Ənvər Rüstəmov (zooloq)
Ənvər Göyüş oğlu Rüstəmov d. 17 dekabr, 1917, Aşqabad, Türkmənistan — 18 yanvar, 2005, Aşqabad) — Akademik, zooloq, Stalin mükafatı laureatı.
Ənvər Göyüş oğlu 17 dekabr 1917-ci ildə Aşqabad şəhərində anadan olmuşdu. 1934–1938-ci illərdə pedaqoji institutda oxumuşdu. M. K. Laptevin başçılığı altında ekpedisiyalarda iştirak etmişdi. 30 ildən artıq İ. M. Kalinin adına Türkmənistan Kənd Təsərrüfatı institutunun rektoru olmuşdur (1960-cı ildən). Tədqiqatı, əsasən, səhra landşaftının qorunması və səmərəli istifadəsinə həsr edilmişdir. Səhra şəraitində müxtəlif heyvanlarda aşkar edilmiş eyni uyğunlaşmaların, əsasən, "səhra yaşayışı formalı" olduğunu ilk dəfə Ənvər Rüstəmov isbat etmişdir. "Qaraqum çölünün quşları" adlı iş yazaraq 32 yaşında doktor və professor olmuşdu. O, İsveçdə, İngiltərə, Fransa, Hindistan, Zair, Amerika Birləşmiş Ştatları və sair ölkələrdə keçirilən konqreslərdə məruzə ilə çıxış etmişdir.