Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dollar
Dollar (ing. Dollar) — bir sıra ölkələrin milli pul vahidinin adı. "Dollar" sözü Orta əsrlərdə bəzi Avropa ölkələrində metal pulları ifadə edən "taler" (alm. Taler‎) sözündən götürülmüşdür. Şifahi və yazılı danışıqda dollar deyərkən adətən ABŞ dolları nəzərdə tutulur. 1 dollar 100 sentə bərabərdir.
Lollar
Lollar (alm. Lollar‎) — Almaniyanın Hessen torpağının Giessen inzibati dairəsində şəhər. Sahəsi 21.9 km2, əhalisi 10110 nəfərdir (2006).
Yollar
Yollar – Göksel-in 1997-ci ildə çıxardığı 1-ci albomudur. Albomdakı "Sabır" mahnısına klip çəkilmişdir.
Yolpaq
Yolpaq — Azərbaycan Respublikasının Goranboy rayonunun Yolpaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Yolpaq kəndi Muzdurlar kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yolpaq kənd inzibati-ərazi vahidi yaradılmışdır. Yaşayış məntəqəsini miskinli tayfasına mənsub ailələr Yolpaq adlı yerdə salmışlar. Tədqiqatçılar bu oykonimi qırğız dilindəki çolpaq (çöl, düzənlik, hamar yer) coğrafi termininin variantı hesab edirlər. Xalq etimologiyasına görə, kəndin adı Yelpaq olub, "yel tutan yer" deməkdir. Azərbaycan dilində "başıkəsik ot, kol" mənasında yol/yolpan, "dağıtmaq, dağınıq hala salmaq, qoparmaq" mənalarında yolpalamaq sözləri işlənir. Görunür, kənd qırılmış, kəsilmiş, hamarlanmış kolluq yerdə salındığı üçün belə adlandırılmışdır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 611 nəfər əhali yaşayır.
Zallar
Zallar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yanşaq inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri kəndi işğal edib. Kənd 2020-ci ildə Azərbaycana qaytarılıb.
Zooloq
Zoologiya — Heyvanlar aləmindən bəhs edən elmdir. Zoologiya heyvanlar aləminin müxtəlifliyini, onların bədən quruluşunu, həyat fəaliyyətini, yaşadığı mühitlə əlaqəsini, fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. Heyvanlar aləmində ən ali sistematik vahid tip adlanır. Hazırda heyvanlar 23 tipə ayrılır. Ən böyük məməli heyvan göy balinadır. Onun kütləsi 150 tona çatır. Ən kiçik məməli heyvan isə kiçik ağdişdir. Onun kütləsi isə cəmi 3 qramdır. Ağamalıyev F. Onurğasızlar zoologiyası ali məktəblər üçün dərslik. Bakı, 2012.
Şollar
Şollar — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Tağıyevin maliyyə dəstəyi ilə Vilyam Harleyn Lindleyin mühəndisliyi ilə Bakının içməli suyu Şollardan çəkilmişdir.
Eollar
Eollar və ya eollular (q.yun. Αἰολεῖς) — dörd əsas qədim yunan tayfasından . Onlar öz adını qədim yunan mifologiyasına görə Ellinin övladlarından oğullarından biri olan və tayfanın əcdadı sayılan əfsanəvi qəhrəman Eolun adından almışdır. Onlar qədim yunan dilinin eol dialektlərində danışırdılar: Egey, Fessaliya və Beotiya dialektləri.
Molla
Molla (fars. ملا‎) İslam ilahiyyat və din qanun (fiqh) üzrə təhsil almış din alimidir. Ərəb dilində əfəndi, sahib kimi mənalara gələn mövlan (Ərəbcə:مولی) Sözündən götürülmüşdür. İslam dünyasının böyük hissələrində, İran, Əfqanıstan, Orta Asiya və Hindistanda, molla adı yerli İslam Din liderlərə və icma liderlərinə verilir. Molla termini, İslam Dünyasında ilk növbədə din alimlərinə aid bir hörmət termini kimi başa düşülür. Təhsilli bir molla İslamı Təhsilləri və İslamı qanun elmini, yəni fiqh elmini almalıdır. Dini təhsil, mollalıq mövqeyinin əsas prinsipidir. Osmanlı Dövlətində mollalar mədrəsələrdə təhsil almışdılar. Təsəvvüf məsələlər ətrafında toplanmış təriqətlərdə mollalar yetişdirib. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra mədrəsələr bağlanmış, mollalıq adı qaldırılmışdır.
Otlaq
Otlaq – bitki örtüyü; heyvanların otarılması üçün istifadə edilən sahə. Otlaq təbii və süni (əkilmiş, səpilmiş) olur. Təbii otlaqlarda bitki örtüyü çoxillik çəmən-bozqır, yarımsəhra otlarından, efemerlərdən və yarımkol və kollardan ibarət olur. Süni Otlaqda isə bitki örtüyü çoxillik və birillik taxıl otlarının və paxlalı bitkilərin qarışıq səpini əsasında yaradılır. Azərbaycanda təbii biçənək və otlaqlar əsasən Qobustanda, Ceyrançöldə, Acınohurda, Şirvan, Mil, Qarabağ, Salyan düzlərində yerləşərək təbii otlaqların 67%-ni, dağlarda isə Böyük və Kiçik Qafqazda, Talışda orta dağlıq, subalp] və alp zonalarını əhatə edərək təbii otlaqların 33%-ni təşkil edir. Otlaq ərazilərinin ardıcıl istifadə olunan sahələrə bölünməsi, ilbəil otarma mövsümlərinin, bəzən istirahətə qoyulma müddətinin və fitomeliorasiya dövrlərinin dəyişdirilməsi ilə ondan səmərəli istifadə sistemi. Üç-dörd və beşillik dövriyyə tətbiq oluna bilər. Otarma normasına riayət etmədən intensiv otarma nəticəsində torpağın dağılması. Adətən bir formasiya daxilində bir-birinə yaxın (oxşar) otlaq tiplərini birləşdirir. Ev və vəhşi heyvanların otlaması məqsədilə istifadə olunan bitki örtüyü sahələri.
Oğlaq
Oğlaq bürcü (lat. Capricorn) — 22 dekabrdan 20 yanvaradək. Astroloqlar hesab edirlər ki, Oğlaq bürcü altında doğulmuş insanlar etibarlı, əməksevər, dərrakəli, ciddi və məsuliyyətlidirlər. Rəmzləri: keçi, oğlaq, nərdivan, qüllə saatları. Rəngləri: tünd-yaşıl, qara, küi-boz, mavi, açıq sarı, tünd qəhvəyi və bütün tutqun tonlar. Daşları: yaqut, oniks, qranit, aydaşı, lazurit. Metalları: qurğuşun. Çiçəkləri: ağ qərənfil, qara lalə, sarmaşıq. Anatomik emfazası: öd kisəsi, dəri xəstəlikləri, sümük skeleti, qaraciyər, mədə. Tilsimləri: qara pişik, şeytan.
Fabri Zoltan
Fabri Zoltan (15.10.1917, Budapeşt – 23.8.1994, Budapeşt) – Macar teatr və kino rejissoru, ssenarist, aktyor. == Həyatı == Fabri erkən yaşlarından rəssam olmağı arzulayırdı. O, rəsm çəkməyi öyrənibdir və Macar İncəsənət Kollecini bitirmişdir. 1950-ci ildə macar kino sənayesində quruluşçu dizayner kimi fəaliyyətə başlamışdır. O, ilk "fırtına" filmini 1951-ci ildə çəkmişdir. 1956-cı ildə özünün üçüncü "Şən karusel" filmi ilə dünya şöhrətli rejissor olmuşdur. O, 1980-ci illərin əvvəllərinədək rejissor və ssenarist kimi işləməyə davam etmişdir. Kino sənayesindən ayrıldıqdan sonra, Fabri Macarıstanın teatr və kino sənəti Universitetində müəllimlik etmişdir. Həyatının son illərində o, ssenari yazıb, lakin onlar hələ də işıq üzü görməyib. Fabri 1959-cu ildən 1981-ci ilə qədər Macarıstan kino İttifaqının prezidenti olmuşdur.
Follas novas
"Follas Novas" (azərb. Yeni yarpaqlar‎) — qalisiyalı şair Rozalio de Kastro tərəfindən 1880-ci ildə yazılmış və nəşr olunmuş şeirlər toplusu. == Haqqında == Əsər Kastronun Qalisiya dilində ikinci və son belə əsəri olmuşdur. Əsas şeirlər şair Simakas şəhərində yaşayarkən 1869-1870-ci illərdə yazılmışdır, amma şeirlərin çoxu 1870-ci illərdə qələmə alınmış və qəzetdə çap olunmuşdur. Bu əsər Qalisiya intibah dövründə (XIX əsr) qalisiya ədəbiyyatında ən əhəmiyyətli əsərlərdən biridir. Şeirlər toplusu 5 kitabdan ibarətdir: "Vaguedás", "Do íntimo", "Varia", "Da terra" və "As viuvas dos vivos e as viuvas dos mortos". "Follas Novas" Kastronun həyatını əks etdirir. Bundan əvvəl Rozalio de Kastro 1863-cü ildə "Cantares gallegos" adlı ilk Qalisiya dilində şeirlər toplusunu və kastilya dilində "En las orillas del Sar" adlı romanını yazmışdır. "Follas Novas"da qadına verilən qiymət və qalisiyalıların iqtisadi problemlərə görə köç etməsi tərənnüm edilmişdir. Şeirlər toplusunun son hissəsi olan "As viuvas dos vivos e as viuvas dos mortos" (azərb.
Gürcüstanda yollar
Gürcüstanda beynəxalq, dövlət və yerli adlı 3 növ avtomagistral mövcuddur.
Kolluq atlanqaçı
Kolluq atlanqaçı (lat. Elephantulus intufi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Kolluq dukeri
Kolluq dukeri (lat. Sylvicapra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Kolluq qaytarması
Kolşəkilli dazifora (lat. Dasiphora fruticosa) - dazifora cinsinə aid bitki növü.
Mixai Pollak
Mixai Pollak və ya Maykl Pollak - (mac. Pollack Mihály, 30 avqust 1773, Vyana – 3 yanvar 1855[…], Peşt[d], Peşt medyesi) Avstriyada anadan olmuş macar memar. Onun məşhur işlərindən biri Macarıstan Milli Muzeyidir. Mixai Pollak 1773-cü ildə Vyanada anadan olmuşdur. 1793-1794-cü illərdə o memar qardaşı ilə birgə Milanda yaşayır. 1798-ci ildə yenidən Budapeştə qayıdan Mixai 1808-ci ildə Şəhər Abadlaşdırma Komissiyasında mühüm bir rola sahib olur. 1810-1830-cu illərdə Mixai bir çox yaşayış binası, böyük saraylar və ictimai binaların layihələrini hazırlamışdır. Onun memarlıq üslubu ilə bağlı barokko ilə neoklassik üslub arasında bir yerdə olduğunu söyləmək olar. Mixai Pollak 1855-ci ildə Budapeştdə vəfat etmişdir.
Patoloji rollar
Patoloji rollar — həm ifaçısına, həm də bütün ailəyə psixo-travmatik təsir göstərən, bir növ, şəxsiyyətlərarası ailə rollarıdır. Patoloji rollar konsepsiyasının inkişafına əsas töhfəni H. Rixter (1970) vermişdir. O, "Ailə — bir xəstə olaraq" kitabında müxtəlif növ patoloji rollar haqqında fikirlərini bildirmişdir. Həmçinin E.G.Eydemiller və V.V.Yustiskis də bu konsepsiyaya istinad etmişlər . Əslində, patoloji rollara əlavə olaraq, oxşar anlayışlar var, lakin fərqli adlarla. Məsələn: valideynlər və uşaqlar arasında qarşılıqlı münasibətləri əks etdirən "tərbiyə üsulu", ailə üzvlərindən birinin psixi sağlamlığına əks təsir göstərən "ailə münasibətlərinin xarakteri" və s. E. G. Eydemillerə görə, konkret olaraq hər ailədəki rol sistemi bir neçə kriteriyaya cavab verməlidir: Rollar bütöv, əlaqəli sistem formalaşdırır. Rolun ifaçısına olan tələblərdə ciddi ziddiyyətlər yaranarsa, onun icrası yolunda da əhəmiyyətli maneələr yaranar. Məsələn, bir qadının peşə rolunu eyni dərəcədə tam şəkildə yerinə yetirməsini tələb etməsi nəticəsində həyat yoldaşı və ananın rolu, fərdin psixi sağlamlığına və bütün ailənin həyatına mənfi təsir göstərən rolların həddindən artıq yüklənməsi ilə nəticələnə bilər. Fərdin oynadığı ümumi rollar ailədə ehtiyaclarının ödənilməsini təmin etmək üçün hazırlanmışdır.
Romen Rollan
Romen Rollan (fr. Romain Rolland, 29 yanvar 1866[…] – 30 dekabr 1944[…]) — fransız yazıçı, ictimai xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1915). Birinci Dünya müharibəsinin başlaması ilə əlaqədar 1914-cü ildə heç bir sahədə Nobel mükafatı verilməmişdi. Növbəti ilin ədəbi laureatı isə Romen Rollan olmuşdu. Romen Rollan Fransanın cənubundakı Klamsi şəhərində, zəngin burjua ailəsində doğulmuşdu. Atası populyar və ünsiyyətə açıq adam idi. Vəkillik fəaliyyəti ilə məşğul olurdu. Anası isə qapalı həyat tərzinə üstünlük verən dindar qadın kimi tanınırdı. Antuanetta Mari Kupo oğlunun musiqi təhsili ilə özü məşğul olurdu. Kiçik yaşlarından ona Bethoven musiqisinə böyük məhəbbət aşılamışdı.
Sallaq akasiya
Sallaq akasiya (lat. Acacia pendula) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Sallaq armud
Sallaq armud (lat. Pyrus nutans) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. İlk dəfə Dərələyəzdə təsvir edilmişdir. Cənubi Qafqazda yayıldığı qeyd olunur. Hündürlüyü 10 m-ə çatan ensiz çətirli, budaqlarında qısa və yoğun tikanları olan ağacdır. Gövdəsinin qabığı qırmızımtıl rəngdə olub, seyrək ziyilşəkilli xallıdır. Yarpaqlar dərivari, ellips formalı, uzunsov-yumurtavari və ya neştərvari olub, qaidə hissəsi azacıq pazvaridir. Ayanın kənarı şanavari dişli, üst tərəfi az parlaq, alt tərəfi tutqun, solğun yaşıldır. Çiçəklərinin diametri 3 sm-ə çatır, aprel ayında çiçəkləyir, meyvələri isə noyabr ayında yetişir. Meyvələri tünd-qırmızı rəngdədir, saplağı yoğundur və meyvədən 2 dəfə uzundur.
Sallaq dovşanalması
Sallaq dovşanalması (lat. Cotoneaster nitens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Cənubi-Şərqi Çində yayılmışdır. Hündürlüyü 1,5 m olan, sallaq budaqlı koldur. Nazik budaqları tund qəhvəyi rənglidir. Yarpaqları dairəvi, iti uclu, 1-3 sm uzunluğunda, 1-1,5 sm enindədir, parlaq tünd yaşıldır. Çiçəkləri mürəkkəb qalxıncıqlara toplanmışdır, çəhrayı rənglidir. May ayında çiçəkləyir, meyvələri sentyabr-oktyabr aylarında yetişir, al-qırmızıdır. Toxumla çoxaldılır. Torpaq-iqlim şəraitinə davamlıdır.
Sallaq qanqal
Sallaq qanqal (lat. Cirsium pendulum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Sallaq quşdarısı
Milium effusum L. Hündürlüyü 60–90 (150) sm, qısa yeraltı zoğları olan, kökümsovlu çoxillik bitkidir. Gövdəsi düz, hamar və çılpaqdır. Yarpaqları enli-neştərşəkilli, uzun, lentşəkilli, hamar və ya biraz kələ-kötürdür, eni (5) 8–15 (18) mm-dir; dilcik nazikpərdəşəkilli, kütdür. Çiçək qrupu boş qollu-budaqlı süpügrə şəklindədir, uzunluğu (10) 15–30 (35) sm-dir, üfüqi və ya aşağı əyilmiş nazik budaqlıdır. Sünbülləri yumurtaşəkillidir, yaşıl, tutqun və yaxud bənövşəyi rəngdədir, uzunluğu 3 mm-ə qədərdir. Sünbül pulcuqları az nahamardır, üç ədəd aydın bilinməyən damarı vardır. Çiçək pulcuqları bar verəndə qalın dərili, parlaqdır, darını sıx əhatə edir və sünbüldən onunla birgə düşür. İyun İyun-Avqust (Sentyabr) BQ (Quba), BQ qərb, KQ şimal, KQ mərkəzi. Yuxarı və orta dağ qurşağında üstünlük təşkil edir, nadir halda aşağı dağ qurşağı və dağətəyi yerlərdə. Meşələrdə, meşə kənarında, talalarda, kollar arasında, çəmənlərdə, çay sahilində rast gəlinir.
Fırlatma zolağı
Fırlatma zolağı (scroll bar,полоса прокрутки,kaydırma çubuğu)-qrafik istifadəçi interfeyslərində: pəncərənin sağ, yaxud aşağı qırağında yerləşən və pəncərəyə yerləşməyən sənədi fırlatmaq üçün nəzərdə tutulmuş şaquli, yaxud üfüqi zolaq. Fırlatma zolağının üç aktiv zonası olur; məsələn, mətn redaktorlarında şaquli fırlatma zolağının üzərində ox olan iki fırlatma düyməsi var ki, onların köməyilə sənədi bir sətir aşağıya, yaxud yuxarıya hərəkət etdirmək olur və sənədin lazım olan yerinə keçmək üçün fırlatma boksu var; siçanın göstəricisini fırlatma boksunun yuxarısında, yaxud aşağısında çıqqıldatmaq sənədi bir ekran yuxarıya, yaxud aşağıya hərəkət etdirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mollağa Bəbirli
Mollağa Bəbirli - aktyor, Azərbaycanda Kukla Teatrının yaradıcısı. Mollağa Bəbirli 15 sentyabr 1905-ci ildə anadan olmuşdur. İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoymuşdur. Bu teatrın ilk tamaşası 1932-ci ildə («Sirk» adlı tamaşa) göstərilmişdir.
Qəzza zolağı
Qəzzə zolağı və ya Qəzza zolağı — Aralıq dənizinin şərq sahilində torpaq zolağı. Misir və İsrail ilə həmsərhəddir. Ərazi — 365 km2, əhali — 2,2 milyon.
Qəzzə zolağı
Qəzzə zolağı və ya Qəzza zolağı — Aralıq dənizinin şərq sahilində torpaq zolağı. Misir və İsrail ilə həmsərhəddir. Ərazi — 365 km2, əhali — 2,2 milyon.