Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çərkəzlər
Adıqlar, (Çərkəzlər) — Şimali Qafqaz dil ailəsinə bağlı xalq. Bir vaxt onlar Qafqazın ən çoxsaylı xalqlarından və rus işğalına qarşı mətanətlə sinə gərərək bu yolda on minlərlə şəhid verən, bölgədə Rusiya ilə bərabərhüquqlu dövlət quran və ona öz şərtlərini diktə etdirən, 1739-cu ildə isə onu özünün dövlət müstəqilliyini tanımağa məcbur edən qəhrəman və olduqca döyüşkən xalqlardan biri hesab edilirdilər. Qafqaz tarixində Rusiyanın işğalçılıq siyasətinə qarşı çeçenlər istisna olmaqla, onlar qədər qızğın müqavimət göstərən ikinci bir xalq yoxdur. Söhbət Qafqazın ən qədim xalqlarından biri hesab edilən çərkəzlərdən gedir. Çərkəzlər Şimali Qafqaz dil ailəsinə mənsub olan abxaz-adıq budağının kabardin-çərkəz dialektində danışırlar. Qafqazın digər xalqları kimi, çərkəzlər də XVIII əsrdən başlayaraq öz həyatlarının ən ağır dövrlərini yaşamalı oldular. Buna da səbəb Rusiyanın işğalçılıq siyasəti idi. Rusiyanın çərkəzlər yaşayan əraziləri ələ keçirərək Qara dəniz sahillərinə çıxış yolu axtarması rus zülmünə dözməyən çərkəzlərin özlərinə yaxın hesab etdikləri Anadoluya köç prosesinin əsasını qoydu. 1828-ci ildə çərkəzlərin (adıqların) ana yurdu olan Anapanın ruslar tərəfindən işğalından sonra orada yaşayan əhalinin bir hissəsinin Anadoluya köçü başladı. Həmin dövrdə Türkiyənin Qara dəniz sahillərində 370 adıq (çərkəz) ailəsindən ibarət ilk yaşayış məskəni əmələ gəldi.
Çərəcə
Çərəcə — Azərbaycan Respublikasının Göyçay rayonunun Cərəcə inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənubda, Göyçay çayının sol sahilində, Göyçay-Ucar avtomobil yolu kənarında yerləşir. Kənd əhalisinin sayı 735 (2009) nəfərdir. XVIII əsrin birinci yarısında Nadir şahın Hindistana yürüşü zamanı vətəgələrdə işləmək üçün Çərəcə əyalətindən göndərdiyi türkləşmiş seyidlər Azərbaycanın müxtəlif rayonlarına yayılmışlar. Güman edilir ki, yaşayış məntəqəsini həmin əyalətdən köçürülmüş ailələr saldığı üçün kənd belə adlandırılmışdır. Kənddə Çərəcə kənd məscidi dini icması fəaliyyət göstərir.
Çərəzə
Çərəzə (az-əbcəd. چرزه‎, fars. چرزه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 10 nəfər yaşayır (5 ailə).
Çərkəz
Çərkəz — ad. Çərkəz Teyyublu — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Çərkəz Həsənov — Azərbaycan Silahlı Qüvvələrinin giziri Çərkəz bəy Şərifov — Qarabağ bəyi. İldırım xan Şərifovun kiçik qardaşı. Çərkəz Məcid — şair, yazıçı, tənqidçi. Çərkəz Muradov - Çərkəz Xəlil Əfəndi — Osmanlı alimi və şeyxülislamı.
Məhəmməd Çərkəzov
Məhəmməd Çərkəzov — sovet türkmənlərinin teatr və kino aktyoru, Türkmənistan Xalq Artisti, SSRİ xalq artisti (1980), Üçüncü dərəcə Stalin mükafatının qalibi (1951), CPSU-nun üzvü (1943-cü ildən), Türkmənistan SSR Kinematoqrafçılar İttifaqının üzvü. Məhəmməd Çərkəzov 1911-ci il yanvarın 1-də SSRİ paytaxtı Aşqabadda anadan olmuşdur. Aşqabadda Türkmənistan İncəsənət Kollecini (indi D. Ovezov adına Türkmənistan Dövlət Musiqili Kollecini) bitirmişdir. 1932-ci ildən Türkmənistan Dram Teatrının aktyoru olub. Sonra IV Stalin adı, 1963-cü ildən Mollanepes adına, indi Mollanepes Tələbə Teatrında aktyor olub. Türkmən SSR Kinematoqrafçılar İttifaqının üzvü olmuşdur. 1943-cü ildən bəri CPSU-nun üzvü olub. Məhəmməd Çərkəzov 23 iyul 1993-cü ildə Aşqabadda vəfat edib. Həyat yoldaşı — Saçli Dursunova: Tibb elmləri namizədi, müharibə veteranı, medallarla təltif edilmişdir. Oğlu — Batyr (1954-cü il təvəllüdlü): Türkmənistan Dövlət Tibb İnstitutunu Aşqabadda bitirmişdir.
Qaraçay-Çərkəz
Qaraçay-Çərkəz Respublikası (rus. Карачаево-Черкесская Республика, qaraç.-balk. Къарачай-Черкес Республика, kab.-çərk. Къэрэшей-Шэрджэс Республикэ, abq. Къарча-Черкес Республика, noq. Карашай-Шеркеш Республика) — Rusiya Federasiyasının tərkibində inzibati subyekt, Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir. Qaraçay-Çərkəz muxtar vilayəti 12 yanvar 1922-ci ildə təşkil edilmişdir. Muxtar vilayət kimi 12 yanvar 1922-ci il — 26 aprel 1926-cı il və 9 yanvar 1957-ci il — 30 yanvar 1990-cı il tarixlərində mövcud olmuşdur. 30 noyabr 1990-cı il tarixindən 1991-ci il iyul tarixinədək Rusiya SFSR tərkibində Qaraçay-Çərkəz SSR adı ilə mövcud olmuş, 3 iyul 1991-ci il tarixindən bəri isə Rusiya FR tərkibində Qaraçay-Çərkəz Respublikası adı ilə mövcuddur. Qanunvericilik orqanı Xalq Yığıncağı adlanır.
Teyyubov Çərkəz
Çərkəz Vidadi oğlu Teyyublu (1 fevral 1996, Züvüc, Lerik rayonu – 21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Çərkəz Teyyublu 1996-cı il fevralın 1-də Lerik rayonunun Züvüc kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Çərkəz Teyyublu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Çərkəz Teyyublu oktyabrın 21-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qaradağ rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ​ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Çərkəz Cəfərov
Cəfərov Çərkəz Məmiş oğlu (1942, Dəmirçi, Noraşen rayonu) — Azərbaycanın tanınmış cərrahı. Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasının müdiri. Professor. 1942-ci ildə Şərur rayonunun Dəmirçi kəndində kolxozçu ailəsində doğulmuşdur. 1959-cu ildə kənd orta məktəbinin bitirib Tibb İnstitutuna daxil olmuşdur. Ç. M. Cəfərov 1965-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun bitirdikdən sonra 4 saylı Bakı şəhər klinik xəstəxanasının köks cərrahlığı şöbəsinə işə göndərilmişdir. Köks cərrahlığı şöbəsinin Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət institutuna verilməsi ilə əlaqədar 1967-ci ildən İnstitutun əməkdaşı olmuşdur. 1971-ci ildə Leninqrad şəhərinə Ümumittifaq Elmi Tədqiqat Pulmonologiya İnstitutuna ezam olunmuş və 1973-cü ildə "Xroniki qeyri-spesifik pnevmoniyaların cərrahi müalicəsinə göstərişlər" mövzusunda namizədlik dissertasiyası müdafiə etdikdən sonra yenidən ETKTİ-yə qayıtmışdır. 1976-cı ildə müsabiqə yolu ilə ETKETİ-nın köks cərrahlığı şöbəsinə baş elmi işçi seçilmişdir. Köks cərrahlığı şöbəsində bronxoloji xidməti təşkil etmiş, ağciyərin irinli və parazitar xəstəlikləri ilə əlaqədar elmi-təcrübi ilşlə məşğul olmuşdur.
Çərkəz Həsənov
Çərkəz Muradov
Çərkəz Muradov (1918, Araz Yağlıvənd, Qaryagin qəzası) — Sosialst əməyi qəhrəmanı, Məşədi Əmir Murad yüzbaşının nəvəsidir. Musanın ikinci oğlu Çərkəz 1918-ci ildə anadan olmuşdu. O da ailəsi ilə birlikdə Qazaxıstana sürgün olmuşdu. Çaldır-çuldur əməldən əl çəkib öz sadə həyatının mənasını halal zəhmətdə görən, bütün gənclik enerjisi və qabiliyyəti ilə çalışan Çərkəzin də taleyi üzünə gülmüşdür. Çuğundur üzrə manqa başçısı işləyən və elə birinci ildən bol məhsul götürən və hünəri, qeyrəti, işi və əməli ilə sübut etmişdir ki, dünyada sağalmayan yaralar yoxdur. 1937-ci ilin faciəsi onun arzusu və istəyi puç olmuş bir yağləvəndli kimi sıxsa da, sarsıtsa da o həyata, adamlara inamını itirməmişdi. Çünki bütün insanlar kimi onun da doğmaları, ailəsi, uşaqları vardı. O, varlığı ilə çalışırdı. Çalışırdı ki, yaxınlarının üzünü ağartsın, soylarını üzqaraçılığını boynundan atsın. 1947-ci ildə ona da qardaşı ilə birlikdə Sosialist Əməyi Qəhrəmanı kimi şərəfli ad, fəxri ünvan verilmişdi.
Çərkəz Məcid
Məcidov Çərkəz Müğdət oğlu (Çərkəz Məcid) — şair, yazıçı, tənqidçi. Çərkəz Məcid 1937-ci ilin payızında Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində ruhani ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1956). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fılologiya fakültəsində təhsilini davam etdirmişdir (1956-1960). Əmək fəaliyyətinə Böyük Mərcanlı kəndində müəllim kimi başlamışdır. Bədii yaradıcılığa erkən başlasa da, 60-cı illərdən dövri mətbuatda öz şeirləri ilə çıxış etmişdir. Onun poeziyasında uşaq şeirləri başlıca yer tutur: "Ağ çiçəklər" (1973), "İşıq telləri" (1984) şeir topluları bu cəhətdən diqqəti cəlb edir. Doğma yurda bağlılıq, vətən sevgisi, təbiətin əsrarəngiz gözəlliklərinə məhəbbət, ülvi təmizliyə, saflığa və doğruluğa çağırış onun doğma mövzuları olmuşdur. Yeri gəldikcə, özbaşınalığı, haqsızlığı və yaramaz halları satira atəşinə tutub ifşa etməkdən çəkinməmişdir. Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda qeyrətlə mübarizə aparmışdır.
Çərkəz Teyyublu
Çərkəz Vidadi oğlu Teyyublu (1 fevral 1996, Züvüc, Lerik rayonu – 21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Çərkəz Teyyublu 1996-cı il fevralın 1-də Lerik rayonunun Züvüc kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Çərkəz Teyyublu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Çərkəz Teyyublu oktyabrın 21-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qaradağ rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ​ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Çərkəz Teyyubov

Çərkəz dili
Kabarda çərkəz və ya Yuxarı Adıq dili (Адыгэбзэ və ya Къэбэрдей Адыгэбзэ) — Abxaz-adıq dillərinden Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Yuxarı Adıqca, Adıqların Kabardey ve Besleney klanları tərəfindən danışılmaqdadır. Bu klanlar özləri öz dillərini "adıq dili" adlandırırlar. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti ise Aşağı Adıqcadır (КӀахыбзэ). ASE, V cild, Bakı, 1981-ci il, səh.
Çərkəz soyqırımı
Çərkəz Soyqırımı (Çərkəz Deportasiyası kimi də tanınır) və ya Tsitsekun (ЦӀыцӀэкӀун), Rusiya imperiyası tərəfindən Çərkəz xalqının sistematik şəkildə kütləvi qətli, etnik təmizləməsi və deportasiyası idi. Çərkəz xalqının 80-97%-i, təxminən 1,5 milyon insan hadisələrdən təsirləndi. Rusiya qüvvələrinin hamilə qadınların bağırsaqlarını çıxarmaq kimi müxtəlif üsullardan istifadə etdiyi bildirilir. Qriqori Zass kimi rus generalları çərkəzləri "insanlıqdan kənar pislik" adlandırıb və mülki çərkəzlərin kütləvi şəkildə öldürülməsini tərifləyir, onlardan elmi təcrübələrdə istifadə olunmasını müdafiə edir və əsgərlərinin qadınları zorlamasına icazə verirdilər. Sağ qalan və sürgün edilən çərkəzlər Osmanlı İmperiyasına yerləşdirildi. Osmanlı arxivləri göstərir ki, 1879-cu ildə Osmanlı ərazisinə təxminən 1 milyon çərkəz mühacir daxil olub, lakin onların təxminən yarısı sahillərdə xəstəliklərdən dünyasını dəyişib. Osmanlı arxivlərini tamamlayan 1897-ci il Rusiya siyahıyaalmasında cəmi 150.000 Çərkəz qeyd edilir ki, bu da ilkin sayın onda birini təşkil edir. 1929-cu ilin yazında elmi araşdırmalar üçün Qafqaza gedən gürcü tarixçisi Simon Canaşia ilə rastlaşdığı 91 yaşlı qoca Qara dənizin “qarpız kimi” insan bədən üzvləri ilə dolduğunu, qarğaların isə burada qadınların saçları və kişilərin aqqallarından yuva qurduğunu deyir.
Çərkəz İnal
Çərkəz İnal, Şahzadə İnal və ya gürcü mənbələrinə görə Möhtəşəm İnal (çərkəzcə: Инал) — çərkəzlər və abxazlar tərəfindən şahzadələrin şahzadəsi adlandırılır, bunun səbəbi bütün çərkəz qəbilələrini birləşdirib Çərkəz dövlətini quraraq, bölgədəki güclü dövlətlərdən biri halına gətirməsidir. Bu dövlət onun ölümünün ardından müxtəlif hissələrə parçalanmışdır. İnaldan sonrakı dövrdə çərkəzlər Rus-Çərkəz müharibəsinə qədər birdə heç vaxt birləşə bilmədilər. İnanca görə, İnal Kabarda, Besleney, Çemguy və Hatıkuay qəbilələrinin atasıdır. İnalın ləqəbinin (Nef/Nexu) qaynağı dəqiq bilinməsə də, bəziləri bir gözünün kor olduğunu, bu səbəblə də şərq çərkəzcəsində kor mənasını verən Nef kəlməsindən gəldiyini, bizləri isə qərb çərkəzcəsində ziyalı mənasını verən sözdən gəldiyini iddia etmişdir. İnaldan əvvəl Çərkəz bölgəsində bir çox ağanın bölgə hakimiyyəti, özlərinə aid suveren sinifi vardı və təşkilatlı struktur inkişaf etmişdi. Teymuri-Çərkəz döyüşlərini çərkəzlər qazansa da, bu müharibənin nəticəsində Çərkəz bölgəsi böyük dağıntılara məruz qalmışdı. Taman yarımadasında torpaq sahibi olan İnal özünə əsasən Hegayk qəbiləsindən ibarət olan ordu qrup 1400-cü illərdə məqsədinin bir çox dövlətlərə bölünmüş çərkəzləri birləşdirmək olduğunu açıqladı və mərkəzi Çərkəz bölgəsinə doğru yola çıxaraq öz dövlətini qurduğunu elan etdi, digər dövlətləri isə tək-tək himayəsinə aldı. Çərkəz zadəganları və şahzadələri İnalın yüksəlişinə mane olmaq istəsələr də, Mzımta çayı sahilindəki döyüşdə 30 çərkəz ağası İnan və dəstəkçiləri tərəfindən məğlub edildi. On ağa edam edildi, geri qalan qismi isə tabe olacaqlarına and içdikdən sonra azad edildilər.
Çərkəz Məclisi
Çərkəz Məclisi (çərkəz: Адыгэ Хасэ) və ya rəsmi olaraq Böyük Azadlıq Məclisi (Çərkəz: Шъхьафитныгъэ Хасэшхо), Çərkəziyanın sonuncu parlamentidir. Avropa məclislərindən ruhlanan məclis hərbi komandirlər, ruhanilər və ziyalılardan ibarət idi. 1861-ci ildə Soçidə keçirilən iclasın nəticəsi olaraq Məclis rəsmi olaraq yaradıldı və əvvəlki ənənəvi qəbilə məclisini əvəz etdi. Assambleya digər ölkələrdən dəstək almaq üçün digər ölkələrlə əlaqələr qurdu. Parlament binası rus ordusu tərəfindən tutularaq dağıdılıb. Bundan sonra bəzi üzvlər “Çərkəz liderlərindən Əlahəzrət Kraliça Viktoriyaya sülh” başlıqlı məktub yazaraq Britaniya İmperiyasından humanitar yardım istəyiblər. Ənənəvi qəbilə məclisləri çərkəz xalqı arasında həmişə mövcud olub. 1700-cü illərdə Çərkəziyanın müxtəlif bölgələri hər il bir araya gələrək parlament iclası keçirməyə və ölkəni birgə idarə etməyə başladılar, beləliklə, Çərkəzlərin birləşmə prosesi başladı və Çərkəz Konfederasiyası quruldu. Mərkəzləşmə günü-gündən sürətlənirdi. Avropadan ilham alan ilk assambleya 1820-ci ildə quruldu.
Çərkəz Qurbanlı
Çərkəz Qurbanlı (20 yanvar 1941, Saral, Hamamlı rayonu – 5 may 2014, Bakı) — tərcüməçi-alim. Qurbanov Çərkəz Hüseyn oğlu 20 yanvar 1941-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. Orta təhsilini 1948–1959-cu illərdə həmin kəndin orta məktəbində alıb. 1960–1965-ci illərdə M. F. Axundov adına ADPDİ-nin Qərbi Avropa fakültəsinin Alman dili şöbəsində təhsil alıb. 1980-ci ildə filologiya üzrə elmlər namizədi elmi adını alıb. 1990-ildə dosent elmi adı alıb. Çərkəz Qurbanlı bir vaxtlar Heydər Əliyevin alman dili üzrə tərcüməçisi kimi də çalışıb. O, Alman dili ilə yanaşı, rus, türk, ingilis və erməni dillərini bilirdi. Çərkəz Qurbanlı 5 may 2014-cü il tarixində ölmüşdür. 1965–1966-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında alman dili üzrə tərcüməçi işləyib.
Behbud bəy Çərkəz
Behbud bəy olaraq da bilinən Behbud xan Çərkəz I Şah Abbasın (1588-1629) dövründə xidmət edən çərkəz mənşəli Səfəvi məmuru və qulam. 1606-cı ildə Qoxlan, 1620-ci ildə Qaskar və 1620-1629-cu illərdə Astrabad bəylərbəyliyini idarə etdi. 1615-ci ildə Behbud xan Çərkəz vəliəhd Məhəmməd Baqir Mirzəni I Abbasın əmri ilə öldürdü. Butler, John Anthony. Travels in Africa, Persia, and Asia the Great, by Sir Thomas Herbert. ACMRS Publications. 2012. səh. 403. ISBN 978-0866984751.
Firudin xan Çərkəz
Firudun xan Çərkəz (vəfatı 1620/21) – I Şah Abbas dövründə (1588–1629) 1605/06-1620-ci illərdə Astrabad bəylərbəyi olan çərkəz əsilli Səfəvi məmuru və bir sərkərdə. Firudin gənc yaşda qaçırıldı və yeddi ildən çox əsirlikdə oldu. Nəhayət, onu Səfəvi şahlıq sarayının adından fəaliyyət göstərən tacirlər qulam olaraq aldılar. Bundan sonra o, şahın zirehini qoruyucu vəzifəsinə yüksəldi (qurçi-e zereh) və bununla da şah sarayı daxilində genişlənmiş qulamın (qolaman-e xasseye şarife) bir parçası oldu. 1605-ci il oktyabrın sonlarında, 1603-1618-ci illər Osmanlı-Səfəvi müharibəsi dövründə, Azərbaycanda Osmanlılara qarşı ağır mübarizə dövründə Mokri qəbiləsindən bir kürd əsir I Şah Abbas öldürməyə cəhd etdi. Lakin Firudin xan Çərkəz Şah Abbasın həyatını xilas etdi. Cəsurluğuna görə mükafat olaraq Şah Abbas onu 1605-ci ilin dekabrında və ya 1606-cı ilin noyabr ayında Astrabad əyalətinin qubernatoru (bəylərbəyi) təyin etdi. Səfəvilər dövrünün bir hissəsində, o cümlədən Firudin xan Çərkəzin vəzifəsi dövründə Astrabad əyaləti bugünkü Gülüstan, Simnan və Şimali Xorasan əyalətlərini əhatə edirdi. Firudinin qubernator kimi əsas vəzifəsi Astarabad əyalətinin Xarəzmdəki müxtəlif türkmən köçərilərindən, eləcə də Astarabad əyalətinin şimal ərazilərindəki yerli türkmənlərdən təhlükəsizliyini və qorunmasını təmin etmək idi. Onlar ərazilərini genişləndirməyə və tez-tez basqınlar keçirməyə can atırdılar.
Fərhad bəy Çərkəz
Fərhad bəy Çərkəz (vəfatı 1614) I Şah Abbasın (1588-1629) Səfəvi sarayında sevilən çərkəz. Qulam sıralarından yüksələrək 1614-cü ildə saray intriqasından sonra edam olunana qədər şah sarayında yüksək mövqe qazandı. Fərhad bəy karyerasına Səfəvi sarayında adi ovçu (quşçu) kimi , 1614-cü ildə "ov ustası" (mir şekar-başi) vəzifəsinə gətirilənə qədər başlamışdı. Qısa müddətdən sonra, Şah Abbasın çərkəz arvadlarından biri, vəliəhd Məhəmməd Baqir Mirzənin anası ilə təxribatçı münasibət qurmaqda şübhəli bilinirdi. Bu şübhəyə əsaslanaraq, Şah Abbas eyni ildə Fərhad bəyi atasına və imperiya şahına sədaqətini göstərmək üçün şahzadəyə təhvil verdi, Fərhad bəy Çərkəzin edam edilməsi və əmlakının müsadirə edilməsi üçün dərhal əmr verdi. O dövrdə Şah düşərgəsi Qarabağda yerləşirdi. Qısa müddət sonra tac şahzadəsinin populyarlığından qorxaraq Şah Abbas vəliəhdi öldürmək üçün başqa bir çərkəz olan Behbud bəy Çərkəzə əmr verdi. Floor, Willem M.; Faghfoory, Mohammad H. The Dastur Al-moluk: A Safavid State Manual, by Mohammad Rafi' al-Din Ansari. Mazda Publishers. 2007.
Kabarda-çərkəz dili
Kabarda çərkəz və ya Yuxarı Adıq dili (Адыгэбзэ və ya Къэбэрдей Адыгэбзэ) — Abxaz-adıq dillərinden Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Yuxarı Adıqca, Adıqların Kabardey ve Besleney klanları tərəfindən danışılmaqdadır. Bu klanlar özləri öz dillərini "adıq dili" adlandırırlar. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti ise Aşağı Adıqcadır (КӀахыбзэ). ASE, V cild, Bakı, 1981-ci il, səh.
Kabardin-çərkəz dili

Keçəl çərkəz dağı
Keçəl çərkəz dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1356,1 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun qurtaracağında, Əlincəçayın sol sahilində, Kırna kənddən 3 km cənub-şərqdə yerləşən zirvə. Alt Miosenin Qafqaz və Sakaraul regiomərtəbələrinə aid Vayxır və Qızılboğaz lay dəstələrinin vulkanogen-çökmə və çökmə süxurlarından təşkil olunmuş günbəzvari, cənub yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahında izlənilən Toğluca antiklinalının şimal-qərb periklinal hissəsində yerləşir.
Yusif ağa Çərkəz
Yusif Ağa (v.1632) — I Şah Abbas (1588-1629) dövründə böyük nüfuz və güc sahibi olmuş çərkəz mənşəli Səfəvi qulamı və saray mənsubu (qapıqulu). Yusif saray ağası olduğu üçün ona sarayda xidmət edən ağalar arasında çox yayılmış olan Ağa (eyni zamanda Aqa yazılmış) adı verildi. I Şah Abbas-ın hərəmində böyük nüfuz qazandı. 1629-cu ildə təyin olunduğu "ov ustası" (mir şekār-başı) olmaqdan əlavə, şah hərəm qulamlarının ustası olmaqla yanaşı, həm də İsfahanın erməni icmasının maraqlarının nümayəndəsi və əslində I Şah Səfi hakimiyyəti (1629-1642) özündən onun ailəsini təmizləyənə qədər Səfəvi hərəmində ən güclü insan idi. Yusuf Ağa paytaxtdakı erməni icmasının nəzarətçisi olduğundan, Səfəvilərin bürokratik və kommersiya orqanındakı ermənilərin çox yüksəlişi ilə əlaqələndirilmişdir. Onun mövqeyi Səfəvi ipək istehsalı və becərilməsinin mərkəzi nöqtəsinə çevirdi, çünki nəinki onu satan tacirlərin nümayəndəsi idi, eyni zamanda öz qohumu Qazaq xan Çərkəz də Şirvanın bəylərbəyi idi, biri də yaxın adamları olan Mənuçöhr xan Səfəvi ipəyinin əsas istehsal mərkəzlərindən olan Gilanı idarə edirdi. "Ov ustası" olmaqla, saray və paytaxt erməniləri arasında əlaqə (və ya əlaqə) rolunu oynadı və şikayətlərini və istəklərini şaha təqdim etdi. Ermənilər o dövrdə imperiya daxilində güclü və zəngin bir qrupa çevrildikləri üçün vacib hesab etdikləri səbəbləri bol şəkildə maliyyələşdirməyə hazır idilər. 1632-ci ildə Səfinin hakimiyyəti dövründə edam edildiyi zaman onun əlində 450.000-dən (tümən) artıq pul tapıldı. Bournoutian, George.