TUTİ-ZƏBAN

Tutidilli, dili şirin, gözəl sözlər danışan gözəl haqqında.

Göz gördü, könül sevdi,

Sən tutu-zəbanı şirin,

Gəzərlər, yoxdur tayın,

Hələb, İsfahanı, şirin.

         (“Abbas və Gülgəz”)

TUTİ ƏRƏB
TUTSAQ
OBASTAN VİKİ
Tuti (jurnal)
"Tuti" jurnalı (az.-əbcəd طوطی‎) — həftəlik satirik, şəkilli jurnal. == Haqqında == "Tuti" jurnalı "Molla Nəsrəddin" jurnalının təsiri altında həftədə bir Bakıda Azərbaycan türkcəsində nəşr olunmuşdur. Siyasi, ədəbi, ictimai türk məzhəkə məcmuəsi idi. "Tuti" jurnalının redaktoru "Səda" qəzetinin mühərriri Cəfər Bünyadzadə, naşiri və sahibi Tağı Nağıyev idi. Jurnalın ilk nömrəsi 1914-cü il 27 dekabrda, sonuncu nömrəsi 1917-ci il 29 iyunda (cəmi 112 nömrə) buraxılmışdır. Birinci il bir nömrə, ikinci il 44 nömrə, üçüncü il 1916 - cı il iyulun 30 - na kimi 28 nömrə çıxmışdır. Dördüncü il "Tuti" inqilaba qədər çıxmışdır. Həmin il müdirliyi Dadaş Bünyadzadə dəröhdə edib. Məcmuə 15 gündə bir nəşr olunmağa başlamışdır. Birinci nömrədə ümumi başlığın yanında aşağıdakı elan verilmişdir: Jurnal özündən əvvəl çıxan satirik jurnalları təkrar etməyəcəyini və onlardan tamamilə fərqlənəcəyini birinci nömrənin baş məqaləsində oxuculara vəd etmişdi və göstərmişdi ki, həmin məzhəkə jurnallarının məsləkini təqib etməyəcəkdir.
Tuti Bikə
Tuti Bikə (Dərbənd – 1786, Dərbənd) — Quba xanı Fətəli xanın həyat yoldaşı, Qara-qaytaq hakimi Əmir Həmzənin bacısı, dövlət xadimi. == Həyatı == 1776-cı ildə Dərbənd şəhərini idarə etmək Tuti Bikəyə tapşırılmışdı. O, ərinin döyüşdə öldürüldüyü haqqındakı şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş, 9 ay düşməni Dərbəndə yaxın buraxmamışdır. 1786-cı ildə vəfat etmiş, Dərbəndin Qırxlar qəbiristanlığında, səkkizguşəli məqbərədə dəfn olunmuşdur.
Əbülfət xan Tuti
Əbülfət xan Tuti (1766, Şuşa – 1839, Təbriz) — dövlət xadimi, şair, İbrahimxəlil xan Cavanşirin oğlu. == Həyatı == Əbülfət xan Tuti Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili görmüşdü. Özünü tanıyandan saray işlərində atasına kömək edirdi. 1796-cı ildə qraf Valerian Zubov çoxsaylı rus qoşununun başında Azərbaycana gəlir. Kür çayının yaxasında düşərgə qurur. İbrahimxəlil xan Cavanşir Ağaməhəmməd şah Qacarın yeni yürüşündən əndişələnib V. Zubovla ilişki qurmaq qərarına gəlir. Qərarını saray adamlarına bildirib, gənəşik istəyir. Baş vəziri Molla Pənah Vaqifin məsləhəti ilə oğlu Əbülfət ağanı V. Zubovun yanına göndərir. Tarixçi Mirzə Camal Cavanşir Qarabaği yazır: "Mərhum İbrahim xan oğlu Əbülfət xanı Qarabağın bir neçə bəyzadəsi ilə birlikdə töhfə, hədiyyələr və cins atlarla, tam bir razılıq və rəğbətlə, böyük sərdar Valeryan Zubovun hüzuruna göndərib, yüksək Rusiya dövlətinə səmimi qəlbdən itaət edəcəyini və sədaqətini bildirdi".Əbülfət ağa missiyasını yerinə yetirib, atasının yanına qayıdır.
зала́мываться клапшто́с корсе́тка морга́лик подво́зчик спить субстратосфе́ра хаба́рный а́лчущий броса́ть диссоциати́вно же́ртвователь наго́н перепа́д сифилити́ческий койбалы folk-tune long green push-button servomotor stone-mortar threescore urgency water-repellent крапивный