati 1799-сü cu ildə Azərbaycanda Qaradağin Uştəbin kəndində anadan olmuşdur. Onun "Xan Çoban" və "Sara" adlı nağılqoşmasi məşhur və çox oxunan dastanlardandır. Nəbatının ayrıca divanı da nəşr edilmişdir.
Hökmdar-çoban (opera)
“Hökmdar-çoban” (it. Il re pastore (К. 208)) — Mosartın XVIII əsrin mahir opera yazarı Pietro Metastasionun librettosu əsasında yazmış olduğu iki pərdəli opera. Operanın ilk premyerası 23 aprel, 1775 ci ildə Zalsburqda oynanılmışdır. Bu opera 1775 ci ildə Avstriyanın imperatriçası Mariya Terezanın kiçik oğlu knyaz Maksimillian Fransın Zalsburqa rəsmi bir ziyarəti üçün sifariş edilmişdir. Makedoniyalı İsgəndər öyrənir ki, hökmdar Sindoninin oğlu Aminta sadə çoban həyatı sürür, əmr verir ki, taxt səltənətini ona qaytararaq Tamiri ilə evləndirmək istəyir. Lakin Tamiri adlı-sanlı finikiyalı Agenoraya aşiqdir. Aminta isə öz növbəsində finikiyalı bir çobanın qızını - Elizanı sevir. Makedoniyalı İsgəndərin iradəsi bu dörd sevgilini bədbəxt etmiş olur. Sonunda Tamiri və Elizanın yalvarmasından sonra onların eşqindən duyğulanan İsgəndər öz hökmünü ləğv edir. №.1 Uvertüra Intendo amico rio (Aminta) №.2 Aria.
Həsən Kərimov (çoban)
Həsən Kərimov və ya Çoban Həsən (tam adı: Həsən Rza oğlu Kərimov; 5 may 1925, Qarayusifli – 1983, SSRİ) — Sosialist Əməyi Qəhrəmanı, iki çağırış SSRİ Ali Sovetinin deputatı. Həsən Kərimov SSRİ Ali Sovetinin 22 mart 1966-cı il tarixli fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Lenin Ordeni" (№ 378938) və "Oraq və Çəkic" (№ 12827) medalı ilə təltif edilmişdir. O, iki çağırış SSRİ Ali Sovetinin deputatı da seçilmişdir. Doğma kəndində yaşayıb işləyirdi. 1982-ci ilin aprelində o, şəriki ilə birlikdə qadını qətlə yetirmiş və buna görə 1983-cü il aprelin 21-də Azərbaycan SSR Ali Məhkəməsi onu ölüm cəzasına məhkum etmişdir . 1983-cü ildə çəkilib [1] . SSRİ Ali Soveti Rəyasət Heyətinin 28 yanvar 1985-ci il tarixli fərmanı ilə Həsən Kərimov ölümündən sonra bütün titul və mükafatlarından məhrum edilib.. Heydər Əliyev onun haqqında belə demişdir: Yadımdadır, bir çoban var idi. Bərdədən idi, onu sonra qəhrəman etmişdilər. Mən işləməmişdən əvvəl olan bir adam idi.
Qafqaz çoban iti
Qafqaz çoban iti (gürc. ქართული ნაგაზი — Kartli nagazi və ya კავკასური ნაგაზი — Kavkasuri nagazi) — Qafqaz bölgəsinə xas (endemik) it cinsi. Bu cinsin bir neçə alt növü vardır, amma ümumi xüsusiyyətləri baxımından bir-birlərinə bənzəyirlər. Antik çağda Qafqaz Albaniyasının hökmdarı Makedoniyalı İsgəndərə it hədiyyə etdiyini Strabon bildirir və Bu it bu gün Azərbaycanda 2000 ildən çoxdur ki mövcuddur və bu it Qafqaz xalqlarının qürur qaynaqlarından biridir. Qədim çağlardan bu yana bu ərazidə yaşayan insanların həyatının ayrılmaz bir parçası, yaxın dostu və sadiq yoldaşı olmuşdur . Bu it cinsinin təbii həyat sahəsi yalnız Qafqazdır və bu səbəbdən bu cins "Qafqaz çoban iti" olaraq adlandırılmışdır. Bu ad, bu it cinsinə ruslar tərəfindən verilmişdir. Ancaq bu cins, tək növ deyil. Qafqaz çoban iti Gürcü çoban iti, Azərbaycan çoban iti, Dağıstan çoban iti və başqa alt növlərə ayrılar. Gürcüstan coğrafiyasında iki növ çoban iti var.
Çoban
Çoban (1971)
Film ömrünü dağlarda keçirən çobanların çətin əməyindən danışır. Filmin qəhrəmanı Azərbaycan Ali Sovetinin deputatı, çoban Boran Kərimovdur.
Çoban (bürc)
Çoban vəya Naxırçı (bürc) (lat. Boötes) — göyün şimal yarımkürəsində bürc. Çoban bürcünü Azərbaycanda il boyu göydə görmək olur, ən yaxşı görüntülər fevral-iyun ayları olur.
Çoban Həsən
Həsən Kərimov (çoban)
Çoban Məhəmməd
Çoban Məhəmməd (1857, Ağkilsə, Yeni Bəyazid qəzası – 1937, Ağkilsə, Basarkeçər rayonu) — şair, ustad aşıq. Aşıq Məhəmməd Alməmməd oğlu 1857-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulmuşdur. Aşıq Ələsgərin qardaşıdır. Ömrünün çox hissəsini təsərrüfat işlərində, xüsusən də çobançılıqda keçirsə də, o, el arasında Şair Məhəmməd, bəzən də Çoban Məhəmməd kimi tanınıb. Onun bədahətən şeir demək qabiliyyəti, yaxşı hafizəsi varmış. Ailələrində babası da, atası da, qardaşları da şer yazdıqlarından bəzən onların sənət nümunələrini biri-birindən fərqləndirmək çətinlik törətsə də, Şair Məhəmmədin şeirlərində Göyçə yaylaqlarının abı-havası duyulur. Yaylaqlarda, el-obada baş verən hadisələr onun gözündən yayınmamış, böyük sənətkarlıqla onları nəzmə çəkmişdir. Milli qırğın vaxtı dədə-baba yurdunu tərk edib Kəlbəcərə köçməli olan Məhəmməd zamanın ağır sınaqlarını "Fələk" rədifli şikayətnaməsində təfsilatı ilə təsvir edə bilmişdir. İngilis silahı ilə silahlanan erməni millətçilərinin qəddarcasına Göyçəyə divan tutması, mahalda törədilən qırğınlar, qaçanların dağlarda borana düşüb qırılması tarixi bir sənəd nümunəsidir: Şair Məhəmməd "Məhəmməd və gürcü qızı", "Məhəmmədin Qars səfəri", "Məhəmmədin Çələbiyan səfəri" və "Məhəmmədin Yalanbol vilayətinə səfəri" kimi bir neçə dastanı aşıqların dilində məclislərdə söylənilmişdir.
Çoban Nurmətov
Çoban Razaddin oğlu Nurmətov (23 noyabr 1984, Cibir, Qusar rayonu – 23 oktyabr 2020, Xankəndi) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Çoban Nurmətov 1984-cü il noyabrın 23-də Qusar rayonunun Cibir kəndində anadan olub. Milliyyətcə ləzgi idi. Ailəli idi. İlahə və Fatimə adında qızları, İmam adında isə oğlu yadigar qaldı. Azərbaycan Ordusunun baş giziri olan Çoban Nurmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Komandiri Tehran Mənsimov olub. Çoban Nurmətov oktyabrın 23-də Xocavənd şəhəri istiqamətində şəhid olub. Qusar rayonunun Cibir kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Çoban Nurmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Çoban kilsəsi
Çoban kilsəsi - Türkiyə Cümhuriyyətində, Ani şəhər xarabalıqlarında yerləşən, qədim bir erməni kilsəsi. Kilsə, Ani qalasından kənarda, təxminən qalanın Şimal-Qərb tərəfində, Horomos monastırına gedən yolun üstündə yerləşir. XX əsrin əvvəllərində dağılmış bir vəziyyətdə olan kilsə, 1966-cı ildə baş verən bir zəlzələdən sonra tamamilə yerlə yeksan olmuşdur. Dövrümüzə kilsənin yalnız bir neçə divarının qalığı çatsa da, həmin qalıqların yerləşdiyi ərazi Türkiyə-Ermənistan sərhəddində - qadağan olunmuş zonada yerləşdiyinə görə oraya getmək mümkün deyildir. Kilsənin kitabəsi olmayıb və inşa tarixi haqqında heç nə məlum deyil. Çoban kilsəsi adı isə kilsəylə bağlı bir rəvayətdən qaynaqlanır. Belə ki, rəvayətə görə kilsə Anidəki kilsələrdə olan səs-küy səbəbindən, həmin kilsələrdə ibadət edə bilməyən bir çoban tərəfindən inşa etdirilmişdir. Çoban kilsəsi kiçik bir kilsə olsa da, çox qarışıq bir memarlıq layihəsinə malik olmuşdur. Kilsə binası iki mərtəbəli olmaqla on bir metr hündürlüyə malik olmuş, binəsinin qalınlığı isə yeddi metr olmuşdur. Birinci mərtəbə xüsusilə mürəkkəb bir plana sahib olub.
Çoban salatı
Çoban salatı — Azərbaycan və türk mətbəxinə aid salat növü. Bu salatın tərkibi təzə tərəvəzlərdən, göy-göyərti və əlavə dad üçün zeytun yağı və sıxılmış limon suyundan ibarət olur. Demək olar ki, hər növ əsas yeməyin yanında süfrəyə verilir. Xüsusiylə də kabab, müxtəlif ət yeməkləri, plovlarla yeyilməsi məqsədəuyğundur. Pəhriz salatı kimi də yeyilir.
Çoban Əfqan
Çoban Əfqan (Ələkbər Namazov, 1866–1924) — Azərbaycan aşığı. Ələkbər Namazov 1866-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Çox yoxsul həyat keçirən Çoban Əfqan kiçik yaşlarından varlıların mal-qoyununu otarmış, onlara muzdurluq eləmişdir. Çoban Əfqan 1924-cü ildə vəfat edib. Şübhəsiz Qazax və Tovuz mahalının məclisləri, el şənlikləri, tanınmış ustad aşıqların – Şəmkirli Hüseynin, Ələsgərin, Bozalqanlı Hüseynin, Şikəstə Qəhrəmanın dərin məzmunlu şeirləri, ustadnamələri Çoban Əfqanın qəlbinə yol tapmış, könüldən keçən duyğuları söyləməyə sövq etmişdir. Fitri istedadı olan Çoban Əfqan dadlı-duzlu şeirləri ilə məzmunlu, yeni ruhlu şeirləri geniş yayılmışdır. Bu qəbil şeirlərindən o, həyatın çox ağır məqamlarını, özünün keçdiyi çətin, dözülməz muzdurluq həyatını, ehtiyac içərisində yaşadığı anları yeni-yeni bədii ifadələrlə qələmə almışdır. Çoban Əfqanın ikinci qism şeirləri ənənəvi məhəbbət lirikasıdır. Bu qəbil şeirlərində də şair özgün yeni ifadə formaları tapır. Həm də o, Kərəm və Məcnun yanğısından daha çox qarşılıqlı real həyat sevgisini təsvir və tərənnüm edir… Azərbaycan aşıqları və el şairləri II, Bakı, 1984, s.
Əmir Çoban
Əmir Çoban noyon Məlik noyon oğlu Sulduz və ya Əmir Çuban (1260-cı illər – noyabr 1327, Herat) — Elxanilər dövlətində fəaliyyət göstərmiş Çobanilər ailəsinə məxsus şəxs və nominal olaraq Böyük Monqol imperiyasının generalı. O, Çin monqolları olan Yuan sülaləsindən hökmdar Yesün Teymur tərəfindən titulla mükafatlandırılmışdı. Əmir Çobanın atası olan Məlik Bağdadın mühasirəsində iştirak etmişdi. Bundan başqa, onun əmisi Akrunçi 1818-ci ildə Gürcüstana edilən yürüşə qatılmışdı. Əmir Çobanın babası olan Tudaun Sulduz tayfasından idi. Tudaun Çingiz xanın əsas dörd yoldaşından biri olan Çilaunun soyundan gəlməkdə idi. Tudaun Hülakü xanın 1262-ci ildə olan Qızıl Ordaya qarşı yürüşündə iştirak etmiş, bundan sonra onun tərəfindən Diyarbəkir hakimi təyin edilmişdi. Abaqa xanın hakimiyyəti dövründə Xorasana, oradan isə Anadoluya hakimlik etməyə göndərilmişdir. O, Anadoludakı monqol hakimlərindən biri ikən 1277-ci ildə Əlbistan döyüşündə öldürüldü. Çobanın atası barədə qaynaqlarda çox az məlumt var.
Abdulhey Çoban
Əbdülhey Çoban (1975 – 12 iyun 2014, İstanbul) — Qurdlar Vadisi teleserialında Kənan Çoban tərəfindən canlandırılan uydurma personaj. Oynadığı ilk səhnədə səsləndirməni özü etmişdi. Lakin sonradan personajı Qədir Çermik səsləndirməyə başladı. Bir müddət Qədir Çermiklə anlaşıla bilinməməsinə görə Qurdlar Vadisində bir neçə bölüm Əngin Yüksəl tərəfindən səsləndirildi, daha sonra yenidən Qədir Çermiklə yola davam edildi. "KGT" (Kamu Güvenliği Teşkilatı) adlı çox məxfi kəşfiyyat təşkilatının üzvüdür. Əsl adı Zülfü Yüksəldir. Kəşfiyyatda kod adı "Əqrəb"dir. KGT-nin ikinci nömrəli adamıdır. Elazığlıdır. Uşaqlıqdan dövlət tərəfindən böyüdülüb və Şimali İraqda Ömər qəbiləsinin içinə yerləşdirilib.
Əbdulhey Çoban
Əbdülhey Çoban (1975 – 12 iyun 2014, İstanbul) — Qurdlar Vadisi teleserialında Kənan Çoban tərəfindən canlandırılan uydurma personaj. Oynadığı ilk səhnədə səsləndirməni özü etmişdi. Lakin sonradan personajı Qədir Çermik səsləndirməyə başladı. Bir müddət Qədir Çermiklə anlaşıla bilinməməsinə görə Qurdlar Vadisində bir neçə bölüm Əngin Yüksəl tərəfindən səsləndirildi, daha sonra yenidən Qədir Çermiklə yola davam edildi. "KGT" (Kamu Güvenliği Teşkilatı) adlı çox məxfi kəşfiyyat təşkilatının üzvüdür. Əsl adı Zülfü Yüksəldir. Kəşfiyyatda kod adı "Əqrəb"dir. KGT-nin ikinci nömrəli adamıdır. Elazığlıdır. Uşaqlıqdan dövlət tərəfindən böyüdülüb və Şimali İraqda Ömər qəbiləsinin içinə yerləşdirilib.
Çoban (dəqiqləşdirmə)
Çoban — heyvan otaran şəxs.
Çoban yastığı
Çobanyastığı (lat. Matricaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Dünya florasının tərkibində çobanyastığının 50 növü yayılmışdır. Cinsin Qafqazda 3, o cümlədən Azərbaycanda 2 növünə təsadüf edilir. Botanika elmində işlədilən bitki adlarının nomenklaturasında dərman çobanyastığı başqa adla, yəni səhv olaraq "vulgare" kimi təqdim edilmişdir. Sonralar 1708–1777-ci illərdə yaşamış alman botaniki Haller bitkiyə "matircaria" adı vermişdir. Matircaria latın sözü olub "balalıq" və "uşaqlıq", "mater" isə "ana" mənalarını verir. Alim çobanyastığının güclü mualicəvi təsirə malik olduğunu qeyd edərək bildirir ki, bitki ilə bir çox xəstəlikləri, o cümlədən də "uşaqlığı" müalicə edirmişlər. Bitkinin növ adı isə "rectuta"dır (recutitus — hamar, çılpaq sözlərindən götürülmüşdür). Qədim romalılar isə bitkiyə "chamaemelon" adı vermişlər.
Sərab çoban iti
Sərab çoban iti (fars. سگ سرابی‎) - Güney Azərbaycanın şimal-qərb hissəsində mövcud olan yerli it cinsi. Əsasən qoyunçuluq sahəsində istifadə edilir. Sürüləri yırtıcı heyvanlardan (Canavar və Ayı) qoruyur. Rəsmən müstəqil cins kimi tanınır. Bu cins öz adını İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanlığından götürmüşdür. Cins ingilis dilli mənbələrdə İran çoban iti və ya Fars çoban iti adlandırılsa da, sırf Azərbaycan türkləri ilə əlaqədardır (şəhristanın əhalisinin 100 % Azərbaycan türkləridir). Sərab çoban itləri yığcam və əzələli bədən quruluşuna malik olurlar. İri pəncəyə sahibdirlər. Erkəklərin hündürlüyü 75-90 sm, dişilər isə 70-85 sm olur.
Çoban (film, 1971)
Film ömrünü dağlarda keçirən çobanların çətin əməyindən danışır. Filmin qəhrəmanı Azərbaycan Ali Sovetinin deputatı, çoban Boran Kərimovdur.
Çoban Mustafa Paşa
Çoban Mustafa Paşa (bilinmir – aprel 1529) — Yavuz Sultan Səlim və Sultan Süleyman Qanuni səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. Doğum tarixi məlum olmasa da, əslən boşnaq olduğu bilinir. Dəvşirmə olaraq yeniçəri ocağına alınmış, 1514-cü ildə baş tutan Çaldıran döyüşündə yeniçəri əsgəri olaraq iştirak etmişdir. Ardından saraya qapıçıbaşı olaraq alındı və bir müddət Yavuz Sultan Səlimə xidmət etdi. Daha sonra Rumeli bəylərbəyi təyin edilərək saraydan ayrıldı və bu əsnada sədrəzəm Piri Mehmed Paşanın qızıyla evləndi. Yavuz Sultan Səlimin son illərində sədrəzəm olan qaynatası tərəfindən divana üzv təyin edildi. Ancaq qaynatası haqqında sultana şikayətlənməsinin ardından vəzifədən alındı. Sultan tərəfindən edam edilməsi istənsə də, Piri Mehmed Paşanın araya girməsiylə xilas oldu və yenidən ikinci vəzirliyə gətirildi. Səhhəti pisləşən Yavuz Sultan Səlim tərəfindən Çorludakı ordu qərargahına çağırıldı və burada sultanın ölümünə şahid oldu. Sədrəzəmin yeni sultanı taxta çıxarmaq üçün paytaxta yollanmasının ardından, üçüncü vəzir Fərhad Paşayla birlikdə mərhum sultanın cənazəsinin paytaxta gətirilməsiylə vəzifələndirildi.
Çoban qız (Buqro)
Çoban qız (fr. Pastourelle) - fransız akademik rəssam Vilyam Buqro tərəfindən 1889 - cu ildə yağlı boya ilə işlənmiş rəsm əsəri. Əsərdə kənd mühiti fonunda əsas obraz kimi çoban qız təsvir edilmişdir. Qız torpaq üzərində ayaqyalın dayanmışdır və onun sağ ayağı sol ayağından irəlidə durmuşdur. Sadə kənd geyimində olan qız çoban çomağını çiyninə qoymuş və əllərini onun üstündən aşırmışdır. Qızın fonunda isə çəmənlikdə otlayan öküzlər görünməkdədir. Əsər Buqronun çoban qızları təsvir etdiyi əsərlərindən biridir. Buqronun əsər üçün istifadə etdiyi model qız isə Bohemiyalı əsərində istifadə etdiyi modellə eynidir. əsər hazırda Filbruk İncəsənət Muzeyində saxlanılır.
Kanada çobandüdüyü
Kanada çobandüdüyü (lat. Asarum canadense) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin zəravəndkimilər fəsiləsinin çobandüdüyü cinsinə aid bitki növü. Asarum acuminatum Asarum canadense var. acuminatum Asarum canadense var. ambiguum Asarum canadense var.
Knyaz Çobanoğlu
Hüseynov Knyaz Çoban oğlu — azərbaycanlı şair, Qızıl qələm mükafatı, "Xalqın nüfuzlu ziyaslısı" fəxri diplomu ilə təltif edilib. 1954-cü il fevralın 20-də Qərbi Azərbaycanda, Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub. S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. 1978-ci ildən ixtisası üzrə müəllim, 1988-ci ildən isə məktəb direktoru işləyir. 1973-cü ildən – orta məktəbi bitirdiyi gündən mətbuatda çıxış etmişdir. "Vardenis" rayon və "Sovet Ermənistanı" respublika qəzetlərində məqalələri, habelə şeirləri dərc olunub. 1988-ci il deportasiyasınadək Göyçə mahalının Aşağı Şorca kəndində ədəbiyyat müəllimi işləmişdir. "Vardenis" rayon qəzetinin müxbiri vəzifəsində çalışıb. Qəzetdəki fəaliyyətinə görə 1976-cı ildə Vardenis Rayon İcraiyyə Komitəsinin, 1977-ci ildə isə Vardenis Rayon Komsomol Komitəsinin "Fəxri Fərman"ları ilə mükafatlandırılmışdır. 1988-ci ildən Şəmkir rayonunda yaşayır.
Ləçəksiz çobanyastığı
Ətirli çobanyastığı (lat. Matricaria discoidea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. Birillik budaqlanan ot bitkisi olub, hündürlüyü 30 sm qədərdir. Yarpaqları növbəli, iki tərəfi bölünmüş lələkvari, ensiz xətti neştərşəkilli paycıqdan ibarətdir. Çiçəkləri kiçik, boruşəkilli, sarımtıl-yaşıl, dairəvi səbətciyi və qısa oturaq çiçəkyatağı vardır. Səbətciyi kiçik, diametri 5–8mm, uzunsov-yumurtaşəkilli yarpaqları geniş dişcikli kənarlara malikdir. Çiçəkləmə başlayan zaman səbətciyi şarşəkilli sonra tədricən yumurtaşəkilli formaya düşür. Ətirli çobanyastiğı — sonra tədricən çılpaq kasacığını, ağ dilşəkilli çiçəklərini itirir. Bütövkənarlı çiçəkləri dairəvi-konusıəkilli formada olub, kasayarpaqsız və ya onun elementlərinə rast gəlinməklə, uzunluğu 1sm-ə bərabərdir. Yalnız boruşəkilli çiçəkləri vardır.
Murad Çobanoğlu
Murad Çobanoğlu (türk. Murat Çobanoğlu; 1940, Türkiyə – 26 mart 2005, Ankara) — qarapapaq mənşəli Türkiyə aşığı. Murad Çobanoğlu 1940-cı ildə Türkiyədə, Qars vilayətinin Arpaçay rayonunun Qoçköyü kəndində fermer ailəsində anadan olmuşdur. O, qarapapaq əsillidir və əsl soyadı Çobanlardır. Anası Lalə xanım, atası Aşıq Şənliyin şagirdlərindən olan Aşıq Gülüstandır. Atası Arpaçayın Qoçköyü kəndindən idi və 1920-ci ildə Qars şəhərində məskunlaşmışdır. Həyat yoldaşı erkən vəfat etdiyinə görə o, oğlunu özü böyütmüşdür. Atası 1970-ci ildə oğlu Murad Çobanoğlu ilə birlikdə İzmirə köçmüşdür. Murad Çobanoğlu 1951-ci ildə yuxusunda badə içdikdən sonra saz çalmağa və şeir oxumağa başlamışdır. O, 1966-cı ildən bəri Konya Aşıqlar Festivalına qatılmışdır.
Müşfiq Çobanlı
Müşfiq Çobanov
Mədəd Çobanov
Mədəd Namaz oğlu Çobanov (11 aprel 1937, Darbaz, Lüksemburq rayonu – 2 iyun 2023, Bakı) – türkoloq və toponomist alim, Nyu-York Elmlər Akademiyasının akademiki, Türk Dili Kurumunun üzvü, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü. 1937-ci il aprelin 11-də qədim Borçalı mahalinda – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib, doğma Darbaz kənd orta məktəbində pedaqoji fəaliyyətə başlayıb, bir il müəllim işlədikdən sonra Əsgəri xidmətə yollanıb. Zabitlər məktəbini bitirib. Bir il Bolnisi rayon komsomol komitəsində çalışıb, sonra irəli çəkilib, fəaliyyətini rayon partiya komitəsində davam etdirib. Eyni zamanda, Azərbaycan EA-nın İ. Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında qiyabi təhsil alıb. 1973-cü ildə Daşkənddə Özbəkistan EA-nın Dil və Ədəbiyyat institutinda "Bolnisi rayon şivələrinin leksikası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə eləyib. Elə həmin ildən də A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunum Azərbaycan bölməsinə müəllim seçilib. 1994-cü ilədək düz 21 il həmin institutda müəllim, dosent, professor işləyib. 1992-ci ildə Bakı Dövlət Universitetində "Azərbaycan antroponimiyasının əsasları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.
Mərkəzi Asiya çoban iti
Mərkəzi Asiya çoban iti (Alabay) — güclü və atletik quruluşlu bir gözətçidir. İri sümüklərə və əzələli bir bədən quruluşuna malikdir. İri və güclü quruluşu ilə kobud bir görünüşü olan Alabay irqinin başı böyük ancaq bədəni ilə mütənasibdir. Qulaqları başın iki yanında yerləşmişdir və qısadır. İki təbəqəli olan tüklər qısa və sıxdır. Geniş şəkildə ağ, qara, boz, açıq qəhvə, qırmızı qəhvə rənglərdə xallıdır. Ağıllı, özündən əmin, hər istiqamətiylə balanslı, eyni zamanda, azadlığına düşkün və cəsur bir irqdir. Xaricilərə qarşı şübhəçi, qorxusuz və basqın bir xarakterə sahib olan Alabay yaxşı bir gözətçi və sürü itidir. Doğuşdan qoruma instinktinə malikdir və təcavüzkar deyil. Alabayın pis xüsusiyyəti isə torpağı qazmağı sevməsi və gecə hürməsidir.
Nelli Çobanu
Nelly Çobanu (28 oktyabr 1974) — moldovalı müğənni. Nelly Çobanu 28 oktyabr 1974-cü ildə Moldovanın Kantemisrki şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Moldovanı “Hora din Moldova” (Azərbaycan dilində:"Moldovan rəqsi") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 106 xal toplayaraq 5–ci olmuş və finala keçmişdir. Finalda isə 68 xal toplayaraq 14-cü olmuşdur.
Orxan Çobanov
Ozan Çobanoğlu
Ozan Çobanoğlu (6 fevral 1980, Qars, Qars ili) — Türk Aktyorudur. Murad Çobanoğlunun oğludur. 6 Fevral, 1980-ci ildə Türkiyənin Qars şəhərində anadan olub. Hacettepe Universiteti Dövlət Konservatoriyasının Teatr Fakültəsindən 2004-cü ildə məzun olmuşdur. İzmir və Ankara Dövlət Teatrlarında vəzifə aldıqdan sonra 2005-ci ildən etibarən Konya Dövlət Teatrlarının heyətli kadrıdır. Samanyolu TV də Tək Türkiyə serialında baş rol alıb.
Roma çobanyastığı
Roma çobanyastığı (lat. Chamaemelum nobile) — chamaemelum cinsinə aid bitki növü. Güclü qoxuya malik bitkidir. Gövdəsi 10—30 sm hündürlüyündə, dikduran yaxud şaxələnmiş olur. İyul-sentyabr aylarında çiçəkləyir. Anacyclus aureus L. Anacyclus nobilis L. ex B.D.Jacks. Anthemis aurea DC. Anthemis nobilis L. basionym Anthemis santolinoides Munby Chamaemelum romanum Garsault, nom. inval. Chamomilla nobilis Godr. Ormenis nobilis (L.) J.Gay ex Coss.
Ruqiyyə Çobanzadə
Çobanzadə Ruqiyyə Gəray qızı 1904-cü ildə Ulyanovski şəhərində anadan olmuşdur. Bakıda konservatoriyanı bitirdikdən sonra M.F.Axundov adına Opera və Balet Teatrında işləmişdir. Həyat yoldaşı Çobanzadə Bəkir Vahab oğlu Azərbaycan SSRİ XDİK tərəfindən 2 fevral 1937-ci ildə vətən xaini kimi həbs edilmiş və 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Səyyar Sessiyası tərəfindən 1-ci kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas götürülərək Çobanzadə Ruqiyyə Gəray qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR XDİK-nin 11 oktyabr 1937-ci il qərarı ilə həbs edilmiş və 8 il müddətinə sürgünə göndərilmişdir. 1945-ci ildə sürgündən qayıdan Ruqiyyə xanım məcburiyyət üzündən Şamaxıda yaşamalı olub. 13 dekabr 1955-ci ildə Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalı Çobanzadə Ruqiyyə Gəray qızına bəraət vermişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Yalançı çoban (film, 1991)
Film böyük Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin eyniadlı şeirinin motivləri əsasında çəkilmişdir.
Yeni Çobankərə
Yeni Çobankərə (əvvəlki adı: Bünyadabad) — Azərbaycan Respublikasının Yevlax rayonunun Nemətabad inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun Mingəçevir qəsəbə Sovetindən Bünyadabad kəndi Səmədabad kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Yevlax rayonunun Səmədabad kənd inzibati ərazi dairəsi tərkibindəki Bünyadabad kəndi Yeni Çobankərə kəndi adlandırılmışdır. 1926-cı ildən kəndin ərazisində vaxtilə (1918) Ermənistandan qovulmuş bir qrup azərbaycanlı ailə məskunlaşmışdır. Yaşayış məntəqəsi keçmiş inqilabçı Bünyad Sərdarovun (1889-1919) adını daşımışdır. Kənd bir müddət burada təşkil edilmiş Telman adına kolxozun adı ilə Telmankənd də adlanmışdır. Kənd Qarabağ düzündə yerləşir.
Yuxarı Çobanlı (Salmas)
Yuxarı Çobanlı (fars. چوبانلوي عليا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 170 nəfər yaşayır (41 ailə).
Zibold çobandüdüyü
Zibold çobandüdüyü (lat. Asarum sieboldii) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin zəravəndkimilər fəsiləsinin çobandüdüyü cinsinə aid bitki növü.
Çobankərəhməz
Çobangərəhməz — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Çobangərəhməz kəndi Tutqunçayın (Tərtər çayının qolu) sahilində, Qonqur dağının ətəyindədir. Kəndin ərazisi keçmiş İrəvan quberniyasının Çobangərəkməz kəndinin qışlaq yeri olmuşdur. Yaşayış məntəqəsi sonralar həmin kənddən ayrılmış ailələrin daimi məskunlaşması nəticəsində yaranmışdır. Rayonun ərazisində eyniadlı mineral bulaq da vardır. Hidronim Çobangörükməz variantında da qeydə alınmışdır. Oykonim "çoban gərək olmayan" mənasındadır.

Digər lüğətlərdə