Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biokimya
Biokimya (bioloji və ya fizioloji kimya) – canlı orqanizmlərdəki maddələrin kimyəvi tərkibini və xassələrini, onların çevrilmələrini, eləcə də, orqanizmlərin həyat fəaliyyətinin əsasını təşkil edən kimyəvi prosesləri, maddələr mübadiləsini öyrənən elmdir. Biokimyanı adətən, statik, dinamik və funksional biokimyaya bölürlər. == Statik, dinamik və funksional biokimya == Statik biokimyanın qarşısında qoyulan məsələ – canlı orqanizmlərdəki maddələrin kimyəvi tərkibini və xassələrini öyrənməkdir. Dinamik biokimyanın qarşısında duran məsələ – həyat fəaliyyəti prosesindəki maddələr mübadiləsinin və bununla əlaqədar orqanizmdə yaranan məhsulların kimyəvi tərkibinin öyrənilməsidir. Biokimya, orqanizmin toxumalarının tərkib hissələri olan müxtəlif üzvi maddələrin sintezini təmin edən kimyəvi reaksiyalardan (assimilya-siya) və həm də potensial enerjiləri orqanizm tərəfındən istifadə olunan və üzvi maddələrin parçalanmasına gətirib çıxaran reaksiyalardan (dissimilyasiya) ibarət olan maddələr mübadiləsi proseslərini öyrənir. Assimilyasiya və dissimilyasiya prosesləri bir-birilə qarşılıqlı əlaqəlidir. Bu proseslər birlikdə orqanizm və ətraf mühit arasında maddələr mübadiləsini təşkil edir ki, bu da həyat fəaliyyətinin ən xarakterik xüsusiyyətidir. Funksional biokimyanın məqsədi, bütövlükdə orqan və orqanizmlərin funksiyalarının aşkar olunmasının əsasını təşkil edən maddələrin çevrilmələrinin kimyəvi qanunauyğunluqlarını öyrənməkdir. Qeyd etmək lazımdır ki, bu bölünmələr şərtidir. Statik, dinamik və funksional biokimyalar bir-birilə sıx əlaqəlidırlər.
Fotokimya
Fotokimya — işığın təsiri ilə hissəciklərin çevrilmə proseslərini öyrənir.. == Tarixi == İlk Fotokimya reaksiyası 1834-cü ildə Alman alimi Yohann Varfolomey Trommsdorff (1770-1837) tərəfindən edilmişdir. Trommsdorff müəyyən etmişdir ki, α-santonin kristal birləşmələri işığın təsiri ilə rəngi saralır və sonra partlayış baş vermişdir. 2007-ci ildə həmin reaksiya aşağıdakı 3 mərhələ ilə izah edildi: == Ədəbiyyat == Н. Турро. Молекулярная фотохимия. М.:"Мир", 1967.
Geokimya
Geokimya Yer qabığının və okeanlar kimi böyük geoloji sistemləri, mexanizmləri kimya alətləri və prinsipləri ilə izah edən elm sahəsidir. Geokimya geologiyanin bir qoludur. Geokimya bütün Günəş sistemi eləcə də Yerdə mantiya konveksiya, planetlərin formalaşması və qranit və bazalt mənşəyi, o cümlədən prosesləri öyrənən elmdir.Geokimya geoloji proseslərin inkişafında kimyəvi elementlərin tarixini, onların minerallarda və süxurlarda daşınma və yerləşmə formalarını öyrənir. Müxtəlif geoloji proseslərdə kimyəvi elementlərin toplanma şəraitini öyrənməklə, geokimya faydalı qazıntı yataqlarının fiziki-kimyəvi əmələgəlmə şəraitini xarakterizə edir və bununla da onların axtarış yollarını göstərir. Yataqların geokimyəvi axtarış üsulları geoloji-axtarış işlərində geniş tətbiq edilir və bu işləri yüngülləşdirərək və ucuzlaşdıraraq, geofiziki üsullarla birgə yer səthinə çıxmayan gizli yataqların axtarışına zəmin yaradır. Yataqların yeni tipli mineral xammalın və ya filizin yeni növünün texnoloji mənimsənilməsində geokimya elementin çıxarılmasına böyük köməklik göstərir. Yəni çıxarılmaya məruz qalan elementin hansı halda olması geokimyəvi üsullarla müəyyən edilir (mineral müstəqildirmi, qatışıqlar izomorfdurmu və hansı minerallarda iştirak edir və s.). Müxtəlif kimyəvi, fiziki üsulları bilərək, fiziki kimyanın məlumatlarından istifadə edərək, termodinamik hesablamalar apararaq, geokimya yataqların, xüsusilə də müxtəlif geokimyəvi proseslər nəticəsində üst-üstə gələnlərin genezisinin mürəkkəb məsələlərini həll etməyə qadirdir.Geokimya kompleks elmdir. O geoloji (mineralogiya, petrologiya, litologiya, faydalı qazıntı yataqları, hidrogeologiya və s.) və kimyəvi (qeyri-üzvi və fiziki kimya, kimyəvi termodinamika, kristallokimya, kolloid kimyası) elmləri arasında aralıq vəziyyət tutur. Hal-hazırda petroloji və geodinamik məsələləri geokimyasız həll etmək qeyri-mümkündür.
Biokimya mühəndisliyi
Biokimya(Bioproses) mühəndisliyi- özündə biomühəndislik və kimya mühəndisliyini birləşdirir. Əsas etibarilə bioloji orqanizmləri və ya üzvi molekulları əhatə edən istehsalat prosesi mərhələlərinin layihələşdirilməsi,konstruksiyası və təkmilləşdirilməsi ilə məşğul olur. Tətbiqi bioyanacaq,qida,dərman vasitələri,biotexnologiya və suyun təmizlənməsi sahələri ilə birbaşa əlaqədardır. Biokimya mühəndisləri bioloq və kimyaçıların laborotoriyada inkişaf etdirdiyi kəşflərin genişmiqyaslı istehsal prosesinə tətbiq edilməsində rol oynayır. == Tarixi == Yüzillər boyunca müxtəlif məhsulların istehsalında bioloji orqanizmlərin kimyəvi reaksiyalarından istifadə edilir. 1800-cü illərin ortalarında Lui Paster fermentasiyanı tədqiq edərkən bu orqanizmlərin roluna baxan ilk şəxslərdən biri idi. Onun bu araşdırması, bu günədək istifadə olunan pasterizasiya prosesinə də öz töhfəsini vermişdir. 1900-cü illərin əvvəllərindən etibarən mikroorqanizmlərin istifadəsi genişləndi və sənaye məhsullarının istehsalında istifadə edilməyə başlandı. Bu tarixlərə qədər biokimya mühəndisliyi hələ bir sahə kimi inkişaf etməmişdi. 1928-ci ildə Aleksandr Fleminq penisilini kəşf etdikdə biokimya mühəndisliyi sahəsinin əsası qoyulmuşdur.
Genetik geokimya
Genetik geokimya – geokimya elminin inkişafda olan sahəsidir. Yer qabığında mənşəyindən asılı olaraq yayılan kimyəvi elementlərin təbii proseslərdəki geokimyəvi xüsusiyyətlərini öyrənir. Mənşəyinə görə kimyəvi elementlər bir neçə qrupa bölünür: filizəmələgətirən – Pb və Co; fasial – Sr və B; formasion – S və Ni; litogen – K; tektono-maqmatik (tektonik – Mn, maqmatik – Pb); çökmə (autigen – Sr, allotigen – Ba); metamorfogen – P və Li elementlərinin tipomorfluğu ilə səciyyələnən genetik qruplar vardır. Daş kömür, yanar şist yataqlarında – N və P, nadir metal yataqlarında – K və Be, polimetal yataqlarında – Br və Pb, dəmir qrupu elementləri və boksit yataqlarında – Mn və V, duz yataqlarında – Mg və K, uran və manqan yataqlarında – Sr və S, qiymətli daş yataqlarında – Li və Be elementləri indikator kimi iştirak edirlər. Ag mikroelementinin tipomorfluğu səciyyəvidir.
Liqand (biokimya)
Biokimya və farmakologiyada liqand — biomolekulla (əksər hallarda zülal, məsələn, hüceyrə reseptoru, lakin bəzən, məsələn, DNT) ilə kompleks əmələ gətirən kimyəvi birləşmə (çox vaxt, lakin həmişə deyil, kiçik molekuldur) və nəticədə müəyyən biokimyəvi, fizioloji və ya farmakoloji təsirlər yaradır. Liqandın bir zülalla bağlanması vəziyyətində, liqand adətən hədəf zülalın (məsələn, reseptor) xüsusi bir rabitə yerinə bağlanan kiçik bir siqnal molekuludur. Liqandın DNT ilə bağlanması vəziyyətində, liqand adətən kiçik molekul və ya ion, və ya DNT ikiqat spiralına bağlanan zülal olur. Bir liqandın reseptorla bağlanması adətən molekullararası qarşılıqlı təsir qüvvələrinin, məsələn, ion bağları, hidrogen bağları, Van der Vaals qüvvələri - 10-20 kC / mol enerjisi olan molekullararası (və atomlararası) qarşılıqlı təsir qüvvələrinin köməyi ilə baş verir. Bu termin əvvəlcə bütün bu cür qüvvələri ifadə edirdi; müasir elmdə adətən molekulların qütbləşməsi və dipolların əmələ gəlməsi nəticəsində yaranan qüvvələrə tətbiq edilir. Onu 1869-cu ildə Yan van der Vaals kəşf etmişdir. Vander Vaals inert qazların atomlararası qarşılıqlı təsir qüvvələri inert qazların ( qaz, maye və bərk maddələr ) məcmu vəziyyətlərinin mövcudluğunun mümkünlüyünü müəyyən edir. Van der Vaals qüvvələrinə dipollar arasında qarşılıqlı təsirlər daxildir (daimi və induksiya). Adı ondan irəli gəlir ki, bu qüvvələr real qaz üçün van der Vaals vəziyyət tənliyində daxili təzyiq korreksiyasının səbəbidir. Bu qarşılıqlı təsirlər, eləcə də hidrogen rabitəsi bioloji makromolekulların məkan quruluşunun formalaşmasını müəyyən edir.
Beynəlxalq Biokimya və Molekulyar Biologiya İttifaqı
Beynəlxalq Biokimya və Molekulyar Biologiya İttifaqı (ing. International Union of Biochemistry and Molecular Biology) — beynəlxalq qeyri hökumət təşkilatı. Beynəlxalq Biokimya İttifaqı kimi 1955-ci ildə yaradılmış, 1991-ci ildən indiki adı ilə fəaliyyət göstərməkdədir. 1955-ci ildən Beynəlxalq Elm üzrə Şuraya daxildir. İttifaqın əsas vəzifəsi dünyadakı ən yeni nailiyyətləri nəzərə almaqla biokimya və molekulyar biologiya sahəsində tədqiqatların və təhsilin inkişafına kömək etməkdir. 2010-cu ilin məlumatlarına görə 77 ölkənin alimlərini özündə birləşdirir. İttifaq 3 ildən bir biokimya və molekulyar biologiya üzrə tədqiqatların bütün əsas istiqamətlərinin təqdim olunduğu beynəlxalq konqreslər keçirir. 1992-ci ildən konqreslərin çağırış dövrləri arasında konfranslar və xüsusi müşavirələr keçirilir. İttifaq işçi müşavirələrini təşkil və himayə edir, inkişaf edən ölkələrin gənc tədqiqatçıları üçün maarifləndirici proqramlar yaradır, biokimyəvi nomenklaturanın qəbul olunmuş standartları haqqında məlumat nəşr etdirir. Maliyyələşməsinin əsasını ittifaqın üzvlərinin üzvlük haqları və sponsor yardımı təşkil edir.