DOLMAQ

f.
1. Bir yerə daxil olub onu doldurmaq, başdan-başa hər yerini tutmaq, boş yer qoymamaq. Evə adamlar doldu. Otağa soyuq hava doldu. Miniklər gəmiyə doldular.
– Sar gəlsin dağa dolsun; Bülbüllər bağa dolsun. (Bayatı).
Mal-qara kəndə dolub hayküy salmaqda idi. Ə.Vəliyev.

// Dolu hala gəlmək, ağzına qədər bir şeylə dolu olmaq, boşluq qalmamaq. Stəkanlar çayla doldu. – Mübahisə azından bir saat çəkdi.
Çubuqlar da dolurdular, boşalırdılar. C.Məmmədquluzadə.
Məktəb həyəti oğlan-qızla dolmuşdu. Mir Cəlal.
Bir çoxları yığılıb buraya gəldi, ev-eşik adamla doldu. S.Rəhimov.

// Məc. mənada.
[Orxan:] Ah, qəlbimə sanki od-alov dolmuş. H.Cavid.
Gülsəhər qızlarını görüncə ürəyi fərəhlə doldu. Ə.Vəliyev.
Əzizin ürəyi atalıq qüruru ilə doldu. S.Rəhman.
Nəbinin ürəyinə şübhə doldu: “Yəqin ki, bəy Yusifi döyməyə gəlib”. Ə.Abasov.

2. Girmək, daxil olmaq (çoxlu miqdarda). Qulaqlarıma su doldu.
– Qarşıdakı ikitağlı böyük pəncərədən işıq içəri dolurdu. M.İbrahimov.

// Nüfuz etmək.
Gülşad qapını açıb içəri girəndə otaqdakı soyuq bədəninə doldu. Ə.Vəliyev.

3. Yayılıb hər tərəfi tutmaq, bürümək, örtmək, qaplamaq. Ətrafa səs doldu.
// Örtülmək, tutulmaq.
Çöllər yuxudan olunca bidar; Min rəng çiçəklə doldu gülzar. A.Şaiq.
Günəş batandan azca sonra, sinəsi yarıq-yarıq, böyük səhranın üstündəki buludsuz göylər ulduzlarla doldu. M.İbrahimov.
Təndirin bir tərəfi dolmamış, o biri tərəfdə çörək qızarır, köpürdü. Mir Cəlal.

4. Kökəlmək, ətə-cana gəlmək. Ətə dolmaq.
5. Doluxsunmaq, kövrəlmək, tutulmaq, əhvalı pozulmaq, hiddətlənmək, acıqlanmaq.
O doldu, qaşqabağı qara bulud kimi üstdən aşağı sallandı. S.Rəhimov.

6. Girmək, çatmaq, yetmək.
Ağabəyim ağa artıq böyüyüb, 14-15 yaşına dolmuşdu. Çəmənzəminli.

7. Yetişərək şirə hasil etmək, sütülləşmək. Sünbüllər yavaş-yavaş dolur.
8. Tamamilə yerinə yetirilmək, ödənilmək, həyata keçirilmək. Planların hamısı dolmuşdur.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DOLMAQ 1. DOLMAQ, BÜRÜMƏK, TUTMAQ (hər tərəfə yayılıb tutmaq) 2. dolmaq bax girmək 1, 3
  • DOLMAQ girmək — çatmaq — yetişmək
  • DOLMAQ doluxsunmaq — kövrəlmək — tutulmaq
  • DOLMAQ bürümək — örtmək — qatlamaq — tutmaq
  • DOLMAQ girmək — tıxanmaq
  • DOLMAQ kökəlmək — ətlənmək

Antonimlər (əks mənalı sözlər)

  • DOLMAQ DOLMAQ – BOŞALMAQ Bir yandan boşalır, bir yandan dolur; Sirrini verməyir sirdaşa dünya (S.Vurğun)
DOLMA₁
DOLMALIQ

Digər lüğətlərdə

внешнеторго́вый вымога́тель грехово́дник клопомо́р кольцева́ние перени́зываться рестора́нщик славя́не хли́пать холоста́я пронзи́ть турбогенера́тор фотосинтети́ческий потир Стугна calorific capacity cross-drift Gorki host-specific Ormazd pack off peridium sentry-box Si шевелюра