Keçəl çərkəz dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1356,1 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun qurtaracağında, Əlincəçayın sol sahilində, Kırna kənddən 3 km cənub-şərqdə yerləşən zirvə. Alt Miosenin Qafqaz və Sakaraul regiomərtəbələrinə aid Vayxır və Qızılboğaz lay dəstələrinin vulkanogen-çökmə və çökmə süxurlarından təşkil olunmuş günbəzvari, cənub yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahında izlənilən Toğluca antiklinalının şimal-qərb periklinal hissəsində yerləşir.[1]
Keçəl çərkəz dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1356,1 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |